Məhkəmə qərarları › İş №2(102)-2907/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2907/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2907/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh2 Əzizağa qızı, Cavabdeh1 İddia tələbi: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi Açar sözlər: əqdin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Cavabdeh1 İsmayıl oğlu, vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının ka ssasiya şikayətinə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Saatlı rayonu Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullatının istehsalı məqsədilə 10,11 ha pay torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat 06 oktyabr 2008-ci il tarixdə XXX qızı, Cavabdeh1 qarşı torpaq alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-236/2008 saylı iş üzrə 21 noyabr 2008-ci il tarixli qətnaməsi ilə (hakim Ş.C.Quliyev) iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 Əzizağa qızı və onların azyaşlı uşaqları nəzərə alınmaqla, on lara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 1 ha və 2 ha torpaq sahəsinə dair 20 oktyabr 2000-ci il və 04 iyul 2002-ci il tarixlərdə tərtib edilmiş və kəndin Bələdiyyəsi tərəfindən möhürlə təsdiq edilmiş alqı-satqı aktlarının təsdiq edilməklə iddiaçının mülkiyyət hüququnun tanınması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İşdə iştirak etməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X12, həmçinin X2 nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətləriini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7055/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.Heydərov, T.S.Kərimov, İ.H.Əhmədov) X12 və X2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 152 və 146-cı maddələrini hazırkı münasibətlərə tətbiq edərək müəyyən etmişdir ki, X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 9 nəfər ailə üzvü ilə birlikdə mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri olmuşdur. Bununla da mübahisəli torpaq sahə sinin satılması barədə ilkin razılaşmanın (satılma barədə akt nəzərdə tutulur) olması həmin totpaq sahəsinin alqı-satqı müqaviləsi kimi qəbul oluna bilməz. Belə ki mülki hüquq münasibətinin baş verdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi ək s tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İddiaçının iddia tələbi və tələbinin əsası kimi istinad etdiyi hallar, eyni zamanda cavabdehlərin və işdə iştirak etməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X12 və X2 iddia tələbinə etirazı nəzərə alınmaqla, mübahisələndirilən torpaq sahəsinə dair əqdin yazılı formasına riayət edilməməsi, alqı- satqı aktının elementlərinin mövcudluğunun sübut edilib-edilməməsindəın asılı olmayaraq, əqdin etibarlı sayılmasına əsas verə bilməz. Bununla yanaşı, əqdi icra etməkdən yayınan tərəf ilk növbədə mübahisələndirilən daşınmaz əmlakın mülkiyyətçisi olmalıd ır. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi dövlət aktı ilə mülkiyyətçi olan X3, X4, X5, X13, X12 və X6 mübahisəyə baxarkən işə cəlb etməməsi onların hüquq və qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 157.2 və Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələri tətbiq edilməməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kass asiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Tərəflər arasında mübahisəli hüquq müna sibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mübahisəli torpaq sahəsinin də daxil edildiyi 10,11 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin paylı mülkiyyətində olmaqla həmin torpaq sahəsi paylı mülkiyyətçilər arasında natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsi ilə paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsinin əsasları müəyyən edilmişdir. Bu halda iddiaçı tərəfindən təqdim edilmiş aktlar özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməs i üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə, digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar