Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2944/2022 14.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-779/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Asif qızına, Cavabdeh2 qarşı 09 oktyabr 2020-ci il tarixdə şəhid olmuş yoldaşı X1 haqqında yazılmış həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, mənəvi ziyana görə 20.000 manat pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmiş dir. Şirvan Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(032)-814/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Asif qızı tərəfindən instagram sosial şəbəkəsində şəhid X1 və anası İddiaçı haqqında yazılmış cümlələr həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilmiş, Cavabdeh1 Asif qızının üzərinə instagram.com sosial şəbəkəsində şəhid X1 barəsində yazılmış məlumatların təkzib olunması öhdəliyi qoyulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2(106)779/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakim T.Heydərov) Apellyasiya şikayətinin qeyri-mümk ün sayılmasının əsası şikayətin Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində müəyyən edilmiş formaya (MPM-ə əlavə edilmiş 2 saylı Əlavəyə) uyğun tərtib edilməməsi olmuşdur. İddiaçı (Vəkil) həmin qərardaddan kassasiya şikayəti verib qərardadın ləğv edilməsi və işin apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti verən şəxs kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərti b edilməmişdir. İddiaçı kassasiya şikayətində ümumi şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 6.2, 6.3-cü bəndlərini, Mülki Prosessual Məcəllənin 366.1 maddələrinin məzmununu yazıb, sonra da yalnız apellyasiya şikayətində şikayətin əsaslarını göstərdiyini qeyd etməklə kifayətlənmiş, məhkəmənin hansı prosessual hüquq normalarının düzgün tətbiq etməməsinin nədən ibarət olmasını şərh etməmiş, işin hallarını sadalamış, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edi lməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 40 8.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (Vəkil) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-779/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2944/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2944/2022
14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver