Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2995/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi X5 və vəkili X4 iştirakları ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəriSəbail Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev; 2(009)-1638/2018) iddia təmin edilmiş, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 3957,63 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3897,63 (üç min doqquz yüz səksən yeddi manat altmış üç qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:F.Ş.Talışınski (sədrlik edən və məruzəçi) İ.S.Şirinov və R.Ə.Eyvazov; 2(103)-7656/2018) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 3547, 63 manat sığorta ödənişinin tutulması və ekspertiza xərci olan 120 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3957,63 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun, cəmi 3987,63 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC –nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10.09.2016-cı il tarixdə «Kia Rio» markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Lermontov küçəsi ilə Xanlar küçəsinin kəsişməsində yol-nəqilyyat hadisəsi törətmiş və nəticədə «xxxx» ASC-də ********* saylı şəhadətnamə ilə sığortalanmış «Kia Cerato» markalı, ** *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd o lunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 8757,63 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Səbail RPİ DYPŞ-nin «xxxx» ASC-yə təqdim etdiyi 01.05.2017-ci il tarixli, *************** saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqilyyat hadisəsi ilə bağlı Səbail RPİ DYPŞ-dən ünvanlarına 15.09.2016-ci il tarixli, KYP ************ saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Qeyd etmək istəyirlər ki, hadisə baş verdiyi an Cavabdeh idarə etdiyi «Kia Rio» markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil «Avtonəqliyyat vas itəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «xxxx» Sığorta şirkəti ASC-də sığortalı olmuşdur. 10.09.2016-cı il tarixdə Cavabdeh tərəfindən idarə edilən «Kia Rio» markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobili «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə «xxxx» Sığorta Şirkəti ASC tərəfindən 4800 manat məbləğində pul vəsaiti şirkətə ödənilmişdir. Vurulmuş zərərin Cavabdeh mülki məsuliyyətini sığortalamış sığortaçının öhdəliyindən artıq olan 3957,63 manat həcmində hissəsinin əvəzinin ödənilməsi vəzifəsi hüquq pozuntusnu törətmiş şəxs olaraq cavabdehin üzərinə düşür. Qeyd olunanlara əsasən «xxxx» ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 8757,63 manat sığorta ödənişi məbləğində pul vəsaitinin 3957,63 manat həcm ində olan hissəsini cavabdehdən tələb etmək hüququna malikdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 6,9.1, 14,77,88,103.1, 184.4,217-ci maddələrinin tələblərinin, prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. İddiaçı «xxxx» ASC kassasiya şikayətinə etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelly aisya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh, nümayəndəsi X8 və vəkili X6 kassasiya şikayətinə uyğun izahat verərək şikayətinin təminedilməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən «xxxx» ASC tərəfindən verilmiş MB********** sığorta şəhadətnaməsinə əsasən H6 məxsus «Kia Cerato» markalı ** *** dövlət nömrə nişanlı avtomaşın 5 il müddətinə, 17.12.2013-cü ildən 17.12.2018-ci il tarixədək «Avtokasko» növü üzrə sığortalanmışdır. Şərti azad olma 200 manat müəyyən edilmişdir. Səbail RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 15.09.2015-ci il tarixli MYP*********** seriyalı inzibati xəta haqqında protokola və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən Cavabdeh 10.09.2016-c ı il tarixdə idarə etdiyi «Kia Rio» markalı ** *** dövlət nömrə nişanlı avtoamşınla Termontov küçəsi ilə hərəkət edərkən manevr qaydasını pozmuş və nəticədə «Kia Cerato» markalı ** *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. AR DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Kia Cerato» markalı **** dövlət nömrə nişanlı avtomaşın H6 adına qeydiyyata alınmışdır. AR DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Kia Rio» markalı ** *** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. 01.12.2011-ci il tarixli etibarnaməyə əsasən X3 «Kia Rio» markalı ** *** dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi ilə bağlı 17.09.2019-cu il tarixədək Cavabdeh oğulna səlahiyyət vermişdir. 12.09.2016-cı il ta rixli hesablama Aktına əsasən «Kia Serato» markalı ** ** dövlət nömrə nişanlı avtomaşının təmiri üçün 9818,10 manat məbləğində pul hesablanmışdır. «xxxx» ASC tərəfindən verilmiş 12.01.2017-ci il tarixli ************ saylı sığorta aktına əsasən H6 məxsus «Kia Serato» markalı ** *** dövlət nömrə nişanlı avtomaşına dəymiş yekun zərər məbləği 8957,63 manat məbləğində müəyyən edilmişdir. Yekun sığorta ödənişi (200 manat azadolma çıxılmaqla) 8757,63 manat məbləğində müəyyən olunmuşdur. 14 iyun 2017-ci il tarixdi 3857 saylı ödəniş tapşırığına əsasən «xxxx Sığorta» ASC tərəfindən «xxxx» ASC-yə 12.06.2017-ci il tarixli ********** saylı sığorta aktına əsasən 4800 manat sığorta ödənişi həyata keçirilmişdir. «xxxx» ASC tərəfindən verilmiş 12.01.2017-ci il tarixli kassa məxaric orderinə əsasən H6 sığor ta hadisəsi ilə bağlı 8757,63 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə-avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının ********** №-li 09 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, Kia Rio markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobilin bütünlükdə hansı hissələrinin zədələnməsini müəyyən etməyin mümkün olmadığı, nəzəri hesablama yolu ilə, iş materiallarında olan məlumatlara əsasən 2013-cü il istehsalı olan, "Kia Cerato" markalı ** *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcinin hadisə baş verən günə təxminən 9408,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 7468,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1940,00 manat müəyyən edildiyi qeyd edilmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəy yən etmişdir ki, 14 iyun 2017-ci il tarixdi****** saylı ödəniş tapşırığına əsasən «xxxx Sığorta» ASC tərəfındən «xxxx» ASC-yə 12.06.2017-ci il tarixli ******* saylı sığorta aktına əsasən 4800 manat sığorta ödənişi həyata keçirilmişdir «xxxx» ASC tərəfındən verilmiş 12.01.2017-ci il tarixli ************ saylı sığorta aktına əsasən H6 məxsus «Kia Serato» markalı ***** dövlət nömrə nişanlı avtomaşına dəymiş yekun zərər məbləği 8957,63 manat məbləğində müəyyən edilmişdir. Yekun sığorta ödənişi (200 manat azadolma çıxılmaqla) 8757,63 manat məbləğində müəyyən olunmuşdur (səh.13), «xxxx» ASC tərəfındən verilmiş 12.01.2017-ci il tarixli kassa məxaric orderinə əsasən H6 sığorta hadisəsi ilə bağlı 8757,63 manat məbləğində sığorta ödənişi verilmişdir 12.09.2016-cı il tarixli hesablama Aktına əsasən «Kia Serato» markalı ** *** dövlət nömrə nişanlı avtomaşının təmiri üçün 9818,10 manat məbləğində pul hesablanmışdır «xxxx» ASC tərəfındən verilmiş MB********** sığorta şəhadətnaməsinə əsasən H6 məxsus «Kia Cerato» markalı ** SZ *** dövlət nömrə nişanlı avtomaşm 5 il müddətinə, 17.12.2013-cü ildən 17.12.2018-ci il tarixədək «Avtokasko» növü üzrə sığortalanmışdır. Şərti azad olma 200 manat müəyyən edilmişdir Səbail RPİ DYPŞ-nin əməkdaşı tərəfındən tərtib edilmiş 15.09.2016-cı il tarixli KYP ******** seriyalı inzibati xəta haqqında protokola və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən Cavabdeh 10.09.2016-cı il tarixdə idarə etdiyi «Kia Rio» markalı ***** dövlət nömrə nişanlı avtomaşınla Lermontov küçəsi ilə hərəkət edərkən manevr qaydasını pozmuş və nəticədə «Kia Cerato» markalı ** *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. 15.09.2016-cı il tarixli inzibati xəta haqqına qərarla təsdiq edilmişdir ki, 10.09.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli hesab olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir.Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Kia Cerato» markalı ***** dövlət nömrə nişanlı avtomaşm H6 adına qeydiyyata alınmışdır 01.12.2011-ci il tarixli etibarnaməyə əsasən X3 «Kia Rio» markalı ***** dövlət nömrə nişanlı avtomaşının idarə edilməsi ilə bağlı 17.09.2019-cu il tarixədək Cavabdeh oğluna səlahiyyət vermişdir Azərbaycan Respublikası DİN BDYPİ tərəfındən verilmiş nəqilyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Kia Rio» markalı ** *** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır (səh.23), «xxxx» ASC-nin AS-******* №li 30.11.2017-ci il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətinə əsasən cavabdehin idarə etdiyi “Rio» markalı ** *** dövlət nömrə nişanlı avtomaşın 10.09.2016-cı il tarixdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. Baş vermiş hadisə ilə əlaqədar «xxxx» Sığorta Şirkəti tərəfındən «xxxx» ASC-yə 4800 manat sığorta ödənişi həyata keçirilmiş və hal-hazırda ödənilməyən ziyan məbləği 3957,63 (8757,63 - 4800=3957,63 ) manat təşki edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamə maddi hüquq normalarına uyğun çıxarılmış olsada, iş üzrə ekspertiza rəyi ilə apellyasiya şikayətində göstərilən (zərərin düzgün hesabla nmaması barədə) dəlillər qismən öz təsdiqini tapdığından prosessual hüuquq normaları (sübutların mötəbərliyi) baxımından ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsaslı sayılmalı və iddiaçının təqdim etdiyi hesabat üzrə təmir-bərpa işləri üzrə 9818 manat məbləğdən ekspert rəyi ilə müəyyən edilən 9408 manat məbləği arasında olan 410 manat məbləğində fərq iddia tələbindən çıxılmalı və cavabdehdən 3547,63 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri üzrə ödənilmiş dövlət rüsumları öz risk dairələrində mülki hüququq münasibətlərə mütənasib olaraq tərəflərə aid edilməli, ekspertiza xərci 120 manat məbləğdə pul vəsaiti iddiaçı «xxxx» ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, qətnam ədə ekspert rəyinə müvafiq dəyişikliyin edilməsi əsasları iddiaçının təqdim etdiyi zərərlə bağlı sübutun mötəbərsizliyi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlarahüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2995/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2995/2019
29.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver