Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2922/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X6, cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 vəkili Vəkil iştirak ilə, İddiaçı cavabdehlər Cavabdeh1, LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X2 və Lənkəran rayon 2 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3616/2019 nömrəli qətnaməsindən cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu ildə “xxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1239/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş,xx xxxx 2009-cu il tarixdə Cavabdeh1 ilə “xxxxxxxxxxx” ASC-nin Cəlilabad filialı arasında bağlanmış İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 60 saylı mənzilə dair ipoteka müqaviləsin in etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Mütəllim İsayev) Cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3616/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1239/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi) Tale Kərimov, Feyruz Abbasov). Cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏL İLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi faktiki və hüquqi baxımdan əssasız qətnamə qəbul etmişdir. Qanunvericiliyə əsasən Bank vicdanlı əldə edən hesab olunur. xx.xx.2009-cu il tarixli əqdin etibarsız hesab edilməsi qanunsuzdur, bunun nəticəsində vicdanlı tərəf olan LPO “xxxxxxxxxxx” ASC-nin əşya hüquqları bu hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə kobud şəkildə pozulmuşdur. Həmçinin apelyasiya instansiyası Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətin kəsici müddət olmasını nəzərə almamış, müddətin tətbiqi ilə bağlı cavabdehin ərizə verilməli olmasını qeyd etmişdir ki, bu da düzgün olmamışdır. Mülki Məcəllənin 354-cü maddəsinin tətbiqi üçün ərizə verilməsi zəruri deyil. Məhkəmə kollegiyasının iclasında LPO “xxxxxxx xxxx” ASC-nin ləğvedicisi X1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X3 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Mə hkəmə kollegiyasıtərəflərin vəkillərini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh LPO “xxxxxxxxxxx” ASCnin ləğvedicisi X1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, iş üzrə cavabdeh olan keçmiş əri Cavabdeh1 xx xxxxxxx 2006-cı il tarixdə bütün əmlaklarına dair sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə vermiş, həmin etibarnaməni xx xxxx 2008-ci ildə ləğv etdirməsinə baxmayaraq, Cavabdeh1 həmin etibarnamə əsasında onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 60 saylı mənzili xx xxxx 2009-cu ildə “xxxxxxxxxxx” ASC ilə bağladığı ipot eka müqaviləsi əsasında Telman Əliyevin banka olan öhdəliklərinin təminatı üçün banka ipotekaya qoymuşdur. Mənzilinin ipotekaya qoyulmasından mənzilin yüklülüyünə dair arayış almaq üçün etdiyi müraciətə əsasən DƏDRX-in xx xxxx 2019-cu il tarixli məktubundan xəbər tutmuşdur. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasəniddiaçının xx xxxxxxx 2006-cı il tarixdə Cavabdeh1 bütün əmlakına dair sərəncam vermək hüququ da daxil olmaqla bütün hərəkətləri etməsi barədə 15 il müddətinə etibarnamə verməsi, xx xxxx 2008-ci ildə iddiaçının həmin etibarnaməni ləğv etdirməsi, bu barədə xx.xx.2008-ci il tarixdə Cavabdeh1 məlumat verilməsi, sonuncunun etibarnamənin ləğvindən məlumatlı olmasına baxmayaraq həmin etibarnamə əsasında xx xxxx 2009-cu il tarixdə “xxxxxxxxxxx” AS C-nin Cəlilabad filialı ilə ipoteka müqaviləsi bağlayaraq, iddiaçının mülkiyyətində olan mənzili xx xxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə X4 “xxxxxxxxxxx” ASC-dən götürdüyü kreditin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü etməsi və iddiaçının bu müqavilənin mövcudluğundan DƏDRX-in 10 saylı X5 xx xxxx 2019-cu il tarixli məktubundan xəbər tutmasını, ipoteka müqaviləsinin təsdiq edilməsi zamanı notariat orqanı tərəfindən etibarnamənin qüvvədə olub-olmamasının araşdırılmaması, bununla da mənzil ipotekaya qoyulan zaman mülkiyyətçinin razılığının alınmaması, mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29- cu, Mülki Məcəllənin 152.1, 153.3, 337, 362.1, 365.1.3, 366.1, 365.3, 366.1, 375.2, 390.1 və “Notariat haqqında” Qanunun 35-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq Mülki Məcəllənin 375.2-ci maddəsi istisna olmaqla, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi ipoteka müqaviləsinin etibarsızlığı barədədir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx xxxxxxx 2006-cı il tarixdə keçmiş əri (cavabdeh) Cavabdeh1 bütün əmlakına dair sərəncam vermək hüququ da daxil olmaqla bütün hərəkətləri etməsi barədə 15 il müddətinə etibarnamə vermiş, xx xxxx 2008-ci ildə iddiaçı həmin etibarnaməni ləğv etdirərək, bu barədə Cavabdeh1 məlumat vermişdir. Cavabdeh1 etibarnamənin ləğvindən məlumatlı ola-ola həmin etibarnamə əsasında xx xxxx 2009-cu il tarixdə “xxxxxxxxxxx” ASC-nin Cəlilabad filialı ilə ipoteka müqaviləsi bağlayaraq, iddiaçının mülkiyyətində olan mənzili xx xxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə X4 “xxxxxxxxxxx” ASC-dən götürdüyü kreditin təminatı olaraq bankın xeyrinə yüklü etmişdir. Mülki Məcəllənin 366.1-ci maddəsinə görə etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Mülki Məcəlləyə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.1, 337.2, 337.4 və 337.5-ci maddələr) Apelyasiya məhkəməsi iş materiallarına əsasən ipoteka müqaviləsinin mülkiyyətçi tərəfindən deyil, ləğv edilmiş etibarnamə əsasında səlahiyyətsiz şəxs tərəfindən bağlanmasını, notariat orqanının etibarnamənin qüvvədə olub-olmamasını araşdırmadan müqaviləni təsdiq etməsini, bununla da həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanması halını müəyyən etmişdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq digər hüquq normaları ilə yanaşı, mübahisəyə əqdlərin etibarsızlığını nizamlayan Mülki Məcəllənin normalarını düzgün tətbiq etmişdir. Çünki iddianın təmin edilməsi üçün qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Qeyd edilən hal ları Mülki Məcəllənin 337.1, 337.2, 337.4 və 337.5-ci maddələrinin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi qətnamədə şərh edib. Məhkəmə kollegiyası həmin şərhi və dəyərləndirməni əsaslı hesab etdiyi üçün onların təkrarən qeyd edilməsinə zərurət görmür. Həmçinin qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bundan əlavə, apelyasiya məhkəməsi apelyantın bankın vicdanlı əldə edən olması, ipoteka predmetinə yönəlmə tələbinə dair iddiaçının müqaviləni mübahisələndirmək müddətini ötürməsi barədə dəlillərini də iş materiallarına əsasən düzgün olaraq qəbul etməmişdir. Apelyasiya şikayətində apelyant iddiaçının müqavilənin mövcudluğundan mübahisə predmeti olan müqavil ə üzrə ipotekaya qoyulan mənzilə tələbin yönəldilməsi barədə 2013- cü ildə Cəlilabad rayon Məhkəməsində iddia qaldırıldığı vaxtdan xəbərdar olmasına, bu səbəbdən də iddiaçının müqaviləni mübahisələndirmək hüququnu itirməsinə istinad etmişdir. Apelyasiya məhkəməsi iş materiallarına əsasən bankın iddia tələbi üzrə 2013-cü ildə Cəlilabad rayon Məhkəməsində baxılan mülki işdən iddiaçının xəbərsiz olması, həmin işdə onun iştirtakının təmin edilməməsi və Cəlilabad rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(073)- 1186/2013 saylı qətnaməsi ilə iddiaçıya qarşı tələbin (iddiaçının mülkiyyətində olan mənzilə tutmanın yönəldilməsi tələbinin) baxılmamış saxlanmasını müəyyən edərək, bu səbəbdən də müqavilənin mövcudluğundan (hüquqlarının pozulmasından) iddiaçının 2013-cü ildən məlumatlı olmasının istisna edilməsi, iddiaçının hüquqlarının pozulmasını məhz DƏDRX-in xx xxxx 2019-cu il tarixli məktubundan bilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxtla (tarixlə) bağlı düzgün nəticəyə gəlmişdir. Bankın vicdanlı əldə edən olması ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi Cəlilabad rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(073)- 1186/2013 saylı qətnaməsi ilə iddiaçıya qarşı tələbin (iddiaçının mülkiyyətində olan mənzilə tutmanın yönəldilməsi tələbinin) baxılmamış saxlanmasını əsas götürməklə bankın, ümumiyyətlə, iddiaçıya məxsus mənzilin ipoteka predmeti kimi əldə etmədiyinə istinad etmişdir. Bununla belə, məhkəmə kollegiyası hazırki iş üzrə mü bahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilməli olması və iddia müddətinin də məhz bu ərizə əsasında tətbiq edilməli olması barədə apelyasiya instansiyasının dəlillərini əsaslı saymır. Bu hissədə kassasiya şikayətinin dəlilləri əsaslıdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.Bu halda müddət in tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçü n əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüququ mövqeyi baxımından 354-cü maddənin tətbiqi üçün ərizə verilməsi zəruri şərt deyil, əgər maraqlı şəxs müddət keçiribsə, o, müqavilənin etibarsızlığını tələb etmək hüququnu itirir. Lakin apelyasiya instansiyası hazırki işdə iddiaçının müddəti ötürməməsi halını müəyyən etdiyi üçün Mülki Məcəllənin 354-cü maddəsinin tətbiqi də istisna olunur. Çünki bütün hallarda müddətin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarında da müddətin axımının maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən hesablanmalı olması bir daha xüsusi olaraq qeyd edilmişdir. Buna görə də bir halda ki, apelyasiya instansiyası h azırki işdə iddiaçının müddəti ötürməməsi halını müəyyən edib və bu əsasla da Mülki Məcəllənin 354-cü maddəsinin tətbiqi istisna olunur, belə olan halda apelyasiya məhkəməsinin müddətin tətbiq barədə ərizə verilməli olması barədə gəldiyi səhv nəticənin də əhəmiyyəti aradan qalxır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində g östərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh LPO “xxxxxxxxxxx” ASC-nin ləğvedic isi X1 kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3616/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2922/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2922/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver