Məhkəmə qərarları › İş №2(102)-294/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-294/2022

14.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-294/22 (Açar sözlər: avtomobilə dair alqı-satqı müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi,) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dair müqavilənin ləğv edilməsi” barədə ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4374/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2020-ci il tarixdə nəqliyat vasitəsinin alğısatqı müqaviləsi bağlanmış, İddiaçı məxsus “Hyundai Sonata” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil 12.000 manat dəyəri ödənilməklə Cavabdeh satılmışd ır. 08 iyun 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydə alınmışdır.

2. Mübahisə müqavilədə nəzərdə tutulan pulun satıcıya verilməməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobilə dair cavabdehlə bağladığı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 iyun 2020-ci ildə Cavabdeh ilə aralarındakı r azılaşmaya əsasən dəyəri ödənilməklə cavabdehin özü olmadan DİN-in BDYPİ Qİİ-də onun adına rəsmiləşdirmişdir.

5. Aralarındakı razılaşmaya görə cavabdeh iddiaçıya 15000 manat pul verməli, iddiaçı isə avtomobili ona təhvil verməli olmuşdur. Amma bu günə kimi müqavilə üzrə öhdəliyi hər iki tərəf yerinə yetirməmişdir.

6. İddiaçı müqavilənin ləğvi üçün cavabdehə müraciət etsə də, cavabdehdən heç bir cavab almamışdır.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 423-cü maddəsinə istinad etmişdir.

8. Cavabdeh da qarşılıqlı iddia verərək, mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh İddiaçı alınaraq ona qaytarılması, cavabdehin qanunsuz hərəkəti nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.000 manatın və ödənilmiş 30 manat d övlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı “Hyundai Sonata” markalı, **-VA-*** dövlət nömrə nişanlı minik avtomobilini almışdır. Həmin avtomobilin iddiaçıya məxsus olması barədə 08 iyun 2020-ci il tarixdə iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.

10. Avtomobilin iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh İddiaçı həmin minik avtomobilini iddiaçıya verməkdən imtina edir.

11. Cavabdeh iddiaçıya məxsus avtomobili qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya xeyli zərər vurmuşdur. Cavabdehin iddiaçıya vurduğu zərərin məbləği 3.000 manat təşkil edir.

12. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 152.1, 157.1, 157.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad edilib.

13. Sabunçu rayon Polis İdarəsində vermiş olduğu izahatda Ələkbər Vəliyev adlı şəxs göstərib ki, avtomobilin dəyəri olaraq müəyyənləşdirilən 14.500 manatın 10.500 manatını İddiaçı ödəyib, bundan sonra sonuncu avtomobili cavabdehin adına keçirib. Digər 4.000 manatı İddiaçı ona olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı razılığa gəlmələrinə baxmayaraq İddiaçı avtomobilin dəyəri olaraq danışılan tam məbləği almadığından cavabdehə avtomobili təhvil verməkdən imtina edib.

14. Xətai Rayon Məhkəməsinin 2(011)-575/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı avtomobilə dair Cavabdeh ilə bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilə ləğv edilmiş, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Aygün Həsənova)

15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, 08 iyun 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında nəqliyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış, İddiaçı məxsus “Hyundai Sonata” minik markalı 99-VA161 dövlət qeydiyyat nişanlı avtomobil 12.000 manat dəyəri ödənilməklə Cavabdeh satılmışdır. 08 iyun 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydə alınmışdır.

16. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, tərəflər arasında bir müddət işgüzar münasibətlər formalaşmış dır. Qeyd edilən münasibətlər vasitəçi yolu ilə həyata keçirilmişdir. Belə ki, X4 cavabdehin adından vasitəçilik yolu ilə bütün işləri həyata keçirmişdir. Hazırkı mübahisə predmeti olan avtomobilə dair danışıqlar da həm iddiaçı, həm cavabdeh tərəfindən məhz Ələkbər Vəliyevlə aparılmışdır. Belə ki, avtomobilin qiymətinin razılaşdırılması, müqavilənin bağlanma tarixi, icra qaydası iddiaçı tərəfindən Ələkbər Vəliyevlə razılaşdırılmışdır. Cavabdeh avtomobilin alınması üçün pul vəsaitini Ələkbər Vəliyevə ödəmişdir. İlkin olaraq razılaşma X3 Kazımov arasında “Toyota Prado” markalı avtomobillə bağlı olmuş və sonuncu bu məqsədlə 18.500 manat ödəmişdir. Lakin sonradan Ələkbər Vəliyev cavabdehi iddiaçının avtomobilini almağa razı salmışdır. 08 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İ şlər Nazirliyi Baş X6 İdarəsi Qeydiyyat İmtahan İdarəsində alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanması zamanı cavabdeh şəxsən özü iştirak etməmiş və müqaviləyə imza atmamışdır. İddiaçı ilə cavabdehi təmsil edən Ələkbər Vəliyev arasında olan razılaşmaya əsasən iddiaçı avtomobili cavabdehin adına rəsmiləşdirdikdən sonra Ələkbər Vəliyev avtomobilin dəyərini iddiaçıya ödəməli, o isə avtomobili təhvil verməli idi.

17. Birinci instansiya məhkəməsi qeyd edib ki, nə qədər ki, tərəflər müqavilənin mövcudluğunu qəbul edir, mövcud olan vəziyyətdə işin hallarına uyğun olaraq işə hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin ləğvi ilkin olaraq tərəflərin razılığı əsasında həyata keçirilir. Hazırkı iş materialları ilə sübut olunur ki, iddiaçı tərəf cava bdehə müqavilənin ləğvi ilə bağlı müraciət etmiş, cavab almadığına görə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə tərəflərin münasibətləri Mülki Məcəllənin 421.2-ci maddəsinin təsiri altına düşdüyündən ilkin iddia üzrə iddia tələbini təmin etməli, iddia tələbində qeyd edilən 08 iyun 2020-ci il tarixli alğı-satqı müqaviləsini ləğv etməlidir. Belə ki, iddiaçı alğı-satqı nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, yəni avtomobilin dəyəri olaraq razılaşdırılan pul vəsaitini ala bilməmişdir.

18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən, iddia bu hissədə təmin edə bilməz. Belə ki, cavabdeh tərəfin verdiyi izahatlardan da görünür ki, avtomobilin dəyəri birbaşa iddiaçı ya deyil, Ələkbər Vəliyevə ödənilmişdir.

19. Cavabdeh tərəf X2 rayon Polis İdarəsində vermiş olduğu izahatın onun xeyrinə yozulan sübut kimi qəbul olunmasını xahiş etmişdir. Həmin izahatın mətnindən görünür ki, Ələkbər Vəliyev avtomobilin dəyəri olaraq müəyyənləşdirilən 14.500 manatın 10.500 manatını İddiaçı ödədiyini, bundan sonra sonuncu avtomobili cavabdehin adına keçirdiyini, digər 4.000 manatın İddiaçı ona olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı razılığa gəlmələrinə baxmayaraq İddiaçı avtomobilin dəyəri olaraq danışılan tam məbləği almadığından cavabdehə avtomobili təhvil verməkdən imtina etmişdir. Eyni izahatın mətnindən görünür ki, cavabdeh Ələkbər Vəliyevə 18.000 manat pul vermişdir.

20. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin istinad etdiyi bu izahata qiymət verərək hesa b edib ki, istinad edilən izahat üzrə qeyd edilən məlumatlar işin hər hansı digər halları ilə və ya digər şahid ifadələri ilə təsdiqlənmədiyindən qeyd edilən izahat sübut olaraq qəbul edilə bilməz.

21. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin 3000 maddi ziyanın tutulması hissəsinə də qiymət verərək belə nəticəyə gəlib ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Çünki iddiaçı Cavabdeh maddi ziyanla bağlı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin ona 3000 manat məbləğində pul öhdəliyinin olması və ya həmin məbləğdə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir.

22. Birinci inst ansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 324.1, 324.4, 324.5, 421.1, 421.2, 424.2, 567-ci, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ilə iddiaçının arasında əldə olunmuş razılığa əsasən avtomobilə dair 08.06.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” rəsmiləşdirildikdən sonra cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş avtomobilin dəyərini hər ikisinin tanışı olan X1 vasitəsi ilə iddiaçıya ödəmişdir; - Ə.Vəliyev bu halı artıq cavabdeh ilə iddiaçı arasında mövcud mübahisə yarandıqdan sonra Sabunçu Rayon Polis İdarəsinə verdiyi izahatında təsdiq etmiş və pulun iddiaçıya ödənilməsini bildirmişdir. Lakin işə baxmış məhkəmə bunu nəzərə almamışdır.

25. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 bildirib ki, tanışı olan cavabdehin tapşırığına əsasən cavabdeh üçün satışdan olan “Hyundai Sonata” markalı avtomobil axtarmış və tanışı olan iddiaçı ilə razılaşaraq iddiaçıya məxsus (mübahisəli) avtomobili cavabdeh üçün 14.500 manata iddiaçıdan almışdır. Cavabdehin verdiyi puldan 10.500 manatı iddiaçıya vermiş, lakin 4.000 manatı verməmişdir, çünki iddiaçının ona 4.000 manat borcu olub. İddiaçı bununla razılaşmışdır. İddiaçı ilə əvvəllər də, avtomobil alış-verişi olmuşdur

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4374/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi” barədə ilk iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı “avtomobilin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilmiş, “Hyundai Sonata” markalı, 99-VA161 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın “dəymiş zə rərin əvəzinin ödənilməsi tələbi barədə” hissəsinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

27. Apellyasiya instansiyası mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərib ki, Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə uyğun olaraq iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmışdır.

28. Apellyasiya instansiyası hesab edib ki, “avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi” barədə ilk iddia təmin edilə bilməz. Çünki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, alıcı olan cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əməl edərək iddiaçıdan aldığı avtomobilin dəyərini ö dəmiş, iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, öhdəliyi icra etmişdir.

29. Apellyasiya instansiyası onu da vurğulayıb ki, iddiaçı, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə ona ziyan vurmuş şəxsə qarşı müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

30. Apellyasiya instansiyası işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə nəticəyə gəlib ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslı hesab edilməli və mübahisəli avtomobil iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Qarşılıqlı iddia tələbinin “vurulmuş maddi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə” hissəsi ilə bağlı apellyasiya instansiyası qeyd edib ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın bu hissəsini təmin etməyərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsassız olduğu üçün bu tələbdən irəli gələn tələb də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslıdır. Buna baxmayaraq, Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin tələblərinə görə həmin tələbdən irəli gələn “vurulmuş maddi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə” tələb başqa əsasla, yəni ziyanın vurulmaması əsası ilə təmin edi lə bilməz.

32. Bununla da, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, ilk iddia əsassızdır, iş üzrə tərəflər arasında bağlanmış 08.06.2020ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur; qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsi əsaslı əsaslıdır, qarşılıqlı iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsi əsassızdır. Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianın “avtomobilin qaytarılması tələbi barədə” hissəsini tələbin əsassız olması səbəbi ilə rədd etməsi və bu nəticəyə görə qarşılıqlı iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə” hissəsini rədd etməsi barədə iş üzrə gəldiyi nəticə isə səhvdir və işin hallarına uyğun deyil.

33. Apellyasiya məhkəməsi gəldiyi n əticəni Mülki Məcəlləsinin 21, 152, 157.2, 385.1, 386.1, 421.2, 442, 567, 598.3, 1096 və 1097-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayətinin dəlilləri: - Ə.Vəliyevin şahid kimi dindirilməsi və onun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki şahid Ə.Vəliyev cavabdehi aldadaraq küllü miqdarda pulunu mənimsədiyi üçün sonucunun şikayətinə görə cinayət təqibinə məruz qalıb və araşdırma hələ də davam edir; - Ə.Vəliyev iddiaçıya avtomobilin dəyərindən hər hansı məbləğ ödəm əyib. Ə.Vəliyevin Sabunçu rayon Polis İdarəsində verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

36. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasını iclasında İddiaçı, onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

38. Məhkəmə kollegiyasını iclasında Cavabdeh vəkili Vəkil3 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.3. Alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. İddia tələbi avtomobilin alqı-satqı müqaviləsinin ləğvi, qarşılıqlı iddia tələbi alqısatqı müqaviləsi əsasında əldə edilmiş avtomobilin sahibliyə qaytarılması barədə olub. İlk iddiaçı iddia tələbinin əsası kimi müqavilə üzrə müəyyən edilmiş avtomobilin dəyərinin ödənilməməsinə istinad etmişdir.

43. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə alıcı olan cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə əməl edərək iddiaçıdan aldığı avtomobilin dəyərini ödəmiş, iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, öhdəliyi icra etmişdir.

44. Məhkəmə kollegiyası iddia və qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə ape llyasiya məhkəməsinin hazırki qərarın 27-33-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi tərəflərin alıq-satqı müqaviləsindən irəli gələn öhdəlikləri, bu öhdəliklərin icrası, müqavilənin ləğvinin əsasları, mülkiyyətin müdafiəsi ilə bağlı işin hallarını araşdırmış, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

45. İddiaçı müqavilə üzrə avtomobilin dəyərinin Cavabdeh tərəfindən ona ödənilməməsini bildirsə də, onun bu dəlili apellyasiya məhkəməsinin hazırki qərarın 27-29cu bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.

46. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətb iq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4374/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar