Məhkəmə qərarları › İş №2(102)-2927/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2927/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2927/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X18 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X18 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 *3)-2738/2*24 nömrəli, 3* aprel 2*24-cü il tarixli qətnaməsindən cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X21 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən *9 sentyabr 2*21-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 2*4*93 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 1* avqust 2*21-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Ölümün səbəbi uğursuz və ya çətin intubasiya qeyd edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə X1* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində p ul tutulmaqla *1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, X4 cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilməsi hökm edilmişdir.

3. Lənkəran rayonu, Girdəni kənd icra nümayəndəliyi tərəfindən *7 iyul 2*21-ci il tarixdə verilmiş AZ-T seriyalı 173*67 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.198*-cı ildə Lənkəran şəhərində doğulmuşdur. Onun atası X6, anası X5r.

4. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2*23-cü il tarixli arayışdan görünür ki, X1 *2.11.1956-cı ildə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Onun atası X6, anası X11r.

5. Hazırda İddiaçı X4 işlədiyi və iddiaçının bacısının öldüyü xəstəxanaya qarşı iddia qaldıraraq mənəvi zərərə görə kompensasiya tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X18 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” X21 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə 4*.*** (qırx min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 21* manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dünyada ona ən əziz olan qohumlarından biri olan bacısını itirmişdir. Ata və anası uzun illər öncə vəfat etmişlər. Yaşca ondan böyük olan bacısı ona hə m ana, həm də ata olmuşdur. X19 ilə ailə həyatı qurmuş, yeznəsi Nəsiət Xəlilov 1998-ci ildə vəfat etmişdir. 1999-cu ildən etibarən bacısı Rəxşəndə ünvan 1 ünvanında yaşamaqla Sumqayıt şəhər, Təmizlik Departamentində işləmişdir. 19.*7.2*21-ci il tarixdə saat 19 radələrində bacısı ona zəng edərək Sumqayıt şəhər, 1*-cu mikrorayon ərazisində yolun kənarında dayandığı zaman onu maşın vurduğunu və tez xəstəxanaya gəlməsini xahiş etmişdir. O, təxminən 2 saat ərzində Sumqayıt Təcili tibbi yardım xəstəxanasına getmişdir. 1* avqust 2*21-ci il tarixdə o evdə olarkən həyat yoldaşı Gülnarə ona zəng edərək Rəxşəndənin vəziyyətinin ağır olduğunu bildirmişdi. O, dərhal Sumqayıt TTYX-na gətmiş və bacısının reanimasiya şöbəsində vəfat etdiyini bilmişdir. Sonra bacısını aparıb Lənkəran şəhərində dəfn etmişdi rlər. Onun bacısı həkim səhlənkarlığının qurbanı olmuşdur. Bu kimi həkim məsuliyyətsizliyi haqqında Azərbaycanda kifayət qədər faktlar var. Bu işdə həkimdən çox həkimin işlədiyi qurumun rəhbərliyinin səhlənkarlığı öndədir. Onlar işlərini düzgün qursalar onun bacısı və bacısı kimilər belə bədbəxt hadisələrin qurbanı olmazlar. Bacısının ölümü onu əməlli-başlı sarsıtmış, həmin an keçirdiyi mənəvi sarsıntı və iztirabları yalnız onun kimi doğma bacısını faciəvi itirən şəxs bilər. Bacısı həkim səhlənkarlığının növbəti qurbanlarından biri olmuşdu. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)-348/2*22 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs-X1* Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Onun bacısının ölümünə səbəb olması bu hökmlə tam sübuta yetirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)348/2*22 saylı hökmünə əsasən X1* Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul tutmaqla 1 (bir) il müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvə yə minmiş Sumqayıt şəhər Məhkəməsinin 24 iyun 2*23-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X1* hadisəni törədərkən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim anestezioloqreanimatoloqu işləmişdir. Göründüyü kimi onun bacısının vəfatına səbəb “Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası” publik hüququ şəxsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bacısının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Bacısı onun üçün çox əziz və dəyərli idi. Onun əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə b ir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayan bir əzab verir. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz bacısının ölümü ürəklərinə dağ çəkir. Baş vermiş cinayət hadisəsi nəticəsində bacısının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində o na vurulmuş mənəvi zərərin əvəzi olaraq, 4*.*** (qırx min) manat məbləğində pul cavabdehlər-Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” X21 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada alınaraq ona ödənilməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ə.Heydərova) e-2(**6)564/2*24 nömrəli, 16 fevral 2*24-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şik ayəti və tələbi olmadığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə hesab etmişdir k i, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki halda cavabdeh xəstəxanadan iddiaçının xeyrinə mənəvi zərərlə bağlı pul tutulacağı təqdirdə xəstəxananın subroqasiya qaydasında həmin məbləği X3 tutmaq hüququ yaranacaq. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərkən gələcəkdə müvafiq xəstəxanaya qarşı mənəvi zərərlə bağlı tələbinin olacağına dair də hər hansı bir qeyd şərt göstərməmişdir.Bu baxımdan məhkəmə hesab etmişdir ki, cinayət proses ində zərərçəkən şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İddiaçı dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmünün qanuni qüvvəyə mindikdən sonra ona vurulmuş zərərin nədən ibarət olduğu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

10. Birinci i nstansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1*96.1, 1*96.2, 1*97-ci maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11ci il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-nin 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi işin mübahisəsiz haldır. Belə ki, mərhumun vəfat etməsi ilə iddiaçıya mənəvi zərər dəymişdir. Bu iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var və hazırki işdə preyudisial əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsinin mənəvi zərərə münasibətdə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, məhkəmənin nəzərə almalı olduğu əsas məqam odur ki, bu vəziyyət təkcə bir həkimin səhvi ilə bağı deyil, bacısının itkisi xəstəxana rəhbərliyinin davamlı səhl ənkarlığı və məsuliyyətsizliyi nəticəsində də baş verib. Hazırki işdə də cavabdeh məhz hüquqi şəxs olan xəstəxanadır. Məhkəmənin yalnız həkimin təqsirinə diqqətini yönəltməsi ədalət mühakiməsinin səthi həyata keçirilməsi deməkdir. Həkimin işlədiyi qurum və rəhbərlik öz işlərini düzgün qursalar, mərhum bacısı və bacısı kimilər belə bədbəxt hadisələrin qurbanı olmazlar. Həkimin onsuz da cəzasını çəkəcəyini nəzərə alaraq, onunla barışmış və onun ailə vəziyyətini nəzərə alaraq ən azından ona yüngül cəza təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda xəstəxana rəhbərliyinin ümumi məsuliyyətini vurğulamışdır. Bu, həkimə öz başına bir fərd kimi deyil xəstəxana daxilində, bir sistem daxilində fəaliyyət göstərən əməkdaş kimi yanaşmaq lazım olduğunu ifadə edir. Lakin görünür ki, məhkə mənin verdiyi qiymətləndirmə bu məqamı göz ardı edir. Tələb etdiyi mənəvi ziyan tələbi xəstəxana rəhbərliyinin səhlənkarlığını, yaşadığı ağrının, əzabəziyyətin arxasında dayanan səbəbləri ehtiva edir və məhkəmə isə onun bu haqlı tələblərini rədd etmişdir. Dəyən mənəvi ziyanı bir az da olsa yüngülləşdirmək və gələcəkdə oxşar faciələrin yaşanmaması üçün bu addımı atmışdır. Göründüyü kimi hazıki iş üzrə məhkəmənin iddianı rədd etməsi üçün əsasları yoxdur. İddiaçının cinayət mühakimə icraatı çərçivəsində verdiyi ərizə məhz təqsirləndirilən şəxsə münasibətdə hər hansı tələbi irəli sürməyi istisna edə bilər. Mənəvi zərər tələbi ilə bağlı işdə isə tərəflər və iddia tələbinin irəli sürüldüyü cavabdeh qismindəki şəxs fərqlidir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*3)-2738/2*24 nömrəli, 3* aprel 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və K.Əkbərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-564/2*24 nömrəli, 16 fevral 2*24-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X15 mənəvi zərərin əvəzi olaraq 2*.*** manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 15* manatı cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X15 tutulması, 6* manat pulun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi bel ə nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir:

15. Baş vermiş cinayət hadisəsi nəticəsində bacısının ölümü ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Belə ki, iddiaçının bacısının ölümü cavabdeh təşkilatda çalışan həkimin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri ilə əlaqədar olması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir.

16. Beləliklə, iddiaçının bacısının ölümü "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X17 ça lışan həkim X4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar olması qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi mübahisəsizdir.

17. İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi cinayət işinə baxılan zamanı məhkəməyə müraciət edərək, məhz təqsirləndirilən şəxsə münasibətdə hər hansı şikayətinin olmamasını bildirmişdir. Hazırda isə iddia tələbi təqsirləndirilən şəxs X4 çalışdığı – hadisənin baş verdiyi "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X18 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı yönəlmişdir ki, iddiaçının da hazırki cavabdehlərə qarşı tələbinin olmamasını göstərən iradə ifadəsi olmamışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1112-ci maddəsinin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur.

19. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir.

20. Hazırki halda, X1* tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişdir. Bu zaman tibb müəssisəsi - "Sumqayıt şəhər Təcili Ti bbi Yardım Xəstəxanası" X21 tibbi yardım göstərən subyekt kimi çıxış etdiyindən, mənəvi ziyan da ondan tutulmalıdır.

21. Göründüyü kimi, cavabdehin işçisinin təqsiri nəticəsində iddiaçının bacısının ölümü səbəbindən iddiaçı iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

22. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla mənəvi zərərin həcmi iddiada göstərilən məbləğdə deyil, 2*.*** manat məbləğində müəyyən edilməsi işin halları na uyğun olmaqla ağlabatan və ədalətli sayır.

23. Məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1*96.1, 1*96.2, 1*97.1, 1*99.1, 1112-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2-ci il tarixli qərarı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2*2*-ci il tarixli qərarı, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 8*, 82.4, 88, 1*6.1, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X21 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə həkim məsuliyyətə cəlb edilmiş və mülki məsuliyyətdən iddiaçının ərizəsinə əsasən azad edilmişdir. "Əhalinin sağlamlığının qorunması haqqında" AR Qanununun 51-ci maddəsinə əsasən peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirilməməsinə görə həkim Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Zərərin əvəzinin onlardan tutulması onları həkimə qarşı reqres iddia hüquqlarını yaradır. Həkimə qarş ı iddia olmadığı üçün bu hal mümkün deyil.

26. Həkim məsuliyyətə cəlb edilmiş, ona qarşı da mülki iddia tələbi olmamışdır. Belə ki, iddiaçı iddia tələbindən imtina etmişdir.

27. İş materiallarında iddiaçının istər maddi, istərsə də mənəvi zərər çəkməsi barədə heç bir sübut mövcud olmamışdır.

28. Məhkəmə AR Konstitusiya Məhkəməsinin 31.*5.2**2-ci il tarixli qərarında mənəvi zərərin ödənilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxıldığı üçün məhkəmə heç bir əsaslandırma aparmadan mənəvi zərəri 2*.*** manat müəyyən etmişdir. Həmçinin məhkəmə AR Konstitusiya Məhkəməsinin 24.*4.2*2*-ci il qərarının tövsiyyələrini nəzərə almamışdır.

29. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı ged işində əmələ gəlmiş olsun. Onlar müstəqil balansa malik deyillər, iddia onlara qarşı verilə bilməz.

30. Məhkəmə tərəflərin iştirakını təmin etmədən işdə onlara aid olmayan guya bildirişin çatması barədə, həqiqəti əks etdirməyən məlumata əsaslanaraq iştiraklarını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi v ə ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

34. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

35. Maddə 1*96. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

37. Maddə 1*99.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2*17-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2*18-ci il tarixli Qərarı

38. İşçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1*99.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1*99.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3 noyabr 2**8-ci il tarixli Qərarı 39. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçir məsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üz rə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

49. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məq sədəuyğun hesab edir.

50. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmünə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, cina yət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

51. Hazırkı halda cavabdeh xəstəxanadan iddiaçının xeyrinə mənəvi zərərlə bağlı pul tutulacağı təqdirdə xəstəxananın subroqasiya qaydasında həmin məbləği X3 tutmaq hüququ yaranacaq. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X7 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərkən gələcəkdə müvafiq xəstəxanaya qarşı mənəvi zərərlə bağlı tələbinin olacağına dair də hər hansı bir qeyd şərt göstərməmişdir. Bu baxımdan cinayət prosesində zərərçəkən şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir.

52. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.

53. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı).

54. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avro pa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2**3-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş, təqsirləndirilən şəxslə arasında mövcud olan tələbləri qarşılıql ı olaraq razılaşma yolu ilə həll etmiş, buna görə də həmin dövrə aid olan iddialardan imtina etmişdir. Bu, yalnız o dövrə aiddir və zərərçəkmişin hüquqları həmin dövrə qədər olan zərərlə bağlı tələbləri ilə məhdudlaşır. Ondan sonra yaranmış və yaranacaq olan hər hansı bir zərər və ya zərərlə bağlı zərərçəkmişin tələb irəli sürmək hüququ saxlanılır. Başqa sözlə, barışma və güzəştlər yalnız əvvəlki zərərlər üçün keçərlidir və sonradan meydana gələn zərərlərə görə zərərçəkmişin hüquqi tələb irəli sürmə hüququ məhdudlaşdırılmır.

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticəsi düzgün deyildir.

57. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X21 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-2738/2*24 nömrəli, 3* aprel 2*24-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X18 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar