Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin azaldılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X10, Cavabdeh2 vəkili X11 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)994/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan, və i adlı uşaqları doğulmuşdur.
2. İddiaçı ilə Cavabdeh2 faktiki münasibətlərindən xx.xx.2013-cü ildə Liana Vəlibəyova adlı uşaqları doğulmuşdur.
3. Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin Cavabdeh2 xeyrinə tutulmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə olan nikahı pozulmuş və övladlarının saxlanması üçün İddiaçı qazancının yarısı miqdarında alimentin tutularaq ya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişd ir), ondan tutulan aliment məbləğinin azaldılaraq, hər ay onun qazancının yarısının övladları X3, X6, X7 və X2 üçün alimentin tutularaq keçmiş həyat yoldaşları olmuş Cavabdeh1 və X4 aralarında müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, hər iki məhkəmə qətnaməsi ilə ümumi alimentin tutulması 75 faiz təşkil edir. Həmçinin, onun hal-hazırda ailəsi ilə birgə yaşadığı Sumqayıt şəhəri 41A-cı məhəllədə yerləşən 1A saylı evin, 48 saylı mənzili xx xxxx 2014-cü ildə 25 illik ipoteka ilə almış və hər ay 310 manat kredit borcuna görə ödəniş edir. Bu isə onun ailəsinin saxlanılması üçün çətinlik yaradır. Bundan başqa, iddiaçı qazancından övladlarının saxlanması üçün aliment ədalətli tutulmalı, hər 4 uşağının saxlanılması üçün müəyyən olunm uş aliment məbləği barabər hissələrdə hər 4 uşağa aid olmalıdır.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının kredit və digər ödənişlərinin olması, alimentin azaldılması üçün əsas ola bilməz.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim C.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9159/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Məhkəmə mövqeyini əsaslandırarkən “İcra haqqında” Azrəbaycan Respublikasının Qanunun 65.1-65.3-cü (alimentlərin tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz) maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərG.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı) xx xxxx 2020-ci il tarixli, 2(105)-994/20 nömrəli qətnaməsi ilə Cavabdeh2 nümayəndəsi X16 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9159/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, aliment ödəyən şəxsin kredit və digər ödənişlərinin olması alimentin azaldılması üçün əsas ola bilməz. a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda onun qazancının ¼ hissəsi Cavabdeh2, yarı hissəsi isə Cavabdeh1 hesabı na ödənilir. Bu tələblər onun qanuni hüquq və mənafelərini pozur və ondan başqa övladlarının arasında ayrı-seçkilik salır. Belə ki, işlədiyi müəssisəyə hər iki mülki üzrə icra məktubu göndərilmişdir. Ancaq onun əmək haqqısı bunların ikisinin ödənilməsinə bəs eləmir. O səbəbdən icraçı gah bir alimenti azaldır, o birini artırır ya da əksinə. İddiaçının qanuni nikahından üç uşağı var. Ancaq Cavabdeh2 görə onlara çatacaq aliment məbləği qanunsuz olaraq azaldırılaraq 45 faiz tutulur. Çünki Cavabdeh2 ödəniləcək 1/4 hissə tam şəkildə tutula bilmir. Onun qazancından tutulan aliment 4 övladı arasında bərabər bölünməlidir və uşaqların heç birinin haqqı tapdalanmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı hal -hazırda 3.400 və 4.000 manat əmək haqqı alır. Bu səbəbdən də, iddiaçını alimentlərin tutulmasından sonra kifayət qədər imkanı çatır ki, krediti də ödəsin və özünü dolandırsın. Belə ki, iddiaçının hər ay aylıq əmək haqqı təxminən 2500 manat, mükafatı isə 1500 manat təşkil edir. Cəmi hər ay qazancı 3400 və ya 4.000 manat olur. Əgər hər iki alimenti icra etsə, yəni 1700 manat Cavabdeh1, 800 manat Cavabdeh2 ödəsə, 900 manat özünə qalır ki, bu onun üçün kifayət qədər vəsaitdir. İlk öncə qızının əvvəlki yaşam təminatı qorunub saxlanılmalıdır. Bu əsasla da, iddia təmin edilə bilməz. İddiaçının əsas gətirdiyi qətnamə sadəcə formal olaraq Cavabdeh2 xeyrinə tutulmuş alimentin miqdarının azaldılmasına yönəldilmiş saxta addımdır. Çünki, iddiaçının belə bir fikri olsaydı, bu məsələni Cavabdeh1 tələbi zamanı Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirərdi, hətta əgər tutulan alimentin miqdarı digər Cavabdeh1 maraqlarına toxunsa idi o, iddia qaldıra bilərdi. Buradan görsənir ki, İddiaçı ilə Cavabdeh1 demək olar ki, eyni niyyətdə çıxış edirlər. İddiaçı bunu öz iddiasında da açıq-aydın qeyd edir ki, hazırda öz ailəsi ilə birlikdə yaşadığı mənzili kreditə alıb. Yəni öz ailəsi kimi Cavabdeh1 və onunla birgə nikahdan anadan olmuş 3 övladını nəzərdə tutur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Kamal Nurəliyev kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda mə hkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qət namə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(102)2997/2019 saylı qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçıhər ay qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin Cavabdeh2 xeyrinə tutulması barədə qətnaməsindən verilmiş və apellyasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 20 18-ci il tarixli 2(103)12802/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Koka-Kola Bottlers LTD MMC-nin verdiyi 56 nömrəli xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdən bu günə qədər Azərbaycan Koka-Kola Bottlers LTD MMC-də işləyir. O, hal-hazırda regian satış inkişafetdirmə supervayzeri vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1861,47 manat, aylıq mükafatı isə 1002.33 manatdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh R.K.X1, X6 və X12, digər Cavabdeh2 isə X8 adlı övladı olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı əmək haqqının ½ hissəsindən Cavabdeh1 xeyrinə aliment, əmək haqqının yerdə qalan hissəsindən isə ¼ hissədə aliment tutularaq M.B.Vəlibəyovanın xeyrinə tu tulur. Nəticədə İddiaçı əmək haqqının 75% aliment məbləğində məsrəf edilir.
29. Bundan əlavə olaraq, İddiaçı qeyd edir ki, hal-hazırda ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 41A-cı məhəllədə yerləşən 1A saylı evin, 48 saylı mənzilini xx xxxx 2014-cü ildə 25 illik ipoteka ilə almış və hər ay 310 manat kredit ödəyir. Bundan əlavə olaraq, İddiaçı qeyd edir ki, hal-hazırda ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 41A-cı məhəllədə yerləşən 1A saylı evin, 48 saylı mənzilini xx xxxx 2014-cü ildə 25 illik ipoteka ilə almış və hər ay 310 manat kredit ödəyir. İddiaçı ərizədə bildirir ki, əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi Cavabdeh2 ödənildiyi üçün maddi çətinlikəri yaranmış və bu səbəbdən də digər Cavabdeh1 ona qarşı nikahın pozulması, aliment tələbi ilə Sumqayıt Şəhər Məhkə məsində iddia qaldırmış və iddiası təmin edilərək azyaşlı uşaqlarının saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-9094/2018 saylı qətnamə çıxarılmışdır.
30. Məhkəmə kollegiyası iddiaçının mövqeyi və tələbini əsassız sayaraq vurğulamışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarında və Ailə Məcəlləsində bir başa qeyd edilir ki, kredit ödənişlərinin və digər ödənişlərin olması alimentin azaldılması üçün əsas ola bilməz.
31. Kollegiya, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı alimentin azaldılması üçün qanunda nəzərdə tutulmuş əsasları sübuta yetirə bilmədiyindən apellyasiya məhkəməsinin iddianın rədd edilməsi haqqında gəldiyi nəticə maddi və pr osessual hüquq normalarına uyğundur.
32. Digər tərəfdən cavabdehlərin xeyrinə tutulmuş alimentlər Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur. Tutulmaların iddiaçının qazancının müvafiq hissəsinə uyğun aparılması isə icra məmuru tərəfindən icra qanunvericiliyinə uyğun qaydada həyata keçirilməlidir. Bu halda, uşaqları üçün ödənilən alimentin məbləğindən narazı qalan şəxs (aliment alan), alimentin miqdarının dəyişdirilməsi (sabit məbləğdə tutulması və s.) üçün məhkəmədə iddia qaldıra bilər.
33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)994/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.