Məhkəmə qərarları › İş №2(105)-107/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-107/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-107/2025 10.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 işıtirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınması və Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdeh satıcı olan Cavabdeh ilə alıcı qismində onun arasında 18 sentyabr 2022-ci il tarixdə, reyestrdə 3M-342 nömrə ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin predmeti Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci bəndinə görə Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə görə də bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci bəndinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf-yəni “Satıcı” ilə Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci bəndinə görə də həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir. Müqaviləyə əsasən iddiaçı, yəni - “Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müddətinin tamamlandığı xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni - “Satıcı” ilə əlaqə saxladıqda bildirilmişdir ki, həmin ödəniş, bayramdan sonra - yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin həmin bayramdan sonra cavabdeh onunla görüşməkdən yayınmışdır. Eləcə də ona məlum olmuşdur ki, bina tikilib tamamlanmamış və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış həmin müqavilənin mətnindən görünür ki, dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməli olduğu yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alqı-satqı müqaviləsi bağlanmadan, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa və məntiqə ziddir və həmin 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi ilə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti də qeyd olunan İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya təhvil verilməsi və müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi barədə Pretenziya - Xəbərdarlıq məktubu ilə onun tərəfindən 15 yanvar 2024cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdeh isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi olmamış və iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da Cavabdeh, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 reyestr nömrəli İlkin alqı-satqı müqaviləsi üzrə ünvan 4 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəlikləri yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alqı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakın onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, bununla bağlı iddiaçının rəsmi müraciətinə cavab belə vermir. Bütün göstərilənlərə görə də Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində onun mülkiyyət hüququ tanınmalı və Cavabdeh üzərinə, onunla aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M- 342 reyestr nömrəli İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində ona satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulmalıdır.

3. Daha sonra İddiaçı iddia tələbinin həcmini azaldaraq, Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 reyestr nömrəli ilkin alqısatqı müqaviləsi üzrə Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində ona satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək etirazında qeyd etmişdir ki, ona qarşı mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması tələbinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməz. Çünki, iddiaçı tərəf onun mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun tanınmasını tələb edir. Həmin tələbə baxılması isə inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Ümumiyyətlə, şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ, onun həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə tanınır. Bunun üçün isə şəxs ümumi məhkəməyə deyil, əvvəlcə qeydiyyat orqanına müraciət etməli, qeydiyyat orqanı bundan imtina etdikdən isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Bu isə onu təsdiq edir ki, iddiaçı belə bir tələblə məhkəmədə ona qarşı iddia qaldıra bilməz, onun belə bir subyektiv hüququ yoxdur. Bundan başqa, iddiaçının ikinci tələbi irəli sürmək üçün də subyektiv hüququ yoxdur. Çünki, iddiaçı öz tələbində onunla alqı-satqı müqaviləsini bağlamağa məcbur etməyi xahiş etmişdir. Bu isə hüququn ümumi prinsiplərinə ziddir, xüsusilə müqavilə azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Bununla da iddiaçı tərəf özünün iddia tələbində bir-biri ilə əlaqəli olmayan, bir-biri ilə ziddiyyət təşkil edən tələbləri birləşdirmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin iddia ərizəsi icraata qəbul edilə bilməzdi, geri qaytarılmalı idi (MPM-iıı 152.1.7-ci maddəsinə uyğun olaraq). Həmin iddia ərizəsi icraata götürülmüşdürsə həmin əsasa görə baxılmamış saxlanmalıdır. Bundan başqa iddiaçı tərət iddia tələbinin əsası kımı onunla İddiaçı arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə istinad etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin dəyəri 42000 manat müəyyən edilmiş və Rəcbər Ağayev həmin yaşayış sahəsinin 20000 manat hissəsini ödəmiş, qalan 22000 manat hissəsini isə xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə ilə həmin şəxs yaşayış sahəsinin dövlət reyestrindən Çıxarışını, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayışı alaraq alqısatqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı Rəcbər Ağayev müqavilə üzrə öhdəliyini xx.xx.2023cü il tarixədək icra etməyi öhdəsinə götürmüşdür. Lakin, həmin şəxs həmin vaxtadək öhdəliyini yerinə yetirməmiş, ödəməli olduğu pulu ödəməmişdir. Eyni zamanda o da müqavilə üzrə öhdəliyini icra edə bilməmiş, yaşayış sahəsinin Çıxarışını əldə edə bilməmişdir. Onunla iddiaçı arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin məzmununa nəzər saldıqda müəyyən olunur ki, onlar əsas müqaviləni hansı müddət daxilində bağlamağı qeyd etməmişlər. Müddət olaraq o nəzərdə tutulmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixədək 22000 manat məbləğində pulu ödəməli idi. Belə olan halda onunla əsas müqavilə ilkin müqavilə bağlandığı vaxtdan bir il müddətində bağlanmalı idi. Əgər əsas müqavilənin bağlanması müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdursa belə həmin müddət daxilində də aralarında əsas müqavilə bağlanmamış, həmin müddət ərzində də nə iddiaçı, nə də o, əsas müqavilənin bağlanması barədə birbirinə təklif göndərməmişlər. Belə olan halda müqavilə üzrə hər ikisinin öhdəliyinə xitam verilmiş, hazırda onun iddiaçı qarşısında ilkin müqavilədən irəli gələn heç bir öhdəliyi yoxdur. Çünki, əsas müqavilənin müəyyən olunmuş müddət daxilində, hansı müddətdə bağlanması nəzərdə tutulmadığı halında isə bir il müddətində əsas müqavilənin bağlanmalı olması Mülki Məcəllədə imperativ şərt kimi nəzərdə tutulmuşdur. Həmin müddət ərzində müqavilənin bağlanmaması isə öhdəliklərə xitam verilməsinə səbəb olur. Bu isə ona dəlalət edir ki, onun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur və iddiaçının həmin müqaviləni əsas götürərək ona qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya dair yazılı şəkildə mülahizə təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır, iddianın təmin edilməsinə dair qanuni və faktiki əsaslar yoxdur. Tərəflər arasında notariat orqanında bağlanmış 18 sentyabr 2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndə iddiaçının qeyd etdiyi öhdəliklərin həmin qaydada ardıcıllığı müəyyən olunmamışdır. 18 sentyabr 2022-ci il tarixli “İlkin alqısatqı müqaviləsi”nin 2.1-ci bəndindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən 0.0825 ha torpaq sahəsi üzərində inşa edəcək binanın 3-cü mərtəbəsində yerləşəcək “oxdan-oxa” 70 kv.m olan hissəsinin dəyəri 42.000 manat dəyərində müəyyən edilmiş, alıcı satıcıya ilkin olaraq 20.000 manat, qalan 22.000 manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə Birinci tərəf, yəni cavabdeh N. Ağayev Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin Dövlət reyestrindən çıxarışın alınması və əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakı ikinci tərəfə, yəni İddiaçı satmağı, alğı-satqı müqaviləsini bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə görə ikinci tərəf, yəni İddiaçı birinci tərəflə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunan bəndlərindən göründüyü kimi ilk öncə iddiaçı tərəf cavabdehə ilkin 20.000 manat və xx.xx.2023-cü il tarixinədək 22.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə belə bir bənd yoxdur ki, alıcı 20.000 manatı satıcıya ödəməli, satıcı daşınmaz əmlakın inşasını başa çatdırmalı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almalı, yüklülük arayışı almalı və sonra əsas müqavilə imzalanarkən alıcı satıcıya 22.000 manatı ödəməlidir və əsas alqı-satqı müqaviləsi tərəflər arasında imzalanmalıdır. Müqavilədə alıcı ilkin olaraq satıcıya 20.000 manat ödəməli, xx.xx.2023-cü il tarixinədək isə 22.000 manatı ödəməlidir. Müqavilədə satıcının daşınmaz əmlakın inşasını başa çatdırmaq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almaq, yüklülük arayışı almaq müddətlə müəyyənləşdirilməyibdir. Ona görə də iddia ərizəsində 22.000 manatı binanın inşası başa çatdırıldıqdan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yüklülük arayışı alındıqdan sonra əsas alqı-satqı müqaviləsi imzalanan vaxt 22.000 manat pulu satıcıya ödəyəcəyi barədə iddianın dəlilləri ilkin alqı-satqı müqaviləsinin tələblərinə uyğun deyildir. Cavabdeh mülkiyyətində olan Qusar şəhəri, Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən 0.0825 ha torpaq sahəsi üzərində inşa edəcək binanın ümumilikdə (3-cü mərtəbəsində yerləşəcək “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi də daxil olmaqla) inşa edilib həmin binaya Dövlət reyestrindən çıxarış alması üçün məlumatlandırma icraatı həyata keçirilməli, bundan sonra müvafiq hüquqi prosedurlar çərçivəsində müvafiq icra hakimiyyəti orqanı həmin tikintiyə dair iradlarını bildirmədikdə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrini aparan quruma müraciət etməli, həmin müraciətin təmin edilib-edilməməsi, təmin edilmədikdə inzibati icraat qaydasında məhkəmədə inzibati mübahisənin irəli sürülməsi, çıxarılmış məhkəmə aktının qanuni qüvvəyə minməsi, icraya yönəlməsi və s. müəyyən zaman tələb edir. İddiaçı ilkin alqı-satqı müqaviləsi ilə 22.000 manat pulu cavabdehə ödəməsi və cavabdehin onun pulunu qəbul etməməsi barədə dəlilləri tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2023- cü il tarixinədək cavabdehə heç bir müraciət etməmiş, bunlar yalan və uydurmadır. İddiaçı xx.xx.2023-cü il tarixinədək cavabdehə ilkin müqavilə üzrə 22.000 manat pulu ödəməyi təklif etməmiş, əksinə Cavabdeh ona pulun qalan hissəsini ödəmək tələbinə cavab olaraq bildirmişdir ki, pulları yoxdur, heyvanları satıb pulu düzəldər. İddiaçı 22.000 manat vəsaiti cavabdehə ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, ilkin müqavilə üzrə 22.000 manat pulun ödənilməsi üçün cavabdehə müraciət etməyə ehtiyac yoxdur, iddiaçı 22.000 manat pulu xx.xx.2023-cü il tarixinədək cavabdehə - ödəmək fikri olsaydı, 22.000 manat pulu notariusun depozit hesabına ödəyə bilərdi və ya pulu cavabdehin adına poçt vasitəsilə göndərərdi, lakin iddiaçı bunları etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixinədək, yəni sonuncu gün olan xx.xx.2023-cü il tarixdə 22.000 manat pulu ödəmək istəyi olmamış və o, ilkin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq öhdəliyini icra etməmişdir. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Sözügedən ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini özündə əks etdirməlidir. Lakin ilkin müqavilənin müddəti müəyyən olunmamış, əsas alqı-satqı müqaviləsinin mühüm şərtlərini özündə əks etdirməmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla əqdin bağlanması tələb olunur, hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. Mülki Məcəllənin 402.1-402.3cü maddələrində nəzərdə tutulmuş ilkin müqavilə təşkilati müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Qanunvericiliyin adı çəkilən maddələrinin mənasına görə ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürdükləri də nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndə əsas müqavilənin hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməmişdir. Bu hal onu deməyə əsas verir ki, Mülki Məcəllənin 402.2-ci maddəsinə əsasən, qeyd olunan İlkin müqavilə mülki qanunvericiliyinin tələblərinə görə ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməklə bağlanmışdır. Bundan başqa, Mülki Məcəllənin 402.4-cü maddəsi tələb edir ki, İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməlidir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Lakin hazırki İlkin alqı-satqı müqaviləsinin 5.5-ci bəndində qeyd olunur ki, “Həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı- satqı müqaviləsinin bağlanılması anınadək qüvvədədir”. Müqavilədə alqı-satqı müqaviləsinin nə vaxt bağlanacağı göstərilməmiş, yəni əsas alqı-satqı müqaviləsinin bağlanacağı müddət müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 402.5-ci maddəsi mübahisə tərəflərinin əsas müqaviləni bağlamalı olduqları müddət qurtarana qədər bağlanmadığı hallarda və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyi halda, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilməsini ehtiva edir. Bu mülki qanunvericiliyin tələbidir. Hazırki mülki mübahisənin faktiki hallarından da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış “İlkin alqı-satqı müqaviləsi” üzrə ilkin 20.000 manat ödəniş olmuş, müqavilədə digər vəsait- 22.000 manat pulun xx.xx.2023-cü il tarixinədək ödənilməsi göstərildiyindən həmin tarixdə iddiaçı tərəfindən pulun ödənilməməsi və ilkin alqı-satqı müqaviləsinin bağlamaq barədə təklif göndərməməsi müqavilə üzrə öhdəliklərin xitamına səbəb olur. Mülki Məcəllənin maddi hüquq normaları bu məsələyə konket münasibət bildirmişdir. İddiaçı və cavabdeh tərəfin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi həmin öhdəliyin artıq olmamasını ehtiva edir. Bu hal İddiaçı Cavabdeh ödədiyi 20.000 manat pulun geri tələb etmək hüququnu yaradır. Bundan başqa hazırki mülki mübahisədə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin yuxarıda qeyd olunan qanunda nəzərdə tutulan ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməklə bağlanması ilə yanaşı müqavilədə satıcı-Cavabdeh Müqavilənin 3.1-ci bəndində qeyd olunan “Birinci tərəf Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin Dövlət reyestrindən çıxarışın alınması və əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alması” barədə müqavilə şərti məhkəmə tərəfindən əhəmiyyətsiz şərt hesab edilməlidir. Daşınmaz əmlaka dair Dövlət reyestrindən çıxarışın alınması öhdəliyinin icrası cavabdehdən asılı olan hal deyildir və bu öhdəliyin icrası mümkün olmaya da bilər və ya uzun müddət icrası ləngiyə bilər və s. Müqavilə tərəfinin belə bir şərtdən asılı etmək müqavilənin təbiətinə uyğun deyildir. Belə ki, Cavabdeh daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdə, hüquqların qeydiyyatından imtina edilə bilər, inzibati məhkəmə mübahisəsi qaldırıldıqda, məhkəmələr həmin iddianı təmin etməyə bilər və s. Müqavilənin həmin şərti əhəmiyyətsizdir. İddiaçı tərəfin cavabdehdən müqavilənin bu şərtlərinin icrasını tələb etmək barədə subyektiv hüququ yoxdur. Bu cür tələb inzibati icraat qaydasında inzibati orqana qarşı irəli sürülə bilər və həmin orqanın üzərinə qoyula bilər. Məhkəmənin qətnaməsi ilə şəxsin üzərinə belə öhdəlik qoyulması həmin qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına almış olar. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması tələbinə dair iddiası rədd edilməlidir.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər əsas müqavilənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətində bağlanmalı idi. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamış və belə bir müqavilənin bağlanması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh təklif göndərilməmişdir. Eyni zamanda iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəyəcəyini öhdəsinə götürsə də həmin öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa ilkin müqavilədə cavabdehin üzərinə gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən Çıxarışın alınması öhdəliyi qoyulsa da həmin öhdəlik barədə şərt etibarlı hesab oluna bilməz. Belə ki, alqı-satqı prosesində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması xüsusi hüquq münasibətləri çərçivəsində deyil, ümumi hüquq münasibətləri çərçivəsində, yəni inzibati icraat qaydasında həyata keçirilir və xüsusi hüquq münasibətləri çərçivəsində hüquq münasibəti iştirakçısının üzərinə belə bir öhdəliyin qoyulması Mülki Məcəllənin tələblərinə ziddir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 402.1, 402.2, 402.3, 402.4, 402.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 18 sentyabr 2022-ci il tarixli, 3M-341 reyestr nömrəli İlkin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər borclu, yəni Cavabdeh tərəfindən yerinə yetirilməmiş və kreditor, yəni İddiaçı da borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir və Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Məhkəmə qətnaməsində qeyd olunur ki, tərəflər arasında bağlanmış məlum ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər əsas müqavilənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətinə bağlanmalı idi. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamış və belə bir müqavilənin bağlanması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh təklif göndərilməmişdir. Eyni zamanda, iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəyəcəyini öhdəsinə götürsə də həmin öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa ilkin müqavilədə cavabdehin üzərinə gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən Çıxarışın alınması öhdəliyi qoyulsa da həmin öhdəlik barədə şərt etibarlı hesab oluna bilməz. Belə ki, alqı-satqı prosesində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması xüsusi hüquq münasibətləri çərçivəsində deyil, ümumi hüquq münasibətləri çərçivəsində, yəni inzibati icraat qaydasında həyata keçirilir və xüsusi hüquq münasibətləri çərçivəsində hüquq münasibəti iştirakçısının üzərinə belə bir öhdəliyin qoyulması Mülki Məcəllənin tələblərinə ziddir. İddia ərizəsinə nəzər saldıqda iddia tərəfinin istinad etdiyi maddi hüquq normaları ilə, yəni iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları və mövcud olan hüquq münasibətləri uzlaşmadığı müəyyən olunur...” Apellyasiya şikayətinin işin hallarına dair 4-cü bölməsində qeyd olunduğu kimi, Tərəflər – “Satıcı”, yəni Cavabdeh ilə “Alıcı”, yəni İddiaçı arasında bağlanaraq notarial qaydada təsdiq edilmiş 18 sentyabr 2022ci il tarixli, 3M-342 reyestr nömrəli İlkin alqı-satqı müqaviləsinin predmeti, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci bəndinə əsasən 70,0 kv.m-dən ibarət həmin yaşayış hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmiş, “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəmiş, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə görə də bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci bəndinə görə “Satıcı”, həmin 70 kv.m-dən ibarət yaşayış hissəsinə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə – yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin – yəni “Alıcı”nın mülkiyyətinə verməyi, Müqavilənin 4.1-ci bəndinə görə də “Alıcı”, “Satıcı” ilə həmin 70 kv.m-dən ibarət yaşayış hissəsinə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.5-ci bəndinə görə həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir. Müqaviləyə əsasən iddiaçı, yəni – “Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müddətinin tamamlandığı xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni – “Satıcı” ilə əlaqə saxladıqda ona bildirilmişdir ki, həmin ödəniş, bayramdan sonra – yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin həmin bayramdan sonra cavabdeh iddiaçı ilə görüşməkdən yayınmış, eləcə də iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamış və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış həmin müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alqı-satqı müqaviləsi bağlanmadan, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa, eləcə də məntiqə ziddir və həmin 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi ilə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti də qeyd olunan İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya verilməsi və müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi barədə Pretenziya – Xəbərdarlıq məktubu ilə tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdeh isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, müraciətinə cavab verməmişdir. Bununla da Cavabdeh, 18 sentyabr 2022-ci il tarixli, 3M-342 Reyestr nömrəli İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəsi barədə gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəlikləri yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alqı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakı onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla bağlı iddiaçının rəsmi müraciətinə də cavab verməmişdir. Tərəflər arasında bağlanmış həmin İlkin alqı-sqtqı müqaviləsinin şərtlərinə görə də Alqı-satqı barədə əsas müqavilənin bağlanması üçün, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanaraq, müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır olmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmalı idi. Alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Yəni tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsində, tərəflər əsas müqavilənin bağlanmalı olduğu müddət kimi xx.xx.2023- cü il tarixi qeyd olunmuş və göründüyü kimi əsas müqavilənin həmin müddətdə bağlanmaması İddiaçı təqsiri üzündən deyil, Cavabdeh tərəfindən Alqı-satqı barədə 18 sentyabr 2022-ci il tarixli İlkin müqavilənin şərtlərinin, daha doğrusu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin pozulması nəticəsində baş vermişdir. Məhkəmənin “...ilkin müqavilədə cavabdehin üzərinə gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən Çıxarışın alınması öhdəliyi qoyulsa da həmin öhdəlik barədə şərt etibarlı hesab oluna bilməz. Belə ki, alqı-satqı prosesində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması xüsusi hüquq münasibətləri çərçivəsində deyil, ümumi hüquq münasibətləri çərçivəsində, yəni inzibati icraat qaydasında həyata keçirilir və xüsusi hüquq münasibətləri çərçivəsində hüquq münasibəti iştirakçısının üzərinə belə bir öhdəliyin qoyulması Mülki Məcəllənin tələblərinə ziddir...” barədə fikirlərinə gəldikdə ilkin alqı-satqı müqaviəsinin həmin bəndi, tərəflər arasında mübahisə predmeti deyildir. Bundan başqa Mülkiyyət çıxarışı ilə bağlı, inzibati orqan olan Daşınmaz əmlakın Dövlər Reyestr Xidməti ilə mübahisə yarandığı halda, belə mübahisələr inzibati məhkəmələrə aid ola bilər, lakin hər bir halda alqı-satqı predmeti olan yaşayış sahəsinə dair mülkiyyət Çıxarışının alınması satıcının, yəni hazırkı halda cavabdehin vəzifəsidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci intansiya məhkəməsi qətnamədə sözügedən maddi hüquq normalarına toxunsa da onların tətbiqində yanlış mövqe tutmuşdur. xx.xx.2022-ci ildə illkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə 31 dekabr 2023-cü il tarixinə kimi alıcı tərəfindən ödənişin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 31 dekabrda cavabdehə zəng etmiş, cavabdeh iş günündə gəlib geri qalan ödənişi həyata keçirməsini istəmişdir. Sonrakı müraciətlərdə bir neçə dəfə telefonu açmamış, daha sonra ödənişin gecikdirildiyi üçün müqavilənin ləğv olunduğunu bildirmişdir. 15 yanvar 2023-cü il tarixində təmsil etdiyi şəxsin adından ödəniş həyata keçirilməsi üçün bank rekvizitlərinin təqdim olunması ilə əlaqədar pretenziya məktubu göndərilmiş, qarşı tərəf həmin məktubu qəbul etmiş, hətta zərfi özü şəxsən götürmüş, lakin münasibət bildirməmişdir. Yaşayış sahəsi tikilərək satılması nəzərdə tutulmuşdur. Qusarda əsasən 3- 4 mərtəbəli mənzillərdən ibarət yaşayış sahələri tikilir. Məhkəməyə müraciət edəndə yaşayış sahəsinin tikintisi gedirdi. İlkin ödəniş olaraq 20.000 manat ödənilib, 22.000 manat hissəsi isə 31 dekabr 2023-cü il tarixinədək ödənilməli idi. Qarşı tərəf 20.000 manatın ödənildiyini təsdiq edir. Qarşı tərəf müqavilənin ləğv olunmasının zəruri olduğunu düşünür. Lakin müqavilədə öhdəlik 2023-cü il dekabrın 31-nədək ödənişin geri qalan hissəsinin ödənilməsi ilə yekunlaşmır, yaşayış sahəsi tikilməli, ona çıxarış əldə olunmalı idi. Hazırda da 22.000 manat qalıq pul ödənilməmişdir. Ödənilməmə səbəbi isə ondan ibarət olmuşdur ki, qarşı tərəf bayramda pulu qəbul etməmiş, təmsil etdiyi şəxsin bayramdan sonra pulu verməsini istəmişdir. Məqsəd pulu götürməmək olmuşdur. Ödənişin geriyə qalan hissəsini ödəmək fikrində olmasa idi, 15 yanvarda pretenziya məktubu göndərməzdilər. 22000 manatı ödəməyə hazırdılar. Qalıq pulun notarisun depozit hesabına yerləşdirilməsi, ümumiyyətlə hər hansı şəkildə ödənilməsi ilə əlaqədar konkret razılaşma olmamışdır. Cavabdeh iddiaçının ödənişin geri qalan hissəsini bank hesabına yükləməli olduğunu bildirsə də ilkin alqı-satqı müqaviləsində ödənişin tamamlanması üçün hər hansı bank rekvizitləri öz əksini tapmamışdır.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, binanı özü tikir, vergi ödəyicisidir, tikinti fəaliyyəti ilə məşğuldur. Nümayəndəsinin bildirdikləri ilə razıdır.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, pretenziya məktubunun göndərilməsi, cavabdehə hər hansı təklif edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. İlkin müqavilənin şərtlərinə əsasən 42.000 manat məbləğində əmlak müəyyən olunaraq alıcı satıcıya ilkin 20000 manat ödənilməklə, geri qalan ödənişin müqavilə bağlandığı andan 3 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tərəflər ilkin müqaviləni xx.xx.2022ci il tarixdə bağlamış, təmsil etdiyi şəxs bu müddət ərzində mülkiyyətində olan torpaq sahəsində tikiləcək üçmərtəbəli binaya çıxarış, ödənişin tamamlanmasından sonra əmlakın yüklülüyünə dair arayış almağı və həmin binanı qarşı tərəfə satmağı, alqı-satqı müqaviləsi bağlamağı və daşınmaz əmlakı ikinci tərəfin mülkiyyətinə verməyi, iddiaçı isə qeyd olunan müddətə qədər ödənişi tamamlamağı öhdəsinə götürmüşdür. İddiaçı bir il üç ay ərzində qalan 22000 manat məbləğində vəsaiti ödəməmiş, təmsil etdiyi şəxsin müraciətləri zamanı imkanı olmadığını, yalnız mal-qaranı satdıqdan sonra ödəyə biləcəyini bildirmişdir. İlkin müqavilədə əsas müqavilənin bağlanma müddəti göstərilməmiş, qanunvericiliyə uyğun olaraq belə olan halda ilkin müqavilənin bağlandığı andan bir il müddətində əsas müqavilə bağlanmalıdır. Bir il xx.xx.2023-cü il tarixdə tamamlanmış, il tamamlanana qədər qarşı tərəf təmsil etdiyi şəxsə hər hansı təklif göndərməmiş, bununla da öhdəliyə xitam verilmişdir, öhdəliyə xitam verildiyi üçün tələb hüququ yoxdur, ona görə də birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. İddiaçı ödənişi ilkin müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməklə yanaşı, müddət bitdikdən 15 gün sonra məktub göndərmişdir. Halbuki, məktub göndərmək əvəzinə ödənişi depozit hesabına köçürə bilərdi. İddiaçının imkanı olmadığı, yalnız mal-qaranı satdıqdan sonra 22000 manatı ödəyə biləcəyi bildirməsi ilə bağlı danışığa dair sübutu yoxdur. Bir il üç ay müddətində üçmərtəbəli binanın tikintisi başa çatmışdır. Cavabdeh 31 dekabra qədər daşınmaz əmlaka reyestrdən çıxarış alınmasına dair öhdəlik götürməmiş, yalnız əsas müqavilə bağlandıqdan sonra belə bir öhdəlik yarana bilərdi. Hazırda binada olan bəzi mənzillərin reyestrdən çıxarışı var. Pul iddiaçı tərəfindən depozit hesabına ödənilmişdir. Qarşı tərəf apellyasiya şikayətinin dəlillərindən biri olaraq ödənişin tam şəkildə həyata keçirildiyi vaxtda tikilinin də inşasının tamamlanmalı və ona təhvil verilməsi olması faktını göstərir. Halbuki ilkin alqı-satqı müqaviləsində tərəfimizdən belə bir öhdəlik götürülməmişdir. Bir tərəf hissə-hissə ödəniş etməyi, digər tərəf isə çıxarış, arayış almağı öhdəsinə götürmüş, lakin çıxarışın alınma tarixi müəyyənləşdirilməmişdir. İddiaçı 31 dekabr tarixinədək ödənişin geriyə qalan hissəsini ödəməmiş, müddət ötürülmüş, Mülki Məcəllənin ilkin müqaviləyə aid normalarına əməl olunmamış, bir il ərzində əsas müqavilə bağlanmamışdır. Razılaşdırılmış 42.000 manatdan 20.000 manat ödənilmişdir ki, cavabdeh həmin məbləği geri ödəməyə hazırdır. Qarşı tərəf ilkin müqavilə öhdəliklərini yerinə yetirməmiş, qeyd olunan tarixədək ödənişi tamamlamamışdır. İddiaçının 31 dekabrda ödənişi həyata keçirmək üçün gəlməsi həqiqəti əks etdirmir. Digər tərəf pretenziya məktubunu göndərmək yerinə depozit hesabına ödəniş edə bilərdi. Əgər əsas müqavilə bir il ərzində bağlanmasa idi, təmsil etdiyi şəxsin məsuliyyəti yaranardı, iddiaçı bu barədə iddia qaldırardı. İlkin alqı-satqı müqaviləsində binanın inşa edilərək, ona çıxarış alınması ilə əlaqadər öhdəlik götürməmişdir. Əsas müqaviləni bağlamaqdan imtina etməyinin əsas səbəbi ödənişin vaxtında edilməməsi olmuşdur, müqavilə bağlandığı halda daşınmaz əmlaka reyestrdən çıxarış, arayış alınması tarixi müəyyənləşdiriləcəkdi. Cavabdehin öhdəliyinin icrası, qarşı tərəfin öhdəliyinin icrasından asılıdır, ödənişi zamanında etsə idi, qısa zamanda çıxarış əldə etməyə çalışacaqdı. Təmsil etdiyi şəxs rəsmi məktuba cavab vermək məcburiyyətində olmamışdır. İddiaçı ilk dəfə ödənişi notariusda etmiş, ikinci dəfə də həmin şəkildə ödəniş edə bilərdi. Qarşı tərəflə hər hansı razılaşma mümkün deyildir. Qarşı tərəf pretenziya məktubu göndərməyini bəhanə olaraq istifadə edir, ödənişi gedib notariusda edə bilərdi. Bina 31 dekabr 2022-ci ildə artıq tikilmişdi. İddiaçı ilə şifahi razılaşmaya əsasən ödəniş iyulda tamamlanmalı idi, lakin müqavilədə dekabrın 31-nədək qeydə alınmışdı, iyulda dəfələrlə müraciət etsə də, imkanı olmadığını, müqavilə ilə hələ ödəniş üçün zaman olduğunu bildirmişdir. Qarşı tərəf ödənişi zamanında etmədiyi üçün cavadbeh də ziyana düşmüşdür. İddiaçı notariat orqanında ilkin alqı-satq müqaviləsi bağlandığı zaman hansı qaydada ödənişi həyata keçirmişdirsə, qalan ödənişi həmin qaydada etməli idi.

İşdə olan sübutlar

15. 18 sentyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci bəndinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəya dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci bəndinə ilkin müqavilə bağlandığı andan qüvvəyə minir və alqısatqı müqaviləsinin bağlanması anınadək qüvvədədir.

16. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehə 31 dekabr 2023-cü il tarixdə qalıq 22000 manatı ödəmək üçün onunla əlaqə saxladığını, cavabdeh isə həmin məbləği yeni il bayramından sonra ödəyə biləcəyini, lakin yeni il bayramından sonra cavabdeh pulu qəbul etməkdən yayındığını bildirərək, müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini tələb etməklə yanaşı, pulun ödənilməsi üçün bank hesabı nömrəsini bildirməyini təklif etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da həmin nəticənin müəyyən əsasları ilə razılaşmamışdır. Nəzərə alınmalıdır ki, müqavilə şərtlərinin pozulması və ya müqavilənin ləğv edilməsi təflər üçün müəyyən hüquqi nəticələr yarada bilər. Buna görə də iddianın rədd edilməli olmasından asılı olmayaraq, müqavilə şərtlərinin tərəflərdən hansının pozması dəqiq müəyyən edilməli olan hal hesab olunur. Birinci instansiya məhkəməsinin iddianı rədd etməsinin əsaslarından biri də alıcı qismində olan iddiaçının ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsinin, yəni 22000 manatı xx.xx.2023-cü il tarixədək cavabdehə ödəmək öhdəliyinin yerinə yetirməməsi olmuşdur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsası ilə razılaşmamışdır. Belə ki, həmin hal iş materialları ilə sübut olunmamaqla, əksinə həmin öhdəliyin cavabdehin ona təklif edilmiş ödənişi qəbul etməməsi nəticəsində icra edilməməsi sübut olunmaqdadır.

22. Tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli ilkin müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı cavabdehə ilkin olaraq 20000 (iyirmi min) manat ödəmiş, qalıq 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüş və həmin öhdəliyi də icra etməyə çalışmış, lakin cavabdeh ona təklif olunmuş icranı qəbul etməmişdir. İşin qeyd edilən halı iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15 yanvar 2024-cü il tarixli pretenziya ilə təsdiq olunmuşdur. Belə ki, həmin pretenziyadan görünür ki, iddiaçı cavabdehə 31 dekabr 2023-cü il tarixdə qalıq 22000 manatı ödəmək üçün onunla əlaqə saxladığını, cavabdeh isə həmin məbləği yeni il bayramından sonra ödəyə biləcəyini, lakin yeni il bayramından sonra cavabdeh pulu qəbul etməkdən yayındığını bildirərək, müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini tələb etməklə yanaşı, pulun ödənilməsi üçün bank hesabı nömrəsini bildirməyini təklif etmişdir. Lakin, cavabdeh pretenziyasını poçt vasitəsi ilə qəbul etsə də iddiaçıya hər hansı bir cavab verməmişdir.

23. Cavabdeh tərəf iddiaçının 31 dekabrda 2023-cü il tarixdə ödənişi həyata keçirmək niyyətinin olmadığını, əgər belə bir niyyəti olduğu halda pulu notriusun depozit hesabı vasitəsi ilə yerinə yetirə biləcəyinə dair etiraz irəli sürmüşdür ki, onun bu etirazı əsaslı olmamışdır. Belə ki, ödəniş etmək istəməyən borclunun kreditordan ödəniş etmək üçün rəsmi qaydada bank hesabı istəməsi ağılabatan deyildir. Qalıq pul məbləğinin ilkin müqavilə üzrə notariusun depozit hesabı vasitəsi ilə ödənilməsinin mümkünlüyü halında isə borclunun ilkin müqavilənin bağlanmasından bir ildən çox müddət keçməsi halında bunu düşünə bilməməsi isə ağılabatan hesab olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 18 sentyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə qalıq 22000 (iyirmi iki min) manat pulun ödənilməməsi cavabdehin ona təklif olunmuş icranı qəbul etməməsi nəticəsində baş vermişdir.

24. Məhkəmə kollegiyası iddianın rədd edilməli olması ilə bağlı əsaslarına münasibətdə isə qeyd edir ki, ilkin müqavilədə tərəflər əsas müqavilənin hansı müddətdə bağlanmalı olduğunu müəyyənləşdirməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndində ilkin müqavilənin bağlandığı andan qüvvəyə minməsi və əsas alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədə olması göstərilmişdir ki, həmin şərtlə də Mülki Məcəllənin 402.4 və 402.5-ci maddələrinin tələbləri baxımından ilkin müqavilə üzrə əsas müqavilənin bağlanma müddətini müəyyən etmək mümkün olmamaqla, müqavilənin həmin bəndi Mülki Məcəllədə nəzərdə tutulan müddət anlayışına uyğun gəlməmişdir.

25. Belə ki, Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Yuxarıda istinad olunan Mülki Məcəllənin 367.2 və 367.3-cü maddələrinin tələbinə əsasən müddət təqvim tarixi ilə və ya hökmən baş verməli olan hadisə (məsələn, əsas müqavilənin bağlanması və s.) ilə müəyyənləşdirilir. Hökmən baş verməli olan hadisənin də nə vaxt baş verməsi də qeyri-müəyyən olduğu halda (hazırkı iş üzrə isə konkret olaraq alqı-satqı müqaviləsinin nə vaxt bağlanmalı olması) həmin müddət də mülki qanunvericilkdə nəzərdə tutulan müddət anlayışına cavab vermir. Hazırkı iş üzrə müqavilənin 5.5-ci bəndi, yəni “ilkin müqavilənin əsas alqı-satqı müqaviləsi bağlanması anınadək qüvvədə olması” ifadəsi qeyri-müəyyən olmaqla, ümumiyyətlə yuxarıda istinad olunan Mülkü Məcəllənin 417.2 və 420.1.2-ci maddələrinin tələbinə əsasən etibarsız şərt olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında ilkin müqavilə 18 sentyabr 2022-ci il tarixdə bağlanmış və müqavilədə əsas müqavilənin hansı müddətdə bağlanmalı olması müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 402.4-cü maddəsinin tələbinə müvafiq olaraq isə ilkin müqavilənin bağlandığı müddətdən 1 il ərzində əsas müqavilənin bağlanması da mümkünsüz olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh qeyd olunan müddət ərzində binanın tikintisini yekunlaşdırmamış, o cümlədən hazırkı vaxtadək inşa etdiyi çoxmənzilli binanın üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməmişdir ki, bununla da Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulan müddət ərzində ilkin müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının tələbi cavabdehi müqavilə bağlamağa məcburetmədən ibarət olmuşdur ki, onun bu tələbi Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulan müddət ərzində qaldırılacağı təqdirdə müqavilə azadlığı prinsipinə zidd olmayacaqdı. Belə ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar da müqavilə bağlamağa məcburetməyə yol verilir. Cavabdeh isə ilkin müqavilədə belə bir müqavilə bağlayacağını könüllü olaraq öz öhdəsinə götürmüşdür. Lakin, hazırkı işin hallarından görünür ki, cavabdeh qeyd olunan müddət ərzində, o cümlədən hazırkı vaxtadək inşa etdiyi çoxmənzilli binanın üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməmişdir ki, bununla da həmin əmlak üzərində sərəncam vermək hüququnu da özündən asılı olmayan səbəbdən həyata keçirə bilməməkdədir. Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulan müddət ərzində iddia qaldırılacağı təqdirdə də müqavilə bağlamağa məcburetmə barədə iddiaçının tələbinin təmin edilməsi mümkün olmayacaqdı.

28. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 402.5-ci maddəsinin tələbinə müvafiq olaraq, ilkin müqavilə üzrə artıq öhdəliklərə xitam verildiyindən iddiaçının tələbi müqavilə azadlığı prinsipinə zidd olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız hesab olunaraq, təmin edilməməlidir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin qismən edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-469/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar