Məhkəmə qərarları › İş №2(102)-2918/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2918/2019

29.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2918/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(107)-196/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Cavabdeh 11950 manat əsas borc, 12890 manat cərimə borcu və iddia ərizəsi ilə dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli güzəşt müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd LLL markalı ot, küləş presləyənin saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 06 fevral 2017-ci il tarixli 2(075)-347/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli lizinq müqaviləsinə əsasən ödənilməmiş 11950 manat əsas borcun, 890 manat cərimə borcunun və iddia ərizəsi ilə b ağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 manatın Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq obyekti olan 1 ədəd LLL markalı ot, küləş presləyənin saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh arasında bağlanmış 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov, Vidadi Qasımov, Mahir Əsədli) 03.12.2018-ci il tarixli 2(107)-196/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ol unmaması, Şəki Rayon Məhkəməsinin 2(075)-347/2017 nömrəli, 06.02.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(107)-196/2018 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də, ekspert tərəfindən iş üzrə düzgün və obyektiv rəy verilməmiş, apellyasiya instansiyası məhkəməsinin cərimə borcunu azaltmaq üçün kifayət qədər imkanı olsa da, bunu etməmiş, qətnamədə maddi hüquq normalarını səhv təfsir etmiş və tətbiqində səhvə yol vermiş, işin faktiki halları nəzərə alınmamış, iş üzrə təqdim olunmuş sübutlar kifayət qədər araşdırılmamış, ekspertin hazırki borc üzrə obyektiv araşdırma aparmamasına əhəmiyyət verilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətl i məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir hissəsini əvvəlcədən ödəmək, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 13500 manat dəyərində 1 ədəd LLL markalı ot, küləş presləyən Cavabdeh 5 il müddətinə lizinqə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək lizinq obyektlərini cavabdehə təhvil versə də, Cavabdeh həmin müqavilə üzrə lizinq ödən işlərini vaxtında və lazımi qaydada ödəməmiş, öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 10 iyun 2011-ci il tarixli, 757-L/11 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməsi təklif olunmuş, əks tədqirdə borcun ödənilməsi və müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh lizinq müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu, yəni lizinq ödənişini Müqavilənin 5.1.5-ci bəndinin ziddinə olaraq 2 dəfədən artıq ödəmədiyi üçün müqavilə üzrə ödənilməmiş 11950 manat əsas borcun və cərimə məbləğinin cavabdehdən tutulmasın tələb etməkdə haqlıdır. Lakin lizinq müqaviləsi üzrə cavabdeh öz öhdəliklərinin icrasını vaxtında və lazım i qaydada yerinə yetirməməsinə baxmayaraq iddiaçının çox uzun müddət sonra məhkəməyə müraciət etməsi yaranan cərimə məbləğinin miqdarının süni şəkildə artmasına səbəb olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq, işin qeyd edilən hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, cavabdehə hesablanmış 12890 manat cərimə məbləğini 12000 manat məbləğində azaldılaraq 890 manat məbləğində müəyyən etmiş, eyni zamanda lizinq obyekti olan texnikanın və avadanlıqların istifadəyə hazır vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbini təmin edərkən birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, lizinq obyekti olan 1 ədəd LLL markalı ot, küləş presləyən saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya ge ri qaytarılması hallarına düzgün hüquqi qiymət vermişdir. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin borcun düzgün hesablanmaması və ödənişlərin nəzərə alınmaması barədə dəlillərini yoxlamaq üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və 25.10.2018-ci il tarixli ekspert rəyi ilə 28.10.2016-cı il tarixədək cavabdehin müqavilə üzrə 12.150 manat ödənilməli olan məbləğdən cəmi 200 manat ödəniş etdiyi, qalıq borcun 11.950 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mü əyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onu n risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özündə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Cavabdeh kassasiya şikayətində qətnamədə maddi hüquq normalarını səhv təfsir edildiyini və tətbiqində səhvə yol verildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu göstərməmişdir. Həmçinin cavabdeh ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta, onun tərəfindən daha artıq ödəniş edilməsinə istinad etməmişdir. Cərimə borcunun azaldılması ilə əlaqədar olaraq isə qeyd edilməlidir ki, cavabdehdən tələb edilən 12890 manat dəbbə pulu kifayət qədər azaldılaraq 890 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 41 7.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(107)196/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar