Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2909/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun saxlanılması və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun saxlanması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(104)-858/2023 nömrəli qətnaməsindən cavabdehlər C avabdeh1 YYY oğlu və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 YYY oğlu xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 6.02.2016-cı il təvəllüdlü X4 adlı övladları doğulmuş, Cavabdeh1 razılığı əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə gəlin köçmüş, həmin şəxsin razılığı ilə o və qızı G həmin evə qeydiyyata düşmüşdür.
2. İddiaçının köçmüş olduğu Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzil X1 adına özəlləşdirilmişdi və onun mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdı. Burca İsgəndərova xx.xx.2015-ci il tarixdə bağlanmış bağı şlama müqaviləsi ilə həmin mənzili Cavabdeh1 YYY oğluna bağışlamış, sonuncunun mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
3. İsgəndərov X6 «ASAN xidmət» mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən, mülkiyyətində olan ümumi sahəsi 83,4 kv.metr mənzilin 9 kv.metr sahəli yaşayış otağını Cavabdeh2 YYY qızına bağışlamışdır. Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzilə dair Cavabdeh1 YYY oğlunun (43 kv.metr 3 yaşayış otağı, 33,3 kv.metr köməkçi sahə) və Cavabdeh2 (9 kv.metr bir yaşayış otağı) adlarına xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
4. İddiaçı ilə Cavabdeh1 YYY oğlu arasında olan nikah Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-300/ 2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzildən X2 yetkinlik yaşına çatana kimi istifadə hüququnun saxlanılması və qızı X4 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o və qızı G gəlin köçdüyü Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə cavabdehin razılığı ilə qeydiyyata düşmüşdür. Həmin ünvanda o, Cavabdeh1la birlikdə ər-arvad kimi yaşamış, birgə təsərrüfatı idarə etmiş və bir ailənin üzvləri olaraq orada yaşamışlar. 2019-cu ilin dekabr ayında Cavabdeh1 bildirmişdir ki, bacısı Cavabdeh2 onların mübahisəli mənzildə yaşamalarına görə narazılığını bildirdiyi üçün onlar bir müddət köçüb başqa ünvanda kirayədə yaşamalıdırlar. O, Cavabdeh1la razılaşmış və başqa ünvanda kirayədə yaşamağa başlamışlar. Ona məxsus olan 2 nəfərlik yataq, ön stolu, qaz piltəsi, 1 ədəd kreslo, 1 ədəd paltar asılan mebel Cavabdeh1 adına olan evdə qalmışdır. Lakin xx.xx.2020-ci ildə Cavabdeh1 onu və qızını kirayə yaşadıqları mənzildə ataraq, Rusiya Federasiyasına getmiş və onlara heç bir maddi yardım göstərməmişdir. xx.xx.2021-ci tarixdə Cavabdeh1 təşəbbüsü ilə onlar arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O, dəfələrlə qızı Glə birlikdə həmin mənzilə qayıtmaq istəsə də, Cavabdeh1 bacısı C avabdeh2 onları mənzilə buraxmamışdır. Cavabdeh1la birgə nikahdan doğulmuş Gi hazırda təkbaşına saxlayır. Nitq qüsurlu olduğuna görə o heç bir yerdə işləyə bilmir və maddi çətinlik çəkir. Onun heç bir yerdə qalmağa mənzili olmadığına görə qızı ilə birlikdə kirayədə yaşlı və xəstə Nəzakət adlı bir qadının evində yaşayır. O həmin qadına ev işlərində köməklik etdiyinə görə ondan kirayə haqqı alınmır.
7. Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək, izahatında bildirib ki, əvvəllər İddiaçı ilə nikahda olmuş və onlar arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan xeyli müddət keçmişdir və bununla da İddiaçı onun mülkiyyətində olan mənzildən istifadəyə olan ehtiyacı aradan qalxmışdır. Hazırda o, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilin mülkiyyətçisi olduğuna görə X2 yetkinlik yaşına çatana kimi iddiaçının istifadə hüququnun saxlanılması onun mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.
8. Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(125)-2302/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayından İddiaçı cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanda yaşamış, 2020-ci ilin may ayından isə İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətləri başa çatmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)300/2021 nömrəli qətnaməsi ilə həmin şəxslər arasında olan nikah pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulmasından hazırki tarixədək ötən 1 il 09 ay, faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan 2 il 04 ay müddət ərzində iddiaçı cavabdehlərin mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşamışdır. Bu müddət ərzində isə iddiaçının cavabdehlərə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququna dair zərurət aradan qalxmışdır. Digər tərəfdən, mübahisəli evin kommunal şəraitinin üç ailənin (X3 və qızı, Cavabdeh1 YYY oğlunun və Cavabdeh2 YYY qızının) münaqişəli vəziyyətdə birgə yaşamasına imkan verməsinə, habelə iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmə imkanının (kirayə, əvəzsiz istifadə) olmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.1, Mənzil Məcəlləsinin 30.2, 30.4-cü, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22 8.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz təşəbbüsü ilə həmin mənzildən çıxmamışdır. Cavabdeh onu qoyub Rusiya Federasiyasına getmiş, sonradan iddiaçı qızı ilə mənzilə geri qayıtmaq istəsə də, mümkün olmamışdır. İddiaçı nitq qüsurludur və övladını təkbaşına saxlayır. H azırda heç bir yerdə işləmir və yaşayış üçün hər hansı daşınmaz əmlakı yoxdur. Hazırda qızı və yaşlı bir qadınla sonuncunun evində ona qulluq etmə müqabilində yaşayır.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-858/23 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), Azər Bayramov və Rəşad Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(125)-2302/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 YYY qızının mülkiyyətində olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A-da yerləşən 72 saylı mənzilə İddiaçı 2 ( iki) il müddətinə istifadə hüququ saxlanılmaqla köçürülməsi, müddətin başlanğıcının qətnamə icra olunduğu tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halla r özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırki iş üzrə iddiaçının nitq qüsurlu olmaqla ikinci dərəcə əlil olması, maddi vəziyyətinin qənaətbəxş olmaması, himayəsində məktəbli olmaqla azyaşlı uşağının olması nəzərə alınmaqla mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması qanunamüvafiqdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5-ci, Mənzil Məcəlləsinin 9.1, 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
16. Cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisi Cavabdeh2 qardaşının keçmiş həyat yoldaşı olmaqla, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində birbaşa nəzərdə tutulan ailə üzvlərindən heç biri deyildir. Həmçinin iddiaçının evdən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan əsas – mülkiyyətçi ilə bağlanmış müqavilə yoxdur. İddiaçı yaşayış yeri kimi ünvan 2 ünvanını qeyd etmiş və həmin evdə Nəzakət adlı qadına qulluq etdiyi üçün kirayə haqqı vermədiyini bildirmişdir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
21. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin ed ilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı.
23. Xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəa ları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
24. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. Maddə 30.4.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülk iyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması;...
30. Maddə 30.1. Yaşayış sahəs i mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülk iyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.
46. İddiaçı, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4A, 72 saylı mənzilin 43 kv.metr sahəsi olan 3 yaşayış otağının (33,3 kv.metr köməkçi sahəsi ilə) mülkiyyətçisi Cavabdeh1 YYY oğl unun arvadı olmuşdur.
47. Kassasiya kollegiyası iddiaçıya cavabdehlərin mülkiyyətində olan mənzilə 2 il müddətinə köçürülməli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
48. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.
49. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış s ahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur.
50. Yaşayış sahəsinə mülkiyyət hüququ yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyala şdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.
51. Nəzərə alınmalıdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səvi yyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı)
52. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə, tərəflərin konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırmayan differensasiyalaşdırılmış yanaşmaya əsaslanır.
53. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh1 YYY oğlu və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(104)-858/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.