Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2970/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Nemətulla oğlu, vəkili Vəkil1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2-nə, Cavabdeh3, Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2632/2020 nömrəli, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Nemətulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində 08 avqust 2019-cu il tarixdə reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh2-nin ona məxsus olan nizamnamə kapitalının miqdarı 10.00 manat, nizamnamə kapitalında mayaların miqdarı 2 pay olmaqla 50% payını Əliyev X1. Tərəflər Cavabdeh2MMC-nin satılan payını 5600 manata qiymətləndirmişlər. Satıcı alıcının razılaşdıqları pulu verməməsinə istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı oğlu məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, 1 saylı notariat ofisində onunla Cavabdeh3 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, reyestrdə 3M215 nömrə ilə qeyd edilən müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Xaçmaz rayonu, 1 saylı notariat ofisində onunla Cavabdeh3 arasında bağlanmış 08 avqust 2019cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi belə əsaslandırılmışdır: o, X3 ilə birlikdə 01.03.2011-ci il tarixdə «xxxx»MMC-ni təsis etmişlər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilmiş və hər birinin dəy əri 5 manat olmaqla 4 paydan ibarət olmuşdur. Təsisçilərin nizamnamə kapitalında payları aşağıdakı kimi müəyyən edilmişdir.
1. İddiaçı 10 manat, 2 pay, 50%, pul şəklində,
2. X3 -10 manat, 2 pay, 50 %, pul şəklində. Belə ki, Cavabdeh3 ƏliSəftər oğlu arasında Xaçmaz rayonu, 1 saylı notariat ofisində 08 avqust 2019-cu il tarixdə reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh2-nin ona məxsus olan nizamnamə kapitalının miqdarı 10 manat, nizamnamə kapitalında mayaların miqdarı 2 pay 50% payını Cavabdeh3 həqiqi dəyəri ******* (üç milyon) manat olduğu halda 5600 manata satmışdır. Həmin əqd bağlanılan zaman Cavabdeh3 ƏliSəftər oğlu onu aldatmış və müqavilə bağlanandan sonra satdığı payının pulunu 1 ay ərzində ona ödəyəcəyinə söz vermişdir. Lakin, C avabdeh3 bu günə qədər verdiyi vədi yerinə yetirməmişdir. Göründüyü kimi əqd bağlanan zaman o, Cavabdeh3 tərəfindən aldadılmış və cavabdeh ona hədə–qorxu gəlmişdir. O, hal-hazırda şirkətdəki bütün hüquqlarından məhrum olmuşdur. Göründüyü kimi əqd ləğv edilməlidir. O, qeyd olunan müqavilənin ləğv olunması üçün Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə rəsmi qaydada müraciət etmişdir. Lakin, Cavabdeh3 müqavilənin ləğvindən imtina etdiyindən həmin müqavilə ləğv edilməmişdir. Hal-hazırda Cavabdeh3 müqavilənin ləğvindən imtina edir. Ona görə də məcbur olub əqdin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, Xaçmaz rayonu, 1 saylı notariat ofisində onunla Cavabdeh3 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müq avilənin etibarsız sayılması barədə qətnamə çıxarılsın.
5. Şabran Rayon Məhkəməsinin 2(031)-73/2020 saylı, 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, «xxxx» MMC-nə, Cavabdeh3, Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim Çingiz İsgəndərov).
6. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324, 337, 339-cu maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı Nemətulla oğlu apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızad ə) apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2(031)73/2020 saylı, 20 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı Nemətulla oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı Nemətulla oğlu kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır: işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş və mad di hüquq normaları düzgün tətbiq edilməmişdir. Onun satdığı əmlakın dəyəri 3 milyona manatdır. Lakin cavabdeh razılaşdıqları pulu ona ödəməkdən imtina edir. Balansa daxil olan torpaqların ümumi qiymətinin 2-3 milyon manat qiymətləndirilməyi barədə rəy təqdim etsə də məhkəmə verilmiş sübuta qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iştirak etməmişlər. Məhkəmə kollegiyası AR MPMnin 415.3-cü maddəsinə ə sasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
19. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.2. Əqd barəsində mübahisə edildik də əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
23. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
24. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fay da götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
25. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə ü zvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004cü il tarixli qərarına əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı ilə Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı Notariat Ofisində 08 avqust 2019-cu il tarixdə reyestrdə 3M-215 nömrə ilə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı Cavabdeh2-nin ona məxsus olan nizamnamə kapitalının miqdarı 10.00 manat, nizamnamə kapitalında mayaların miqdarı 2 pay olmaqla 50% payını Əliyev X1. Tərəflər Cavabdeh2MMC-nin satılan payını 5600 manata qiymətləndirmişlər.
33. Göründüyü kimi həmin müqavilədə satılan əmlak MMC-də olan, dəyəri 10 manat olan cavabdehə məxsus 50% paydır. İddiaçı israr edir ki, alqı-satqı müqaviləsi aldatma yolu ilə bağlandığı üçün etibarsız hesab olunmalıdır. İddiaçı aldadılmasını onunla əsaslandırır ki, müqavilə bağlayarkən əmlakın dəyəri ilə bağlı cavabdehlə razılığa gəlmiş, müqavilədə qeyd olunan qiymət tərəflərin iradəsinə uyğun olmayan qiymətdir və cavabdeh tərəflərin iradəsi ilə ifadə olunan məbləği ona ödəməmişdir. Lakin, nə 1-ci instansiya məhkəməsində, nə apelyasiya icraatında və nədə, məhkəmə gedişi dövründə tərtib edilmiş müraciətlərdə iddiaçı cavabdehin ona nə qədər pul verməli olması, əqdi bağlayarkən hansı məbləğə razılaşmaları ilə bağlı heç bir sübut təqdim etməmiş, heç bir fikir bildirməmiş, ancaq mövqeyi belə olmuşdur ki, onun əmlakının dəyəri baha olmuşdur. Bu isə aldatmanın nədə ifadə olunmasını istisna edir. Çünki iddiaçının tələbinin yeganə əsası razılaşdıqları dəyərin ona ödənilməməsi ilə bağlıdır.
34. Ona görə işə baxan məhkəmələr haqlı olaraq belə hesab etmişlər ki, iddiaçı müqavilənin etibarsızlığının əsası kimi irəli sürdükləri hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. İddiaçının öz tələbini əsaslandırması da ziddiyyətlidir. O, həm aldadıldığını bildirir və həm də ona göstərilən hədə qorxu təsiri altında əqd bağlanmasına istinad edir. Kassasiya şikayətində də iddiaçı eyni əsaslandırma aparmış və bundan başqa, həm müqavilənin ləğv olunmasını tələb edir və həm də etibarsız hesab olunmasını tələb edir.
36. Nəzərə almaq lazımdır ki, müqavilənin ləğvi ilə etibarsız hesab olunması mülki hüququn başqa-başqa institutlarıdır. Müqavilə bağlandıqdan sonra baş verən hallara istinad olunaraq müqavilənin ləğv olunması tələb oluna bilər. Müqavilə bağlanan anda və yaxud ondan əvvəl baş vermiş hala istinad etməklə müqavilənin etibarsızlığını tələb etmək olar. Eyni zamanda müqavilənin ləğv olunması ilə onun etibarsızlığının hüquqi nəticələri də müxtəlifdir. Beləki, etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur, müqavilə ləğv olunduqdan sonra tərəflərin öhdəliklərinə xitam verilir.
37. Bundan başqa, iddiaçı kassasiya şikayətinin növbəti dəlili kimi işin faktikmi hallarının ətraflı araşdırılmadığını və düzgün qiymət verilmədiyini qeyd edir.
38. Həmin dəlillə bağlı kol legiya qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM-nin 407.2. maddəsi).
39. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə kassasiya instansiyası məhkəməsinə sübut olaraq göndərilmiş sənədlər məhkəmə tərəfindən nəzərə alınmır və alına bilməz.
40. Bundan başqa, kassasiya şikayətində əqdin etibarsızlığı və məhkəmə qətnamələrinin l əğv olunması əsaslarına dair maddi hüquq normaları və onların məzmunu sadalansa da, işə baxan məhkəmələrin həmin normaların tələblərinin hansı əsaslarla pozulması, qeyd olunan normalarının hansı əsaslarla tətbiq olunmaması, məhkəmənin həmin normaları hansı səbəbdən düzgün tətbiq etməməsi ilə bağlı dəlillər yoxdur.
41. Nəzərə almaq lazımdır ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin hissədə şikayət olunan məhkəmə aktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, kas satorun şikayətində pozulması qeyd olunan normaların tətbiqində səhvə yol verilmənin nədə ifadə olunması ilə bağlı heç bir izah yoxdur.
42. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nemətulla oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2632/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.