Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2944/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Yəhya oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Yəhya oğlunun Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-696/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahlarından 11 mart 2006-cı ildə Əsli, 08 noyabr 2009-cu ildə Rahilə, 04 fevral, 2012-ci ildə Rahidə, 10 mart 2013-cü ildə Yusif, 11 aprel 2015-ci ildə Aydan adlı uşaqları doğulmuşdur.
2. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-1781/2021 nömrəli qətnaməsinə əsasən tərəflər arasında 2012-ci ildə bağlanmış nikah pozulmuşdur.
3. Beyləqan Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(020)-45/2023 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqlar İddiaçı Yəhya oğlunun himayəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11 mart 2006-cı ildə anadan olan Əsli, 8 noyabr 2009-cu il də anadan olan Rahilə, 4 fevral, 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 1100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xasiyyətləri uyğun gəlmədiyindən nikahlarını pozmuşdurlar. Hazırda uşaqları onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkməkdədir. Başqa heç bir gəliri yoxdur və heç bir müavinət almır. Cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik göstərmir.
6. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia q ismən təmin edilmiş, Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 manat, cəmi 950 manat sabit pul məbləğində aliment tutulub 11 mart 2006-cı ildə anadan olan Əsli, 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi, Cavabdeh 125 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. (hakim S.Seyfullayev)
7. Məhkəmə iddiaçının yanında qalan azyaşlı uşağın əvvəlki təminat səviyyəsini, iddiaçının özünün uşaqların tərbiyəsi ilə məşğul olmaqla bağlı heç yerdə işləməməsini və eləcədə aliment ödəməyə borclu olan Cavabdeh maddi imkanını nəzərə almaqla alimentin hər ay hər uşağa 190 manat, cəmi 950 manat müəyyən edilməsini qanunamüvafiq hesab etmişdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1.1, 78.1, 78.2-ci, “Uşaq Hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 212-220, 227, 233.1, 234-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-696/2024 nömrəli mülki iş üzrə 29 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 manat, cəmi 760 manat sabit pul məbləğində alimentin tutulub 08 noyabr 2009-cu i ldə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi hissəsində dəyişdirilərək cavabdehdən 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 manat, cəmi 280 manat məbləğində müəyyən edilməsi, dəyişdirilmiş aliment miqdarının tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Kollegiya təyin edilmiş alimen t miqdarına münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh rəsmi olaraq harada işləməsi və gəlirləri barədə məlumat yoxdur. Həmçinin iddiaçı apelyasiya icraatı zamanı verdiyi izahatında cavabdehin işləməsi və aylıq qazancının olması barədə hər hansı sübutunun olmadığını bildirərək, həmçinin özünün işlədiyini və aylıq 1500-1600 manat qazancı olduğunu göstərmişdir. Bunu əsas götürən kollegiya hesab etmişdir ki, 4 uşağa münasibətdə hər bir uşağa görə 190 manat olmaqla ümumilikdə 760 manat miqdarında təyin edilmiş aliment miqdarı həddindən artıq ağır olmaqla cavabdehin maddi vəziyyətinə uyğun olmadığından azaldılmalıdır. Lakin bu hal yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından valideyni aliment ödənilməsi, yəni uşaqların saxlanılması ilə bağlı öhdəlikdən azad edə bilməz. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır.
13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 760 manat sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi hissəsində dəyişdirilərək, Cava bdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 manat, cəmi 280 manat məbləğində aliment müəyyən edilməli, məhkəmə tərəfindən miqdarı dəyişdirilmiş alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkil Nümayəndə Müsrəl qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edəndə qadının iddiaçı ilə nikahda olduğu dövrdə işləmədiyini əsas gətirərək anadan hər uşaq üçün 70 manat, ümumilikdə 280 manat aliment təyin etmişdir. Hər bir uşaq üçün təyin olunan 70 manat aliment olduqca azdır. Hakim iş üzrə cavabdeh olan ananın nikah dövründə işsiz olduğuna və ailənin əvvəlki təminatının səviyyəsinə istinad etsə də, bəzi nüansları nəzərə belə almamışdır. Belə ki, nikahda olan dövrdə ana rəsmi işləməsə də həyat yoldaşı ilə bir yerdə, birgə təsərrüfat aparırdı. Yəni - iş üzrə cavabdeh iddiaçı ilə birlikdə uşaqların tərbiyəsində, təhsilində, həyətyanı sahənin əkilibbecərilməsində, evin səliqə-sahmanında, uşaqların gündəlik təlabatında mənəvi kömək olurdu. Hazırda iki valideynin uşaqlarına aid olan hüquq və vəzifələrini tək ata yerinə yetirməkdədir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iş üzrə cavabdeh ana öz analıq vəzifəsini yalnız uşaqlarına 280 manat aliment ödəməklə yerinə yetirəcəkdir. Yerdə qalan bütün məsuliyyət tək atanın üzərində qalmışdır. Halbuki nikah pozulduğu halda belə hər iki valideyn uşağını saxlamağa borcludur.
17. Kassator şikayətini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1; Mülki Prosessual Məcəlləsinin 403.1, 405.0.1, 406.1, 416.1, 417.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur.
21. Maddə 76.1.1. Bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm,dəyişən olarsa …, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqlar ın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəmə si tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-696/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi