Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2933/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin tutulması 01.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2166/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, **-BV-*** dövləq qeydiyyat nömrəli, X3 avtomobilin sahibi X1r. 2. 23 noyabr 2019-cu il tarixli X4 protokoldan görünür ki, 22 noyabr 2019-cu il tarixdə, saat 21:45-də Masallı rayonu H.Aslanov küçəsində sürücü Cavabdeh əks istiqamətə çıxıb sərxoş halda xxxx dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Hundai Sonata” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə X4 Protokol tərtib edilmişdir. 3. 23 noyabr 2019-cu il tarixli qüsur arayışından görünür ki, **-BV-*** qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 10490 (on min dörd yüz doxsan) manat məbləği ndədir.
4. Masallı Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 3(050)-909/2019 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 -cü maddəsi ilə təqsirli bilinib, iki il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırmaqla 700 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2020-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X2 tərəfindən təqdim olunmuş 23.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təminbərpa xərci hadisə baş verən tarixə təxminən 8420,00 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona avotomobil qəzası nəticəsində Masallı rayonu, Sığıncaq kənd sakini Cavabdeh tərəfindən dəymiş 10490 (on min dörd yüz doxsan) manat maddi zərərin və 30 manat məhkəmə rüsumu məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 noyabr 2019-cu il tarixdə saat 21:45-də ona məxsus “Hundai Sonata” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı şəhəri, H.Aslanov küçəsindən Ərkivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Cavabdeh sərxoş vəziyyətdə idarə etdiy i xxxx dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qəflətən idarə etməni itirərək qarşı yola çıxması nəticəsində idarə etdiyi avtomobilə çırpılmışdır. Hadisə yerinə Masallı RPŞ-nin YPX-in əməkdaşları gələrək araşdırma aparılmışdır. Avtomobilinə dəymiş zərər barədə mütəxəssis baxışı keçirilmişdir. Avtomobilə dəymiş zərər ümumilikdə 10490 (on min dörd yüz doxsan) manat müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-3 maddəsi ilə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırmaqla 700 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Avtoqəza nəticəsində onun avtomobilinə dəymiş 10490 manar zərəri Cavabdeh ödəməmişdir. Dəfələrlə dəymiş zərəri ödəməsini xahiş etsə də, Cavabdeh müxtəlif bəhanələrlə zərəri ödəməkdən yayınmışdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(050)-370/2020 saylı qətnaməsi ilə (hakim A.Səlimov) iddia qismən təmin edilmiş, Cavabdeh 8420 (səkkiz min dörd yüz iyirmi) manat maddi zərərə görə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumuna görə, cəmi 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozunt usu(delikt) nəticəsində iddiaçıya maddi ziyan(zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir, odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır.
10. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması
11. Məhkəmə baxışı zamanı iddiaçı ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən vurulmasını sübuta yetirsə də, tələbində göstərilən məbləğdə ziyanın mövcud olması məhkəmə iclasında sübuta yetirilməmişdir. Odur ki, iddia qismən təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 21.2, 1097.1, 1108.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2166/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və F.Soltanov) apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(050)-370/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhk əməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də məhz həmin pozuntunun nədə ifadə olunduğunu əsaslandırmamış və əsaslı sübut təqdim etməmişdir. Bu isə apelyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olduğunun, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparıldığının göstəricisidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini p ozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqda rda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
25. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.. (maddə 21.2)
26. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
27. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)
28. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1)
29. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlü kə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1) Mülki Prossesual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2166/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.