Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-106/2024 04.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh*, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və Cavabdeh* torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və torpaqdan çıxarılma. X28 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, iddiaçının vəkili Vəkil3, Cavabdeh*, onun nümayəndəsi və vəkili Vəkil2 Bəhram oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh*, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və Cavabdeh* torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsindən (hakim Müseyib Bayramov) Cavabdeh* və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı sədri X*3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh* arasındla bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin artırılması haqqında ərizə-vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh* icarəsinə Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən 40,9 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh* arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında Cavabdeh* torpaq sahəsində tikinti işləri aparmış, oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Sor-Sor Bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin Sor- Sor Bələdiyyəsi mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X20 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə Cavabdeh*, X* və X2 adları göbstərilsə də, Cavabdeh* müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar T.M.Cəbrayılovun və Şahidn müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Göründüyü kimi Sor-Sor Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Belə ki, Kürdəmir rayonu Sor- Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Cavabdeh* ilə İddiaçı arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsimnin şərtlərini Azərbaycan Respublikası Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar var. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X** tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən Bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X3 adı həmin siyahıda mövcud olmamış və ümumiyyətlə Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X3 *6.0*.2020-ci il tarixədək Deyure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən De-fakto səlahiyyətləri bitmişdir və bunu özü də əvvəlcədən bildirmişdir. T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh* həmin torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dlərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən Cavabdeh* icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəhəsindən məhrum olmuşlar. Ona görə də İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh* arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh* iddia tələbini qəbul etməyərək göstərmişdir ki, icarəyə torpaq götürmək üçün İddiaçınə müraciət etmiş və Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli, 3M-3 saylı qərarı ilə ona Sor-Sor Bələdiyyəsinin mülkiyyətinqdə olan ehtiyat fondundan 40,9 ha torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsinə görə Sor-Sor Bələdiyyəsi ilə *4.0*.2020-ci il tarixdə İcarə müqaviləsi bağlamışdır. Torpaq sahəsini icarəyə götürəndən sonra torpaqdan istifadəyə görə icarə haqqını vaxtlıvaxtında Sor-Sor Bələdiyyəsinin hesabına ödəmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İcarəsində olan torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələbləri pozulmamış və o, icarəsinə verilmiş torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli çıxarış almışdır. İcarəsində olan torpaq sahəsindən istifadə sahəsində heç bir qanun pozuntusuna yol verməmişdir. Həmin torpaq sahəsində heyvan saxlamaq üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yüngül konstruksiyalı tikinti işləri aparsa da əlavə heç bir iş görməmiş, həmçinin torpaq sahəsinin üst qatının götürülməsi ilə əlaqədar heç bir iş göriməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinin və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X*2 publik hüquqi şəxsinin nümayəndəsi iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh* icarəyə veriləsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh* verilmiş 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh* və digər şəxslərin əmlakları ilə birlikdə Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq Sor-Sor Bələdiyyəsinə təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manatın, cəmi **37,04 manat məbləğində pul vəsaitinin Cavabdeh* alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh* 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 2*0005, VÖEN *40*555507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22 VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* nömrəli hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh* və onun nümayəndəsi və vəkili Vəkil2 birgə apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin məhkəmə hazırkı mübahisə üzrə baxışı zamanı bu normanın tələbini pozmaqla 2 dəfə iddia tələbinin həcmini artırmaqla verilmiş iddia tələbi üzrə işə baxmışdır. Məhkəmə hazırkı iş üzrə Cavabdeh* hazırkı iş üzrə iddiaçı Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsini, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozmasını, həmin torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsini göstərsə də həmin tikintilərin (çoban evi və fermanın, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün) hansı ərazidə yerləşməsini, nə vaxt inşa edilməsini aydınlaşdırmamışdır. Əgər aydınlaşdırsaydı, çoban evi və fermanın X7 xüsusi mülkiyyətində olmasını, torpaq bəndin, su hovuzun və balıq saxlamaq üçün süni gölün mübahisə predmeti olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsinə aid olmamasını müəyyən edərdi. Hazırkı iş üzrə Cavabdeh* hazırkı iş üzrə iddiaçı Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindəki 40,9 ha torpaq sahəsində qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozması, həmin torpaq sahəsini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq məhv etməsi sübuta yetirilməmişdir. Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X20 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqənin formal, əsassız və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilməsi, icarə müqaviləsinin qanunsuz bağlanması, icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozulması, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirilməsi, hazırkı iş üzrə Cavabdeh* müsabiqədə tək iştirak edərək, formal qalib elan olunması, digər iştirakçılar Taleh Cəbraylovun və Suriddin Əmirovun həmin müsabiqədə iştirak etməməsi barədə məhkəmənin qənaəti heç bir sübuta əsaslanmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh*, onun nümayəndəsi və vəkili Vəkil2 Bəhram oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişlər ki, qeyd edilən torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq Bələdiyyəyə müraciət etməklə qanunvericiliyin tələbləri gözlənilməklə əldə etmişlər. Hesab etmişlər ki, mübahisəli torpaq sahəsini əldə edərkən qanunvericiliyin heç bir müddəası pozulmamışdır. Cavabdeh* həmçinin bildirmişdir ki, qeyd edilən ərazidə 40.9 ha torpaq sahəsi üzərində onun hüquqları qeydiyyata alınsa da bu günədək həmin ərazilərdən istifadə edə bilməmişdir. Çünki Çöl-Ərəb kəndinin camaatı həmin torpaq sahəsindən istifadəsinə ona imkan verməmişlər. Hazırda da həmin torpaq sahəsi Çöl-Ərəb kəndinin camaatı tərəfindən örüş-otlaq sahəsi kimi istifadə edilir. İddiaçının nümayəndəsi X*4, iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bildirmişlər ki, hazırkı iddianı Bələdiyyənin və Çöl-Ərəb kəndinin əhalisinin şikayətlərini nəzərə alaraq həm bələdiyyənin həm də kənddə yaşayan əhalinin maraqlarını təmin etmək məqsədilə qaldırmışlar. Belə ki, Çöl-Ərəb kəndinin əhalisi bələdiyyəyə müraciət edərək kəndin 700 metr yaxınlığında, kəndin otlaq sahələrinə çıxışında 40.9 ha torpaq sahəsinin hansı səbəbdən icarəyə verilməsini bildirmişlər. Kənd camaatı kəndin otlaq sahələrinə çıxışında kəndin təxminən 700 metrliyində örüş sahəsinin icarəyə verilməsinə etiraz etmişlər. Göstərmişlər ki, qeyd edilən ərazilərdən hələ bələdiyyələr yaradılmamışdan əvvəl təxminən 200 ildir ki, uzun müddət ərzində örüş-otlaq sahəsi kimi istifadə etmişlər, hazırda da həmin ərazilərdən heyvanlarının örüş sahəsi kimi istifadə edirlər. Həmçinin bir az bündan əvvəl həmin əraziyə yaxın olan kənd qəbiristanlığını mübahisəli əraziyə gələn su tərəfindən basılmış və bəzi qəbirlərə, o cümlədən bəzi şəhid qəbirlərinə su qaçmışdır. Bütün bu qeyd edilənlər kənd əhalisinin haqlı narazılıqlarına səbəb olmuşdur. Qeyd etmişdir ki, əvvəlki bələdiyyə sədri 23.*2.20*9-cu ildə keçirilən Bələdiyyə seçkilərindən sonra tələm-tələsik qeyd edilən 40.9 ha torpaq sahəsini Çöl-Ərəb kəndinin əhalisinin xəbəri olmadan, onların maraqları nəzərə alınmadan dədə-babalarından örüş kimiistifadə edilən və kəndin təxminən 700 metrliyində yerləşən böyük bir ərazini cavabdehə qanunsuz icarəyə vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.*. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 20**-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *6-cı maddəsinin * -ci bəndinin tələbinə görə Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun *0-*-ci maddəsində müəyyən edilmiş edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Həmin maddənin 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarınqdan, örüş və biçənək sahələrindən səimərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Həmin maddənin 5-ci bəndinin tələbinə görə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *4.02.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5*-ci maddəsinin *-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun *-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasıartırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardanq haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının edilməsinin əsas prinsipləridir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstəribməlidir. Həmin Qanunun **.*-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. "Torpaq İcarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.*-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*0 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun * -ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayonu X9 və Müsabiqə keçirilməsi barədə 26.**.20*9-cu il tarixli iclas protokolunun *2 nömrəli qərarından çıxırışdan görünür ki, Sor-Sor Bələdiyyəsinin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla Sor-Sor Bələdiyyəsinin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıq) məşğul olmaq məqsədilə açıq müsabiqə keçirilməsi, müsabiqədə icarənin aşağı həddi hər hektar üçün 26 manat ümumi məbləğ *063,40 manat, icarə müddəti *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı sədri İsmayılov Tofiq tərəfindən X30 və Hərrac komissiyasının sədri cənab Nizami Qasımova ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 nömrəli məktubun surətindən görünür ki, İddiaçı kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin sənədləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsində 27*9008072 saylı, 25.**.20*9-cu il tarixdə qeydiyyatdan keçmiş planı ölçüsü qeydiyyata alınmış və Sor-Sor Bələdiyyəsinin 26.**.20*9-cu il tarixli, *2 nömrəli protokolundan çıxarış alınmışdır. Həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədləri X30 və Hərrac komissiyasına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli, 27*9008072 nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən ha torpaq sahəsi ehtiyyat fond torpaqları olmaqla Sor-Sor Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş müsabiqədə, həracda iştirak etmək üçün X*, X2 və Cavabdeh* 28.*2.20*9-cu il tarixli ərizələrinin surətindən görünür ki, onlar ayrı-ayrılıqda Kürdəmir rayonu ərazisində Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 409000 kv.metr və ya 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X20 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X20 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 09.0*.2020-ci il tarixli iclasının 02 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh* 09.0*.2020-ci il tarixdə keçirilən torpaq müsabiqəsinin qalibi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X*8 AM 0*0485 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayonu ərazisində yerləşən Sor- Sor Bələdiyyəsinin mülkiyyətində orlan 409000 kv.metr və ya 40,9 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X20 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə ona şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor- Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəkində Cavabdeh* adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı 05.05.202*-ci il tarixli, *2 nömrəli məktubundan görünür ki, İddiaçı Çöl- Ərəb kəndində 97 fərdi yaşayış evində 677 nəfər sakin yaşayır. Çöl-Ərəb kəndinin ümumi torpaq sahəsi *349,0 hektardır. Bundan xüsusi mülkiyyətdə 278,0 ha, dövlət mülkiyyətiqndə 20,0 ha, icarədə 2*0,0 ha, həyətyanı sahədə *00,0 ha, bələdiyyənin örüş təyinatlı torpaq sahəsi 350,0 ha, 258 ha isə digər sahələr təşkil edir. Kürdəmir rayon Sor- X27-Ərəb kəndində 350,0 ha örüş təyinatlı torpaq sahəsi kənd əhalisinin sərbəst istifadəsindədir. İş materiallarına əlavə edilmiş İddiaçı adından X** ilə Cavabdeh* arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş *4.0*.2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi *4.0*.2035-ci il tarixə kimi Cavabdeh* icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonunun Sor- Sor kəndində yerləşən Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan Ehtiyyat fondu torpaqlarından (örüş otlaq) Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh* adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş *4.0*.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh* Sor-Sor Bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş 3*.03.202*-ci il tarixli, 752944*39 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh* Sor-Sor Bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Aparıcı-məsləhətçisi müfəttiş X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh* *5 il müddətinə verilmiş 40,9 ha torpaq sahəsinə Cavabdeh* və İddiaçı sədri X8 iştirakı ilə baxış keçirilmiş və torpağın üst qatının qazılmamsı, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qurunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq Sor-Sor Bələdiyyəsinin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin Cavabdeh* icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli 08 saylı təsdiqedici arpayış verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, 40,9 ha ərazi Sor-Sor Bələdiyyəsinin örüş-otlaq kateqoriyasına aid olmaqla *4.0*.2020-ci il tarixli 3M-3 saylı icarə müqaviləsinə əsasən Mingəçevir şəhər sakini Cavabdeh* *5 il müddətinə icarəyə verilmişdir. Həmin ərazidə əvvəllər baş vermiş yanğın hadisəsi həmin ərazidən keçən qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd olmaqla Cavabdeh* icarəyə verilmiş 40,9 hatorpaq sahəsinin ərazisinə aid deyildir. İcarəyə verilmiş torpaq sahəsində çoban evinin yaxınlığında uzunluğu *5 metr, eni *0 metr olan su hovuzu mal-qaraların suvarılması və yanğından mühafizə məqsədi üçün nəzərdə tutulmuşdur. İcarəyə verilmiş torpaq sahəsinin daxilində mövcud olan əvvəllər qazılmış uzunluğu 80 metr, eni *2 metr, dərinliyi *,5 metr olan su hovuzu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ümumi iclasının 2*.04.202*-ci il tarixli, 06 nömrəli protokolundan görünür ki, Mingəçevir şəhər sakini Cavabdeh* ilə bağlanmış 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərar və icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi Çöl-Ərəb kənd sakinlərinin istifadəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq qərara alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, *. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi-AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. 2. *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün mütəxəssis tərəfindən cavablandırılması mümkün olmamışdır. 3. Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsində baxış zamanı * ədəd 34 kv.m sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlyün olması məlui oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın təyinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissisəinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın *-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (torpaq sahəsinin planı və ölçüsü sənədi-AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl- Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün mütəxəssis tərəfindən cavablandırılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh* icarəsinə verilmiş 40,9 ha torpaq sahəsində baxış zamanı * ədəd 34 kv.m sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlyün olması məlum oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın təyinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissisəinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir. Hazırda qətnaməni cavabdeh mübahisələndirir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 3-*6-*6/2-*0/3624 nömrəli rəyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Kürdəmir rayonu Çöl Ərəb kəndi ərazi vahidi sərhədləri dxilində yerləşən 40.9 ha kənd təsərrüfatı təyinatlı, örüş torpaq sahəsiinin ümumi istifadədə olması ilə bağlı idarənin elektron baza məlumatlarında hər hansı məlumat aşkar olunmamışdır. Qərardadın ikinci sualı üzrə Baxış zamanı 40.9 ha torpaq sahəsində süni göl mütəxəsiss tərəfindən müşahidə edilməmişdir. 40.9 ha torpaq sahəsində baxış zamanı * ədəd 34 kv.m sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlüyün olması mütəxəssis tərəfindən aşkar olunmuşdur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Apellyasiya şiakyətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh bildirir ki, bəhsi keçən 40.9 ha torpaq sahəsini qanunvericiliyin müəyyən etdiyi qaydada İddiaçınə müraciət bu sahədə müvafiq prosedurlara əməl etməklə əldə etmişdir. Torpaq sahəsini icarəyə götürərkən qanunvericiliyin hər hansı norması pozulmamış, hərracın keçirilməsi ilə bağlı elan edilmiş müsabiqədə iştirak etmiş, müsabiqədə qalıb gəlmiş və hərracın nəticələrinə əsasən qalib elan edilmişdir. Məhkəmə kollegiyası iş üzrə gəlmiş olduğu nəticələr üzrə aşağıdakıları qeyd etməyi zəruri heasb edir. Birincisi, işdən görünür ki, icarəyə verilən torpaq sahəsi bələdiyyənin ehtiyat fondu (örüş otlaq) torpaqlarıdır. Belə bir sual yaranır qeyd edilən bəhsi keçən torpaq sahəsi ümumiyyətlə Bələdiyyə tərəfindən hərraca çıxarıla bilərdimi? Çünki məhkəmə iclasında tərəflərin izahatı və işə əlavə edilmiş SD diskdəki görüntülərdən görünür ki, cavabdehə verilmiş mübahisəli 40.9 ha torpaq sahəsi demək olar ki, Kürdəmir rayonu Çöl-Ərəb kəndinin lap yaxınlığında, kəndin örüş torpaq sahələrinə çıxışına yaxın hissədə yerləşmirşdir. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun *-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasıartırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləridir. Göründüyü kimi Sor-Sor bələdiyyəsi Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirərkən yerli əhalinin (Çöl-Ərəb kənd əhalisinin) mənafeyini nəzərə almamış və orada yaşayan əhalini məlumatlandırmamışdır. İşdən görünür ki, Kürdəmir rayonu Sor-Sor bələdiyyəsi 2 kəndin Sor-Sor və Çöl Ərəb kəndlərinin inzibati ərazi dairəsini əhatə edir. Çöl-Ərəb kəndinin əhalisi ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşlar. Belə ki, hərracın nəticələrinə dair sənədlərdən görünür ki, hərraca çıxarılan 40.9 ha torpaq sahəsi Çöl-Ərəb kəndinin torpaq sahələri olduğu halda hərracda 2 nəfər Sor-Sor kəndinin sakini və Mingəçevir şəhər sakini olan Cavabdeh* iştirak etmişdir. Həmçinin Kürdəmir rayonu Sor-Sor bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbi baxımından torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl etməmişdir. Yəni, Sor-Sor bələdiyyəsi sosial ədalət prinsiplərinə əməl etməyərək uzun müddət kənd əhalisi tərəfindən örüş kimi istifadə edilən və kəndə demək olar ki, bitişik olan örüş sahəsini hərraca çıxarmışdır. Əslində Bələdiyyə kənddən daha uzaqda olan torpaq sahəsini hərraca çıxara və bununla bağlı yerli kənd əhalisini məlumatlandırmalı idi. İkincisi, *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri də Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X** tərəfindən həmin müqavilənin faktiki olaraq səlahiyyətlərinin bitməsinə sayılı günlər qaldığı dövrdə tələm-tələsik imzalamasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən Bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X3 adı siyahıda mövcud olmamış və ümumiyyətlə Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X3 *6.0*.2020-ci il tarixədək səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən sonra səlahiyyətlərinin bitməsini əvvəlcədən bildirmişdir. Beləliklə də T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətlərinin *6.0*.2020-ci ildə bitəcəyini bilə-bilə *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, T.İsmayılovun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin, yəni Bələdiyyənin və yerli əhali olan Çöl-Ərəb kəndinin maraqlarına zidd olmuşdur. Üçüncüsü, məhkəmə iclasında iddiaçı tərəf bildirmişdir ki, mübahisəli ərazi bələdiyyələr yaradılmamışdan öncə 200 il ərzində Çöl-Ərəb kəndinin əhalisinin örüş sahələri olmuş, hazırda da həmin ərazidən örüş sahəsi kimi istifadə olunur. Cavabdeh* da kollegiyanın iclasında bildirmişdir ki, qeyd edilən 40.9 ha torpaq sahəsi üzərində icarə hüquqlarını qeydə aldırmasından 5 ilə yaxın bir müddət keçməsinə baxmayaraq həmin 40.9 ha torpaq sahəsindən hələ də istifadə edə bilmir. Çünki, Çöl-Ərəb kəndinin sakinləri torpaqdan istifadələrinə imkan vermirlər, bu günə qədər də kənd əhalisi oradan örüş torpaq sahəsi kimi istifadə etməklə heyvanlarını orada otarırlar. Bu səbəbdən də özü icarə torpağından istifadə edə bilmir. Bütün yuxarıda şərh edilənlərə ümumiləşdirərək kollegiya qeyd edir ki, İddiaçı Sor- Sor bələdiyyəsi Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanunun *-ci maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə zidd olaraq yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirərkən yerli əhalinin (Çöl-Ərəb kənd əhalisinin) mənafeyini nəzərə almamış, orada yaşayan əhalini məlumatlandırmamış, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardan haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalini məlumatlandırmamaqla bələdiyyə torpaqlarının idarə edilməsi prinsiplərinə əməl etməmiş, bununla da bələdiyyənin və yerli əhalinin mənafeyinə və maraqlarına zidd olan icarə müqaviləsi bağlamışdır. Kollegiya hesab etmişdir ki, Sor-Sor bələdiyyəsi ümumiyyətlə qeyd edilən torpaq sahəsini hərraca çıxara bilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Apellyasiya baxışında təyin edilmiş ekspertiza xərcinin dəyəri olan 50 manat Cavabdeh* alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ösənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh* və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(04*)-7*3/2023 saylı qətnaməsindən Cavabdeh* və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışında təyin edilmiş ekspertiza xərcinin dəyəri olan 50 manat Cavabdeh* alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ösənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-106/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-106/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver