Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2932/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öz hərəkətinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Hüseynov Abiddin Qabil oğ lundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)10779/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.m olan 1 otaqlı mənzili X1 mülkiyyətində olmuşdur.
2. İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Cümə oğlu X1 övladlarıdırlar.
3. X5 20 avqust 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda ona məxsus olan mənzili hər üç övladına bərabər paylarda vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuşdur. 4. 28 oktyabr 2015-ci il tarixli müqavilə ilə X5 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.m olan 1 ot aqlı mənzili oğlu Cavabdeh1 Cümə oğluna bağışlamışdır. 5. 30 oktyabr 2015-ci il tarixdə X5 ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cümə oğluna və 9 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, 50 saylı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, son vaxtlarda ataları ağır yataq xəstəsi olmuş və yaddaşını itirmişdir. Ona bacılar baxmış və qulluq göstərmişlər. Cavabdeh iş ləmir və maddi imkanı olmadığı üçün atasına baxa bilmirdi. Hətta xəstənin yerini dəyişən zaman o, bacılara fiziki köməklik belə göstərməmişdir. Ataları iddiaçılar evdə olmadığı bir vaxtda naməlum səbəbdən üz və boyun nahiyəsindən yaralanaraq ölmüşdür. Yaraların səbəbini soruşduqda cavabdeh atalarının yıxıldığını bildirmişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, atalarının qoyduğu vəsiyyətnamə ləğv edilmədən, cavabdeh atalarına məxsus evin sənədlərini götürərək, atalarının ölməyinə 2 gün qalmış 9 saylı notariat kontorunun notariusunu evə gətirmiş, aldatma və saxta yollarla atalarının evinin cavabdehə bağışlanması haqqında müqavilə bağlanmasını təşkil etmişdir. Atalarının ölümündən sonra bacılara mirasın açılması haqqında bildiriş verilməmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 12 may 2017-ci il tarixli, 2(005)3120/2017 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar bağışlama müqaviləsinin ləğvini tələb etsələr də, iddia ərizəsinin məzmunundan onun etibarsızlığını əsaslandırmamışlar. Məhkəmə araşdırılması zamanı mərhum İlyasov Cuma Əliməmməd oğlu ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə iclası zamanı müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və i ddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər S.F.Hacıyevdən və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla, İlyasov Cuma Əliməmməd oğlu ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşı q Alı küçəsi, 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istər işdə olan sübutlarla (tibbi və s.), istərsə də, ekspertiza rəyi ilə mərhum İlyasov Cuma Əlməmməd oğlunun 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzilə dair Cavabdeh1 ilə bağışlama müqaviləsi bağlayarkən xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi vəziyyətə düşmüşdür. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci i craat
13. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(102)-5194/2019 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdən və Ə.Ə.Şadiyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bağışlama müqaviləsi 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən bilavasitə Cuma İlyasovun mənzilində təsdiq edilmiş və bu zaman onun hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmasına mane olması müəyyən olunmamışdır. Belə olduqda sübutların araşdırılmasının tamlığının təmin olunması və həqiqətin müəyyən olunması üçün notariat əməliyyatını aparmış notariusun məhkəmədə dindirilməsi təmin olunmamışdır. Kassasiya məhkəməsi Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərə dair 354-cü maddəsinə istinadən qeyd etmişdir ki, bağışlama müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə iddia isə 2017-ci ilin mart ayının 29-da, yəni təxminən 1 il 5 ayda n sonra qaldırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halına əhəmiyyət verilməmiş, bir illik müddətin ötürülmə səbəbləri yoxlanılmamış və onlara qiymət verilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin müddət iddia müddəti ilə bağlı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)-12543/2019 nömrəli qətnaməsi ilə (hakim E.Q.Nəbiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və A.Ə.Hüseyndən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmı şdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində mərhum İlyasov Cuma Əlməmməd oğlunun xəstəliyi və onun doğurduğu ağırlaşmaların şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə səbəb ola bilmə ehtimalı göstərilmişdir ki, bununla da qeyd olunan hallar mərhumun bağışlama müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və onlara rəhbərlik edə bilməməsi kimi qiymətləndirilə bilməz. Müqavilə İlyasov Cuma Əliməmməd oğlu ilə Cavabdeh1 Cümə oğlu arasında bağlanmış, sağ ikən hədiyyə verən bağışlamadan imtina etməmiş, habelə bağışlamanın etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda İlyasov Cuma Əliməmməd oğlu özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili sağlığında özgəninkiləşdirmiş, bununla da daha əvvəl tərtib edilmiş vəsiyyətnamə qüvvədən düşmüşdür. Həmçinin bağışlama müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə iddia isə 2017-ci ilin mart ayının 29-da, yəni təxminən 1 il 5 aydan sonra qaldırılmışdır. İddia tələbi Mülki Məcəllənin 354-cü maddəsində göstərilən bir illik müddətin ötürülməsi ilə verilmişdir. Qeyd olunan müddət iddia müddəti ilə bağlı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)-12543/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 sentyabr 2021ci il tarixli, 2(102)-5/2021 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və A.Ə.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2019-cu il tarixli, 2(103)-12543/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əqdin etibarsız sayılması v ə onun nəticələrinin tətbiqinə dair iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 141, 157.2 və 346-cı maddələri nəzərdən keçirilə bilər. İş üzrə birinci apellyasiya baxışında keçirilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 26 may 2018-ci il tarixli rəyindən görünür ki, mərhum İlyasov Cuma Əlməmməd oğlu 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzili Cavabdeh1 Cümə oğluna bağışlayarkən (əqdi bağlayarkən) onda ağır somatik xəstəliyi nəticəsində yaranmış psixotik pozuntular keçirmiş və həmin vaxt o, özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmamışdır. Mərhum İlyasov Cuma Əlməmməd oğlunun xəstəliyi və onun doğurduğu ağırlaşmalar şüurunun itməsinə və ya müvəqqəti psixi pozuntu ilə nəticələnməsinə səbəb ola bilərdi. Mərhum İlyasov Cuma Əlməmməd oğlunun xəstəliyi və onun doğurduğu ağırlaşmalar nəzərə alınmaqla onun vəziyyəti 28 oktyabr 2015-ci il tarixdə köməksiz vəziyyətdə olan şəxs kimi qiymətləndirilə bilərdi. Psixiatriya sahəsində ixtisaslı şəxsin-ekspert, həkim psixiatrın verdiyi rəydə mübahisəli müqavilə bağlanan anda Cümə İlyasovun özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmadığı açıqca müəyyən edildiyi halda, apellyasiya məhkəməsi həmin rəyi təkzib edən mötəbər sübutlara əsaslanmadan əksinə bir nəticəyə gəlmişdir. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin şöbə müdiri X6 bildirmişdir ki, mərhum Cuma İlyasovun tibb i sənədlərə fəaliyyətsiz ola bilər yazılmışdır. Həkim müayinəsi vaxtı huşunu itirmişdir, hallüsinasiyaları olub. Nərimanov rayonu 4 nömrəli poliklinikanın tibbi kartasına əsasən vəziyyəti ağır olub. Mərhumun əvvəllər heç bir psixi xəstəliyi müəyyən edilməmişdir. Lakin suallara qeyri-adekvat cavablar verib, huşu aydın olmayıb, belə halların olması isə artıq psixi pozuntu hesab edilir. Mərhumun ölüm səbəbi kimi somatik xəstəlik yazılsa da, ağciyər çatışmazlığından ölmüşdür. İş materiallarında olan 4 saylı Şəhər Poliklinikasının 18 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış 1934-cü il təvəllüdlü İlyasov Cuma Alməmməd oğlu ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi, ağır gedişli kəskinləşmə fazasında, xroniki ağ ciyər ürək çatışmamazlığı, xroniki ağ ciyər ü rəyi, iki tərəfli hidrotoraks diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. 17 avqust 2015-ci ildə xəstə ağırlaşmış vəziyyətdə 5 saylı Klinik xəstəxanada stasionar müalicə almışdır. Dəfələrlə təcili tibbi yardım köməyindən və sahəhəkim terapevti müalicəsindən istifadə etmişdir. Aparılan müalicələrə baxmayaraq axırıncı ay xəstənin vəziyyəti kəskinləşmişdir. 13.10 - 15.10 - xx.xx.2015-ci il tarixdə təcili yardımın çağırışı əsasında sahə-həkimi M.Mehdiyeva xəstənin ünvanına çağırışa getmişdir. Sahəhəkiminin dediyinə görə xəstə ağır vəziyyətdə, hərəkətləri qeyri-adekvat, verilən suallara aydın cavab vermir, huşu aydın deyildir. Xəstə 30 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan, İlyasov Cuma Əlməmməd oğlunun adına açılmış “Ambulator xəstənin tibbi kartasından” və xəstələrin ünvanları na çağırış kitabından çıxarışdan görünür ki, mərhum İlyasov Cuma Əlməmməd oğlu xəstəliyi ilə bağlı mütəmadi olaraq sahə hakimi X2 tərəfindən müşahidə olunmuşdur. Məsələn, 2015-ci ilin oktyabr ayına edilmiş qeydlərdən görünür ki, xəstənin vəziyyəti ağır olmuş, huşu özündə olmamış, verilən suallara aydın cavab verməmişdir. Qeyri-adekvatdır, hallüsinasiya halları vardır. Bundan əlavə, apellyasiya baxışında şahid qismində dindirilmiş 4 saylı şəhər poliklinikasının sahə həkimi Müşkünaz Mehdiyeva bildirmişdir ki, dəfələrlə Cuma İlyasovun vəziyyəti ilə bağlı ünvana çağırışa getmiş, son vaxtlar xəstənin vəziyyəti ağır olmuş, xəstəliyi ilə bağlı boğulmaları olduğundan huşu aydın olmamışdır. Sonuncu dəfə çağırış əsasında xəstəyə 29 oktyabr 2015-ci il tarixdə baxış keçirmiş, lakin oktyabr ayında xəst ə artıq ölümqabağı vəziyyətdə olmuşdur. Onun 15 oktyabr 2015-ci il tarixdən sonra apardığı qeydlərindən görünür ki, xəstənin huşu özündə olmamış, verilən sualla aydın cavab verə bilməmiş, hallüsinasiya halları olmuş, inqolyator artıq ona kömək etmədiyindən tez-tez boğulmuşdur. Həmin xüsusatlar üzrə şahid qismində dinlənilmiş qonşular Sevinc Salehova və Təranə Əliyeva ifadələrində Cuma İlyasovun xəstəliyi kəskinləşdikdən sonra son vaxtlar yanına getdikdə mərhumun artıq onları tanımadığını bildirmişlər.
21. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işin yuxarıda qeyd edilən halları müəyyən edildiyi halda, 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən Cuma İlyasovun anlaqlılığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə MPM-in 81-ci və 88-ci madd ələrinə uyğun olmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə razılaşarkən həm də ona əsaslanmışdır ki, iddiaçılar hazırkı tələbləri irəli sürmək üçün MM-in 354-cü maddəsindəki bir illik müddəti ötürmüşlər. Lakin, bu mövqe natamam olmaqla yanaşı həmin normaların mahiyyətinə də uyğun deyil. Ona görə ki, əvvəla, apellyasiya məhkəməsi qətnaməsində MM-in 354-cü maddəsinin hər iki bəndinin mətnini göstərsə də, orada nəzərdən tutulan hansı bir illik müddəti bu işə tətbiq etdiyini qeyd etməmişdir. Halbuki, həmin müddətlər mahiyyət etibarilə bir-birindən fərqli məsələləri tənzimləyirlər. Belə ki, MM-in 354.1-ci maddəsindəki bir illik müddət əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaya tətbiq edilən iddia müddəti olduğu halda, MM-in 354.2-ci maddəsindəki müddətlər məhz mübahisə edilən əqdlərin iradəsi zədələnmiş şəxs tərəfindən mübahisələndirməsi üçün müəyyən edilmiş kəsici müddətdir. Bundan əlavə, iddia tələbinin hüquqi əsası olan MM-in 346-cı maddəsindəki etibarsızlığın hansı növə aid olması, bu normada göstərilən hallara görə əqdin etibarsızlığına MM-in 354-cü maddəsindəki müddətlərin tətbiq edilməsinin mümkünlüyü, əgər mümkündürsə konkret olaraq hansı müddətin və hansı əsasla tətbiqi də qətnamədə göstərilməmişdir.
23. Qeyd edilən məsələlərlə bağlı kassasiya instansiyası məhkəməsi, daha əvvəl baxmış məhkəmə tərkibindən fərqli hüquqi mövqedə olduğu üçün Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən sorğu i lə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş və Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 346.1-ci maddəsində nəzərdə tutulan etibarsızlıq halını yaşa görə və ya psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin bağladığı əqdlərlə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlmişdir ki, anlaqlılığını müvəqqəti olaraq itirmiş şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından bağlandığı andan etibarsızdır. Bu hüquqi mövqedən aydın olur ki, sözügedən normadakı etibarsızlıq mübahisələndirilə bilən əqdlərə aid deyil. Çünki mübahisə edilən əqdlər MM-in 339.1-3 39.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. MM-in 354.2-ci maddəsindəki bir illik (aylıq) müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (MM-in 337.2-ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlıym ış kimi qalmaqda davam edir. Qeyd olunanlara əsasən kassasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların istinad etdikləri etibarsızlıq halı mübahisələndirilə bilən əqdlərə aid olmadığı üçün onların tələbinə MM-in 354.2-ci maddəsindəki müddətlərin tətbiqi mümkün deyil. MM-in 354.1-ci maddəsindəki müddətin əqdin əhəmiyyətsizliyinin müəyyən edilməsi barədə iddiaya tətbiq edilmədiyi, çünki əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsassız varlanma halları üzrə geri qayta rılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi Konstitusiya Məhkəməsinin qərarında aydın şəkildə izah olunmuşdur.
24. Hazırkı işdə MM-in 346-cı maddəsində nəzərdə tutulan hallara görə etibarsızlığı iddia edilən 28 oktyabr 2015-ci il tarixli müqavilədəki mənzil əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə Cavabdeh1 keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün mənzil üzərindəki mülkiyyət hüququ Cümə İlyasovda qalmış, onun öldüyü andan isə vərəsələrə keçmişdir. Bu baxımdan iddiaçıların vərəsə olmaları və mirası qəbul etmələri ilə bağlı hallar mübahisə edilmədiyi təqdirdə onların maraqlı şəxs kimi bağışlama müqaviləsinin etibarsızlığının tanınmaqla mənzilin geri qaytarılmasına dair tələbləri mülkiyyətin müdafiəsinə söykənir və ona MM-in 354.1-ci maddəsindəki müddət tətbiq oluna bilməz. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi işdəki sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələblərini MM-in 141-ci və 157.2-ci maddələrinin və digər aidiyyəti normaların dispozisiya şərtləri əsasında araşdırılmaqla o nlara lazımi hüquqi qiymət verməmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-10779/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilərək, İlyasov Cuma Əlməmməd oğlu ilə Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması haqqında 2 8 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istər işdə olan sübutlarla (tibbi və s.), istərsə də ekspertiza rəyi ilə mərhum İlyasov Cuma Əlməmməd oğlunun 28 oktyabr 2015-ci il tarixdə mülkiyyətində olan mənzilə dair Cavabdeh1 Cümə oğlu ilə bağışlama müqaviləsi bağlayarkən xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər s übutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
27. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnaməyə əsasən İlyasov Cuma Əlməmməd oğlu ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını övladları İddiaçı2, İddiaçı1 və Cavabdeh1 bərabər paylarda vəsiyyət etdiyindən və həmin vəsiyyətnamə qüvvədə olduğundan, İddiaçı2 və İddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 337.1, 337.2, 337.3, 337.4, 346.1, 666.1, 1243.1, 1243.2, 1255-ci maddələri, “Notariat haqqında” Qanunun 35-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qər arı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndinin 2-ci hissəsi, 39-cu bəndinin 2-ci hissəsi, habelə “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
29. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-10779/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i Mülki Məcəllənin 337.1, 346.1, 666.1, 668.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.1, 81, 88, 217-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən İlyasov Cuma Əlməmməd oğluna hüquqları və vəzifələri izah edilmiş, həmçinin onun fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Bağışlama müqaviləsinin sonra nəticələri ilə bağlı bütün hallar izah edilmişdir. Notariusu məhz İlyasov Cuma Əlməmməd oğlu özü şəxsən dəvət etmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan məhkəmə psixiatrik ekspertizasının 26 may 2018-ci il tarixli rəyində mərhum İlyasov Cuma Əlməmməd oğlunun barəsində verilmiş rəydə qeyri-müəyyənlik olmasını, həqiqətdə hədiyyə vermiş Cuma İlyasovun sağlığında yəni son xəstəliyinə qədər psixi xəstə olma sı təsdiq edən sübutun mövcud olmadığını, şahid qismində dindirilmiş X3 və X4 mərhum İlyasov Cuma Əlməmməd oğlu ilə qonşuluqda yaşamamalarını, İddiaçı2 qonşuları olmaqla, Hovsan qəsəbə sakinləri olmalarını nəzərə almamışdır.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
33. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisəni n hüquqi aktlarına təsir göstərə bilər.
35. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam v ermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alın anları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmaya raq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsi işdə olan sübutları, o cümlədən birinci apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyini, ekspertin və mərhum Cuma İlyasovun müalicəsi ilə məşğul olmuş sahə həkiminin və digər şahidlərin ifadələrini, tibbi sənədləri səlahiyyətləri çərçivəsində araş dırıb, həmin sübutlara hüquqi qiymət verməklə belə nəticəyə gəlmişdir ki, mərhum mübahisələndirilən əqdi bağladığı zaman xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən bağlanmış müqaviləni əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırki iş üzrə əvvəlki kassasiya icraatı zamanı verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ifadə olunmuş hüquqi mövqeyə uyğundur.
43. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyə ti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir.... Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tu tulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri p ozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur.... anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.... Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odu r ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir.
44. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbra himovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-10779/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.