Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-296/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh* və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 05.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)*06/2024 saylı qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin Hərrac və Müsabiqənin keçirilməsi barədə 26.**.20*9-cu il tarixli, *2 saylı protokol-qərarına əsasən, bələdiyyənin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla, bələdiyyənin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıqla) məşğul olmaq üçün açıq müsabiqəyə çıxarılması, müsabiqədə icarənin aşağı həddinin hər hektar üçün 26 manat olmaqla, ümumi məbləğinin *.063,40 manat, icarə müddətinin *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərra c Komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır.
2. İddiaçı tərəfindən X*0 və Hərrac komissiyasına ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 saylı məktuba əsasən, bələdiyyənin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin plan-ölçü sənədi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən 25.**.20*9-cu il tarixdə qeydiyyata alınmışdır. 26.**.20*9-cu il tarixdə bələdiyyə tərəfindən *2 saylı protokol-qərar qəbul edilmiş və torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədlər X*0 və Hərrac komissiyasına təqdim edilmişdir.
3. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli Çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyyat fondu torpaqlarına aid olmaqla bələdiyyənin mülkiyyətindədir. 4. 28 dekabr 20*9-cu il tarixdə müsabiqə və hərracda iştirak etmək üçün X3, X4 və Cavabdeh* yazılı ərizələr vermiş və Kürdəmir rayonun ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X8 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər.
5. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X8 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının “Müsabiqə və hərracın nəticələri haqqında” 09.0*.2020-ci il tarixli, 02 saylı protokol-qərarına əsasən, Cavabde h* 09.0*.2020-ci il tarixdə keçirilən torpaq müsabiqəsinin qalibi elan edilmişdir.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 0*0485 saylı Şəhadətnaməsinə əsasən, Kürdəmir rayonu ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi ilə Müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə Cavabdeh* adına Şəhadətnamə verilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il tarixli Çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 n ömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır.
8. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin 05.05.202*-ci il tarixli, *2 nömrəli məktubuna əsasən, bələdiyyənin Çöl-Ərəb kəndində 97 fərdi yaşayış evində 677 nəfər sakin yaşayır. Çöl-Ərəb kəndinin ümumi torpaq sahəsi *349,0 hektardır. Bundan xüsusi mülkiyyətdə 278,0 ha, dövlət mülkiyyətində 20,0 ha, icarədə 2*0,0 ha, həyətyanı sahədə *00,0 ha, bələdiyyənin örüş təyinatlı torpaq sahəsi 350,0 ha, digər sahələr isə 258 ha təşkil edir. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin Çöl-Ərəb kəndində 350,0 ha örüş təyinatlı torpaq sahəsi kənd əhalisinin sərbəst istifadəsindədir.
9. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin adından X9 Aslanov arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən b ələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi *4.0*.2035-ci il tarixədək Cavabdeh* icarəsinə verilmişdir.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2*.0*.2020-ci il tarixli Çıxarışa əsasən, Kürdəmir rayonu, Sor-Sor kəndində yerləşən bələdiyyənin mülkiyyətində olan ehtiyyat fondu torpaqlarından (örüş-otlaq) Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. 11. *4.0*.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına *.*86,00 manat məbləğində icarə haqqı ödənilmişdir. 12. 3*.03.202*-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh* tərəfindən Sor-Sor bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödənilmişdir.
13. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışa əsasən, 40,9 ha ərazi Sor-Sor bələdiyyəsinin örüş-otlaq kateqoriyasına aid olmaqla *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* *5 il müddətinə icarəyə verilmişdir. Həmin ərazidə əvvəllər baş vermiş yanğın hadisəsi həmin ərazidən keçən qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd olmaqla Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin ərazisinə aid deyildir. İcarəyə verilmiş torpaq sahəsində çoban evinin yaxınlığında uzunluğu *5 metr, eni *0 metr olan su hovuzu mal-qaraların suvarılması və yanğınd an mühafizə məqsədi üçün nəzərdə tutulmuşdur. İcarəyə verilmiş torpaq sahəsinin daxilində mövcud olan əvvəllər qazılmış uzunluğu 80 metr, eni *2 metr, dərinliyi *,5 metr olan su hovuzu vardır.
14. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsinin 2*.04.202*-ci il tarixli, 06 saylı protokolqərarına əsasən, 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsi barədə bələdiyyənin qərarı və sözügedən icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi Çöl-Ərəb kənd sakinlərinin istifadəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 15.İddiaçı Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsi (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyə ilə Cavabdeh* (bundan sonra- cavabdeh) arasında ba ğlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Sonradan iddiaçı, iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020ci il tarixdə keçirilmiş hərracın nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə 40,9 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşal dılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış *4.0*.2020ci il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmiş və bununla bağlı tərəflər arasında *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, cavabdeh 40,9 ha torpaq sahəsində tikinti işləri aparmış və oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən bələdiyyə tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X8 ərazi Torpaq müsabiq ə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə cavabdehin, habelə X3 və X* adları göstərilsə də, cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Torpaq sahəsində tikinti işləri və digər işlər görülməklə torpağın təyinatı pozulmuşdur. İddia tələbind ə qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020ci il tarixdə keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozm aqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar vardır. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun bələdiyyənin keçmiş sədri Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı siyahıda mövcud olmamış və ümumiyyətlə Sor-Sor bələdiyyəsinə keçiriləcə k seçkilərdə namizədliyini irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək de-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özüdə əvvəlcədən bildirmişdir. Tofiq İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağ ın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin bələdiyyənin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən cavabdehin icarəsinə verilməsi nəticəsində kənd camaatının qanuni istifadəsində olan ümumi örüş sahəsindən məhrum olmuşlar. Ona görə də bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bun un əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, icarəyə torpaq sahəsi götürmək üçün Sor-Sor bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin *4.0*.2020-ci il tarixli, 3M-3 saylı qərarı ilə ona bələdiyyənin mülkiyyətində olan ehtiyat fondundan 40,9 ha torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsinə görə bələdiyyə ilə *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bağlamışdır. Torpaq sahəsini icarəyə götürəndən sonra torpaqdan istifadəyə görə icarə haqqını vax tlı-vaxtında bələdiyyənin hesabına ödəmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İcarəsində olan torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələbləri pozulmamış və o, icarəsinə verilmiş torpaq sahəsinə 2*.0*.2020-ci il tarixli Çıxarış almışdır. İcarəsində olan torpaq sahəsindən istifadə sahəsində heç bir qanun pozuntusuna yol verməmişdir. Həmin torpaq sahəsində heyvan saxlamaq üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yüngül konstruksiyalı tikinti işləri aparsada əlavə heç bir iş görməmiş, həmçinin torpaq sahəsinin üst qatının götürülməsi ilə əlaqədar heç bir iş görülməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, elektro n baza məlumatlarına görə, cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsinə baxış zamanı orada * ədəd 34 kv.metr sahəni əhatə edən qəzalı vəziyyətdə olan tikili (çoban evi) və onun qarşısında günlyün olması məlum oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın təyinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissəsinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir.
20. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ve rilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, cavabdehə *5 il müddətinə icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə cavabdeh və iddiaçının qanuni təmsilçisinin iştirakı ilə baxış keçirilmiş və torpağın üst qatının qazılması, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qurunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq bələdiyyənin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin cavabdehə icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli, 08 saylı təsdiqedici arayış verilmişdir.
21. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, elektron baza məlumatlarına görə, cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir.
22. Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ilə (hakim M.Bayramov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən torpaq sahəsinə dair cavabdehin adına verilmiş 2*.0*.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, cavabdehin və digər şəxslərin əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. Bununla bağlı tərəflər arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında cavabdeh torpaq sahəsində tikinti işləri aparmış və oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən iddiaçı tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir.
24. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək üçün Müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə cavabdeh, habelə X3 və X* adları göstərilsə də, cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər.
25. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla kə nd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə görə, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyəyə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. İddiaçı tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işl əri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur.
26. Eyni zamanda, iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə ve rilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun iddiaçının keçmiş sədri Tofiq İsmayılov tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır.
27. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş və hə min üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı həmin mövcud olmamış və ümumiyyətlə Sor-Sor bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək de-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən de-fakto səlahiyyətləri bitmişdir və bunu özüdə əvvəlcədən bilmişdir. Bələdiyyə sədri kimi Tofiq İsmayılov səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin bələdiyyənin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən cavabdehin icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəsindən məhrum olmuşlar.
28. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə tərəfindən cavabdehin icarəsinə Çöl-Ərəb kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fond torpaqlarından 40,9 ha torpaq sahəsi verilərkən Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərinin maraqları nəzərə alınmamış, bu da haqlı olaraq onların narazılığına səbəb olmuşdur. Bələdiyyənin mülkiyyətində olan və Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha mübahisəli torpaq sahəsi müsabiqə və hərrac komissiyasına çıxarılarkən, həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərindən bir nəfər də olsun torpaq müsabiqəsində iştirak etmək üçün ərizə vermədiyi halda, torpaq müsabiqəsində Mingəçevir şəhərində yaşayan hazırkı iş üzrə cavabdeh və digər iki nəfər Sor-Sor kənd sakinləri Taleh Cəbrayılov ilə Suriddin Əmirov ərizə ilə müraciət etmişlər. Bələdiyyənin keçmiş rəhbəri bələdiyyənin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlı q) məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kənd sakinlərinə heç bir məlumat verməmiş və həmin sənədlər keçmiş bələdiyyə sədrinin özü tərəfindən cavabdehin mənafeyinə xidmət göstərmək şərti ilə hazırlanmış müsabiqədə iştirak edəcək digər iki iştirakçı isə şərti olaraq seçilmişlər.
29. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, bələdiyyənin ümumi iclasının 2*.04.202*-ci il tarixli, 06 nömrəli protokol-qərarına əsasən cavabdehlə bələdiyyə arasında 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarı və *4.0*.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Qeyd edilən icarə müqaviləsi bələdiyyənin qərarına əsasən ləğv edildiyindən, həmin icarə müqaviləsinə əsasən cavabdehin adına verilmiş 2*.0*.2020ci il tarixli Çıxar ış da ləğv edilməlidir.
30. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi bələdiyyənin 2*.04.202*-ci il tarixli, 06 saylı protokol-qərarı ləğv eldiyindən, bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və Reyestrdən Çıxarışla rəsmiləşdirilir.
31. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, 5*-ci maddəsinin *-ci bəndinə, 55-c i maddəsinə, 66-cı maddəsinin 2-ci bəndinə, *03-cü maddəsinin *-ci bəndinə, Mülki Məcəllənin *57.2-ci maddəsinə, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *4.02.2003-cü il tarixli, 2 saylı Qərarının 3-cü bəndinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3, 6.3, 6.6, **.*-ci maddələrinə, “Torpaq İcarəsi haqqında“ Qanunun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instan siya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin məhkəmə hazırkı mübahisə üzrə baxışı zamanı bu normanın tələbini pozmaqla 2 dəfə iddia tələbinin həcmini artırmaqla verilmiş iddia tələbi üzrə işə baxmışdır. Məhkəmə hazırkı iş üzrə tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsini, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozmasını, həmin torpaq sahəsinin Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su ho vuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsini göstərsə də həmin tikintilərin (çoban evi və fermanın, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün) hansı ərazidə yerləşməsini, nə vaxt inşa edilməsini aydınlaşdırmamışdır. Əgər aydınlaşdırsaydı, çoban evi və fermanın X5 xüsusi mülkiyyətində olmasını, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün mübahisə predmeti olan Çöl-Ərəb kəndində yerləşən 40,9 ha torpaq sahəsinə aid olmamasını müəyyən edərdi. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəsində olan Çöl-Ərəb kəndində yerləşən 40,9 ha torpaq sahəsində qanunvericili yin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozması, həmin torpaq sahəsini Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər, tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsi sübuta yetirilməmişdir. Bələdiyyənin mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqənin formal, əsassız və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilməsi, icarə müqaviləsinin qanunsuz bağlanması, icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozulması, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqənin qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsi, hazırkı iş üzrə cavabdehin müsabiqədə tək iştirak edərək, formal qalib elan olunması, digər iştirakçılar Taleh Cəbrayılov və Suriddin Əmirovun həmin müsabiqədə iştirak etməməsi barədə məhkəmənin qənaəti heç bir sübuta əsaslanmamışdır.
34. Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2024-cü il tarixli rəyinə əsasən, Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə görə, Kürdəmir rayonu, Çöl-Ərəb kəndi ərazi vahidi sərhədləri daxilində yerləşən 40.9 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı idarənin elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Baxış zamanı 40.9 ha torpaq sahəsində süni göl mütəxəssis tərəfindən müşahidə edilməmişdir. Həmçinin 40.9 ha torpaq sahəsinə baxış zamanı * ədəd 34 kv.metr sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlüyün olması mütəxəssis tərəfindən aşkar olunmuşdur.
35. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)-*06/2024 saylı qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), T.Kərimov və P.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayət inə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflər arasında yaranmış qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edil ir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icarəyə verilən mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondu (örüş-otlaq) torpaq sahəsinə aiddir. Belə bir sual yaranır qeyd edilən torpaq sahəsi ümumiyyətlə bələdiyyə tərəfindən hərraca çıxarıla bilərdimi?. Çünki, məhkəmə iclasında tərəflərin izahatı və işə əlavə edilmiş “SD” diskdəki görüntülərdən görünür ki, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsi demək olar ki, Çöl-Ərəb kəndinin lap yaxınlığında, kəndin örüş torpaq sahələrinə çıxışına yax ın hissədə yerləşir.
38. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sor-Sor bələdiyyəsi, “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sər bəst şəkildə həll etmək hüququnu həyata keçirərkən, yerli əhalinin (Çöl-Ərəb kənd sakinlərinin) mənafeyini nəzərə almamış və orada yaşayan əhalini məlumatlandırmamışdır. Kürdəmir rayonu, Sor-Sor bələdiyyəsi 2 kəndin Sor-Sor və ÇölƏrəb kəndlərinin inzibati ərazi dairəsini əhatə edir və Çöl-Ərəb kəndinin əhalisi ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşlar.
40. Belə ki, hərracın nəticələrinə dair sənədlərdən görünür ki, hərraca çıxarılan 40.9 ha torpaq sahəsi Çöl-Ərəb kəndinin torpaq sahəsi olduğu halda, hərracda 2 nəfər Sor-Sor kənd sakini və * nəfər Mingəçevir şəhər sakini, hazırkı iş üzrə cavabdeh iştirak etmişlər. Həmçinin Bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbi baxımından torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qa nunvericiliyə və sosial ədalət prinsiplərinə əməl etməmişdir. Yəni, bələdiyyə sosial ədalət prinsiplərinə əməl etməyərək uzun müddət kənd əhalisi tərəfindən örüş kimi istifadə edilən və kəndə demək olar ki, bitişik olan örüş sahəsini hərraca çıxarmışdır. Əslində bələdiyyə kənddən daha uzaqda olan torpaq sahəsini hərraca çıxarmalı və bununla bağlı yerli kənd əhalisini məlumatlandırmalı idi.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri də bələdiyyənin keçmiş sədri Tofiq İsmayılov tərəfindən icarə müqaviləsinin faktiki olaraq səlahiyyətlərinin bitməsinə saylı günlər qaldığı dövrdə tələm-tələsik imzalamasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkiləri üzrə Sor-Sor bələdiyyəsinə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr Tofiq İsmayılovun adı siyahıda mövcud olmamış və ümumiyyətlə bələdiyyəyə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri Tofiq İsmayılovun *6.0*.2020-ci il tarixədək səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən sonra səlahiyyətlərinin bitməsini əvvəlcədən bilmişdir. Beləliklə də Tofiq İsmayılov bələdiyyə sədri kimi səlahiyyətlərinin *6.0*.2020-ci ildə bitəcəyini bilə-bilə *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, Tofiq İsmayılovun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin, yəni bələdiyyənin və yerli əhali olan Çöl-Ərəb kəndinin maraqlarına zidd olmuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, mübahisəli ərazi bələdiyyələr yaradılmamışdan öncə 200 il ərzində ÇölƏrəb kəndinin əhalisinin örüş sahələri olmuş, hazırda da həmin ərazidən örüş sahəsi kimi istifadə olunur. Cavabdeh məhkəmə kollegiyanın iclasında bildirmişdir ki, qeyd edilən 40.9 ha torpaq sahəsi üzərində icarə hüquqlarını qeydə aldırmasından 5 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, həmin 40.9 ha torpaq sahəsindən hələ də istifadə edə bilmir. Çünki, Çöl-Ərəb kəndinin sakinləri torpaqdan istifadəsinə imkan vermirlər, bu günə qədər də kənd əhalisi oradan örüş torpaq sahəsi kim i istifadə etməklə heyvanlarını orada otarırlar. Bu səbəbdən də özü də torpaq sahəsindən istifadə edə bilmir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bələdiyyə “Bələdiyyələrin statusu haqqında” Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirərkən yerli əhalinin (ÇölƏrəb kənd əhalisinin) mənafeyini nəzərə almamış, orada yaşayan əhalini məlumatlandırmamış, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalini məlumatlandırmamaq la bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə əməl etməmiş, bununla da bələdiyyənin və yerli əhalinin mənafeyinə və maraqlarına zidd olan icarə müqaviləsi bağlamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ümumiyyətlə qeyd edilən torpaq sahəsini hərraca çıxara bilməzdi. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.
45. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Torpaq Məcəlləsinin *6-cı maddəsinin *, 2, 4, 5-ci bəndlərinə, 5*-ci maddəsinin *-ci bəndinə, habelə Mülki Məcəllənin *57.2-ci maddəsinə, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci bəndinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun *, 3, 6.3, **.*-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4.02.2003-cü il tarixli, 02 saylı Qərarının 3-cü bəndinə, “Torpaq icarəsi haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona q arşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikası MPM-in 4*7.*.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Cavabdeh kassasiya şikayətinin dəlillərini apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı, kassasiya şikayətinə etiraz məktubu göndərərək, *4 yanvar 2020-ci il tar ixli icarə müqaviləsinə əsasən, cavabdehin icarəsinə verilmiş 40,9 ha torpaq sahəsinin torpaq vergisinin illik *322 manat olmaqla bələdiyyənin bank hesabına ödənilməsinin təmin edildiyini göstərərək, cavabdehlə bağlanmış icarə müqaviləsinin və bunun əsasında verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışın qüvvədə saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49. Maddə *6 (bənd *) Yay və qış otlaqları xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
50. Maddə *6 (bənd 2) Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya siste mi vasitəsilə “Torpaq icarəsi haqqında” Qanunun *0-*-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırda buynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
51. Maddə *6 (bənd 4) Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
52. Maddə *6 (bənd 5) Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
53. Maddə 5* (bənd *) Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin tor paqların mülkiyyətçiləri çıxış edirlər.
54. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
55. Maddə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüqu qu əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
56. Maddə Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasının artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilmək lə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləridir.
57. Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir.
58. Maddə **.*. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
59. Maddə
9. Torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətin in və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir.
60. Maddə 66 ( bənd 2) Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 4*6.*. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayə tində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
68. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
69. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsinin Çöl-Ərəb kəndinin lap yaxınlığında, kəndin örüş torpaq sahələrinin çıxışına yaxın hissədə, başqa sözlə həmin kənddə yerləşdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
70. Əvvəla, işdən, habelə Reyest Xidməti tərəfindən həm mülkiyyət hüququna dair iddiaçının adına verilmiş 25 noyabr 20*9-cu il tarixli Çıxarışdan, həm də icarə hüququna dair cavabdehin adına verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışdan görünür ki, ümumiyyətlə Sor-Sor bələdiyyəsi 2 kəndin Sor-Sor və Çöl-Ərəb kəndlərinin inzibati ərazi dairəsini əhatə edir və mübahisəli 40,9 ha torpaq sahəsi iddiaçının “ehtiyat fondu torpaqları”na (örüş-otlaq sahəsinə) aid olmaqla, Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin inzibati ərazisində yerləşir. Həmin torpaq sahəsi tərəflər arasında bağlanmış *4 yanvar 2020-ci il tarixli, 3M-3 saylı icarə müqaviləsinə əsasən *5 il müddətinə, yəni *4 yanvar 2035-ci il tarixədək cavabdehin icarəsinə verilib və sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu b arədə onun adına 2* yanvar 2020-ci il tarixli Çıxarış verilib.
71. Məlum olduğu kimi, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlılığı prezumpsiyası vardır və Mülki Məcəllənin *40-cı maddəsində göstərilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
72. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin mə zmunu daşınmaz əmlak üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verilməsini tələb edə bilər.
73. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli 40,9 ha ehtiyat fondu torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin inzibati ərazisində yerləşməsinə dair reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır.
74. Apellyasiya in stansiyası məhkəməsi, sözügedən reyestrin məzmununu nəzərə almadan, mübahisəli 40,9 ha torpaq sahəsinin Sor-Sor kəndinin deyil, Çöl-Ərəb kəndinin inzibati ərazisində yerləşməsinə, həmin torpaq sahəsinin Çöl-Ərəb kəndinə aid olmaqla, açıq hərracdan cavabdehə icarəyə verilməsi nəticəsində həmin kənd sakinlərinin mənafelərinin nəzərə alınmamasına dair gəldiyi nəticə qeyd olunan normaların tələblərinə uyğun olmayıb.
75. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehə icarəyə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Çöl-Ərəb kəndinin inzibati ərazisinə aid olmadığı üçün, torpaq sahəsinin həmin kəndin örüş-otlaq sahələrinə yaxın ərazidə yerləşməsi, habelə açıq hərracın keçirilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəz ərə alınmaması və orada yaşayan əhalinin məlumatlandırılmaması, onların açıq hərracın keçirilməsindən xəbərsiz olmaları da iddianın təmin edilməsinə əsas vermir.
76. Belə ki, sözügedən Çıxarışlardan görünür ki, mübahisəli 40,9 ha torpaq sahəsi inzibati ərazi baxımından Çöl-Ərəb kəndinin deyil, Sor-Sor kəndinin ərazisində yerləşir və həmin torpaq sahəsi icarəyə verilməsi üçün məhz iddiaçının 26 noyabr 20*9-cu il tarixli, *2 saylı protokol-qərarına əsasən açıq hərraca çıxarılıb, hətta bunun üçün iddiaçı ilə harrac təşkilatçısı- X*0 və Hərrac Komissiyası arasında müqavilə bağlanıb və sonuncu tərəfindən hərracın 03 yanvar 2020-ci il tarixdə, saat *5:00-da keçiriləcəyi barədə “Mülkiyyət” qəzetində müvafiq elan verilib.
77. Bundan sonra, cavabdeh, habelə Taleh Cəbrayılov və Suriddin Əmirov 08 de kabr 20*9-cu il tarixli yazılı ərizələrlə müsabiqə və hərrac komissiyasına müraciət edərək, 09 yanvar 2020-ci il tarixdə keçiriləcək hərracında iştiraklarının təmin edilməsini xahiş edib və 09 yanvar 2020-ci il tarixdə müsabiqə və hərrac komissiyasının 02 saylı protokol-qərarı ilə cavabdeh hərracın qalibi elan olunub və onun adına Auksion Mərkəzi tərəfindən 0*0485 saylı Şəhadətnamə verilib. *4 yanvar 2020-ci il tarixdə tərəflər arasında torpaq sahəsinə dair *4 yanvar 2035-ci il tarixədək qüvvədə olmaqla notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanıb. 2* yanvar 2020-ci il tarixli Çıxarışa əsasən, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınıb və onun tərəfindən iddiaçının hesabına *4 yanvar 2020-ci il tarixli qəbzə əsasən *.*86 manat; 3* mart 202*- ci il tarixli qəbzə əsasən *.*86 manat icarə haqqı ödənilib.
78. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, mübahisəli torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca məhz iddiaçının qərarına əsasən çıxarılmasını, hərracda iştirak edən üç iştirakçıdan cavabdehin hərracın qalibi elan edilməsini, həmin torpaq sahəsinin icarə hüququ ilə cavabdehə verilməsinin bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında həyata keçirilməsini və qanuna görə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də məqsədli təyinatı üzrə qanunvericilkdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilməsinin mümkünlüyünü nəzərə almadan, torpaq sahəsinə dair hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı qaydaların p ozulmaqla keçirildiyini, başqa sözlə iddiaçının tələbi ilə hərracın etibarsızlığı üçün qanunda nəzərdə tutulan əsasların olubolmadığını tam, hərtərəfli araşdırmadan, mübahisəli torpaq sahəsinin cavabdehə icarə verilməsinin Çöl-Ərəb kənd sakinlərinin mənafeyinə uyğun olmaması, habelə orada yaşayan əhalinin məlumatlandırılmamasına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, “Torpaq icarəsi haqqında” Qanunun *0-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər.
79. Müsabiqə sözünün leksik mənası və izahı- iştirakçıların içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış hesab olunur. Hərrac sözünün leksik mə nası və izahı isə- bir mülkün, əşyanın ən çox pul verənə təqdim etmək üzrə açıq satışa çıxarılması başa düşülür.
80. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 saylı fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarının 3-cü bəndinin 2-ci hissəsində göstərilir ki, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçinin qərarı ilə həyata keçirilir.
81. Həmin “Qaydalar”ın 6-cı bəndinə əsasən, hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil edir.
82. H əmin “Qaydalar”ın 8-ci bəndinə görə, elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər.
83. Göründüyü kimi, müsabiqə və hərrac- əşyanın, o cümlədən əşyaya hüququn ən çox pul verənə təqdim etmək üzrə açıq satışa qoyulmasından ibarətdir və hərrac təşkilatçısı tərəfindən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər və sözügedən “Qaydalar”da hərrac təşkilatçısının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsindən başqa, hərracda iştirak etmək istəyən şəxslərin başqa digər qaydada məlumatlandırılması nəzərdə tutulmayıb.
84. Yalnız “Qaydalar”ın 3-cü bəndinin və “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına o, halda üstünlük verilir ki, hərracın iştirakçıları tərəfindən bərabər təkliflər irəli sürülmüş olsun.
85. Hazırkı işdə, qeyd olunan hallar istisna olunur, yəni hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etməsinə baxmayaraq, Çöl-Ərəb kənd sakinləri ümumiyyətlə müsabiqə və hərracda iştirak etmək üçün hərrac təşkilatçısına yazılı ərizə belə verməyiblər. Belə olan halda, mübahisəli torpaq sahəsinə dair müsabiqə və hərracın keçi rilməsi zamanı Çöl-Ərəb kənd sakinlərinin mənafelərinin nəzərə almaması, orada yaşayan sakinlərin məlumatlandırmaması, torpaq sahəsinin icarəyə verilməsi zamanı qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməməsi və sair barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz.
86. Həmçinin, Qanunun mənasına görə, hərrac təşkilatçısı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun mediada yayılmasını təşkil etdikdən sonra, yalnız Sor-Sor bələdiyyəsinin inzibati ərazində daimi yaşayan şəxslər deyil, istənilən fiziki və ya hüquqi şəxslər müsabiqə və ya hərracda iştirak edə bilərlər. Eyni zamanda, hərracın nəticələrinə görə hərracda 3 nəfər iştirak etsə də, cavabdeh hərracın qalibi elan olunub və hərracın iştirakçıları tərəfindən hə rrac təşkilatçısına hər hansı bərabər təkliflər irəli sürülməyib. Belə olan halda mübahisəli 40,9 ha torpaq sahəsinin hərracdan icarəyə verilməsi zamanı bələdiyyənin ərazisində daimi yaşayan şəxslərin, o cümlədən Çöl-Ərəb kənd sakinlərinin hər hansı üstünlükləri olmayıb.
87. Kassasiya instansiyası məhkəməsi həmçinin ehtiyat fondu (örüş-otlaq) torpaq sahəsinin ümumiyyətlə bələdiyyə tərəfindən hərraca çıxarıla bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
88. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsind ə olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.
89. Azərbaycan Respublikası Torpaq Məcəllənin 56-cı maddəsinin 2 və 3-cü bəndlərinə görə, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.
90. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli 40,9 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin Sor-Sor kəndinin inzibati ərazisində yerləşməsini, məqsədli təyinatına görə torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olmasını, bələdiyyənin ehtiyat fonduna aid torpaqlarının da icarə müqaviləsinin predmeti ola bilməsini nəzərə almayıb və MPM-in 88, *0*.7, *03.*-ci maddələrinin tələ bləri baxımından ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla yanaşı tədqiq edib, qiymətləndirməyib.
91. Apellyasiya instansiyası məhkəməsi, Tofiq İsmayılovun bələdiyyə sədri kimi səlahiyyətlərinin *6 yanvar 2020-ci il tarixdə bitəcəyini bildiyi halda, *4 yanvar 2020-ci il tarixli icarə müqaviləsini imzalamaqla, səlahiyyətindən sui-istifadə etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Seçki Məcəlləsinin 2**.*ci maddəsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
92. Həmin Məcəllənin 2**.2-ci maddəsində göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.
93. Göründüyü kimi, Sor-Sor bələdiyyəsinə növbəti seçkilər 23 de kabr 20*9-cu il tarixdə keçirilsə də, yeni seçilən bələdiyyənin birinci iclas günü başa çatanadək, yəni *6 yanvar 2020-ci il tarixədək bələdiyyə sədri kimi Tofiq İsmayılov mübahisəli 40,9 ha torpaq sahəsinə dair cavabdehlə *4 yanvar 2020-ci il tarixli icarə müqaviləsini bağlamaqda və onu imzalamaqda tam səlahiyyətli olub.
94. Əksinə, işdən görünür ki, Mirvari Şiralıyeva yeni bələdiyyə sədri seçildikdən dərhal sonra bələdiyyənin 2* aprel 202*-ci il tarixli, 06 saylı protokol-qərarı ilə sözügedən qərarı və icarə müqaviləsini birtərəfli qaydada ləğv etməklə açıq-aşkar qanunsuzluğa yol verib.
95. Belə ki, icarə münasibətləri, bir qayda olaraq Mülki Məcəllənin müddəaları əsasında tənzimlənir. Eyni zamanda, torpaq icarəsi haqqında qanunverciliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həll i “Torpaq icarəsi haqqında” Qanunun müddəalarında öz əksini tapıb. Həmin Qanunun *3-cü maddəsinin *-ci hissəsinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Mülki Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Yəni tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda, o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarı əsasında pozula bilər.
96. Həmin Qanunun 3*-ci maddəsində göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 97. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” Konstitusiya Məhkəməsi Plenumunun *5 yanvar 20*0-cu il tarixli Qərarında “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 2-ci bəndinin “bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər” müddəası ilə bağlı göstərilmişdir ki, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz.
98. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan məhkəmələr mübahisəli 40,9 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə bələdiyyənin əvvəlki qərarının, habelə icarə müqaviləsinin bələdiyyənin sonradan özü tərəfindən ləğv olunmasına əsaslanarkən də, qeyd olun an maddi hüquq normalarını düzgün tətbiq və şərh etməmişlər.
99. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu növ qərarların qəbul edilməsi bilavasitə bələdiyyələrin həyata keçirdikləri hər hansı inzibati hüquqi fəaliyyətlə bağlı deyil, məhz üçüncü şəxsin müvafiq qanunverciliklə qorunan əşya hüququnun pozulması ilə bağlı olduğu üçün bələdiyyələr bu nov qərarlarını, habelə icarə müqaviləsini özləri birtərəfli qaydada ləğv edə, dəyişə bilməzlər. Bu hal Mülki Məcəllənin 42*.*, 423.*-ci maddələrinin tələbləri baxımından da yolverilməzdir. Belə ki, həmin maddələrin mənasına görə, müqavilənin...ləğv edilməsi...tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin...ləğv edilməsi haqqında razılaşma...müqavilə ilə eyni formada bağlanır.
100. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özülüyündə etibarsız olan əqddir.
101. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızılığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bü cür əqd bağlandığı andan etibarsızdır.
102. Ona görə də işə yenidən baxılarkən, apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd olunan normaların tələblərini nəzərə almaqla, mübahisəli torpaq sahəsində dair hərracın Mülki Məcəllədə müəyyənəşdirilmiş qaydaları pozmaqla keçirilib- keçirilmədiyini, hərracın etibarsız sayılması üçün əsasların olub-olmadığını, habelə SorSor kəndində yerləşən 40,9 ha ehtiyat fondu torpaq sahəsinə münasibətdə Çöl-Ərəb kənd sakinlərinin hansı hüquqlarının pozulduğunu araşdırmalı, mübahisəli 40,9 ha tor paq sahəsinin olduğu yer barədə ekseprtin rəyləri ilə cavabdehin adına verilmiş Çıxarış arasında olan ziddiyyətə aydınlıq gətirməli və bundan sonra iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
103. Həmçinin işdən görünür ki, Sor-Sor bələdiyyəsinin Çöl-Ərəb kəndi ərazisində yerləşən 350 ha örüş təyinatlı torpaq sahəsi həmin kənd əhalisinin sərbəst istifadəsindədir və bütün bu hallar iddia tələblərinin açıq-aşkar əsaslı olması nəticəsinə gəlməyə əsas vermir.
104. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qətnamənin təsviri hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən tam yoxladığını qeyd etdiyi halda, nəticə hissəsində qətnaməni cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisələndiri lən hissədə dəyişdirilmədən saxladığını qeyd etməklə ziddiyyətli nəticəyə gəlib.
105. Həmçinin, apellyasiya instansiyası məhkəməsi, cavabdehlə yanaşı, digər şəxslərin də əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, digər şəxslərin soyadını, adını, ata adını, habelə onların şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları müəyyən etməyib və bununla da MPM-in *49.2.2, 220.5, 223.*-ci maddələrinin tələblərini pozub.
106. Kassasiya instansiyası məhkəməsi, bu nəticəyə gələrkən həmçinin sözügedən icarə müqaviləsinin və bunun əsasında cavabdehin adına verilmiş 2* yanvar 2020-ci il tarixli Çıxarışın qüvvədə saxlanılması barədə iddiaçının Ali Məhkəməyə ünvan ladığı 04 noyabr 2024-cü il tarixli müraciətini, etiraz ərizəsini də nəzərə alır.
107. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
108. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh* kassasiya şikayəti qismən təmin edilsin, İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2024-cü il tarixli, 2(*06)-*06/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin mə hkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.