Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-295/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi 27.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4566/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında 28.02.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən borcverən borc alana 3000 manat məbləğində pul borc vermiş, borcalan isə həmin borcu 01.01.2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Cavabdeh və borcalan İddiaçı tərəfindən imzalanmış, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq olunaraq, reyestrdə 3M-180 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir.
2. Qeyd edilən kredit müqaviləsi üzrə tərəflər arasında mübahisə yarandığından Cavabdeh İddiaçı qarşı pul tələbi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Qusar Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(029)-205/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunaraq, cavabdehdən 3000 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 28.02.2018-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.02.2018-ci il tarixdə Cavabdeh ilə aralarında Bakı şəhəri 50 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmi n kredit müqaviləsi əsassızdır və formal olaraq bağlanmışdır. Belə ki, qeyri-rəsmi yaşadığı şəxs X10 hazırkı iş üzrə Cavabdeh qohumu X11 qarşı dələduzluq edərək, onun 10000 manat pulunu mənimsəmişdir. X2 X oğlunu işə düzəltmək adı ilə aldatmış və X6 10000 manat pul almışdır. Ona görə də X1 X şikayət etmiş və onun barəsində cinayət işi başlanılmışdır. Həmin vaxt X10 ondan xahiş etmişdir ki, X14 şikayətini geri götürməsi və ondan şikayət etməməsi üçün X9 qohumu Cavabdeh ilə kredit müqaviləsi bağlasın. Ona bildirmişdir ki, cinayət məsuliyyətindən azad olunandan sonra həmin borcu özü ödəyəcək. O da, inanıb Cavabdeh ilə 28.02.2018-ci ildə kredit müqaviləsi bağlamışdır. 10000 manat məbləğində pulun 3000 manatı onunla, 3000 manatı X4 qardaşı X7 ilə, 4000 manatı isə X4 qızı X8 ilə bağlanmışdır. O və digər iki şəxs notarial qaydada kredit müqaviləsi bağladıqdan sonra X1 X şikayətçi olmadığı və dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə ərizə vermiş və məhkəmənin qərarı ilə X10 3000 manat məbləğində cərimə olunmuşdur. Bu faktı təsdiq edən şahidləri də var. X10 məsuliyyətdən azad olunsa da, o, borcu ödəməmişdir. Ona görə də Cavabdeh ona qarşı iddia tələbi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, 28.02.2018ci il tarixdə notariat kontoruna gedərək, ona 3000 manat borc pul vermişdir. Cavabdeh ümumiyyətlə tanımır. Nə də ki, həmin şəxs onu tanımır. Onu bir dəfə notariat kontorunda görmüşdür. Sual olunur ki, həmin şəxs onu tanımadığı halda 3000 manat pulu niyə verib? Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nağd pul verməmiş, nə də ki, notariusun depozit hesabına pul köçürülməmişdir. Məhkəmə bütün bunları aydınlaşdırmadan kredit müqaviləsinə əsasən qətnamə qəbui etmiş və iddia tələbini təmin etmişdir. Həmin qətnamədən Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda ondan pul tələb olunması qanunsuz və əsassızdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 28 yanvar 2021-ci il tarixli 2(004)- 321/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsind ə kredit müqaviləsinin formal olaraq bağlandığını, cavabdeh tərəfindən ona pul məbləğinin verilmədiyini qeyd etsə də, məhkəmə araşdırılması zamanı bunu sübut edə bilməmişdir, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Ona görə də, iddiaçının müqavilənin ləğv verilməsi ilə bağlı iddiası rədd edilməli, ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324.1, 390.1, 421.1, 421.2, 739.1, 740.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4566/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(004)- 321/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində kredit müqaviləsinin formal olaraq bağlandığını, cavabdeh tərəfindən ona pul məbləğinin verilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı bunu sübut edə bilməmiş, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 1
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və o nlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
21. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. (maddə 6.2)
22. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
23. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutu lmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1)
24. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (maddə 421.1)
25. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2)
26. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iş tirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4566/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.