Məhkəmə qərarları › İş №2(102)-294/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-294/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi) üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə, maneələrin aradan qaldırılması və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4633/2023 nömrəli, 26 oktyabr 2023cü il tarixli qəra rdadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2(bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında yerləşən 110 saylı mənzildə yaşamağa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, İddiaçı və onun ailə üzvləri - X2, X4 1/8 hissə payının olduğu ünvan 1 ünvanında yerləşən 110 saylı mənzilə köçürülməsi, ünvan 1 ünvanında yerləşən 110 saylı mənzildə cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində iddiaçı tərəfindən 5 ay müddətinə aylıq 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 1750 (min yeddi yüz əlli) manat ödənilmiş kiray ə haqqının cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1679/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia qismən təmin edilərək, iddiaçı və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən 110 saylı mənzilə köçürülməsi qət edilmişdir.

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4633/2023 nömrəli m ülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “X1 Bakı şəhəri,Xətai rayonu, Zığ küçəsi ev 26,110 saylı mənzilə köçürülməsi” hissəsində ləğv olunmuş, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4633/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmayan şəxs (Cavabdeh2) tərəfindən verildiyindən və vəkil tərəfindən imzalanmadığından geri qaytarılmışdır.

7. Cavabdeh1 buraxılmış müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qızı (Cavabdeh2) tərəfindən kassasiya şikayəti verildiyindən və özünün də tərəf olduğu bu şikayətə kassasiya qaydasında baxılacağını düşündüyündən, şikayət verməmiş və müddət ötürülmüşdür, bu səbəbdən də ötürülmüş müddətin bərpa edilməs ini xahiş etmişdir. Ərizə ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 4633/2023 nömrəli mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti də verilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) 2(103)-4633/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4633/2023 saylı iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh1 nümayəndəsinin (vəkilinin) ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 iştirakı ilə elan olunmuş, qətnamə onunla birlikdə yaşayan qızı Cavabdeh2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, kassasiya şikayətində bildirməsinə (qeyd etməsinə) görə o özü də qətnaməni məhz xx.xx.2023-cü il tarixdə almışdır.

10. Müddətin bərpası barədə ərizənin məzmunundan aydın olur ki, Cavabdeh1 kassasiya şikayəti vermək niyyəti olmamış, qızı Cavabdeh2 kassasiya şikayəti geri qaytarıldıqdan sonra şikayət vermək qərarına gəlmişdir.

11. Kollegiya hesab edir ki, ərizəçinin (nümayəndəsinin) irəli sürdüyü hal müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməz və o, müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut da təqdim etməmişdir.

12. Nəzərə alınmalıdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

13. Peşəkar vəkillə təmsil olunan bir şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətir məsin.

14. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. 15. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunl arına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələb lərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə və işin mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, 12 7-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 217.1-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, məhkəmə tərəfindən maddi hüquq norması pozulmuş, işə ədalətli baxılmamışdır. Məhkəmə tərəfindən onun qətnamədən şikayət vermək hüququ məhdudlaşdırılmışdır, hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməmişdir, ədalətsiz qərardad qəbul edilmişdir qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir,apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı deyildir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası tərəfindən qanunun bu norması tətbiq edilsə də nəticədə düzgün qiymət verilməmişdir. Görün düyü kimi buraxılmış müddətin bərpa edilməsi ilə bağlı əsaslar mövcud olmuşdur, lakin bu əsaslar, yəni digər cavabdeh - qızı tərəfindən kassasiya şikayəti verildiyindən, bu işə baxılacağından və onun da tərəf olduğu bu işə kassasiya qaydasında baxılacağını düşündüyündən vaxtında kassasiya şikayəti verməmişdir. Yəni bunun hansı nəticələr doğuracağı barədə məlumatı olmamışdır. Əvvəllər vəkillə təmsil edilməmişdir, yalnız apellyasiya şikayəti verilərkən vəkillə təmsil edilmişdir. Məhkəmə tərəfindən qeyd edilənlər nəzərə alınmamışdır. Nəticədə düzgün olmayan qərardad qəbul edilmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 10-1.3. Kommersiya mübahisə ləri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 23. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayətinin geri q aytarılması barədə nəticəyə gəlinərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməsi müəyyən edilmir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 nümayəndəsinin (vəkilinin) ərizəsinin dəlillərinə əsaslandırılmış hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.Kassasiya şikayətinin dəlilləri formal mülahizə xarakterlidir və apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir.

33. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(103)-4633/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar