Məhkəmə qərarları › İş №2(102)-2984/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2984/2019

29.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2984/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2018-ci il tarixli 2(103)12289/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 27.06.2018-ci il tarixli 2(003)-108/2018 nömr əli qətnaməsi ilə İddiaçı Cavabdeh Dünyar oğluna qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı xeyrinə 3113 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh Dünyar oğlundan tutulması, iş üzrə 75 manat məbləğində ekspertiza xərcinin Cavabdeh Dünyar oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 30.11.2018-ci il tarixli 2(103)-12289/2018 nömrəli qətnaməsi ilə Cavabdeh Dünyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrəBakı şəhəri Xəzər rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli 2(003)-108/2018 nömrəli qətnaməsinin Cavabd eh Dünyar oğluna münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmasıqət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində ona dəymiş 3937 manat məbləğində maddi zərər, evakuasiya xidməti üçün 30 manat, DİN-in birdəfəlik dayanacaq haqqı kimi verilmiş 11 manat və ödəvlət rüsumu kimi ödənilən 30 manat olmaqla, cəmi 4008 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə zərər məbləği ilə bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24.04.2018-ci il tarixli rəyinə görə iddiaçının avtomobilinin təmir xərci 1673 manat təşkil etmiş, ekspert rəy verərkən iş materiallarında olan X2 Departamentinin yekun aktına istinad etmiş, məhkəmə zamanı İddiaçı 2 əlavə qaimə təqdim etmiş, qaimələrdə göstərilən detallar servis tərəfindən verilmiş yekun aktında da göstərilmiş, lakin məhjkəmə qaimələrdə göstərilən detalları da qiymətləndirmiş, nəticə etibarilə bir detal və görülmüş iş iki dəfə hesablanmışdır. Bununla da maddi zərər əsassız olaraq şişirdilməklə göstərilmişdir. Bu səbəbdən apelyasiya instans iyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə çıxarmış, cavabdehin üzərinə əsassız olaraq artıq pul məbləği qoymuşdur. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.11.2018ciiltarixliqətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, iş üzrəBakı şəhəri Xəzər rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli 2(003)108/2018 nömrəli qətnaməsinin Cavabdeh Dünyar oğluna münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan “Hyundai Gənclik” Servis departamenti tərəfi ndən verilmiş yekun aktdan görünür ki, «Hyundai Tucson» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2894 manat məbləğində ziyan dəymişdir. İşdə olan “Xəzər Avto” ehtiyyat hissələri mağazası tərəfindən verilmiş 03 mart 2017ci il tarixli qaimə fakturanın surətindən görünür ki, İddiaçı «Hyundai Tucson» markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 678 manat dəyərində ehtiyyat hissələri almışdır. İşdə olan “Furqan Avto” ehtiyyat hissələri mağazası tərəfindən verilmiş 22 fevral 2017-ci il tarixli qaimə fakturanın surətindən görünür ki, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 324 manat dəyərində ehtiyyat hissələri almışdır. İşdə olan birdəfəlik dayanacaq haqqı qəbzinin surətindən görünür ki, «Hyundai Tucson» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilə gör ə 11 manat dayanacaq haqqı ödənilmişdir. İşdə olan “xxxx” MMC-nin 14 fevral 2017-ci il tarixli qəbzindən görünür ki, «Hyundai Tucson» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin daşınması üçün 30 manat xidmət haqqı ödənilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İnzibat Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilmişdir. İşdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 aprel 2018-ci il tarixli, 7675 saylı rəyindən görünür ki, “Hyundai Gənclik” Servis departamenti tərəfindən verilmiş yekun aktda olan ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlara əsasən təzə avtohissələrin qiyməti nəzərə alınmaqla 2008-ci il buraxılışlı «Hundai Tucson» markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 fevral 2017-ci il tarixə təmir-bərpa xərci 2070 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 1290 manat, təmir-bərpa işlərinin qiyməti 780 manat. 2008-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 fevral 2017-ci il tarixə təmir-bərpa xərci köhnəlmə faizi nəzərə alınmaqla 1673 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti 893 manat, təmirbərpa işlərinin qiyməti 780 manat. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara, yəni maddi ziyanın məbləği ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxış ı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. Cavabdeh ona daha artıq maddi ziyan hesablandığını iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da cavabdeh tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Həmçinin apelyasiya kollegiyası qeyd etmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 aprel 2018-ci il tarixli, 7675 saylı rəyində 2008-ci il buraxılışlı «Hyundai Tucson» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 fevral 2017-ci il tarixə təmir-bərpa xərci köhnəlmə faizi nəzərə alınmaqla 1673 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 893 manat, təmir-bərpa işlərinin qiyməti isə 780 manat müəyyən edildiyini göstərsə də, iddiaçı cavabdehdən atomobilə vulumuş zərərə görə çəkdiyi xərcin əvəzini istəyir. Bu məbləğ dəyişdirilmiş ehtiyat hissələrinin və görülmüş təmir işlərinin qiymətini əhatə edir. Ekspertiza rəyi ilə bu detalların və görülmüş təmr-bərpa işlərinin qiyməti nəzəri hesablama yolu ilə azaldılsa da, təmir bərpa işlərinin dəyərinə köhnəlmə faizi tətbiq edilə bilməzdi. Çünki, iddiaçı cavabdehdən ona vurulmuş real zərərin, yəni çəkdiyi xərcin əvəzini tələb etmişdir. Mülki Məcəlləsinin 1096.1 maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsi rli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1 maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.11.2018-ci il tarixli 2(103)-12289/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar