Məhkəmə qərarları › İş №2(102)-2994/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2994/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2994/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli 2(103)-9816/2018 saylı qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-6828/2017) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta məbləğinin, dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)-46/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, A.K.Kalbalıyev və V.Ə.İbayev, iş № 2(102)-4330) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qayd asında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyana (sığorta ödənişinə) görə 38.900,7 manat və gecikdirilmiş sığorta ödənişinə görə dəbbə pulu üçün 3000 manat, cəmi 41.900,7 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: 07 iyun 2016-cı il tarixli Əmlak Sığortası Şəhadətnaməsi ilə ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus ümumi sahəsi 3444,8 kv.metr olan qeyri-yaşayış sahəsi 2.016.065,66 manat məbləğində “xxxx” ASC tərəfindən sığortalanmışdır. 13 avqust 2016-cı il tarixdə həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən “Biq Store” supermarketində yanğın baş vermiş və nəticədə ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin sahibi İddiaçı külli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi müstəntiqinin 17 oktyabr 2016-cı il tarixli qərarı ilə yanğın hadisəsi ilə əlaqədar cinayət işinin başlanmasından imtina olunmuşdur. 2017-ci ilin may ayında İddiaçı “xxxx” ASC –yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin sığorta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməkdən düzgün olmayaraq boyun qaçırmasını əsas göstərməklə Mülki Məcəllənin 896, 934.2 və s. maddələrinə əsasən cavabdehdən o nun xeyrinə sığorta ödənişinə görə 79.222,0 manat, ödənişin verilməsinin hər gecikdirilmiş gününə görə (242 günə) 0,1 faiz olmaqla dəbbə pulu kimi 19.171,24 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 108.423,24 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının əmlakının qismən, 33,45% hissəsində sığortalandığı üçün ASC-nin iddiaçı qarşısında öhdəliyinin cəmi 26.499 manat təşkil etməsini, Mülki Məcəllənin 898-ci maddəsinə müvafiq olaraq hazırkı sığorta işi üzrə şərti azadolma məbləğinin 40.321 manat olmasını və belə vəziyyətdə iddiaçıya heç bir sığorta ödənişinin verilməli olmamasını əsas göstərməklə qətnamənin iddi a tələbinin təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddiaçı kassasiya şikayəti verərək iddianın rədd olunmuş hissəsində qətnamənin ləğv olunub iddia tələbinin tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Müəyyən olunmuşdur ki, iddiaçıya məxsus sığortalı qeyri yaşayış sahəsinin yanğına məruz qalması nəticəsində ona 79.222 manat məbləğində zərər dəymişdir və işin bu halı tərəflər arasında mübahisə olunmamışdır. Tərəflər arasında mübahisə doğuran məsələ əmlakın qismən və ya tam sığorta olunmasıdır. Sığorta şirkəti əmlakın qismən sığorta olunmasını və sığorta məbləğinin (26.449 manat) şərti azadolma məbləğindən (40.321 manat) az olmasını əsas göstərməklə hesab edir ki, sığorta ödənişinin verilməsi üçün əsaslar yoxdur. İddiaçı hesab edir ki, onunla sığorta şirkəti arasında qismən deyil, tam sığorta müqaviləsi bağlandığından ona dəymiş ziyan (79.222 manat) və sığorta ödənişinin gecikdirilməsi üçün dəbbə pulu (hər gecikdirilmiş gün üçün 0,1 faiz) tam həcmdə ödənilməli və eyni zamanda mənəvi ziyana görə 10.000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896-cı maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta bar ədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.(896.1) Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.(896.2) Sığorta şirkəti iddiaçı ilə qismən sığorta müqaviləsinin bağlanmasını iddia etsə də, işdə olan Əmlak sığortası şəhadətnaməsində qismən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən heç bir müddəa yoxdur. (i/v 22) Şəhadətnamənin xüsusi şərtlər bölməsində “sığorta hadisəsi zamanı əmlakın sığorta məbləği onun sığorta dəyərindən (bazar dəyərindən və ya bərpaolunma dəyərindən az olduğu halda (qismən sığorta halında)) sığorta zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətdə ödəyir” barədə göstərilənlər müqavilənin qismən sığorta şərti ilə bağlanması nəticəsinə gəlmək üçün əsas vermir. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəflər arasında tam sığorta müqaviləsinin bağlanması barədə nəticəyə gələrək iddianı qismən təmin etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının haz ırkı iş üzrə olan 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar