Məhkəmə qərarları › İş №2(102)-2984/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2984/2021

21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2984/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: aliment tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3519/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflər 25 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha girmiş, həmin nikahdan bir uşaqları olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq anası İddiaçı yanında saxlanılmaqla uşağa görə atası Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşağın saxlanılmasında Cavabdeh ona heç bir maddi yardım göstərməməsini əsas göstərməklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehdən uşağın saxlanılması üçün onun xeyrinə hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tu tulmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2337/2020 saylı, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: T.Ş.Qocayev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün onun xeyrinə hər ay 200 manat məbləğində alimentin tutulması qət edilsə də, cavabdehlə barışdığı üçün sonuncunun təklifi ilə ondan alimentin tutulmaması ilə bağlı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ərizə verməsini və bununla əlaqədar ona aliment ödənməməsini, lakin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədən iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3519/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(043)-2337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmas ına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də alimen t verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.1.) Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh tərəfindən məhkəmənin qətnaməsi ilə ondan tutulmalı olan alimenti ödəməməsini əsas göstərmişdir. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh məhkəmənin qətnaməsi ilə hər ay 200 manat olmaqla tutulması qət olunmuş alimenti uşağın 18 yaşı tamam olana qədər əvvəlcədən birdəfəlik ödəmiş və İddiaçı Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək alimentin tam ödənilməsini əsas göstərməklə 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsi məmurunun 03 mart 2020-ci il tarixli qərarı ilə alimentin tam ödənilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh 15 avqust 2019-cu il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment öhdəliyini əvvəlcədən icra etməklə həmin icra sənədi üzrə icra olunmamış öhdəliyi qalmadığından, kollegiya iddia tələbinin əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehdən yenidən uşağa görə alimentin tutulması ər-arvadın aliment öhdəliklərini müəyyən edən qanunun tələblərinə uyğun olmadığından iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəh bər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3519/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar