Məhkəmə qərarları › İş №2(102)-2989/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-2989/2020

03.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2989/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ 31 mart 2020-ci il İŞ № 2(102)-2989/2020 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, İddiaçı1 Cavabdeh1 qarşı “aliment” iddiasına dair mülki işin məhkəmə aidiyyətini yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “aliment” iddiasına dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilib. Eyni zamanda, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “aliment” iddiasına d air mülki iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Ali Məhkəməyə göndərilib. Mülki iş materiallarını öyrənib hesab edirəm ki, aşağıdakılara görə İddiaçı1 Cavabdeh1 qarşı “aliment” iddiasına dair mülki işin kassasiya qaydasında icraata qəbul edilməsindən imtina edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsi, iddiaçının rəsmi qeydə alındığı ünvanın Xaçmaz rayonu olduğunu, faktiki olaraq kirayə müqaviləsi bağlamadan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 01 saylı evdə kirayədə yaşadığını, cavabdehin isə rəsmi qeydə alınmaqla Xaçmaz rayonu, Müşkür kəndində yaşadığını əsas tutub, mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndəri b və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 31.1, 35.1, 36.3 və 45.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Xaçmaz rayon məhkəməsi isə, iddiaçının aliment tələbinə dair hazırki iddia ərizəsi ilə yaşadığı yer üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə düzgün müraciət etdiyini, aidiyyət qaydalarına əməl etməklə məhkəmənin mülki işi öz icraatına qəbul etdiyini, prosessual qanunverciliyə görə sonradan Xaçmaz rayon məhkəməsinə aid olsa da, hazırki işə mahiyyəti üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsində baxılmalı olmasını və mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar işdə iştirak edən şəxslər tərəfindən hər hansı vəsatətin verilməməsini əsas tutub, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, mülki işi məhkəmə aidiyyəti məsələsinin həll edilməsi ü çün Ali Məhkəməyə göndərib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 35.1, 36.3, 44.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Göründüyü kimi birinci instansiya məhkəmələri arasında əslində məhkəmə aidiyyəti ilə bağlı deyil, ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yaranmışdır. Əvvəla, Azərbaycan Respublikası MPM-nin 3-cü fəslində məhkəmə aidiyyətindən, 4-cü fəslində isə ərazi aidiyyətindən bəhs olunur və bunlar fərqli anlayışlardır. Məhkəmə aidiyyəti, yəni mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, MPM-nin tələblərinə müvafiq olaraq müəyyən edilir (MPM-nin 24.2-ci maddəsi). İşdə iştirak edən şəxsləri n subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə hazırki mülki işə ümumi məhkəmədə baxılmalıdır, yəni hazırki mübahisənin kommersiya məhkəməsinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, MPM-nin 32.7-ci maddəsində göstərilir ki, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 403-1-ci maddəsində isə, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılmasının prosessual qaydası müəyyən edilib göstərilib. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu madədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ərazi aidiyyəti üzrə ümumi məhkəmələr arasında deyil, məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə ilə kommersiya məhkəməsi arasında fikir ayrılığı yarandığı hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki halda Xaçmaz rayon məhkəməsi mülki işi ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Ali Məhkəməyə göndərərkən, məhkəmə aidiyyəti ilə, ərazi aidiyyətini biri-birindən ayıra bilməmiş və onların fərqli anlayışlar olmaqla, ərazi aidiyyətinə dair məhkəmələr arasında yaranmış fikir ayrılığının MPM-nin 32.7-ci maddəsinin tələblərinə əsasən deyil, həmin Məcəllənin 45.5, 45.5-ci maddələrinin tələbləri ilə tənzimlənməsini nəzərə almamışdır. Belə ki, həmin maddələrin mənasına görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi prosessual qanunvercilikdə ərazi aidiyyəti nə dair məhkəmələr arasında fikir ayrılığı yarandığı hallarda mülki işin baxılması üçün bir məhkəmədən digərinə verilməsi kassasiya instansiyası məhkəməsinin deyil, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Ona görə də hazırki mülki işin kassasiya qaydasında icraata qəbul edilməsindən imtina edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı1 Cavabdeh1 qarşı “aliment” iddiasına dair mülki işin kassasiya qaydasında icraata qəbul edilməsindən imtina edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Xaçmaz rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar