Məhkəmə qərarları › İş №2(102)-3544/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3544/2020

04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3544/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” X5 Cəmiyyəti və Bakı şəhəri Maraqlı şəxs3 İddia tələbi: orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi Açar sözlər: orderin etibarsızlığı, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının nümayəndələri X1, X4 və iddiaçının vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3093/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri, XXX rayonu, XXXküçəsi, 4 saylı ünvanda yerləşən 1968-ci ildə inşa edilmiş beş mərtəbəli, iki girişli yataqxana binası əvvəllər “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC-nin balansında olmuş, xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2 013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən XXX rayonu, XXXküçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti m əskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına görə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, XXX rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxx ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavo du MMC tərəfindən XXXnə ünvanlanan 02/47 saylı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “xxxxxxxxxxxxxxx” zavodu tərəfindən Bakı şəhəri, XXX rayonu, XXXküçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərindəolan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, XXX rayonu, XXXküçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat XXX (bundan sonra – iddiaçı) (Əmlak Mə sələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” X5 Cəmiyyəti və Bakı şəhəri Maraqlı şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən yataqxana binasının 92 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair cavabdehə verilmiş xx.xx.2006-cı il tarixli, 0225 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhv il verilməmişdir. Cavabdeh, iddiaçıya müraciət edərək mübahisəli otağa adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli otaqda 1993-cü ildən məcburi köçkünlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi 2018-ci ilin iyul ayında onlar üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh mübahisəli otağı əldə etmək məqsədilə onun qapısını bağlamış, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli, 0225 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə mübahisəli mənzil onun istifadəsinə verildiyindən həmin ünvana xx.xx.2014-cü il tarixdə qeydiyyata alınm ışdır. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan otaq onun istifadəsinə verilmişdir. Hazırda cavabdeh başqa mənzildə qeydiyyatda olmaqla yaşayır. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan otağa dair cavabdehə verilmiş orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən cavabdehin adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Bakı Şəhəri XXX Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5853/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-3093/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarına xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 33, 48, 49-cu maddələrini və 107-ci maddəsinin ikinci bəndini tətbiq edərək qeyd etmişdir ki, həmin mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanunil iyini mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin MPM-in 50.3-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, mübahisələndirilən order “xxxxxxxxxxxxxxx” İB tərəfindən tərtib olunmuşdur. Ona görə də həmin orderin qanunsuz verilməsi və etibarsız sayılmasına dair iddia cavabdeh qismində Cavabdeh deyil, adı çəkilən Birliyə qarşı yönələ bilər. Başqa sözlə, Cavabdeh tələbə cavab verməli olan şəxs sayılmır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli baxılmış, iddia tələbi ilə əlaqədar hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar digər sübutlarla yanaşı qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılmışdır. Məhkəmə işə baxarkən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin; Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) xx xxxxxxx 1983-cii il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşıla şdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın; "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə); xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48, 85-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X6, X8 və iddiaçının vəkili X7 ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunması nı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tər əfindən order verilir (107-ci maddənin ikinci bəndi). MPM. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (maddə 54.1). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya səvh tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə yata qxanada mənzil sahəsi verilməsinə əsas olmuş hüquq müəyyənedici sənəd mübahisələndirilmədən orderin etibarsızlığı tələbinin əsassız olduğu, həmçinin iş üzrə iddia tələbinin əsl olmayan cavabdehə qarşı verildiyi barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmasını qanuni hesab edir. Qeyd olunan əsaslar iddia tələbinin mahiyyətinə hüquqi qiymət verilmədən iddianın rədd olunması üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması üçün istinad etdiyi digər məsələlər, habelə kassasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kollegiya nəzərə alır ki, MPM-in 418.3-cü madəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3093/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar