Məhkəmə qərarları › İş №2(102)-2953/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2953/2024

23.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2953/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsi işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (əmək müqaviləsinin müddətinin qurtarması), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı v ə Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Şirvan şəhər 12 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-742/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Şirvan şəhər 12 nömrəli məktəbin direktoru Ş.Ç.Əhmədovanın 05 iyun 2023-cü il tarixli, 68 saylı əmri ilə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 35 saylı 3 aylıq sınaq müddətli əmək mü qaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinə qarşı (bundan sonra – cavabdeh) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsi işə cəlb edilməklə (bundan sonra – üçüncü şəxs və ya Şirvan-Salyan regional şöbəsi)) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1 onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ba rədə xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmrinin ləğv edilməsi, Şirvan şəhər 12 saylı tam orta məktəbdə tutmuş olduğu təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 35 nömrəli əmrinə əsasən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 3 aylıq sınaq müddəti ilə təyin olunmuşdur. İşə başladığı vaxtdan məktəbin daxili təsərrüfatının abadlaşdırılmasında yaxından iştirak etmiş və kollektiv daxilində daim fəallıq göstərmişdir. Bu barədə məktəb rəhbərliyi tərəfindən ona xasiyyətnamə verilmiş və həmin xasiyyətnamə ə rizəsinə əlavə edilmişdir. İşə təyin olunduğu vaxtdan etibarən hər gün vaxtı-vaxtında işə gəlib tabelə imza etmişdir. Lakin işlədiyi müddətdən 3 ay keçdikdən sonra məktəb direktoru xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmri ilə sınaq müddətinin başa çatmasına dair ona heç bir məlumat vermədən, heç bir əsas olmadan əmək müqaviləsinə xitam vermişdir. Lakin bundan onun xəbəri olmamış və hər gün işə gələrək tabelə imza atmışdır. Bundan bir müddət sonra isə məktəb direktoru şifahi surətdə ona demişdir ki, “sən işdən azad olunmusan”. Hansı əsasla işdən azad olunmağı barədə məktəb direktorundan soruşarkən ona cavab vermişdir ki, “bu mənim iradəmdən asılı olmayan bir haldır, mənə yuxarı instansiyadan tapşırmışlar ki, səni işdən azad edim”. Bundan sonra naəlac qalaraq pozulmuş əmək hüququnun bərpası ndan ötrü X2 ərizə ilə şikayət etmişdir. Ərizəsi əsasında əmək müfəttişliyi tərəfindən məktəbdə yoxlama aparılmış və qanun pozuntuları aşkarlanmışdır. Belə ki, Şirvan-Salyan regional şöbəsinin rəyində onun əmək müqaviləsinə xitam verilməsi, əmək və istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və eləcə də sonuncu haqq-hesabı düzgün hesablanmayaraq ödənilməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 və 144-cü maddələrinin 2-ci hissələrinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

3. Birinci instansiya məhkəməsində iddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, onunla 3 aylıq sınaq müdd əti ilə müqavilə bağlanmış, 9 iyun tarixdə müsahibədə iştirak etmiş, xx.xx.2023-cü il tarixədək davamiyyət jurnalına imza etmişdir. 12 iyun gecə saatlarında məktəb direktoru ona zəng edərək müsahibədə kobud danışdığına görə işdən azad edilməsini bildirmiş, arxa tarixlə əmrləşdirib onu işdən çıxarmışdır. Əmək kitabçasında onun sınaq müddətinin bitməsi səbəbindən işdən çıxarılması qeyd olunsa da, əmrdə müddətli müqavilənin bitməsi, həmçinin tarixlərin də səhv göstərilməsi, ona 13 iyun tarixlərində işləyən şəxs kimi müsbət xasiyyətnamələrin verilməsi sübuta yetirir ki, onu qanunsuz olaraq işdən çıxarıblar.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib, rədd olunmasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Əmrdə və əmək kitabçasında həm tarix, həm müddətli və sınaq müddətli müqavilənin qeyd edilməsinin xitam verilməsinə dair əmrlərin müxtəlif tarixlərdə göstərilməsinin texniki səhv olmasını bildirmiş, əmək müqaviləsinə xitam verilməsinin 6 iyun tarixdə deyil, 12 iyun tarixdə elektron sistemə daxil edilməsini etiraf etmiş, iddiaçının davamiyyət jurnalına onların xəbəri olmadan imza etməsini bildirmişdir.

5. Üçüncü şəxs X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə1 Əlinizam qızı m əhkəmə iclasında mübahisə ilə bağlı mülahizə təqdim edərək izahatında göstərmişdir ki, Şirvan şəhər 12 nömrəli tam orta məktəbdən daxil olmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq məktəbə təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində göstərilən qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün iddiaçıya son haqq-hesab ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgöt ürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı sonuncu iş günü işçiyə verilməli olduğu halda iddiaçıya son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Son haqq-hesab ödənilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçıya işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilməyən 8 məzuniyyət günü əvəzinə istifadə edilməmiş 5 məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələrinin 2-ci hissəsinin tələbləri pozulduğundan, işəgötürən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 24 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və 31 iyul 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərara əsasən 700 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, İddiaçı ödənilməli olan son haqqhesabın qalıq məbləğinin ödənilməsi barədə Şirvan şəhər 12 nömrəli tam orta məktəbinin direktoruna xx.xx.2023-cü il tarixli göstəriş verilmişdir. Şikayət ərizəsində qaldırılan digər məsələ, işçinin xx.xx.2023-cü il tarixdə işdən çıxmasına baxmayaraq, iyun ayının 13-nə kimi işə davamiyyət jurnallarına imza atması iddiası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin və 294-cü maddəsinin 1ci hissəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçının işə bərpa tələbinə dair bildirilir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və həmin maddənin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur və həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, işəgötürənin bu maddədə nə zərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

6. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi və ya məhkəmə) xx.xx.2023-cü il tarixli, 2(032)-1399/2023 saylı qətnaməsi ilə (hakim S.Məmmədova) iddia təmin edilərək, Şirvan şəhər 12 saylı tam orta məktəbinin direktorunun iddiaçı haqqında olan xx.xx.2023-cü il tarixli, 68 nömrəli əmri ləğv olunmuş, iddiaçının həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, ona m əcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilatla “müddətli” əmək müqaviləsinin bağlanmasını qəbul etmir, onların arasında sınaq müddəti müəyyən edilmiş müqavilənin bağlandığını qeyd edir və bildirir ki, 3 aylıq sınaq müddəti ilə işə götürülmüş, sınaq müddəti bitmiş, sınaqdan keçdiyinə görə əmək münasibətləri davam etmiş (davamiyyət jurnalına xx.xx.2023-cü il tarixədək imza etməsi, həm iddiaçının özü, həm də regional təhsil idarəsi və məktəbin tərtib etdiyi aktlarla təsdiq edilir). Ona müsbət xasiyyətnamələr verilmiş, xasiyyətnamələrin məzmununda (vəzifəsinin ona verdiyi səlahiyyətlərindən düzgün istifadə edir, işin təşkilini düzgün qurmağı bacarır) şəxsin hazırda da məktəbdə işləməsi və söz ügedən vəzifəni tutması müəyyən olunmuşdur. İddiaçının işlədiyi zamanda müsahibədə iştirak etməsi (xx.xx.2023-cü il), müsahibədən qeyri-məqbul çıxmasından sonra ona direktor tərəfindən məlumat verilməsi (xx.xx.2023-cü il) və arxa tarixnən işdən çıxarılması (elektron sistemə əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə daxil edilməsi, sənədlərdə isə xx.xx.2023-cü il, bəzilərində xx.xx.2023-cü il göstərilməsi) barədə dedikləri əldə edilən və tədqiq sənədlərlə tam şəkildə təsdiq edilir. Həmçinin iddiaçının işə götürülməsi ilə əlaqədar əmrdə müddətli əmək müqaviləsi ilə işə götürülməsi, işdən azad edilməsinə dair əmək kitabçasında qeyd edilmiş əmrdə əmək münasibətlərinə son qoyulmasının səbəbi kimi sınaq müddətinin bitməsi, direktorun imzaladığı əmrində isə müddətli əmək müqaviləsinin bitməsi, iddiaçıya verilmiş və səlahiyyətli şəxslər olan regional təhsil idarəsinin rəisi, məktəbin direktoru, həmkarlar ittifaqının rəhbəri və sair tərəfindən imzalanmış bütün xasiyyətnamələrdə şəxsin sınaq müddəti ilə işləməsi, sınaq müddətində özünü doğrultması qeyd edilmişdir. Göstərilən ziddiyyətlərlə əlaqədar məktəb direktorunun izahatında isə bu halların “onun katibəsi” tərəfindən yol verilmiş texniki səhv olması bildirilmişdir. Həmçinin iddiaçının işdən çıxma vaxtının gah xx.xx.2023-cü il tarixi, gah da xx.xx.2023-cü il tarixi kimi göstərilməsi, bundan əlavə şəxsin xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixində buna dair məlumatın kənar müdaxilənin mümkün olmadığı elektron sistemə daxil edilməsi, iddiaçının xx.xx.2023-cü il tarixədək məktə blə əmək münasibətlərinin davam etməsini, onun sonradan müsahibədə qeyri-məqbul nəticə göstərməsi səbəbilə arxa tarixnən, yəni xx.xx.2023-cü il tarixi göstərilməsinə dair bildirdikərinin həqiqət olmasını sübuta yetirir. Adı çəkilən əmr, əmrlər kitabı, əmək kitabçası, xasiyyətnamə kimi rəsmi sənədlərdə isə vəzifəli bir şəxs kimi daşıdığı məsuliyyətin anlayışına malik regional təhsil idarəsinin rəhbərliyinin, o cümlədən də məktəb direktorunun dəfələrlə “texniki səhv”lərə yol vermələri inandırıcı hesab edilə bilməz. Həmçinin əmək qanunvericiliyi sınaq müddəti ilə işə götürülmüş işçinin sınaq dövrü ərzində özünü doğrultmaması səbəbindən işdən çıxarılmasını (70-ci maddənin d bəndi) və çıxarılmasının imperativ prosedurunu (53.1-ci maddə-3 gün əvvəl yazılı xəbərdarlıq) müəyyən etmişdir. Hazırda i sə qarşı tərəf regional təhsil idarəsinin məktubunu təqdim etməklə şəxsi 3 gün əvvəl müqavilənin xitam verilməsi barədə məlumatlandırdığını bildirsə də, bunu nə iddiaçı təsdiq edir, nə də ki, qarşı tərəf təsdiqedici bir sübut təqdim etmir. Bundan əlavə müddətli əmək müqaviləsi bağladığını iddia edən cavabdehin qanunvericiliklə sınaq müddətinin bitməsi və işçinin özünü doğrultmaması halında onu 3 gün əvvəl məlumatlandırması prosedurunu həyata keçirməsini bildirməklə özü də ziddiyyətli bir mövqedə olmasını məhkəmə qarşısında biruzə verir. Məhkəmə təqdim edilən və tədqiq edilən sübutlara əsasən cavabdehin iddiaçını müddətli müqavilə ilə işə götürməsi halına da münasibət bildirməyi vacib hesab edir və bu halda da cavabdehə əmək qanunvericiliyinin müddətli müqavilə və ona xitam verilmə qaydas ı ilə əlaqədar nəzərdə tutulmuş müddəaları baxımından özü bildirdiyi “texniki səhv”lərə yol verməklə işəgötürən kimi qanunvericiliyin müddəalarını pozmuş olmasını qeyd edir. İşin faktiki hallarından da göründüyü kimi müqavilənin xx.xx.2023-cü il tarixdə müddətinin bitməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək iddiaçının davamiyyət jurnalına imza etməsi, xx.xx.2023-cü il tarixdə regional təhsil idarəsinin təşkil etdiyi müsahibədə iştirak etməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilməsi, özü-özlüyündə cavabdehin bildirdiyi kimi müddətli əmək müqaviləsindən irəli gələn münasibətlərdə olması halında belə artıq müddəti tamam olduqdan sonra, 1 həftə ərzində əmək münasibətlərinin davam etməsini, sözügedən müqavilənin artıq yeni dən uzadılmış hesab edilməsini və tərəflərin davamlı əmək münasibətlərində olmasına dəlalət edir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2, 11-ci maddəsinin "g" bəndi, 12, 51-ci maddəsinin 1-ci hissəsi, 53, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin "d" bəndi, 73.1-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı izahatında onunla 3 aylıq sınaq müddəti ilə müqavilə bağlandığını, sonradan 9 iyun tarixdə müsahibədə iştirak etməsini, xx.xx.2023-cü il tarixədək davamiyyət jurnalına imza etməsini, 12 iyun gecə saatlarında məktəb direktorunun ona zəng edərək müsahibədə kobud danışdığına görə onu işdən azad edilməsini, arxa tarixlə əmrləşdirib onu işdən çıxarmasını, əmək kitabçasında onun sınaq müddətinin bitməsi səbəbindən işdən çıxarılması qeyd olunsa da, əmrdə müddətli müqavilənin bitməsini, həmçinin tarixlərin də səhv göstərilməsi, ona 13 iyun tarixlərində işləyən şəxs kimi müsbət xasiyyətnamələrin verilməsini, qanunsuz olaraq işdən çıxarılmasını bildirmişdir. İddiaçının vermiş olduğu izahat doğru deyildir. Belə ki, iddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat mudiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il ta rixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verimiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Həmçinin, əmrdə və əmək kitabçasında həm tarix, həm də müddətli və sınaq müddətli muqavilənin qeyd edilməsi, xitam verilməsinə dair əmrlərin müxtəlif tarixlərdə göstərilməsi texniki səhv olmuş, habelə, iddiaçı davamiyyət jurnalına xəbəri olmadan imza etmişdir. İş materialları arasında olan Şirvan şəhəri 12 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 35 nömrəli əmrdə göstərilmişdir ki, Salyan Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən məktəbdə vakantda olan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə iddiaçı təyin edilsin və onunla xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi bağlansın. Göründüyü kimi işə götürmə haqqında əmrd ə iddiaçının xx.xx.2023cü il tarixdən 3 aylıq müddətinə işə götürülməsi müəyyən olunmuşdur. Eyni zamanda Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında iş materialları arasında olan xx.xx.2023-cü il tarixli 68 nömrəli əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq əmr etmişdir: 1.Məktəbin təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin və tutduğu vəzifədən azad edilsin.

2. Tapşırılsın məktəbin mühasibi Xəyalə Səmədzadəyə, İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin etsin.

3. İddiaçı əmək kitabçası sonuncu iş günü işçiyə təhvil verilsin. Əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin İl hissəsinin b bəndi olmuşdur. Eyni zamanda, əmək müqaviləsinin bağlanması ilə bağlı iş materialları arasında olan əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı müddətli olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası müddətin qurtarmas ı qeyd edilmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsinin iş materialları arasında olan xx.xx.2023-cü il tarixli müsahibə komissiyasının rəyində göstərilmişdir ki, iddiaçının müsahibə nəticələri üzrə yekun balı uyğun hesab edilməmişdir. Şirvan şəhər 12 saylı tam orta məktəbin iş materialları arasında olan xx.xx.2023-cü il tarixli aktında göstərilmişdir ki, təsərrüfat müdiri vəzifəsini 3 aylıq müddətli müqavilə ilə icra edən iddiaçının xx.xx.2023-cü il tarixdə işinə xitam verilməsinə və ona xəbərdarlıq edilməsinə baxmayaraq, məktəb rəhbərliyini sonradan hədələmək məqsədi ilə texiki işçilərin işə davamiyyət jurnalına öz adını yazmış və xx.xx.2023-cü il tarixə qədər imza etmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər 12 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 39 nöm rəli məktubundan görünür ki, iddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. Vətəndaşla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Bastanov keçirilmiş imtahanın müsahibə mərhələsindən keçmədiyi üçün yenidən işə bərpa edilməmiş və əmək haqqısı tarif cədvəlinə uyğun ödənilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıyla bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verimiş va bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Lakin iddiaçı qanunvericikilə müəyyən olunmuş 1 aylıq iddia müddəti ərzində m əhkəmədə iddia qaldırmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-742/24 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), C.İmanov və P.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasındakı əmək müqaviləsinə xitam verilməsinə dair qeyddə, xx.xx.2023-cü il tarixdə verilən xasiyyətnamədə işlədilən 3 aylıq sınaq müddəti ifadələrini, həmçinin direktorun məhkəmə baxış iclasında bunları "texniki səhv" adlandırmasını ziddiyyətli məqamlar olaraq iddiaçının d əlillərinin təsdiqi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması və tərəflərin bundan məlumatlı olması işin mübahisəsiz halıdır. Əks halda iddiaçının Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkil etdiyi müsahibə komissiyasında xx.xx.2023-cü il tarixində iştirakının hansı zərurətdən yarandığı sual doğurur. Digər tərəfdən əmək müqaviləsinin müddəti 3 ay müəyyən edildiyindən, ona münasibətdə ən çoxu iki həftəlik sınaq müddəti müəyyən oluna bilərdi (ƏM-in 51-ci madd. 1-ci hiss.). Göründüyü kimi, qanunvericiliyə əsasən 3 ay müddətinə bağlanmış əmək müqaviləsi üzrə 3 ay sınaq müddətinin təyin olunması yolverilməzdir. Bunun əlavə təsdiqi iddiaçı ilə bağlanmış əmək m üqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilməməsidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmaqla, 3 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Qeyd olunan hissədə iddiaçının dəlilləri əmək müqaviləsinə xitam verilməsinə dair əmrin xx.xx.2023-cü il tarixində deyil, daha so nradan verilməsindən, məktəbin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verməsinə dair məlumatı ona xx.xx.2023-cü il tarixində verməsindən, həmin tarixədək işləməsindən və işə davamiyyət jurnalında imzalarının olmasından ibarətdir.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tərəflərin müddətli əmək müqaviləsindən irəli gələn münasibətlərdə olması halında belə, artıq müddəti tamam olduqdan sonra 1 həftə ərzində əmək münasibətlərinin davam etməsi, sözügedən müqavilənin yenidən uzadılmış hesab edilməsinə, tərəflərin davamlı əmək münasibətlərində olmasına dəlalət etməsi ilə bağlı dəlilinə münasibətdə razılaşmayaraq qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə görə, illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu gü nündə başa çatır. 2023-cü ilin təqviminə əsasən xx.xx.2023-cü il tarixi həftənin bazar ertəsi gününə, ondan bir həftə sonrakı tarix, yəni xx.xx.2023-cü il tarixi də, növbəti həftənin bazar ertəsi gününə təsadüf etmişdir. Hətta işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi tarixi kimi rəsmi portala yerləşdirilən xx.xx.2023-cü il tarixi qəbul edilsə belə, burada Əmək Məcəlləsinin 68-ci və 73-cü maddəsinin tələbləri pozulmamışdır. Qanunverici əmək müqaviləsinin müddətinin qurtarmasını əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən etdiyindən və bu hüquqdan müqavilə müddətinin qurtardığı tarixdən bir həftə ərzində istifadə etmək işəgötürənin hüququ olduğundan, kollegiya iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində pozuntu aşkar etməmişdir.

14. Məhkə mə gəldiyi nəticəni Əmək Məcəllənin 3.5, 8.1, 8.3, 8.4, 11 “a” və “b”, 45.1, 45.2, 49.1, 51.1, 51.3, 53, 68.2, 70 “d”, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin (bundan sonra – MPM) 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən 68 saylı əmri ilə sınaq müddətinin başa çatmasına dair ona heç bir məlumat vermədən, heç bir əsas olmadan əmək müqaviləsinə xitam vermişdir. Lakin bundan onun xəbəri olmamış və hər gün işə gələrək tabelə imza atmışdır. Bir müddət sonra isə ona direktor şifahi olaraq bildirdi ki, işdən azad olundu. Hansı əsasla işdən azad olunmağı barədə məktəb direktorundan soruşarkən ona cavab vermişdir ki, “bu mənim iradəmdən asılı olmayan bir haldır, mənə yuxarı instansiyadan tapşırmışlar ki, səni işdən azad edim”. Bundan sonra naəlac qalaraq pozulmuş əmək hüququnun bərpasından ötrü X2 ərizə ilə şikayət etmişdir. Ərizəsi əsasında yoxlama aparılmış və qanun pozuntuları aşkarlanmışdır. Belə ki, ŞirvanSalyan regional şöbəsinin rəyində onun əmək müqaviləsinə xitam verilməsi, əmək və istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və eləcə də sonuncu haqq-hesabı düzgün hesablanmayaraq ödənilməsinə görə Əmək Məcəllənin 83 və 144-cü maddələrinin 2-ci hissələrinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh1 barəsində İXM-nin 192.4cü maddə si ilə inzibati xəta haqqında icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

17. İddiaçı həmçinin qeyd etmişdir ki, məktəbin direktoru Cavabdeh1 sözügedən əmrlə iddiaçını məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 3 aylıq sınaq müddətinə götürdükdən sonra bütün 3 aylıq sınaq müddəti ərzində iddiaçının işində heç bir qüsur olmamışdır. Hətta nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində iddiaçı barədə məktəb rəhbərliyi və şahidlər mənfi fikir söyləməmiş, heç bir şikayət daxil olmamışdır. Onun nümunəvi işçi olmasını cavabdehin vəsatəti ilə dindirilmiş Şahid1 iddiaçının müddətli müqavilə əsasında işə götürülməsini,yaxşı işçi və kollektivlə yaxşı münasibətlərdə olmasını, sonradan isə onun müsahibədən keçməməsini, müqaviləsinin müd dəti bitməsinə görə işdən çıxarılmasını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 3.5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra-elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət rey estri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

20. Maddə 43, 1-ci hissə Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

21. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

22. Maddə 68, “b” bəndi Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qur tarmasıdır.

23. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araş dıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyiMəhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə ba ğlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-742/2024 nömrəli iş üzrə 8 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar