Məhkəmə qərarları › İş №2(102)-2971/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2971/2020

28.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2971/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndələri X3 və X6, Cavabdeh vəkili X4 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Maraqlı şəxs3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üç üncü şəxs qismində cəlb edilməklə “orderin etibarsız hesab edilməsi və yaşayış sahəsindən hüququn itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) qətnaməsi ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Bakı şəhəri Maraqlı şəxs3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 74 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0224 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada hə ll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə “xxxx” İB-də işə qəbul olunmuşdur. Bakı “xxxx” İB-nin HİK-nin X1 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və Cavabdeh da Bakı şəhəri “xxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə. ünvan 1 ünvanındakı yataqxanalarda yerləşən 74 saylı mənzilə 0224 saylı order əsasında növbəyə durduğundan qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, işlədiyi dövrdə “Bakı “xxxx” İB tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 0224 saylı order əsasında mübahisəli Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 74 saylı mənzili Cavabdeh verilmişdir. Göstərilən mənzildə məskunlaşmış məcburi köçkün ailəsi aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzilə köçürüldükdən sonra cavabdeh order əsasında ona məxsus olan mənzilə köçərək, sahiblik və istifadə etməyə başlamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənaye si Nazirliyinin “xxxx” MMCnin balansında olan məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 sa ylı əlavədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzilkommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısında ünvan 2 ünvanında yerləşən 394 yerlik yataqxana binası da vardır. Cavabdeh hal-hazırda da “xxxx” İB zavodunda işləyir və mübahisəli yaşayış sahəsində yaşayır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 İcraiyyə Komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat m üdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallar da, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndində isə təsbit olunmuşdur ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İstinad olunan maddi hüqu q normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Digər tər əfdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 13 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxı lan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdehə mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxx Zavodudur. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşul an cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Həmçinin kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “boş olmayan yaşayış sahəsinə orderin verilməsi” ilə bağlı iddiaçının əsas dəlilini əsassız hesab etməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Yəni mənzil məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulmuşdur. Göründüyü kimi, qeyd edilən mənzil faktiki olaraq boş olmasa da, hüquqi cəhətdən boş olmuşdur. Çünki, mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulduğundan, zəbt olunmuş sayılır. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində “orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi” dedikdə yaşayış sahəsinin “qanuni” olaraq, yəni “hüquqi cəhətdən” boş olması nəzərdə tutulur. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən “boş olmaması” anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin “boş olması” deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi olaola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Digər tərəfdən, cavabdeh qeyd edilən İB-də mənzil növbəsində olmuş və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi m əhz onun mənzil növbəsində olması ilə əlaqədar olmuşdur. Məcburi köçkün ailəsi tərəfindən həmin mənzilin zəbt edilməsi cavabdehin hüququnu pozsa da, dövlət cavabdehdə ümid yaranması və pozulmuş hüququnun bərpa olması məqsədi ilə müvafiq tədbir görmüşdür. Yəni, məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuş mənzil cavabdehə təklif olunmuş və o, tezliklə məcburi köçkünlərin öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürüləcəklərinə inanaraq bu təkliflə razılaşmışdır. Belə olan halda, iddiaçının istinad etdiyi kimi, mənzillərdə məskunlaşan məcburi köçkünlərin olması cavabdehə orderin verilməsinə mane ola bilməz. Bu baxımdan kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, orderin etibarsız hesab edilməsi hissə sində iddia rədd olunmalıdır. Həmçinin digər iddia tələbləri (cavabdehin mübahisəli yaşayış sahəsinə hüququnun itirilməsi) orderin etibarsız hesab edilməsi barədə tələbdən irəli gələn tələblər olduğundan və iddianın ilk hissəsi rədd edildiyindən həmin tələblər sübutlar araşdırılmadan rədd edilməlidir Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyy əti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar