Məhkəmə qərarları › İş №2(102)-2982/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2982/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2982/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:işgüzar nüfuzun müdafiəsi barədə 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)11568/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qa rşı iddia qaldıraraq, cavabdehin onun barəsində ona borcunun olması və yüksək vəzifəli şəxs olduğuna görə ona hədəqorxu gəlməyi barədə Ədliyyə Nazirinə ünvanladığı, barəsində yazdığı şikayətlərdə yayılan məlumatların onun işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmçinin cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeliyində olan 4 saylı Cəzaçəkm ə müəssisəsinin rəisi vəzifəsində işləyir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh onun barəsində Ədliyyə Nazirinə ərizə ünvanlayaraq, penitensiar xidmətdə işə başlamamışdan əvvəl onunla biznes əlaqələrinin olduğunu, həmin biznes əlaqəsi zamanı evini girov qoyaraq bankdan kredit götürdüyünü, ondan pul aldığını və aldadaraq qaytarmadığını, hazırda evinin girovda olduğunu, biznesinin batdığını, ona heç bir köməklik etmədiyini, borcdan və məsuliyyətdən imtina etməklə vəzifəsindən sui-istifadə etdiyini göstərib, ona köməklik göstərməsini xahiş edib. Göründüyü kimi, iddiaçı cavabdehin onun barəsində müxtəlif dövlət orqanlarına eyni məzmunlu ərizələr yazaraq onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını bildirsə də, mülki iş materiallarında bu barədə heç bir sübut yoxdur və işə yalnız cav abdehin Ədliyyə Nazirinə ünvanladığı ərizənin surəti əlavə edilib və digər orqanlara oxşar məzmunlu müraciətlərin edilməsi mülki iş materialları ilə müəyyən edilmir. İddiaçı sözügedən ərizədə işlədilən və yuxarıda göstərilən ifadələrin onun işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar olduğunu əsas göstərərək işgüzar nüfuzunun müdafiəsinə dair hazırki iddianı qaldırıb. Lakin, cavabdehin ərizəsində göstərilən sözügedən məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və cavabdehdən onun xeyrinə mənəvi zərərə 1.000 manat pulun tutulması üçün əsaslar yoxdur. Belə ki, hazırki işdə cavabdeh tərəfindən Ədliyyə Nazirinə ünvanlanan ərizə onun öz konstitusion hüququndan istifadə edərək dövlət orqanının vəzifəli şəxsinə edilmiş müraciəti olduğunda n, həmin müraciətdə əks olunan məlumatlar işgüzar nüfuzu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Beləliklə, Mülki Məcəllənin 23-cü maddəsində göstərilən zəruri şərtlərdən biri (müraciətdəki məlumatların işgüzar nüfuzu ləkələyən məlumatlar olmaması) mövcud olmadığından, cavabdehin işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddiası əsaslı hesab edilə bilməz. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 23-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 26-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinə əsasən, şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 57-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müracətlər göndərmək hüququ vardır. Həmin Maddənin İİ bəndində göstərilir ki, tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Konstitusiyanın 68-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibə tdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olmadığını sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci ma ddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya intansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeliyində olan 4 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh onun barəsində Ədliyyə Nazirinə ərizə ünvanlayaraq, penitensiar xidmətdə işə başlamamışdan əvvəl onunla biznes əlaqələrinin olduğunu, həmin biznes əlaqəsi zamanı evini girov qoyaraq Bankdan kredit götürdüyünü, o ndan pul aldığını və aldadaraq qaytarmadığını, hazırda evinin girovda olduğunu, biznesinin batdığını, ona heç bir köməklik etmədiyini, borcdan və məsuliyyətdən imtina etməklə vəzifəsindən sui-istifadə etdiyini göstərib, ona köməklik göstərməsini xahiş edib. Mülki qanunverciliyə görə, şərəf, ləyaqət və işgüzar nüfuz şəxsi xarakterli qeyriəmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə- şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbə t ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf- şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. İşgüzar nüfuz isə işgüzarlıq və professionallıq baxımından şəxsin yaxşı (müsbət) və qüsurlu (mənfi) keyfi yyətləri barədə yaranmış ictimai rəyə deyilir. Şərəf, ləyaqət və işgüzar nüfuz biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Məhz Konstitusiyanın 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə- hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Mülki Mə cəllənin 23-cü maddəsində isə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüquqlarının bərpa edilməsinin aşağıdakı üsulların köməyi ilə qorunması və müdafiə olunması nəzərdə tutulub: zərərin əvəzinin ödənilməsi; mənəvi zərərin kompensasiyası; hüquqları pozan hərəkətlərin qarşısının alınması; təkzibetmə; yayılmış məlumatların məhkəmə tərəfindən yalan məlumat kimi tanınması; cavabı dərc etmə və sair. Eyni zamanda, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 07 saylı Qərarının 03-cü bəndində göstərilir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barə sində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Bu baxımdan, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidirlər: məlumatın şəxsin şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Nəzərə alamaq lazımdır ki, şəxs barəsində məlumatların yayılması faktı- şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə şərtlərindən biridir. Başqa sözlə, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddianın təmin edilməsi üçün şəxs barədə məlumatlar yayılmış olmalıdır. Məlumatın yayılması dedikdə- onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir. Daha sonra, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə- məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunverciliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldır və şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə olunmasının üçüncü şərtiyayalmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf, ləyaqət və işgüzar alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə- ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda təkzib olunması tələb olunan məlumatların iddiaçının ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması ilə bağlı apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə Mülki Məcəllənin 23-cü maddəsinin yuxarıda şərh olunan tələblərinə tam cavab verir. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Konstitusiyanın 26-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun; Konstitusiyanın 57-ci maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək hüququnun; Konstitusiyanın 68-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququnun olmasını, habelə Konstitusiyanın 57-ci maddəsinin İİ bəndinə əsasən tənqidə görə təqibin qadağan edilməsini və hazırki halda cavabdehin sözügedən ərizəni yazmaqda niyyətinin iddiaçının işgüz ar nüfuzunu ləkələməkdən ibarət olmadığını, sadəcə olaraq cavabdehin ondan pul alıb qaytarmadığını iddia edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin onun barəsində müxtəlif dövlət orqanlarına eyni məzmunlu ərizələr yazaraq onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını bildirsə də, mülki iş materiallarında bu barədə heç bir sübut yoxdur və işə yalnız cavabdehin Ədliyyə Nazirinə ünvanladığı ərizənin surəti əlavə edilib və digər orqanlara oxşar məzmunlu müraciətlərin edilməsi isə mülki iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi cavabdehin ərizəsində göstərilən sözügedən məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndir ilməsi və cavabdehdən onun xeyrinə mənəvi zərərə 1.000 manat pulun tutulması üçün əsaslar olmayıb. Belə ki, hazırki işdə, cavabdehin Ədliyyə Nazirinə ünvanladığı ərizəsi onun öz konstitusion hüququndan istifadə edərək dövlət orqanının vəzifəli şəxsinə edilmiş müraciəti olduğundan, həmin müraciətdə əks olunan məlumatlar işgüzar nüfuzu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Çünki, Mülki Məcəllənin 23-cü maddəsində göstərilən zəruri şərtlərdən biri (müraciətdəki məlumatların işgüzar nüfuzu ləkələyən məlumatlar olmaması) mövcud olmadığından, cavabdehin işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddiası əsaslı hesab edilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunl u olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-11568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar