Məhkəmə qərarları › İş №2(102)-2913/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2913/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2913/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)3198/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.İ.Qarayev, iş № 2(024)-723/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı X1 ilə Qazıy eva Tamara Köçəri qızı arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 4Ə-120 nömrəli və X1 ilə X11 arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 4Ə-121 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və xx xxxx 2006-cı il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-992/2019) iddiaçıların apelyasiya şikayəti təmin edilərək Qax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib Cavabdeh bağlanmış xx xxxxxx 2003cü il tarixli 4Ə-120 və xx xxxxxx 2003-cü il tarixli 4Ə-121 nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və xx xxxx 200 6-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.A.Əsgərov, E.R.Vəliyeva və S.F.Hacıyev, iş № 2(102)5069/2019) X11 və N qızının kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: R.R.Rəfiyev, G.Q.Abbasov və M.R.Hüseynov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Qax r ayonunun N kəndi ərazisində yerləşən 2,33 ha ölçüdə pay torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 07 saylı qərarı ilə X1, X2, İddiaçı2 və X3 birgə mülkiyyətinə verilmişdir. xx xxxxxx 2003-cü il tarixdə X1, X2 və İddiaçı2 adlarına 2,33 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını bildirən Dövlət Aktı verilmişdir. xx xxxxxx 2003-cü il tarixdə rayon notariat kontorunda N qızı həmin torpaq sahəsinin 1.16 hissəsinə dair N qızı ilə, 1.16 ha hissəsinə dair isə X11 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə bağlanarkən mülkiyyətçilərdən X2 və X4 azyaşlı (1989 və 1993-cü il təvəllüdlü) olduqları üçün müqavilələri imzalamamış, ataları N onların paylarının satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə vermişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin birgə mülkiyyət hüquqi əsasında anaları Na və onlara məxsus olmasına baxmayaraq analarının onların azyaşlı olmasından istifadə edərək torpaq sahəsini başqalarına satmaqla onların hüquqlarının pozulmasını əsas göstərməklə alqı-satqı müqavilələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1ci maddəsinin tələbinə əsasən etibarsız sayılması və bununla əlaqədar Rəfiqə Məmmədovanın adına verilmiş Reystrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandır maqla qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehlər N və Nın vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı m addəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair müqavilələr xx xxxxxx 2003-cü il tarixdə bağlanmış, onların etibarsız sayılması barədə tələb isə iddiaçılar tərəfindən 2018-ci ilin sentyabr ayında - 15 ilə yaxın müddət keçdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar müqavilələrin etibarsız sayılması barədə tələbin vaxtında irəli sürülməməsinin səbəbini müqavilə bağlanan zaman azyaşlı olmaları ilə izah etsələr də, işdən görünür ki, torpaq sahəsi onların anası tərəfindən satılmış və ataları da Mülki Məcəllənin 29 və 30-cu maddələrinin tələblərinə müvafiq olaraq paylarının satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə vermişdir. Müqavilə bağlanan zaman, işdən göründüyü kimi iddiaçılardan İddiaçı2 təxminən 10 yaşı, Briliyant Məmmədrəhimovanın isə təxminən 14 yaşı olmuşdur. Mülki Məcəllənin 29.1-ci maddəsinə görə bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin-valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Apellyasiya instansiyası məhkəməsinə görə Nın 2007-ci ildə, İddiaçı2 isə 2011-ci ildə 18 yaşı tamam olmasına baxmayaraq, onlar yalnız yuxarıda qeyd olunduğu kimi, 2018-ci ildə əqdin etibarsızlığı barədə tələb irəli sürməklə qanunda müəyyən olunmuş 1 illik müddəti ötürmüşlər. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş müddətin ötürülməsi mübahisələndirilən əqdin etibarsızlığı üçün əsas vermədiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar