Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2945/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsindən X1, “xxxx” MMC-nin və onların vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 01R********* saylı kredit razı laşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 399789,96 ABŞ dolları məbləğində əsas borc, 118480,05 ABŞ dolları məbləğində faiz borcu, 167268 ABŞ dolları məbləğində cərimə, cəmi 685538,01 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 01R********* saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 362943,83 ABŞ dolları məbləğində əsas borc, 136055,94 ABŞ dolları məbləğində faiz borcu, 259242,72 ABŞ dolları məbləğində cərimə, cəmi 758242,49 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 001K**********69 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 249999,99 ABŞ dolları məb ləğində əsas borc, 79310,16 ABŞ dolları məbləğində faiz borcu, 120250 ABŞ dolları məbləğində cərimə, cəmi 449560,15 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 01KK********* saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 9078,51 ABŞ dolları məbləğində əsas borc, 9307,95 ABŞ dolları məbləğində cərimə, cəmi 18386,46 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu və 80 manat məbləğində xidmət haqqı Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, tələbin **** ***** 0.65076 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi kimi müəssisə; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115.1 m2 olan qeyri-yaşayış sahəsi; ünvan 3 ünvanında yerləşən 24 nömrəli mənzil və ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilinə yönəldilməsi, ********* 0.65076 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin ******* manat məbləğində olmaqla; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115.1 m2 olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla; ünvan 3 ünvanında yerləşən 24 nömrəli mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində olmaqla və ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilinin ilkin satış qiyməti 150000 manat məbləğində olmaqla açıq hərr acdan satılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən “xxxx” QSC-yə olan borcun ödənilməsi, ********* 0.65076 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi kimi müəssisəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 115.1 m2 olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzil boşaldılması, ünvan 3 ünvanında yerləşən 24 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılması, ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi eləcə də e kspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və “xxxx” MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli, 2(103)-12678/2018-saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi, R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC Cavabdeh1 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25.07.2013-cü il tarixli, 01R********* saylı kredit razılaşmasına və 09.06.2014-cü il tarixli 001K**********69 saylı kredit razılaşmasına xitam verilərək faiz və cərimənin tutulmasının dayandırılması, cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R********* saylı kredit razılaşması üzrə 402313,46 ABŞ dolları məbləğində xredit borcu, 118912,26 ABŞ dolları məbləğində faiz borcu və 167268 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 688493,72 ABŞ dolları borcun, 01R********* saylı kredit razılaşması üzrə 374535,36 ABŞ dolları məbləğində kredit borcu, 136055,94 ABŞ dolları məbləğində faiz borcu və 259242,72 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 769834,02 ABŞ dolları borcun, 001K**********69 saylı kredit razılaşması üzrə 249999,99 ABŞ dolları məbləğində kredit borcu, 79310,16 ABŞ dolları məbləğində faiz borcu və 120250 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 449560,15 ABŞ dolları borcun, 01KK********* saylı kredit razılaşması üzrə 9078.51 ABŞ dolları məbləğində kredit borcu və 9307,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18386,46 ABŞ dolları borcun, ümumilikdə cəmi 1923958,99 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqlarının tutulması; tələbin ********* 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399,3 m2 olan əmlak kompleksi kimi müəssisəyə, ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 115,1 m2 olan qeyri-yaşayış sahəsin ə, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 24 nömrəli mənzilə, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 23 nömrəli mənzilə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 1923958,99 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilinəsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Bakı şəhə ri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şossesi, 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0,65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399,3 m2 olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi; ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 115.1 m2 olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və “xxxx” QSC-nə təhvil verilməsi; ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 24 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi; ünvan 7 ünvanında yerləşən xüs usi mülkiyyətdə olan 23 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X4, cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi X4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri onunla əsaslandırmışlar ki, işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmuş, MM-nin 741-ci maddəsi yalnış tətbiq edilmiş, MM-nin 467-ci maddəsinin tələbləri pozularaq dəbbə pulunun tənasübsüz surətdə yüksək olması nəzərə alınmamış, cavabdeh məhkəmə ic lasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmamış, bu da qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələndiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar yaratmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 03.12.2018-ci il tarixli qətnaməsi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsinin Bakı Apellyasiya Məhkəməsinin 03.12.2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsi nə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunma masını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İş material larında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01L********* saylı, 25.07.2013-cü il tarixlikredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 ******* ABŞ dolları məbləğində 120 ay müddətinə qaytarılmaq şərti ilə kredit xətti açılmışdır. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında 04.09.2013-cü il tarixdə bağlanmış 01R********* saylı kredit razılaşmasından görünür ki, “xxxx” QSC tərəfindən Cavabdeh1 aylıq 1,25% olmaqla, 48 ay müddətinə qaytarılmaq şərti ilə 700000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Həmçinin sonradan qeyd edilən razılaşmaya əlavə olaraq sazişlər bağlanmışdır. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında 09.06.2015-ci il tarixdə bağlanmış 001K**********69 saylı kredit razılaşmasından görünür ki, “xxxx” QS C tərəfindən Cavabdeh1 aylıq 1,1667% olmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 250000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında 10.09.2014-cü il tarixdə bağlanmış 01KK********* saylı kredit razılaşmasından görünür ki, “xxxx” QSC tərəfindən Cavabdeh1 aylıq 1,9167% olmaqla, 24 ay müddətinə qaytarılmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında 09.06.2015-ci il tarixdə bağlanmış 001K**********69 saylı kredit razılaşmasından görünür ki, “xxxx” QSC tərəfindən Cavabdeh1 aylıq 1,1667% olmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 250000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 25.07.2013-cü tarixli, 01L********* saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədilə “xxxx” MMC ilə 03.09.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 25.07.2013-cü tarixli, 01L********* saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq 03.09.2013-cü il tarixli, 01M*******568 saylı ipoteka müqaviləsi bağlanmış və bu ipoteka müqaviləsinə görə ********* 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399,3 m2 olan əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 25.07.2013-cü tarixli, 01L********* saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhd əliklərin təminatı olaraq 01.05.2014-cü il tarixli, 01M********* saylı ipoteka müqaviləsi bağlanmış və bu ipoteka müqaviləsinə görə ünvan 1 ünvanda yerləşənümumi sahəsi 115,1 m2 olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 25.07.2013-cü tarixli, 01L********* saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq 01.05.2014-cü il tarixli, 01M*******717 saylı ipoteka müqaviləsi bağlanmış və bu ipoteka müqaviləsinə görə ünvan 1 ünvanda yerləşən62,5 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı, 23 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında 25.07.2013-cü tarixli, 01L********* saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı ol araq 01.05.2014-cü il tarixli, 01M******8718 saylı ipoteka müqaviləsi bağlanmış və bu ipoteka müqaviləsinə görə ünvan 1 ünvanda yerləşənümumi sahəsi 52 m2, yaşayış sahəsi 35 m2, yardımçı sahəsi 17 m2 olan, 2 otaqlı, 24 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı çıxarışlardan görünür ki, müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 3, mənzil 24 və ünvan 3, mənzil 23 Cavabdeh1 məxsus olm aqla, “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı “xxxx” QSC tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarından görünür ki, X3 21.11.2017-ci il tarixdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 28.11.2017-ci il tarixdə qeydə alınmışdır və bildirişlərin hər birinin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 08.12.20 17-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 001K**********69 saylı, 09.06.2015-ci il tarixli kredit razılaşması üzrə 24.10.2017-ci il tarixinə 249999,99 ABŞ dolları əsas borcu, 55837,94 ABŞ dolları faiz borcu, 55250 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 361087,93 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan 08.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01R********* saylı 02.05.2014-cü tarixli kredit razılaşması üzrə 24.10.2017-ci il tarixinə 374535,36 ABŞ dolları əsas borcu, 96481,27 ABŞ dolları faiz borcu, 161868,59 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 632885,22 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan 08.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01R********* saylı 04.09.2013-cü tarixli kredit razılaşması üzrə 24.10.2017-ci il tarixinə 402313,46 ABŞ dolları əsas borcu, 95108,72 ABŞ dolları faiz borcu, 182240,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 679662,89 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan 08.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01KK********* saylı 10.09.2014-cü tarixli kredit razılaşması üzrə 24.10.2017-ci il tarixinə 9078,51 ABŞ dolları əsas borcu, 6992,59 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16071,10 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 6880 saylı, 11.06.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 01R********* saylı 04.09.2013-cü tarixli kredit razılaşmas ı üzrə 24.10.2017-ci il tarixə əsas borc üzrə 399789,96 ABŞ dolları, faiz borcu üzrə 94676,51 ABŞ dolları, 01R********* saylı 02.05.2014-cü tarixli kredit razılaşması üzrə 07.03.2018-ci il tarixinə əsas borc üzrə 362943,83 ABŞ dolları, faiz borcu üzrə 105727,65 ABŞ dolları, 001K**********69 saylı, 09.06.2015-ci il tarixli kredit razılaşması üzrə 24.10.2017-ci il tarixinə əsas borc üzrə 250000 ABŞ dolları, faiz borcu üzrə 71101,47 ABŞ dolları, 01KK********* saylı 10.09.2014-cü tarixli kredit razılaşması üzrə 10.09.2016-cı il tarixinə əsas borc üzrə 10000 ABŞ dolları, faiz borcu üzrə 3600,08 ABŞ dolları, 24.10.2017-ci il tarixinə əsas borc üzrə 10000 ABŞ dolları, faiz borcu üzrə 6181,24 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərard adı ilə ipoteka predmeti olan daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş, “xxxx” MMC-nin ünvan 2 ünvanında yerləşən 115,1 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi üzrə ********* saylı, 25.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 100000 manat, ünvan 3 ünvanındakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 52 kv.metr ümumi, 35 kv.metr yaşayış və 17 kv.metr yardımçı sahədən ibarət, 2 otaqlı, mənzil 24 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə ********* saylı, 25.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 100000 manat, ünvan 1 ünvanda yerləşən0,65076 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 6399,3 kv.metr tikintial tı sahədən ibarət 3 nömrəli qeyri-yaşayış binasının bazar dəyərinin müəyyən edilməsi üzrə 0284/********* saylı, 25.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri ******* manat, ünvan 3 ünvanındakı 2 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən, 62,5 kv.metr yaşayış sahədən ibarət, 4 otaqlı, 23 nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 0285/********* saylı, 25.04.2018-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 150000 manat məbləğində təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini poz muşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda, cavabdeh «xxxx» MMC zamin kimi Cavabdeh1in iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsi və tələbin tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə h aqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsasl ar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurl arla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyy ənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli o lduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun ö hdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüquq u verən şərtinin yerinə yetirilməmişdir; Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin qanunun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; Həmin qanunun 59.4-cü maddəsinə görə, bir ay müddətində ipot ekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmın şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Cavabdehlər kassasiyə şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdirlər ki, “İşə aidiyyət qaydalarına riayət edilmədən baxılmışdır. Belə ki, iş üzrə İddiaçı hüquqi şəxs, cavabdehlərdən biri (X4) fərdi sahibkar, digəri isə (“xxxx" MMC) hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəal iyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. 2) Ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər borcludan ayda bir dəfə tutulub. Halbuki, MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Müqavilədə faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə Cavabdehin İddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, İddiaçının il ərzində İddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, Cavabdehin İddiaçıya olan borcu xeyli azalmış olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında və 14 iyul 2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında deyilir: “müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər”. Məhkəmə isə qeyd olunanları nəzərə almamaqla, mövcud qanunvericiliyi yanlış tətbiq etməklə, Cavabdeh tərəfindən irəli sürülmüş əsasları ayrı-ayrılıqda təhlil edərək qiymət verməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Eyni zamanda, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarının 7-ci bəndinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Qərarın 17-ci bəndinə əsasən də, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd olunanlardan əlavə, tələb olunan cərimə məbləğinin iddiaçı tərəfindən həddindən artıq yüksək hesablanmış olmasına baxmayaraq, Məhkəmə qeyd olunan faktı nəzərə almamışdır. Halbuki, MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tərəfindən yol verilmiş daha bir prosessual pozuntu halı isə ondan ibarətdir ki, Məhkəmə işə Cavabdehin iştirakı olmadan baxmış, Cavabdeh iclasın yeri və vaxtı barədə məlumatlandırılmamışdır. MPM-in 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 138.1 və 185.2-ci maddələrinə görə isə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkət lər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. MPM-in 418.4.5-ci maddəsinə görə, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır”. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iş üzrə hər iki cavabdeh kasassiya şikayətində göstərilən eyni dəlillərə apellyasiya şikətində də istinad etmiş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəllilərə münasibət bildirməmiş və onları cavabsız qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinin araşdırılmaması tərəfin ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsini təşkil edən əsaslandırılmış qəarar almaq hüququnu pozur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə iş inin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkə məsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3.-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən prosessual hüquq normalarının pozulması, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb ola bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnaməni n ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: X1 və “xxxx” MMC-nin kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2018-ci iltarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2945/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2945/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver