Məhkəmə qərarları › İş №2(102)-3/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3/2021

20.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: orderin etibarsız hesab olunması və mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13856/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh Bakı “xxxx” İB-də 01.12.1988-ci il tarixdən 25.11.1991-ci il tarixədək işləmiş, sonradan 03.01.2000-ci il tarixdən yenidən işə qəbul olunmuş, hal-hazıradək orada işləyir.

2. Həmçinin iş materiallarından görünür ki, Bakı “xxxx” İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli qərarı ilə Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunmuş və hazırki iş üzrə cavabdeh mənzil növbəsində olduğundan, qeyd edilən təkliflə razılaşmışdır. Buna görə də, xxx ünvanında yerləşən yataqxanada 1-ci giriş, 4-cü mərtəbə, sahəsi 18 kv.mertrlik, 1 otaqlı, 64 saylı mənzili işlədiyi dövrdə 12.12.2 006-cı il tarixli, 0210 saylı order əsasında cavabdehə verilmişdir. Göstərilən mənzildə məskunlaşmış məcburi köçkün ailəsi aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzilə köçürüldükdən sonra cavabdeh order əsasında ona məxsus olan mənzilə köçərək, sahiblik və istifadə etməyə başlamışdır.

3. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 saylı əlavədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzilkommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısın da ünvan 2 ünvanında yerləşən 394 yerlik yataqxana binası da vardır. 4. 07.01.2014-cü il tarixli təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx ilə X arasında təhvil-qəbul aktı tərtib edilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı 26.07.2013-cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” M əhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişətkommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə X balansına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı – cavabdehin Bakı şəhəri, ünvan 3 yataqxana binasının 64 saylı mənzilinə dair qanunsuz olaraq əldə etdiyi 12.12.2006-cı il tarixli, 0210 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına o rderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyininmüvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəb lərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar.Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı şəhəri, ünvan 3 yataqxana binasının 64 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 3 yataqxana binasının 64 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X4, arvadı X2 və X məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 64 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hər əkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda X "xxxx" İstehsalat Zavodunun 12.12.2006-cı il tarixli, 0210 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 64 saylı otaq onun istfadəsinə verildiyindən, həmin otağa 01.04.2018ci ildə qeydiyyata alınmış və ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə güya order verilmiş, qeyd edilən orderin isə "xxxx" İstehsalat birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi ilə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, X tərəfindən 11.02.2019-cu il tarixli, 48 saylı məktubl a "X "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. X "xxxx" zavodu MMC tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 3 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 42 saylı otağa dair Cavabd eh verilmiş 12.12.2006-cı il tarixli 0210 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, X "xxxx" zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin 24.12.1999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası»nın 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi k omissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2 (011)5848/2019 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətna məni onunla əsaslandırmışdır ki, orderin verildiyi zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, iddiaçının cavabdehin adına verilmiş orderin etibarsız hesab edilməsini tələb etməsi əsassızdır.

10. Məhkəmə həmçinin iddiaçının əsas dəlili olan “boş olmayan yaşayış sahəsinəorderin verilməsi” ilə bağlı qeyd edir ki, iddiaçının göstərilən dəlili əsassızdır.

11. Ona görə ki, məhkəmə araşıdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Yəni, mənzil məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulmuşdur.

12. Göründüyü kimi, qeyd edilən mənzil faktiki olaraq boş olmasa da, hüquqi cəhətdən boş olmuşdur. Çünki, mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulduğundan, zə bt olunmuş sayılır.

13. Çünki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində “orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi” dedikdə yaşayış sahəsinin “qanuni” olaraq, yəni hüquqi cəhətdən” boş olması nəzərdə tutulur. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən “boş olmaması” anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin “boş olması” deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir

14. Digər tərəfdən, cavabdeh qeyd edilən İB-də mənzil növbəsində olmuş və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi məhz onun mənzil növbəsində olması ilə əlaqədar olmuşdu r. Məcburi köçkün ailəsi tərəfindən həmin mənzilin zəbt edilməsi cavabdehin hüququnu pozsa da, dövlət cavabdehdə ümid yaranması və pozulmuş hüququnun bərpa olması məqsədi ilə müvafiq tədbir görmüşdür. Yəni, məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuş mənzil cavabdehə təklif olunmuş və o, tezliklə məcburi köçkünlərin öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürüləcəklərinə inanaraq bu təkliflə razılaşmışdır. Belə olan halda, iddiaçının istinad etdiyi kimi, mənzillərdə məskunlaşan məcburi köçkünlərin olması cavabdeh(lər)ə orderlərin verilməsinə mane ola bilməz.

15. Məhkəmə eyni zamanda iddianın “cavabdehin mənzildən çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsassızdır. Məhkəmə araşdırlması zamanı isə cavabdehin mübahisəli mənzildən çıxarılması üçün qanunla müəyyən edilmiş əsasların mövcud olmadığından və mövcud order verilərkən qanunvericiliyin tələbləri pozulmadığından, iddia həmin hissədə də rədd olunmalıdır.

16. Məhkəmə iddia müddətinin tətbiqinə hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddia müddəti aşağıda qeyd olunanlara əsasən tətbiq edilə bilməz.

17. Əvvəla nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzil bu günədək Cavabdeh adına dövlət reyestr xidmətində qeydiyyatından keçməmişdir və bugünədək dövlətin mülkiyyətindədir. İddiaçı öz nizamnaməsinə uyğun olaraq, müstəqil balansında olan dövlət mülkiyyətinə aid edilən bütün əmlakı üzərində sahiblik və istifadə hüququnu həyata keçirir. Belə ki, X dövlət mülkiyyəti ilə bağlı hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq subyek tiv hüququ vardır.

18. Digər tərəfdən məhkəmə hesab edir ki, iddia tələbində orderin etbarsızlığı və mənzildən çıxarılma tələbləri göstərilsə də, iddiaçının tələbi faktiki olaraq cavabdehin dövlətin mülkiyyəti olan mənzilə qanunsuz yiyələnərək zəbt olunmasına, dövlətin mülkiyyətinin qorunmasına və pozulmuş mülkiyyət hüquqlarının bərpasına yönəlmişdir.

19. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun müdafiəsi mülkiyyət münasibətlərinin stabilliyinə dövlət tərəfindən təminatın müəyyənləşdirilməsidir. Bu təminat mülkiyyətçilərə (o cümlədən, dövlətin özünə) dövlətin onların əmlak sahələrinə əsassız müdaxiləsinin qarşısını almaq üçün xüsusi müdafiə verir.

20. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia mahiyyəti üzrə vindikasiya iddiası olduğuna görə və özgənin qanunsuz sahibliyində olan öz əml akını tələb etmək məqsədini daşıdığına görə hazırki işdə iddia müddəti tətbiq oluna bilməz.

21. Məhkəmə öz mövqeyini 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 49, 106, 107-ci, Mülki Məcəllənin 152, 157.2, 384.0.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13856/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(011)- 5848/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qar şı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

33. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. (maddə 48)

34. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bil ər. (maddə 49)

35. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir... (maddə 106)

36. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi veri lməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. (maddə 107) 37. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 saylı sərəncamına əsasən məcburi köçkünlərin 1992- 1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması qaydası”nın 4-cü bəndinə və “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 saylı sərəncamına əsasən, məcburi köçkünlərin yaşadıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi 1992-1994-cü illərdə məskunlaşmış məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərdə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı və təndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır 39. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-cibəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına tapşırılır ki, məcburi köçkünlər öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Mülki Prossesual Məcəllə

40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.(maddə 14.2)

41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

43. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13856/2019 nömrəli iş üzrə 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar