Məhkəmə qərarları › İş №2(102)-2943/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2943/2019

15.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2943/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Ə.Əliyev, iş 2(009)-486/2018) İddiaçı Cavabdeh qarşı qızıl-zi nyət əşyalarının və pulun qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli, 2(103)-8294/2018 saylı qətnaməsi ilə (R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), hakimlər S.F.Hacıyev və F.Ş.Talışinski) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(009)486/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və pulun qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, dəyəri 30.000 ABŞ dolları olan brilyant qaşlı sırğanın, dəyəri 30.000 ABŞ dolları olan brilyant qaşın, dəyəri 20.000 ABŞ dolları olan 8 karatlıq brilyant qaşlı və ortasında 2 karatlıq brilyant qaşı olan boyunbağının, nağd olaraq ödədiyi 30.900 ABŞ dolları məbləğində pulun ödənilən anda manatla məzənnəsinin və vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasın ın iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən iddia etdiyi qızıl-zinyət əşyalarını geri tələb edərkən onların cavabdehdə olmasına istinad etdiyindən tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dizpozitiv şərtləri mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərt eyni anda mövcud olmalıdır: - iddiaçı əşyaların mülkiyyətçisi olmalı, - həmin əşyalar cavabdehin sahibliyində olmalı, - ca vabdehin əşyalara sahiblik hüququ olmamalıdır (qanunsuz sahiblik) İş materiallarından görünür ki, iddiaçı dəyəri 30.000 ABŞ dolları olan brilyant qaşlı sırğanı, dəyəri 30.000 ABŞ dolları olan brilyant qaşı, dəyəri 20.000 ABŞ dolları olan brilyant qaşlı boyunbağını cavabdehə verdiyini iddia etmiş, lakin cavabdeh bu faktı qəbul etməyərək mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, belə olan halda qeyd edilən qızıl-zinyət əşyalarını cavabdehə verməsini sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. İş materiallarından məlum olur ki, iddiaçı sübut kimi birinci instansiya məhkəməsinə şahid ifadəsi və video yazı təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin yazının gizli qeydə alındığını bildirdiyindən, habelə çəkilişə baxılar kən onun açıq deyil, gizli aparılmasına ciddi şübhələr olduğundan bu xüsusat araşdırılmışdır. İddiaçı, video çəkilişin açıq aparıldığını və cavabdehin bunu bilməsinin söhbətin məzmunundan məlum olduğunu ifadə etmiş, bu xüsusatın yoxlanılması üçün müvafiq ekspertiza təyin olunmasını xahiş etmişdir. İş üzrə keçirilmiş səsin və şifahi nitqin tədqiqinə dair ekspertizanın 20.04.2018-ci il tarixli, 7340 nömrəli rəyində tərəflər arasındakı danışığın məzmununda çəkilişin aparılmasından cavabdehin xəbərinin olmasına dair məlumat öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu səbəbdən məhkəmə haqlı olaraq həmin yazının gizli şəkildə qeydə alındığı qənaətinə gələrək onu sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsin ə əsasən, qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan qızıl-zinyət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması nəticəsinə gəlmək üçün kifayətedici sübutlar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlarla, iddiaçının iddia etdiyi qızıl-zinyət əşyalarını cavabdehə verməsi, onların cavabdehin qanunsuz sahibliyində olması halı müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tələb olunan qızıl-zinyət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizanın təyin olunması barədə iddiaçı tərəfin vəsatəti ni əsassız hesab etmişdir (qızıl-zinyət əşyalarının qiymətləndirilməsi o zaman aparıla bilərdi ki, məhkəmə baxışı zamanı onların cavabdehdə olması müəyyən olunsun, lakin dəyəri ilə bağlı mübahisə olsun). Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia qalan hissələrdə də əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianın «30900 ABŞ dolları pulun qaytarılması» hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının özünün bildirdiklərinə əsasən o, cavabdehdən brilyant qaşlı sancaq almış və buna görə cavabdehə borclanmışdır. O, həmin sancağa görə müxtəlif vaxtlarda və məbləğlərdə cavabdehə pul ödəmiş və buna dair qəbzlər tərtib olunmuşdur. İşdə olan qəbzlərdən görünür ki, iddiaçının cavabdehə verdiyi pullar onun aldığı brilyant sancağa görə olan borcun qismi ödənişidir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, həmçinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar