Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-297/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı, Müstəqil tələb irəli sürən 3-cü şəxs X qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-573/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsində n iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı-nin X cavabdehlər Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi məhkəməsinin 2-2(087)34/2014 saylı, 17.12.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 tutulmalı olan 65000 manat əsas borc və həmin məbləğə hesablanmış 22949 manat faiz borcunun, ümumilikdə 87949 manat məbləğində kredit borcunun, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7%-lə hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun, həmçinin cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X4) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş xxx kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m olan qeyri-yaşayış sahəsinə və xxxx kəndində 0.1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə onların açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakların 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdeh X qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X11 arasında b ağlanmış 18.06.2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İş materiallarından görünür ki, X ilə X11 arasında bağlanmış xxx nömrəli, 18.06.2009-cu il tarixli Təminatlı kredit müqaviləsinin təminatı kimi X6 məxsus, xxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə), həmçinin, xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi Banka təqdim edilmiş və bu barədə 18 iyun 2009-cu il tarixli və 12 oktyabr 2009-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır.
4. Naxçıvan MR İnzibati-İqtisad Məhkəməsinin 17.12.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin 12 saylı Naxçıvan Filialının iddiasının təmin edilməsi, X 3 65000 manat əsas borc və həmin məbləğə hesablanan 22949 manat faiz borcu, ümumilikdə 87949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7 faizlə hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin 12 saylı Naxçıvan filialının hesabına ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ ilə X6 məxsus olan xxx kəndində yerləşlən ümumi sahəsi 1024,84 kv.m olan qeyri-yaşayış binasına (tövlə) həmçinin ipoteka qoyulmuş mülkiyyət hüququ ilə X6 məxsus olan xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcuna ödənilməsi qət olunmuşdur.
5. Naxçıvan Muxtar Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvədə olan 25 iyul 2016-cı il tarixli qərardadı ilə X4 apelyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsinin iddiaçının iddiasının təmin edilməklə, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair hissəsi ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır.
6. X11 26.04.2017-ci il tarixdə vəfat etmişdir.
7. Hazırki iş üzrə Cavabdeh digər vərəsələri X16, X19, X14 mirasın qəbulundan X4 xeyrinə notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etdiklərindən sonuncu Cavabdeh vərəsəsi olmaqla, bütün mirası qəbul etmiş ona 12.06.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən X4 vərəsəsi Cavabdeh ipoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər ünvanlanmış, həmin bildirişlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. Daha sonra bank müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. Birinci instansiya məhkəməsinin 04.05.2018-ci il tarixli sorğusuna cavab olaraq Şərur rayon İcra Hakimiyyətinin 08.05.2018-ci il tarixli məktubundan görünür ki, X6 məxsus xxx kəndində yerləşən 1024/84 kv.m olan qeyri-yaşayış sahəsi (tövlə) sökülməmişdir. X1 məxsus xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi sökülmüşdür. Əlavə olaraq bildirilir ki, Ş ərur rayon İcra Hakimiyyətinin başçısı və müavinləri yeni təyin oldunduğundan X5 məxsus fərdi yaşayış evi hansı qərar və ya əsasla sökülməsi məlum deyil.
9. Məhkəmə-qiymətləndirmə ekspertizasının 10 aprel 2019-cu il tarixli rəyinə ilə xxx kəndində X6 məxsus 2 mərtəbəli, mansardlı, 8 otaqlı, Sikat-odadavamlı kərpiclə üzlənmiş, həyətyanı sahə hasara alınmış, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evinin və 0,1013 ha torpaq sahəsinin mart 2019-cu il tarixinə ilkin bazar qiymətinin (fərdi yaşayış evinin qiyməti 88400,0 manat +torpaq sahəsinin qiyməti 25000,0 manat olmaqla) ümumilikdə 113400,0 manat civarında olduğu, Şərur rayonu, Zeyvə kəndinin kənarında yerləşən X6 məxsus, ümumi sahəsi 1024,84 kv.m olan qeyri-yaşayış binasının (tövlələrin) və torpaq sahəsinin (istehsalat sahəsi hasara al ınmış) ilkin bazar qiymətinin mart 2019-cu il tarixinə (qeyri-yaşayış sahəsi, hasar və abadlıq işləri-108600,0 manat torpaq sahəsinin qiyməti 10200,0 manat olmaqla) ümumilikdə 118800 manat civarında olduğu müəyyən edilmişdir.
10. Əlavə məhkəmə-qiymətləndirmə ekspertizasının 24 sentyabr 2019-cu il tarixli rəyi ilə X6 məxsus xxx kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış evinə şirkətin mütəxəsisləri tərəfindən baxış keçirilmiş, 0,1013 ha torpaq sahəsində heç bir tikili olmadığı müəyyən olunmuşdur. Lakin Qərarın icrası ilə əlaqədar ədalət mühakiməsinə köməklik göstərmək məqsədi ilə 0,1013 ha torpaq sahəsində yerləşən 278,76 kv.m fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı nəzərə alınaraq, xərclər smetası əsasında q iyməti müəyyən edilmişdir. xxx kəndində X6 məxsus 0,1013 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 8 otaqlı, çöldən boya ilə üzlənmiş, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evinin avqust 2019-cu il tarixinə qiyməti 101040,0 manat, torpaq sahəsinin qiyməti 25000 manat olmaqla, ümumilikdə 126040,0 manat civarında olduğu müəyyən edilmişdir.
11. İddiaçı bildirir ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 22(087)- 34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı iddiasının təmin edilməsi, X3 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 man at dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2(108)-02/2016 nömrəli, 25 iyul 2016-cı il tarixli qərardadı ilə iddiaçının, iddianın cavabdehə məxsus ipoteka predmetnə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair hissəsi ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X11 arasında bağlanmış 506/F-12 nömrəli, 18.06.2009-cu il tarixli Təminatlı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə, illik 7% olmaqla 40.000 (qırx min) manat məbləğində, 760F-12 nömrəli, 12.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə, ilik 7% olmaqla kr edit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi X6 məxsus, xxx kəndində yerləşər ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə) (reyestr nömrəsi: 10201300C945-06301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508), həmçinin, xxxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi (reyestr nömrəsi: **********7-10301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0013927) ipoteka predmeti kimi Banka Təqdim edilmiş və bu barədə 18 iyun 2009-cu il tarixli, 169 nömrəli və 12 oktyabr 2009-cu il tarixli, 217 nömrəli ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmişdir. İş üzrə Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin 2- 2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi, X3 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ cavabdehə məxsus olan yuxarıda qeyd etdiyimiz ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmiş, cavabdehin banka qarşı vurulmuş ziyanın əvəzi kimi 235.000 manat pulun tutulmasına dair qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisıadi Kollegiyasının 2-2(108)- 02/2015 nömrəli, 20 aprel 2015-ci il tarixli, qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)231/15 nömrəli, 03 dekabr 2015-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 aprel 2015-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məh kəməyə göndərilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə dair 2-2(102)-231/15 nömrəli, 03 dekabr 2015-ci il tarixli qərardad çıxarılmış və həmin qərardadda göstərilmişdir ki, Ali Məhkəmə yalnız ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2015-ci il tarixli qətnaməsinə mənfi hüquqi qiymət verərək onun ləğv edilməsi və işə yalnız həmin hissədə yenidən baxılması haqqında məcburi xarakter daşıyan göstəriş vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(108)-02/2016 nömrəli, 25 iyul 2016-cı il tarixli qərardadı ilə X4 apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Mu xtar Respublikası nzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinin iddiaçının iddiasının təmin edilməklə, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair hissəsi ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)360/2016 nömrəli, 26 oktyabr 2016- il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmçinin, həmin qərarda qeyd olunur ki, "iddiaçı kredik borcunun qaytarılması ilə yanaşı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair tələblə çıxış etməsinə baxmayaraq məhkəməyə müraciət edənədək poteka predmetinə tutmanın yönəldilməsinə dair qanunla müəyyən edilmiş prosedurlara əməl etməmişdir və həmin qaydaya əməl etmək imkanı itirilməmişdir. Ona görə də, qanunvericiliyin sadalanan müddəalarına əsasən iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissələri üzrə ərizə baxılmamış saxlanılmalı, iddiaçıya həmin qaydalara əməl etməklə poteka predmetinə tutmanın yönəldilməsi prosedurunu başlatmaqla təkrar məhkəməyə müraciət etmək hüququna malik olduğu izah olunmalıdır." Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş borc məbləğinin ödənilməsi ilə bağlı X6 bank tərəfindən yazılı şəkildə bildirişlər göndərilsə də, borcun ödənilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. Həmçinin, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğu n olaraq bank tərəfindən ipoteka predmetinin sahibinə ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildiriş göndərilmiş, 14 aprel 2017-ci il tarixdə qanuna müvafiq surətdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ipoteka predmetinə tutma qeydiyyata alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1586 nömrəli, 26.05.2017-ci il tarixli, "ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair" iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 06.06.2017-ci il tarixində 2-2(087)-12/2017 nömrəli qərardadla iddia ərizəsini geri qaytarmışdır. Qərardadda iddia ərizəsinin qaytarılma səbəbi olaraq göstərilmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X6 iddia ərizəs inin çatdırılması barədə heç bir sənədi işin materiallarına əlavə etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə FM X10 Cəmiyyəti tərəfindən daxil olan 48 nömrəli, 22.05.2017-ci il larixli aktda içində iddia ərizəsinin surəti olan zərfin qaytarılmasında X4 ölümü səbəb olaraq göstərilmişdir. Poçtdaşıma xidməti fiziki şəxsin ölüm faktını təsdiqləyən orqan olmadığından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhbəməyə 1586 nömrəli, 26.05.2017-ci il tarixli iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, bank tərəfindən bütün mümkün vasitələrlə cavabdehin qeydiyyatda olan ünvanına bildiriş göndərilmişdir. 12.06.2017-ci tarixində Şərur rayon ikinci dövlət notariat kontorunun dövlət notariusu R.M.Əliyev tərəfindən təsdiq edilən "qanun üzrə vərəsəlik hüququ" haqqında şəhadətnamənin surətindən gö rünür ki, X11 26.04.2017-ci ildə vəfat etmiş və şəxsin bütün daşınmaz əmlakı üzrə vərəsəsi ünvan 3 ünvanında yaşayan xx.xx.1980-ci il təvəllüdlü oğlu Cavabdehdur.
12. Cavabdeh bildirir ki, ilkin iddia tələbi əsassız, müstəqil tələb irəli sürən 3-cü şəxs X8 tələbi isə əsaslıdır.
13. Müstəqil tələb irəli sürən 3-cü şəxs X14 bildirir ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-(087)-34/2014 nömrəli 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun, həmçinin cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteta predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X4) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş xxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə və xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmətlərinə ilkin satış qiyməti təyin edilməklə onların açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakların bir ay ərzində boşaldılması barədə iddia qaldırmışdır. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X11 arasında bağlanmış 506/F-12 nömrəli, 18.06.2009-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə, illik 7% olmaqla 40.000 (cırx min) manat məbləğində, 760F-12 nömrəli, 12.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə, illik 7% olmaqla kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi X6 məxsus xxxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə) (reyestr nömrəsi: **********45-06301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508), həmçinin, xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi (reyestr nömrəsi: **********7- 10301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0013927) ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 18 iyun 2009-cu il tarixli, 169 n ömrəli və 12 oktyabr 2009-cu il tarixli, 217 nömrəli ipoteka müqavilələri bağlanmışdır. O, mərhum X11 ilə 1977-ci ildə nikaha daxil olmuş və vəfat edən günə qədər də rəsmi nikahda olmuşdur. Qeyd olunan müqavilələr bağlanarkən onun razılıq və məlumatı olmadan bağlanılmışdır. Hal-hazırda ipoteka predmeti olan Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi (reyestr nömrəsi: **********7-10301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0013927) onların, razılıqları olmadan Şərur Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Digər ipoteka predmeti isə hal-hazırda onun istifadəsindədir. Bu günə qədər isə heç kim ona bu barədə hər hansı bir məlumat verməmişdir. Hesab edir ki, xxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qey ri-yaşayış sahəsinə (tövlə) (reyestr nömrəsi: 10201300C945-06301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508) dair 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi onun məlumatı və razılığı olmadan bağlanıldığı üçün etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim A.Əliyev) 08.06.2018-ci il tarixli, 2(005)- 532/2018 nömrəli qətnaməsi ilə X cavabdehlər Cavabdeh qarşı “ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X8 cavabdeh X qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə X11 arasında bağlanmış 18.06.2009-cu il tari xli, 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borcun 12.10.2009-cu il tarixli 217 №-li ipoteka müqaviləsi üzrə mərhum X6 məxsus xxx kəndində 0,1013 ha toıpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsində iooteka predmeti məhv olduğundan, yönəldilmə mümkün olmadığından təmin edilməməlidir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X11 arasında bağlanmış xxx nömrəli, 18.06.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi 18.06.2009-cu il tarixli 169 №-li ipoteka müqaviləsinə əsasən X6 məxsus, xxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşa yış sahəsinə tövlə) (reyestr nömrəsi: **********45-06301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508) ipoteka predmetinə borcun yönəldilməsi hissəsində də iddia tələbi əsassızdır.
17. Belə ki, İddiaçı ilə X11 arasında bağlanmış 18 yun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi bağlanan zaman onunla birgə nikahda olan X7 notariat kontoruna qeyri yaşayış evi (tövlə) ipoteka qoyulmasına dair müvafiq ərizə verilməmiş, onun rəsmi şəkildə razılığı alınmamışdır. Hənçinin məhkəmə araşdırması zamanı məhkəmənin müvafiq sorğuları əsasında adıçəkilən ipoteka müqaviləsinin bağlanmasına əsas olan sənədlər məhkəməyə təqdim edilmiş, ancaq həmir notariat işinin materiallarında X8 ipoteka müqaviləsinin bağlanması ilə bağlı hər hansı bir sənədin mövcudluğu aşkar edilməmişdir.
18. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 294.1.3, 337, 351.1-ci, İpoteka haqqında Qanunun 8.1, 48.1.4-cü, Ailə Məcəlləsinin 32.1, 33-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) 30.10.2019-cu il tarixli, 2(103)-407/2019 nömrəli qətnaməsi ilə İX tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Məhkəməsinin 08.06.2018-ci il tarixli, 2(005)-532/2018 nömrəli qətnaməsinin “Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(08 7)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun, həmçinin, cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X4) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti təyin edilməklə onun açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan s onra əmlakın 1 ay ərzində boşaldılması”nin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qeyd olunan hissədə təmin edilməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumu, həmçinin, cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X4) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 126.040 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 700 manatın 350 manatının İddiaçıdən, 350 manatının Cavabdeh alınıb "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 10 aprel 2019-cu il tarixli, 11/ƏK saylı rəyində əmlakın mövcud olduğu qeyd olunduğu halda, 24 sentyabr 2019-cu il tarixli, 16/ƏK saylı rəydə əmlakın mövcud olmadığı qeyd olunmuşdur.
22. Həmçinin cavabdeh tərəf xxx kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış evinin mövcud olmadığını qeyd etdiyi halda, qeydiyyat yazısının ləğvi ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir.
23. Eyni zamanda kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi Şərur rayonu İcra Hakimiyyətinin qeyd olunan məsələ ilə bağlı məktubunu, digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, mötəbər sübut kimi qəbul etməmişdir.
24. X13 xxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı hissədə iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov, İ.Xəlilov) 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarı ilə X tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli, 2(103)- 407/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya kollegiyası 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi b ağlanan zaman X11 ilə birgə nikahda olan X8 xxxx kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə notarat qaydasında yazılıq razılıq ərizəsinin olmamasına istinad edərək, 3-cü şəxsin iddiasını, yəni 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsini etibarsız hesab etsə də, iş materiallarını tam araşdırmamışdır.
28. Belə ki, iş materiallarından görünür ki, X11 26.04.2017-ci ildə vəfat etmişdir. H.Hüseynov vəfat etməmişdən əvvəl, 2016-cı ildə onun mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar müxtəlif orqanlara söküntü barədə ərizə ilə məlumat vermiş və hazırda iddiaçı olan Bankda mülkiyyətində olan fərdi yaşayış evinin girovda olmasını vurğulamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-c ü şəxs X arvadı olmaqla onlar birgə yaşamışlar və fərdi yaşayış evi sökülən zaman X müxtəlif orqanlara ünvanlandığı ərizədən 3-cü şəxs də məlumatlı olmuş və qeyd edilən ərizələrin məzmunu ilə də fərdi yaşayış evinin ipoteka ilə yüklü olduğunu bilmiş olmuşdur..
29. Digər tərəfdən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X14 iddia tələbi ilə məhkəməyə müraciət edərkən tərtib etdiyi iddia ərizəsində hər iki ipoteka predmetinin ipoteka ilə yüklü edilərkən onun məlumatı və razılığının olmadığını bildirsə də, yalnız 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, digər ipoteka müqaviləsinin etibarsızlığını tələb etməməsinin səbəbi ilə bağlı iddia tələbində heç nə göstərməmiş, həmin ipoteka müqaviləsinə münasibət bildir məmişdir.
30. Qeyd edilməlidir ki, 3-cü şəxsin iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsi təşkil edir.
31. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
32. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdiril miş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 3-cü şəxsin iddiası üzrə mülki qanunvericiliklə müəyyən edilmiş müddət kəsici müddət olmaqla, məhkəmə tərəfindən 3cü şəxsin hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu müddət apelyasiya kollegiyası tərəfindən araşdırılmamış və bu barədə hər hansı hüquqi qiymətləndirmə həyata keçirilməmişdir. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 2(103)-573/2021 nömrəli iş üzrə 07 iyul 2021 -ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat pulun bank hesabı "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilməsinin iddiaçıdan tutularaq ödənilməsi qət edilmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi q ətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borcun təminatı kimi 12.10.2009-cu il tarixli 217 №-li ipoteka müqaviləsi üzrə yüklü edilmiş mərhum X6 məxsus xxx kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi artıq mövcud olmadığından üçüncü şəxs X həmin evə münasibətdə bağlanmış ipoteka müqaviləsini mübahisləndirməmişdir.
36. Bundan başqa Ali Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X arvadı olmaqla onlar birgə yaşamışlar və fərdi yaşayış evi sökülən zaman X müxtəlif orqanlara ünvanlandığı ərizədən 3-cü şəxs də məlumatlı olmuş və qeyd edilən ərizələrin məzmunu ilə də fərdi yaşayış evinin ipoteka ilə yüklü olduğunu bildiyini qeyd etsə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madd əsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respub likasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərarvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun.
37. Kollegiya tərəfindən aparılan araşdırmalarla müəyyən olunmuşdur ki, üçüncü şəxs X hazırkı məsələdən bank tərəfindən oğluna qarşı iddia qaldıran vaxt xəbər tutmuş və dərhal da hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən iddia müddəti ötürülməmişdir, çünki müddətin axımı şəxsin öz hüq uqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
42. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
43. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
44. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
45. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
49. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
50. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
51. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
52. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
53. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
55. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
57. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (40-41)
58. Hazırkı iş üzə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı Ali Məhkəmənin 30.06.2020-ci il tarixli qərarında işə təkrar apelyasiya baxışı zamanı bir sıra halların, o cümlədən X vəfat etməmişdən əvvəl, 2016-cı ildə onun mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar söküntü barədə müxtəlif orqanlara göndərdiyi ərizələrdən 3-cü şəxs X8 məlumatlı olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı göstərişlər verilmişdir.
59. İş materiallarından görünür ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən göstərişlə bağlı araşdırma aparmamış və 3-cü şəxs X8 X tərəfindən 2016-cı ildə mübahisə predmeti olan fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar müxtəlif orqanlara göndərdiyi ərizələ rdən məlumatlı olub-olmamasını müəyyənləşdirməmişdir.
60. Halbuki, qeyd edilən halın müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi və 3-cü şəxs X8 Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti ötürüb-ötürməməsinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
61. Belə ki, X qeyd edilən ərizələrdə mübahisə predmeti olan fərdi yaşayış evinin Bankda girovda olmasını vurğulamışdır.
62. Bundan başqa qed edilməlidir ki, hazırkı iş üzrə 3-cü şəxs X8 qarşılıqlı iddia verməkdə subyektiv hüququnu olub-olmaması araşdırılmamışdır.
63. İş materiallarından görünür ki, X4 26.04.2017-ci il tarixdə vəfat etmiş və onun vərəsələri kimi Cavabdeh, X16, X19, X14 qalmışdır.
64. X2, X19, X14 mirasın qəbulundan Cavabdeh xeyrinə notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmiş, sonuncu X4 vərəsəsi olmaqla, bütün mirası qəbul etmiş və ona X4 adına qeydə alınmış əmlaka dair 12.06.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir
65. Göründüyü kimi X4 mülkiyyətində olan bütün əmlaklar, o cümlədən hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklar Cavabdeh mülkiyyətinə keçmişdir.
66. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
67. Halbuki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin d avranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarı)
68. Bundan əlavə 10 aprel 2019-cu il tarixli ekspert rəyində əmlakın mövcud olduğu qeyd olunduğu halda, 24 sentyabr 2019-cu il tarixli rəydə əmlakın mövcud olmadığı qeyd olunmuşdur.
69. Həmçinin cavabdeh tərəf xxx kəndində xüsusi mülkiyyətdə olan 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278.76 kv.m olan fərdi yaşayış e vinin mövcud olmadığını qeyd etdiyi halda, rəsmi reyestrdə qeydiyyat yazısının ləğvi ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir.
70. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
71. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
72. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-573/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.