Məhkəmə qərarları › İş №2(102)-294/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-294/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əmlakının qaytarılması) (Mülki mübahisənin kateqoriyası: Ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; Ər-arvadın fərdi mülkiyyəti; Cehiz əşyalarının qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1458/2024 nömrəli iş üzrə 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X4 25 fevral 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra iddiaçıya “Həsənəliyeva” soyadı verilmişdir. Birgə nikahdan övladları yoxdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bu səbəbdən də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi halhazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı cavabdeh ilə yaşadıqları mənzili tərk etmişdir. Ha zırda iddiaçı ona məxsus cehiz və qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

2. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-01227 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

3. İddiaçı cavabdehə qarşı cehiz əmlakının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh iddiaçıya məxsus olan iddia ərizəsində göstərilmiş 123 adda cehiz əmlakının və ya dəyərinin, 6 adda qızıl-zinət əşyalarının, eləcədə bijuteriyaların və ya dəyərinin alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin hallarına istinad edilərək, onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuşdur. Lakin son vaxtlar münasibətləri pisləşmişdir. Bu səbəbdən də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İddiaçıya məxsus cehiz əmlakları, qızıl-zinət əşyaları cavabdehin ünvanında qalmışdır. İddiaçı cavabdehdən əmlaklarını tələb etsə də, cavabdeh onları iddiaçıya qaytarmamışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçıya məxsus olan və hazırda cavab dehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları bunlardan ibarətdir: Qonaq və yataq otağı dəsti-1 qapılı mebel, komod, stol-stul, şkaf, komod, 4 mərtəbəli tumba, taxt 1 ədəd 9000 manat, künc divan 1 ədəd 1200 manat, televizor (LC) 1 ədəd 1300 manat, soyuducu (Sharp) 1 ədəd 2500 manat, paltaryuyan maşın (Beko) 1 ədəd 1200 manat, mikrodalğalı soba 1 ədəd 300 manat, çilçıraq (işıqlandırma) 1 ədəd 200 manat, ütü stolu 1 ədəd 120 manat, qonaq dəsti (boşqab) 24 ədəd 700 manat, qonaq dəsti (çay dəsti daxil) 12 ədəd 400 manat, qonaq dəsti 12 ədəd 200 manat, gündəlik qablar (nabor) 6 ədəd 100 manat, gündəlik qab 6 ədəd 50 manat, komod üstü qablar 5 ədəd 400 manat, bakal (Tom) 6 ədəd 140 manat, böyük bakal (Tom) 6 ədəd 140 manat, rumka (Tom) 6 ədəd 140 manat, meyvə qabı (Tom) 1 ədəd 250 manat, qənd qabı (Tom) 2 ədəd 400 manat, xrustal meyvə qabı 2 ədəd 100 manat, xrustal meyvə qabı (yumru) 1 ədəd 80 manat, xrustal meyvə qabı 2 ədəd 60 manat, güldan (Xrustal) 1 ədəd 30 manat, rəngli bakal 6 ədəd 120 manat, qaşlı bakal 6 ədəd 40 manat, stəkan (Tom) 12 ədəd 280 manat, xrustal stəkan (Rusiya) 12 ədəd 100 manat, xrustal nəlbəki 12 ədəd 100 manat, nəlbəki gündəlik 12 ədəd 30 manat, mürəbbə qabı 12 ədəd 25 manat, armudu stəkan nəlbəki 12 ədəd 25 manat, mürəbbə qabı (sadə) 12 ədəd 15 manat, xrustal mürəbbə qabı 2 ədəd 120 manat, xrustal qənd qabı 2 ədəd 120 manat, sadə xrustal ləpə qabı (böyük) 2 ədəd 60 manat, sadə xrustal ləpə qabı (balaca) 2 ədəd 50 manat, 2 mərtəbəli qab 1 ədəd 50 manat, ləpə qabı (qutuda) 6 ədəd 50 manat, xrustal qab (qoz-fındıq üçün) 1 ədəd 40 manat, xrustal qa b (qoz-fındıq üçün) 2 ədəd 60 manat, külqabı sadə 2 ədəd 20 manat, borcam 2 ədəd 40 manat, zibil qabı (böyük) 1 ədəd 40 manat, Zibil qabı (balaca) 1 ədəd 10 manat, qaşıq dəsti (çamadan) 1 ədəd 120 manat, qaşıq (gündəlik) 12 ədəd 25 manat, çəngəl (gündəlik) 12 ədəd 25 manat, çay qaşığı (gündəlik) 12 ədəd 20 manat, limon qabı 6 ədəd 10 manat, meyvə bıçağı 12 ədəd 25 manat, bıçaq (nabor) 1 ədəd 50 manat, plasmas qablar (mətbəx üçün) 30 manat, setqa qab (paltar yığmaq üçün) 1 ədəd 10 manat, tort qabı dəsti 1 ədəd 80 manat, tort qabı (sadə) 1 ədəd 30 manat, aş qazanı (Gülsan ) 1 ədəd 100 manat, qara qazan (Gülsan) 1 ədəd 100 manat, qazan dəsti (Evim saray) 1 ədəd 180 manat, qazan dəst 1 ədəd 150 manat, şirəli qazan dəsti 5 ədəd 100 manat, tava (tefal) 1 ədəd 40 manat, qazan (tefal) 1 ədəd 50 ma nat, böyük tava (tefal) 1 ədəd 60 manat, sini dəsti 3 ədəd 100 manat, adi sini (böyük) 2 ədəd 30 manat, çörək qabı 1 ədəd 80 manat, saxlama qabı 1 ədəd 40 manat, şüşə saxlama qabı 3 ədəd 15 manat, elektrikli çaydan (tefal) 1 ədəd 60 manat, qablı mikser 1 ədəd 70 manat, blender (King) 1 ədəd 100 manat, doğrayıcı aparat 1 ədəd 45 manat, ətçəkən 1 ədəd 100 manat, termos 1 ədəd 50 manat, toster 1 ədəd 50 manat, çaydanlıq dəsti 1 ədəd 80 manat, çaydanlıq dəsti 1 ədəd 100 manat, çaydanlıq dəsti 1 ədəd 160 manat, xalça (zal otağı üçün) 1 ədəd 500 manat, xalça (yataq otağı üçün) 1 ədəd 350 manat, taxt döşək 1 ədəd 100 manat, tək döşək 2 ədəd 100 manat, tək yorğan 2 ədəd 100 manat, taxt yorğan 80 manat, sintifon yorğan 1 ədəd 40 manat, tük yastıq 6 ədəd 300 manat, sintifon yastıq 4 ədəd 80 manat, p ərdə (yataq otağı üçün) 1 ədəd 300 manat, taxt üstü dəst 1 ədəd 400 manat, taxt üstü dəst 300 manat, buxovu ədyal 1 ədəd 150 manat, buxovu ədyal (soft) 1 ədəd 150 manat, taxt üstü (yay üçün) 1 ədəd 70 manat, pastel (taxt üçün) soft 1 ədəd 150 manat, pastel (taxt üçün) Altın başak 1 ədəd 100 manat, qırmızı atlas pastel (taxt üçün) 1 ədəd 120 manat, ağ pastel (taxt üçün) 1 ədəd 100 manat, ağ pastel dəsti (taxt üçün ) 1 ədəd 70 manat, sadə xallı pastel (taxt üçün ) 1 ədəd 70 manat, pastel (tək) 1 ədəd 80 manat, böyük can dəsmalı 5 ədəd 100 manat, əl-üz dəsmalı 10 ədəd 100 manat, qaşlı dəsmal 2 ədəd 30 manat, dəsmal dəst 3 ədəd 50 manat, adi dəsmal 6 ədəd 60 manat, can dəsmalı 1 ədəd 20 manat, qaşlı çay dəsmalı 6 ədəd 30 manat, çay dəsmalı dəsti 6 ədəd 30 manat, çay dəsmalı dəsti 4 ədəd 40 man at, əl dəsmalı (mətbəx üçün) 6 ədəd 60 manat, villur süfrə 1 ədəd 100 manat, villur süfrə 1 ədəd 100 manat, süfrə (soft) 1 ədəd 60 manat, qaşlı villur süfrə 1 ədəd 80 manat, koja süfrə 1 ədəd 100 manat, süfrə (adi) 1 ədəd 40 manat, sadə süfrə 1 ədəd 30 manat, toxunma süfrə 1 ədəd 50 manat, hava feni (Braun) 1 ədəd 45 manat, ütü feni (Braun) 1 ədəd 45 manat, saç buran fen 1 ədəd 30 manat, daraqlı fen 1 ədəd 25 manat, saç darağı 1 ədəd 20 manat. Qızıl-zinət əşyaları: 1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram 750 əyarlı 4500 manat, nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram 750 əyarlı 1900 manat, ağ qaşlı üzük (nənəsinin hədiyyəsi)- 45 qram 583 əyarlı 350 manat, alyans-3,0 qram 750 əyarlı 350 manat, sep-3,1 qram 750 əyarlı 360 manat, 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram 750 əyarlı 2080 manat, cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir. Həmçinin iddiaçıya məxsus olan 925 əyarlı gümüş sep 100 manat, tək klon 40 manat, bijuteriya 3 dəst-qiymətləri 60, 50, 20 manat olmaqla və saat (chanel) 45 manat hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalmışdır.

5. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı yaşadığı mənzilə gələrək cehiz əşyalarını apara bilər. Siyahıdakı əşyaların hamısının evində olubolmamağını yoxlamamışdır. İddiaçı istənilən vaxt onda olan əşyalarını gəlib götürə bilər. Siyahıda olan qızıl-zinət əşyaları hal-hazırda iddiaçıdadır. Müalicə dövründə pul çatmadığına görə təqdim olunan siyahıda göstərilən 6-cı nömrədəki qızıl, yəni 1 ədəd komplekt (sırğa, üzük, klon) 17 qram satılmışdır. İddia tələbinin həmin hi ssədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Həmçinin cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir və cehiz əşyalarının iddiaçıya qaytarılmasına etiraz etmir, lakin qızıllar iddiaçıdadır. Belə ki, bu ilin may ayının 9-da tərəflər arasında mübahisə olmuşdur. Bu zaman iddiaçı evdə olan bütün qızıllarını götürmüş və evi tərk etmişdir. Hazırda qızıllar iddiaçıdadır. Əlavə olaraq da bildirir ki, iddia ərizəsində qeyd edilən qızılların qiyməti şişirdilmişdir. Hətta iddiaçı ona toyda nənəsi tərəfindən verilən qızılları da cavabdehdən tələb edir. Cehiz əşyalarına gəldikdə isə dəfələrlə iddiaçı tərəflə əlaqə saxlayıb cehiz əşyalarını götürməsini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmiş dir.

7. X5 tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli rəydən görünür ki, qiymətləndirilməsi nəzərdə tutulan qızıl-zinət əşyaları naturada mövcud olmadığı üçün İddiaçı təqdim etdiyi fotoşəkillərdə (həmin şəkillərin nişan və toy mərasimində çəkildiyi bildirilmişdir) olan və ona alındığı bildirilən qızıl-zinət əşyalarına və həmin qızıllların çəki və əyyarları ilə bağlı müraciət edənin verdiyi məlumata əsasən qeyd edilən qızıl-zinət əşyalarının hazırki bazar qiymətlərinə uyğun qiymətləndirilməsi aparılmış və onların təxmini bazar qiyməti 1 ədəd qarnitur- çəki 33, əyyar 750, 3 kr 60 sot briliant qiyməti 4500 manat, 1 ədəd nişan üzüyü- çəki 6,4, əyyar 750, 1 kr 40 sot briliant qiyməti 1900 manat, 1 ədəd nənə hədiyyəsi üzük- çəki 45, əyyar 583, ağ qaşlı qiyməti 350 manat, 1 ədəd alyansçəki 3, əyyar 750, qiyməti 350 manat, 1 ədəd sep- çəki 3,1, əyyar 750, qiyməti 360 manat, 1 ədəd komplekt (sırğa üzük, klon)çəki 17, əyyar 750, qiyməti 2080 manat müəyyən olunmuşdur. Cəmi qızıl-zinət əşyalarının məbləği 9540 manat təşkil edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8352 saylı ekspert rəyinə əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 4 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6069 manat müəyyən edilir. Digər 2 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızı l-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrıayrılıqda adları və qiymətləri - 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 45 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 3825 manat, çəkisi 0,3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 33 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1153 saylı ekspert rəyinə əsasən, ekspertiza təyi ni haqqında qərardadda və mülki iş materiallarında göstərilən 04 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2923,50 manat müəyyən edilir. Digər 02 adda qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 382,5 manat, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 330 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Şəbnəm Həxiyeva) xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə aşağıdakı 123 adda cehiz əmlakı və 6 adda qızıl-zinət əşyalarının (1 ədəd qarnitur (3kr 60 sot briliant)-33 qram, 750 əyarlı- 4500 manat; Nişan üzüyü 5 qaş (1kr 40 sot briliant)- 6,4 qram, 750 əyarlı- 1900 manat; Ağ qaşlı üzük- 4,5 qram, 583 əyarlı- 382,5 manat; Alyans-3,0 qram, 750 əyarlı- 330 manat; Sep-3,1 qram, 750 əyarlı341 manat; 1 ədəd komplekt (sırğa, üzük, klon)-17 qram, 750 əyarlı- 1870 manat.) natura şəklində tutulması, AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən yuxarıda qeyd olunan əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların yuxarıda qeyd olunan məbləğdə dəyərinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatın cavabdehdən tutulub, X1 hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, hazırda iddiaçı ona məxsus cehiz və qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. İddia ərizəsində sadalanan cehiz əmlakları cavabdehin yaşadığı evdə qalmışdır. Mübahisəli qızıl-zinət əşyaları hədiyyə şəklində iddiaçıya verildi yi üçün həmin əmlaklar onun mülkiyyəti hesab edilir. Digər tərəfdən həmin əmlakların mövcudluğu, onların hazırki mübahisə yaranan vaxtadək tərəflərin birgə yaşadığı evdə olması iddiaçının mənzildən çıxarılarkən qızıl əşyalarının evdə qalması, bununla əlaqədar cavabdehlə telefon vasitəsilə əlaqə saxlaması məhkəmə iclasında öz təsdiqini tapmışdır və bu hal işin mübahissəsiz halıdır. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan xx.xx.2023-cü il tarixli CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (1:19-1:55) ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını geri qaytarmayacağını bildirmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cehiz əşyalarının qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Ona görə də məhkəmə əmlakların qiymə tləndirilməsinin prosessual qənaət prinsipinə nəzərə alıb qiymətlərin müəyyən edilməsinə zərurət qalmamış və iddiaçının iddia etdiyi qiymət isə ağlabatandır.

13. Sonuncu ekspert rəyinə əsasən 1 ədəd qarnitur- çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant qiyməti 0 manat, 1 ədəd nişan üzüyü- 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 qiyməti 0 manat, çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük qiyməti 382,5 manat, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans qiyməti 330 manat, çəkisi 3,1 qram, əyarı 750 olan sep qiyməti 341 manat, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplekt (sırğa, üzük, klon) qiyməti 1870 manat müəyyən olunmuşdur.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabde hdən tutulmalıdır.

15. Məhkəmə iddia tələbinin “bijuteriyaların qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı 925 əyarlı gümüş sepin, tək klonun, bijuteriya 3 dəstin və saatın cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2, 135.4, 135.5, 152.1, 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1,217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci insta nsiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddiasının tam şəkildə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060-4896/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Aralarında olan ailə münasibətləri pozulmuş, artıq birgə yaşamırlar, iddiaçı özü evi tərk edərək getmişdir. Evdən gedərkən özü ilə bütün qızıl-zinət əşyalarını aparmışdır. Onda heç bir qızıl-zinət əşyası yoxdur. Birgə yaşadıqları müddətdə onun gətirdiyi cehiz əmlakları demək olar ki, istifadə edilməmişdir. Ümumilikdə iddia tələbində qeyd etdiyi siyahıda əmlakların olub-olmamasından məlumatı yoxdur. Tələbdə qeyd olunan siyahı üzrə inventar yoxlama aparmaq məcburiyyətində deyil. Evi tərk edib getdikdən sonra dəfələrlə özünə və atasına gəlib cehiz əmlaklarını aparılması bildirilmişdir. Lakin bu günə qədər qarşı tərəfdən heç bir addım atılmamışdır. Əksinə məhkəməyə boş-boş müraciət edilmişdir. İddiaçının alınmış qızılların qiyməti haqqında qaldırdığı iddiada qeyd olunan qiymətlər şişirdilmişdir. Əslində qızıllar aşağıdakı qiymətlərə alınmışdır. 1 ədəd 750 əyarlı qarniturun dəyəri 4500 manat deyil, 3500 manatdır. Nişan üzüyü 750 əyarlı 1900 manat deyil, 1200 manatdır. Ağ qaşlı üzük (nənəsinin hədiyyəsi) 583 əyarlı 350 manat, üzüyün nənəsi tərəfindən hədiyyə verilməsi haqqında məlumatı yoxdur. Alyans 750 əyarlı 350 manata alınmayıb. Sep (boyunbağı) 750 əyarlı 360 manata alınmayıb. 1 ədəd komplekt 750 əyarlı 2080 manat deyil, 150 0 manatdır. Məhkəmə qərarı qarşı tərəfin telefonda yazdığı səs yazısında olan bir cümləyə əsaslanaraq çıxardır. Halbuki həmin cümləni o, əsəbi vəziyyətdə demişdir və həmin danışığın konteksindən çıxarılıb. Həmin səs yazısının göstərildiyi xx.xx.2023-cü il tarixində qarşı tərəf onunla 3 dəfə telefonda danışıb. Həmin danışıqların məzmunu nəzərə alınmır. İddiaçının şişirdilmiş şəkildə ilk siyahıda təqdim etdiyi qızılların qiyməti sonda məhkəmə tərəfindən olduğu kimi ondan tələb olunur. Belə isə iki dəfə ekspertiza və dəfələrlə məhkəmə iclasına nə ehtiyac vardı. Halbuki 1-ci və 2-ci sırada göstərilmiş qızılların qiymətini hər iki ekspertiza müəyyən etməyib və 0 manat göstərilib. Ekspertizanın rəyi nəzərə alınmayıb. Məhkəmə iddiaçının göstərdiyi 1-ci sıradakı qızılın qiymətini 4500 manat, 2-ci sradakı qızılın qiyməti 1900 manat olduğunu necə müəyyənləşdirib. Ekspertizanın rəyi nəzərə alınmadığı halda, ondan 150 manat ekspertiza haqqı tələb olunur. Məhkəmə iclasında iddiaçı özü də qeyd etdi ki, birgə yaşadıqları dövrdə hər ikisinin müalicəsinə 15000 manat (on beş min) məbləğində pul xərclənib. Müalicə vaxtı pul çatmadığı üçün təqdim olunan siyahıda göstərilən 6-cı sıradakı qızılın satıldığı haqqında dəfələrlə vəsatət qaldırsa da iddiaçının öz xətti ilə yazılan və müalicə üçün xərclənmiş 1400 manat məbləğində siyahı təqdim etsə də vəsatəti qəbul edilməmiş və birtərəfli qərar çıxarılmışdır. Məhkəmə iddiaçının formal mülahizələri əsasında qanunsuz qərar qəbul etmiş və iş üzrə sübutları qiymətləndirmədən iddiaçının sözlərinə əsasən iddia tələbini təmin etmişdir.

19. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A.Mahmudov, S.A.Qafari ibarət tərkibdə) xx.xx.2024-cü il tarixi 2(105)-1458/2024 nömrəli iş üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-106/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir 23.Məhkəmə kollegiyası ilk öncə 123 adda cehiz əmlakın qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticəyə qiymət verərək qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarında cehiz əmlaklarının iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd edilən əmlakların hansının mövcud olub-olmamasından məlumatı olmadığını bildirmişdir. Bununla bağlı isə qeyd olu nur ki, cavabdeh tələb olunan cehiz əmlaklardan hansının mövcud olmaması ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmişdir. Hərçənd ki, cavabdeh hər bir əmlaka münasibətdə öz etirazını irəli sürmək hüququna malik olmaqla, etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. 24.Məhkəmə kollegiyası qızıl-zinət əşyalarına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş diskdə olan və məhkəmə kollegiyasının iclasında dinlənilmiş səs yazısından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını ona geri qaytarmayacağını bildirmişdir ki, bununla da həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması sü but olunmuşdur. Cavabdeh apellyasiya şikayətində əsəbi olduğu üçün danışıqda belə bir ifadəni işlətdiyini deməklə yanaşı, həmçinin ümumi danışığın konteksindən çıxarılmış səs yazısı olduğunu iddia etmişdir ki, cavabdehin bu dəlilləri də əsassız olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş səs yazısından cavabdehin qeyd etdiyi nəticəyə gəlinməsi mümkünsüz olmaqla, iddiaçının cavabdehlə danışığının ümumi məzmunu qızılların cavabdehdə qalmasını təsdiq etməkdədir. Tərəflər arasında isə məhkəməyə təqdim edilmiş səs yazısından başqa isə hər hansı bir səs yazısı məhkəməyə təqdim edilməmişdir. 25.Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə qeyd edilən əmlaklardan çəkisi 4,5 qram 583 əyar olan 1 ədəd ağ qaşlı üzük, çəkisi 3 qram əyarı 750 olan 1 ədəd alyans, çəkisi 3,1 qram, əyarı 750 olan boyunbağı, çəkisi 17 qram əyarı 750 olan 1 ədəd komplektin (sırğa, üzük, klon) qiymətini Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1153 saylı ekspert rəyinə uyğun müəyyən etmiş, çəkisi 33 qram, əyarı 750, 3 kr 60 sot briliant 1 ədəd qarnitur və 5 qaş, 1 kr 40 sot briliant, çəkisi 6,4 qram, əyarı 750 olan 1 ədəd nişan üzüyünün qiyməti isə qızıl-zinət əşyalarının üzərilərində olan brilliant qaşların sayı, keyfiyyəti, istehsal yeri və s. haqqında kifayət qədər məlumat olmadığından ekspert tərəfindən müəyyən edilməişdir ki, həmin əşyaların dəyəri iş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir. Hərçənd ki, ekspert rəyi ilə müəyyən edilmiş qızıl-zinət əşyalarının dəyəri mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətlərə uyğun olmuşdur ki, bu hal mütəxəssis rəyinin mötəbər olmamasını istisna etmişdir. Cavabdeh tərəf isə həmin mütəxəssis rəyinin əsassızlığına dair hər hansı bir əsaslandırılmış dəlil irəli sürə bilməmiş və ya buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyəri sübut qismində qəbul etmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qızıl-zinət əşyalarının dəyəri ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. 26.Məhkəmə kollegiyası ekspert xərcinin ondan tutulması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin edilmiş, ekspert rəyi cavab deh tərəfindən mübahisələndirilmiş, onun vəsatəti əsasında əlavə ekspertiza təyin edilmiş və iddia tələbi təmin edilmişdir ki, bu səbəbdən ekspertizanın dəyərinin cavabdehdən tutulması barədə məhkəmənin mövqeyi düzgün olmuşdur. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 225.3, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2, 34.1,34.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 80,119.1, 217.3., 217.4-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri: 28.Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(105)-1458/2024 s aylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edərək, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 29.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qızıl-zinət əşyaları kimin istifadəsində olubsa, ona məxsusdur. Yəni ilk növbədə məhkəmələr iddiaçının şişirdilmiş qiymətlərlə təqdim etdiyi qızıl-zinət əşyalarının doğurdan da onda olub-olmamasını araşdırmalı idi. İddiaçının təqdim etdiyi və məhkəmələrin gəldikləri nəticələrini əsaslandığı qiymətləndirmə rəyi bu əşyaların mövcudluğunu sübut etmir. Çünki cavabdeh, bu əşyaların mövcudluğuna etiraz bildirib və hətta iddiaçının məhkəmə iclasında müalicə xərclərinə kifayət qədər pul xərcləndiyini etiraf etməsini məhkəmənin diqqətinə çatdırıraq, həmin xərclərin bir hissəsini qızıl-zinə t əşyalarından bəzilərinin satılması yolu ilə qarşılandığını bildirib. Birinci instansiya məhkəməsi əvvəlcə iş üzrə öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və hesab etmişdir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək lazımdır. Hətta ilk ekspertiza rəyi kifayət qədər aydın olmadığı üçün ikinci dəfə də ekspertiza keçirilmişdir. Belə olan halda məhkəmənin qızılların qiymətləndirilməsi ilə bağlı hissədə ekspert rəyinə deyil, iddiaçının qiymətləndirməsinə etibar etməsi qərarın qərəzli olduğunun birbaşa sübutudur. Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır.Məhkəmə qərarının sübutlara deyil, iddiaçının formal mülahizələrinə əsaslanması qərarın qanunsuz və ədalətsiz olmasını göstərir. Məhkəmə qərarı sübutlara əsaslansa idi iş üzrə sübuti əhəmiyyət kəsb ed ən ekspertiza rəyinə əsaslanmalı idi. Cavabdeh bütün məhkəmə iclaslarında qızılların onda olmadığını və qiymətlərinin şişirdildiyini bildirmişdir. Bu halda o cavabdeh olaraq etiraf etmirsə məhkəmənin qızılların onda olması və iddiaçının dediyi qiymətlərdə olması ilə bağlı gəldiyi mövqe yanlışdır. Qızılların qiymətləndirilməsi ilə bağlı isə ümumiyyətlə iddiaçı sübut təqdim etməmiş, yalnızca öz mülahizəsini irəli sürmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin qızıl-zinət əşyalarının cavabdehdə olması ilə bağlı mövqeyini əsaslı hesab etsək də, bu əşyaların nədən ibarət olması sübut olunmur və iddiaçının şəxsi mülahizələrinə əsaslanır. 30.Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Ailə Мəcəlləsinin 34.2ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM-nin) 97,106.3, 217.4-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 23.İddiaçı kassasiya şikayətinə etiraz ilə müraciət edərək, kassasiya şikayətinin tamamilə əsassız olduğundan təmin edilməməsini, cavabdehin ona qızıllarını qaytarmaq istəmədiyi üçün prosesi uzatdığını bildirərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(105)-1458/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə

152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sa hibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

27. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

28. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

29. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər arvadın ümumi birgə mülkiyyətindədir.

30. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin tam ləğv olunması göstərilsə də dəlilləri iddianın qızıl zinət əşyalarının təmin olunmuş hissəsi ilə bağlı olduğundan, apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə b axan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və kassasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edən dəlillərə hüquqi qiymət vermişdir.

41. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın qismən təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtlərinin olması qənaətinə gəlmişdir.

42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni hazırki qərarın 23-26-cı bəndlərində qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, cavabdeh şikayətində göstərilən dəlilləri əsaslandıra bilməmiş və iddianın əsassız olmasına dair sübutlar təqdim etməmişdir. Əksinə tələb olunan qızıl-zinət əşyalarının cavabdehdə qalması müəyyən olunmuşdur.

43. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilmişdir.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessua l hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası MPM-nin 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1458/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar