Məhkəmə qərarları › İş №2(102)-295/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-295/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-295/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Əqdin etibarlı sayılması”; mülki işin kateqoriyası: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarlı sayılması tələbinə dair” mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X9 və X5 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarlı sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X9, X5 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X9 və X5 mülkiyyətinə verilmiş və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları AR DT və XKnın Quba rayon Şöbəsi tərəfindən dövlət torpaq kadastrında 30 iyun 2004-cü il tarixdə 524F №-ilə qeydə alınıb Torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnamə verilmişdir. 2005-ci ilin mart ayında Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən onların və azyaşlı övladlarının birgə mülkiyyətinə verilmiş Quba rayonu Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və torpaq sahəsinə görə cavabdehlərə 800 ABŞ dolları verib torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, həmin vaxtı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqının notarial qaydada rəsmiləşdirilə bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 alqı-satqının şəxsiyyətlərini təsdiq ed ən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqını notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-228/2016 nömrəli qiyabi qətnaməsi ilə (hakim Elman Əhmədov) iddia təmin edilmişdir.

7. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.

8. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmağına baxmayaraq, daimi olaraq Rusiya Federasiyasında yaşayır. O İddiaçı torpaq satmamış və ondan pu l almamışdır. Həmçinin məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Quba rayon AİK-nin xx.xx.2000ci il tarixli 2 saylı qərarı ilə ona, həyat yoldaşı Cavabdeh2 və uşaqlarına Quba rayonu Alekseyevka İƏD-nin Nərimanobad kəndi ərazisində 0.07 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar onların adına xx.xx.2004-cü il tarixdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2000-ci ildən o və həyat yoldaşı Cavabdeh2 işləmək məqsədilə Rusiya Federasiyasına köçərək daimi orda yaşayır. Rusiya Federasiyasına köçdükdən sonra onlara məxsus rəsmi sənədlər və həmçinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Quba rayonunun Alekseyevka kəndində yerləşən ata evində saxlanılmışdır. İddiaçı onun qardaşının qayınatasıdır və bu şəxs tərəfindən ona məxus şəhadətnamənin necə ələ keçirməsi və ümumiyyətlə şəhadətnamənin onda olması barədə məlumatı olmamışdır. İddiaçı onun və ailə üzvlərinin burda olmadığından istifadə edərək guya 2005-ci ilin mart ayında o və həyat yoldaşı Cavabdeh2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsini ona satmağa razılaşdığlarını və bu məqsədlə ondan 800 ABŞ dolları pulu alaraq mülkiyyət şəhadətnaməsini ona verdiklərini, onların şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi ilə əlaqədar alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilmədiyini qeyd etməklə mülkiyyətlərinə aid torpaq sahəsini məmimsəmək niyyətini qanunsuz məhkəmə qətnaməsi ilə rəsmiləşdirmişdir. İddiaçı ilə qeyd edilən ona məxsus torpaq sahəsinin alqı-satqısına dair aralarında heç bir sözləşmə, şifahi və yazılı razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qism ində izahat verən Şahid4 iddiaçının qaynıdır. Digər Şahid1 onun köhnə qonşusudur. İddiaçının iddia etdiyi tarixdə yəni 2005-ci ilin mart ayında ümumiyyətlə Azərbaycan Respublikasında olmadığından o və həyat yoldaşı Cavabdeh2 İddiaçı qeyd edilən şahidlərin yanında pul almamış və bununla bağlı onların şahid qismində məhkəməyə verdikləri ifadəsi yalandır. Göstərilənlər nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsi ilə (hakim A.V. Babayev) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci ma ddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, for ma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu.

12. Qeyd edilən qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

13. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məh kəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

14. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkünsüz edir. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F. Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli, “S. Əliyevanın şikayəti üzrə” 31 may tarixli 2006-cı il və “B. Qasımovun şikayəti üzrə” 9 dek abr 2019-cu il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

16. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahid ifadələrini təhrif etmiş, düzgün qiymətləndirməmişdir. Ona görə də hesab etmişdir ki, şahidlər yenidən dindirilməlidir. İş düzgün araşdırılmadan, cavabdehin verdiyi məlumatlar əsaslarla qətnamə qəbul edilmişdir. Cavabdehlə aralarında olan razılaşma nəzərə alınmamış və alqı-satqını təsdiq edən hər hansı yazılı sənəd olmamasına əsaslanaraq iddia rədd olunmuşdur.

18. İddiaçının vəkili Vəkil2 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, mübahisələndirilən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı, №1167258 Çıxarış verilmişdir. Həmin sənəd əsasında da o, torpaq sahəsini iki ilə yaxındr ki, X6 notarial qaydada alqı-satqı etməklə satmışdır və hazırda mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi faktiki və rəsmi olaraq Elnur Bayramovdur.3

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli iclasında X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsi ilə (hakimlər L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

22. Appellyasiya icraatı zamanı ortaya çıxan hallardan biri də ondan ibarətdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında hüququnu qeydə aldırdığı torpaq sahəsi xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında X1 və həmin torpaq sahəsi hazırda sonuncunun xüsusi mülkiyyədindədir. Başqa sözlə işdən görünür ki, X8 əmlakı vicdanlı əldə edən şəxsdir.

23. Məhkəmə kollegiyası vicdanlı əldə edən şəxsin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyi, habelə “S.N. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına istinadən göstərmişdir ki, qeyd olunan xüsusatları, ən vacibi vicdanlı X3 hüquqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda cavabdehlərin torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onların pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1557/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev, (məruzəçi və sədrlik edən) A.Ə.Abbasov və V.M.Məmmədov) kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

27. Məhkəmə öz mö vqeyini onunla əsaslandırmışdır ki, Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə alqı-satqı müqaviləsinin Mülki Məcəllənin xx.xx.2005ci ilədək qüvvədə olan 335-ci maddəsi çərçivəsində bağlanmış sayılmasını, cavabdeh tərəf isə iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddiaçının bildirdiyi halları qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri əsasında yoxlayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamal ı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəblərdən iddia təmin edilməməlidir.

29. Apelyasiya instansiyası məhkəməsi işə iddiaçının apelyasiya şikayəti əsasında baxmışdır. Belə olan halda, iddianın təmin edilməməsindən narazı qalan iddiaçının dəlilləri apelyasiya baxışının predmetini təşkil etmişdir. Başqa söz lə, apelyasiya kollegiyasının vəzifəsi ondan ibarət olmuşdur ki, iddiaçının tələbinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 335-ci maddəsi çərçivəsində həllinin qanuni və əsaslı olubolmamasını yoxlasın.

30. Bu vəzifə həm də ondan irəli gəlirdi ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

31. Buna baxmayaraq apellyasiya məhkəməsi iddiaçının bildirdiyi hallarla Mülki Məcəllənin 335-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair hüquqi dəyərləndirməni lazımi şəkildə aparmadan qətnamədəki mövqeyinin əksər hissəsini apelyasiya baxışında işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Elnur Bayramovun torpaq sahəsini vicdanlı əldə edən olmasına həsr etmişdir.

32. Kassasiya məhkəməsi bu yanaşmanı qanunvericiliyə uyğun saymır, ona görə ki, əvvəla, apelyasiya məhkəməsi Elnur Bayramovun işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasının səbəblərini və əsaslarını göstərməmişdir.

33. Məlum olduğu kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tə rəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər.

34. Bundan əlavə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (§ 39).

35. Baxılan işdə isə tələb torpaq sahəsinə dair İddiaçıla cavabdehlər arasında alqısatqı müqaviləsinin bağlanmış sayılması barədədir. Bu işdə Elnur Bayramova qarşı bir tələb yönəldilməmiş, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində onun mülkiyyət hüququ barədə aparılmış qeydiyyat mübahisələndirilməmiş, E.Bayramovun haqqında hər hansı qətnamə çıxarılmamış, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə iddia rədd edilmişdir.

36. Odur ki, qətnamənin Elnur Bayramovun hüquq və vəzifələrinə təsirinin nədən ibarət olması əsa slandırılmadığı halda onun işə üçüncü şəxs kimi cəlb edilməsi, eləcə də bu işdə həmin şəxsin əşya hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə dair mübahisə açılmadığı təqdirdə E.Bayramovun vicdanlı əldə edən olub-olmaması ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparılması yuxarıda göstərilən prosessual hüquq normalarına uyğun olmamışdır.

37. Bu hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir

38. Kasassiya instansiya məhkəməsi qərarını Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin, 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 335 (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır), 567, 646.1.,646.2.-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 57.1, 77.1, 88, 217.1, 217.2, 217.3, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

39. Məhkəmə kollegiyası tərəfindən əvvəlki apellyasiya icraatı zamanı işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Elnur Bayramovun işdə iştirakına xitam verilmişdir.

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(105)-1272/2024 nömrəli qətnaməsi ilə (hakimlər M.M.Hüseynov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə, A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmişr və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-7 45/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq əlavə olaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsində deyilirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

42. Bu normanın məhkəmələr tərəfindən tətbiqi şərtlərini Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün bir neçə qərarında şərh etmişdir.

43. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyalar ın alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir... 44. “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır... Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. 45. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə” 3 may 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

46. Konstitusiya Məhkəməsinin hüququ mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır, yəni: - əqdin notarial təsdiqlənməsi qaydasına riay ət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Həm də əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl olunması qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət kəsb edir ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdəndir.

47. Mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, onlar arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, məhkəmənin əqdi etibarlı hesab etməsini mümkünsüz edən səbəbdir. Həmçinin, bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

48. MPM-nin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş (və notarial qaydada təsdiqlənmiş) müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir.

50. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335 (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır), 567, 646.1, 646.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

51. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(105)-1272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının tələbinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İşin hallarından göründüyü kimi mən torpağa görə 800 ABŞ dollarını satıcıya verməklə əqd üzrə üzərimə düşən vəzifəni tamamilə yerinə yetirmişəm. Bu zaman notarial alqı-satqı cavabdehlərin təqsiri üzündən, yəni şəxsiyyət vəsiqələri qaydasında olmadığına görə baş tutmamı ş, sənədləri düzəldməyi və alqı-satqını notarial qaydada bağlayacaqlarını söz versələr də, sonradan bundan müxtəlif bəhanələr gətirərək boyun qaçırmışlar, deməli alqı-satqının baş tutmaması cavabdehin təqsiri üzündən olmuşdur. Maddi hüquq normasının tələbinə əsasən o, alqı-satqının məhkəmə qaydasında bağlanmasını tələb etməkdə haqlı olmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının tələbini işin hallarına düzgün tətbiq etməmişdir.

53. Torpağı ona sataraq pulu alan və bunun üzərindən 19 il keçəndən sonra geri tələb edilməsi maddi hüquq normasının tələblərinə ziddir.Torpaq sahəsinə görə cavabdehə 800 ABŞ dolları verməklə üzərimə düşən öhdəliyi yerinə yetirmişdir və buna görə də torpaq sahəsini həmin vaxtdan faktiki sahibliyinə qəbul edərək mübahisəsiz və etirazsız istif adə etmişdir. Cavabdeh isə həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-524F KOD 30304018 saylı şəhadətnaməni pulu aldıqları anda ona vermiş, bununla da torpağı öz iradəsi ilə onun sahibliyinə və istifadəsinə vermişdir. Bundan əlavə hətta gələcəkdə notarial alqı-satqı da edəcəyinə dair söz vermişdir.

54. Məhkəmə işə hərtərəfli, obyektiv baxmamış, iş üzrə mühüm əhəmiyyəti olan faktları müəyyən edə biləcəyi, işə müfəssəl hüquqi qiymət vermək əvəzinə bunu etməmiş, əksinə əsassız olaraq cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Bununla da ədalətli məhkəmə araşdırması ilə bağlı konstitusiya ilə müəyyən olunmuş hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh1 Rusiyaya getmişdir, çünki Cavabdeh1 həmin Quba Rayonu Alekseyevka kəndində uzun müddətdir ki, yaşamırd ı. Hətta torpaq islahatları həyata keçirilərkən, mübahisəli torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilərkən sonuncu heç Azərbaycan vətəndaşı belə olmayıb, necə ola bilər ki, Azərbaycan vətəndaşı olmayan bir şəxsin adına torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında verilsin və rəsmiləşdirilsin. Bu hal onu göstərir ki, Cavabdeh1 Qubada torpaq sahəsi almaq fikri və hüququ olmayıb, bu torpağı onun atası alıb. Lakin sonradan həmin torpağı Cavabdeh1 atasının tələbi ilə onlara satıb. Lakin alqı-satqı zamanı məlum olmuşdur ki, Cavabdeh1 şəxsiyyət vəsiqəsinin müddəti ötüb, buna görə də, alqı-satqını notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır. Bir müddət gözlədikdən sonra onların Azərbaycana gəlmədiyini görəndə bunu qanuna uyğun yolla məhkəmə qaydasında həll etmək qərarına gəldim. Məhkəm ə onun iddiasını təmin etmiş, çıxarış almışdır öz adına. Sonradan pul lazım olanda isə həmin torpağı X6 notarial qaydada satmış və həmin şəxs öz adına Çıxarış alaraq torpağı öz mülkiyyətinə keçirmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi onun iddia tələbinə işin faktiki hallarına uyğun olaraq araşdıraraq düzgün qiymət verməmişdir. Bütün bu deyilənləri hər iki instansiya məhkəməsində izahatında bildirsə də, məhkəmələr onun izahatına önəm verməmiş, qətnamədə belə qeyd etməmiş, bundan əlavə məhkəmə araşdırması zamanı şahidlərin verdiyi ifadələri də təhrif etməklə işə müfəssəl hüquqi qiymət verməmişdir.

55. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmış olsaydı onda qətnamədə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı səbəbdən dəyişdirilmədən qüvvədə saxlanılması, apellyasiya şikayətinin isə hansı səbəbdən əsassız olması əsaslandırılmalı idi. Apellyasiya instansiyasının qətnməsi tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğun əsaslandırılmamışdır.

56. İş materiallarına nəzər salanda görünür ki, məhkəmə iş üzrə dindirilən şahidlərin ifadələrinin birinci instansiya məhkəməsi tərəfindən təhrif olunmaqla, cavabdehlə aralarında yaranmış mübahisənin mənbəyi və səbəbləri barədə verdiyi izahatına qiymət vermədən qərar qəbul etməsi ilə prosesual hüquq normasının tələblərini pozmuşdur. Baxmayaraq ki, onun və həmin şahidlərin ifadələrinin audio-video yazılarla tutuşdurmaqla yoxlamaq imkanı olub. Məhkəmə, iş üzrə əhəmiyyət kəsb edən mühüm hallara qiymət verərkən tərəflərin təqdim etdikləri sübutları düzgün qi ymətləndirməmiş, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verməməklə obyektiv, qərəzsiz və hərtərəfli araşdırma aparmadan mübahisəli hüquq münasibətlərinə düzgün qiymət verməmişdir.

57. Torpağın 2005-ci ildə onlara satılması və bu qədər müddətdə (19 il ərzində) bu torpaqla maraqlanmaması ilə bağlı işin həqiqi halları araşdırılmamış, bu mühüm əhəmiyyət kəsb edən xüsusata düzgün qiymət verilməmişdir. Bundan əlavə şahidlərin ifadələrinin təhrif olunmasına, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına məhkəmə qiymət vermir. Bu isə onu göstərir ki, iş üzrə mövcud olan faktları məhkəmə hərtərəfli, tam və obyektiv olaraq tədqiq etməmişdir. Faktların hərtərəfli tədqiq edilməsi baxılan iş üzrə yaranan sualların məcmu halında, onlar arasında daxili əlaqələrin müəyyən edilməsi və tərəflərin həm xeyrinə, həm də zərərinə olan faktların əsaslı şəkildə yoxlanması yolu ilə həyata keçirməmişdir.

58. İşin hallarından aydın görünür ki, torpaq sahəsinə görə pul ödəyərək öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdelər isə həmin torpaq sahəsini faktiki onun istifadəsinə və sahibliyinə vermiş, 19 il ərzində buna heç bir etiraz bildirməmişlər. Bundan əlavə həmin torpaq sahəsinin sənədlərini də ona verməklə öz iradələrini ifadə etmişlər.

59. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsinə (24 iyun 2005-ci il 949İİQD nömrəli Qanunla çıxarılmışdır), 567, 646.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N. Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tari xli Qərarına, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli KM Qərarlarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217, 218-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

48. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

49. Maddə 335. (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır). Əqdin notarial formasına riayət edilməməsi onu n etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

50. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

52. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq o lunmuş sübutlarla əsaslandırır.

62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, onlar arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, məhkəmənin əqdi etibarlı hesab etməsini mümkünsüz edən səbəbdir. Həmçinin, bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

71. M əhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahəsini aldığını bildirdiyi 2005-ci ilin mart ayında qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəllənin 335.2-ci maddəsinə (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılmışdır) əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Həm də əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl olunması qanunvericiliklə eti barlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət kəsb edir ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdəndir. Apellyasiya məhkəməsi də qənaətə gələrkən torpaq sahəsinin alqı-satqısına dair yazılı əqdin mövcud olmamasını müəyyən etmişdir.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsin in iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 17 sentyabr 2024-cü il tarixli 2(105)-1272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar