Məhkəmə qərarları › İş №2(102)-2915/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2915/2019

18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2915/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorlar İddiaçı4, İddiaçı2, Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı4 və İddiaçı2kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(046)1488/2017, hakim Z.A.Quliyev) iddiaçılar İdd iaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, iddiaçılarla Cavabdeh1 arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında XXX yerləşən 1,69 ha torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, XXX yerləşən 1,69 ha torpaq sahəsinin iddiaçılara məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-5 26/2018, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-6729/2018, hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov, Ə.G.Nurməmmədov)Cavabdeh1kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-3017/2018, hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov, V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti t əmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, Cavabdeh1 torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 ilə Cavabdeh1 arasında Cavabdeh2 bağlanmış 0 3.03.2017-ci il tarixli 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 25.02.2017-ci il tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə özlərinə məxsus olan XXX yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4.000 manata satmışlar. 27 mart 2017-ci il tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2Cavabdeh1 etibardan suiistifadə edərək onları aldatdığına, torpaq sahəsinin dəyərini ödəmədiyinə istinad edərək 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hazırki iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 339.3-cü maddəsini səhv təfsir etmişdir. Belə ki, həmin norma aldatma yolu ilə bağlanmış əqdin etibarsızlığından bəhs edir. İşin bütün faktiki halları və işdə olan mötəbər sübut növləri ilə təsdiq olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısı zamanı cavabdeh iddiaçıları aldatmış, onlara ödəməli olduğu 4.000 manatı verməmişdir. Apellyasiya məhkəməsi isə işin qeyd edilən halına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorlar və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılar a əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. “K.Bünyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 27 dekabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir. İddiaçılar onlarla cavabdeh arasında bağlanmış 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər. Apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair qətnamə qəbul etmiş, hazırda iddiaçılar həmin qətnaməni kassasiya qaydasında mübahisələndirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik etmədən saxlayarkən səhvə yol vermiş, cavabdehin mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, iddiaçılarla cavabdehin mərhum atasının arasında mövcud olmuş borc məbləğinin əvəzləşdirilməsi barədə razılaşmanın olub-olmaması məsələsini təsdiq və ya təkzib edən bütün məlumatları, sübutları tam və hərtərəfli araşdırmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərə əsasən müəyyən etmişdir ki, iddiaçılar mülkiyyət hüququ ilə özlərinə məxsus olan XXX yerləşən 1,69 ha torpaq sahəsini 03.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özlərinin iradə ifadəsi və könüllü istəklərinə uyğun qaydada 4.000 manata Cavabdeh1 satmış, cavabdeh də həmin torpaq sahəsinin 3 və 4-cü bəndlərində göstərilmiş qaydada almışdır. Məhkəmə araşdırması zamanı həmçi nin qeyd edilən müqavilə bəndləri öyrənilərkən müqavilə tərəfləri arasında alqı-satqının predmeti olmuş torpaq sahəsi və onun dəyərinin ödənilməsi isə bağlı əlavə heç bir şərt göstərilməmişdir. Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutuaraq 03.03.2017-ci il ildə bağlanmış alqı-satqı müqaviləsi bağlanılarkən tərəflər arasındakı ziddyyəti, eləcə də Ali Məhkəmənin qərarında göstərilən məsələlərin aydınlaşdırılması məqsədilə iddiaçılarla cavabdehin mərhum atası arasənda borcun olub-olmaması, varsa belə həmin borcun hazırki alqı-satqı müqaviləsinə təsir edib-etməməsi, eləcə də Ali Məhkəmənin qərarında göstərildiyi kimi iddiaçılarla cavabdehin mərhum atasının arasında mövcud olmuş bor c məbləğinin əvəzləşdirilməsi barədə razılaşmanın olub-olmaması məsələsini təsdiq və ya təkzib edən məlumatlara xüsusi diqqət yetirmişdir. Qeyd edilən məsələlər aydınlaşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəflə cavabdehin mərhum atası arasında olmuş pul mübahisəsi hazırki alqı-satqı müqaviləsinin müqavilə şərti olmamış, rəsmiləşdirilmiş müqavilə zəruri şərtlərə riayət edilməklə, lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını iddiaçılarla cavabdeh arasında bağlanmış 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən etibars ız hesab edilməsi təşkil edir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçılar və cavabdeh arasında XXX yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi iddiaçılar tərəfindən 4.000 manata cavabdehə satılmış, 10 mart 2017-ci il tarixdə həmin torpaq sahəsinə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddaçılardan İddiaçı2 cavabdehin müqavilə dəyərini ödəmədiyini və müqavilə bağlamazdan əvvəl də həmin məbləği ödəmək niyyətinin olmadığını, onları aldadaraq əmlaklarını ələ keçirdiyini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı2 müraciəti əsasında Göyçay rayon Prokurorluğunda araşdırılma aparılmış, Cavabdeh1 izahat verərək İddiaçı2 ona 2.030 manat borcu olduğunu, həmi n pulu torpaq sahəsi ilə əvəz etdiyini və onların bu barədə razılaşdıqlarını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçılarla cavabdehin mərhum atası arasında torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş 24 may 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə 2.030 manat pulun iddiaçının atasına verilməsi qət edilmişdir. Bununla bərabər apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəflə cavabdehin mərhum atası arasında olmuş pul mübahisəsi hazırki alqı-satqı müqaviləsinin müqavilə şərti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götü rür. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Qeyd edildiyi kimi iddiaçılar məhz mübahisələndirdikləri alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş 4.000 manat pulun cavabdeh tərəfindən aldadılmaqla ödənilmədiyinə istinad edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verməməklə, müqavilənin etibarsızlığı üçün heç bir əsas olmaması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respu blikasıMülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilən həqiqi hallara uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar