Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2974/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli 2(103)11863/2018 saylı qətnaməsindən İddiaçı Mesdan oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-1759/2018) İddiaçı Mesdan oğlunun Cavabdeh qarşı uşağın atanın himayəsinə verilməsi və alimen tin ödənişinin dayandırılması tələbinə dair iddiası qismən təmin edilərək 07 yanvar 2004-cü il təvəllüdlü X2 İddiaçı Mesdan oğlunun himayəsinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi uşağın atasının himayəsinə verilməsinə dair hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 11 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi rayon məhkəməsi nin 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə aliment tutulmuş (cəmi 234 manat), həmin məhkəmənin 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmışdır. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızı Nin yanında yad kişilərlə görüşməsi ilə əlaqədar qızının yanına gəlib onunla yaşamaq istəməsini bildirməsini əsas göstərməklə qızı Xədicənin anasından alınaraq onun himayəsinə verilməsi və Xədicəyə görə ondan alimentin tutulmasının dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehin uşaqların tərbiyəsi ilə məşğul olmamaqla yüngül həyat tərzi keçirməsini, lakin apellyasiya insta nsiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qızı Nin onun himayəsinə verilməsinə dair İddiaçı iddiasını rədd edərkən uşaqların biri-birindən ayrı olmaqla hərəsinin bir valideyndə saxlanılmasının məqsədəmüvafiq olmamasını, yetkinlik yaşı ərəfəsində olan Nin ana qayğısına daha çox ehtiyacının olmasını və göstərilən vəziyyətdə uşağın anasından alınaraq atasının himayəsinə verilməsi üçün ciddi əsasların olmamasını, iddiaçının dəlillərinin, qəyyumluq və himayəçilik orqanının uşağın atanın himayəsinə verilməsinə dair rəyinin iddianın həmin hissədə təmin edilməsi üçün əsas olmamasını əsas göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 60-cı maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə uşaqların tə rbiyəsi, sağlamlığı, fiziki, mənəvi inkişafı ilə bağlı bütün məsələlərin həllində onların mənafeləri gözlənilməlidir. Kollegiya uşağın anasının yanında saxlanılması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni uşağın mənafeyinə uyğun sayır və hesab edir ki, qətnamə qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2974/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2974/2019
24.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver