Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2999/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda+kı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X5 xx.xx.1990-cı il tarixdə nikaha daxil olmuş, aralarında olan nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-359/03 saylı qətnaməsi ilə pozulmuşdur.
2. Tərəflərin nikahda olduğu müddətdə - xx.xx.1994-cü ildə X5 ilə bağlanmış alğısatqı müqaviləsi əsasında ünvan 3 saylı evin 12 saylı mənzil əldə edilmişdir.
3. Tərəflərin nikahı pozulduqdan sonra İddiaçı mənzilin bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının xx.xx.2004-cü il tarixli, 1 MK-4486/2004 №-li qətnaməsi ilə ünvan 3 saylı evin 12 saylı mənz ilin 4/5 hissəsi X2, 1/5 hissəsi İddiaçı mülkiyyətinə verilmişir.
4. Bundan sonra ünvan 3 saylı evin 12 saylı iki otaqlı mənzilin 4/5 hissəsi üzərində X2, 1/5 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ÖM seriyalı, 248523 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində mənzilin sahəsi 27,5 kv.metr qeyd olunmuşdur. 5. "xxxx" MTK ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi” ilə "xxxx" MTK ünvan 3 saylı evin 12 saylı mənzilinin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində 42 kv.m-dən ibarət t əmirli mənzilləri mülkiyyətçi – X3 verməyi öhdəsinə götürmüşdür.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-606/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin üzərində cavabdehin qanunsuz sahibliyinin qadağan edilməsi və s.” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 12 saylı mənzilinin 1/5 hissəsini təşkil edən 8 kv.m yaşayış sahəsinin sökülməsinə görə 40.000 manat və sökülmüş əmlakın dəyərinin 20% əlavəsi ilə birlikdə cəmi 48.000 manat pulun, ziyana görə vəkilə ödənilmiş 110 manat, 144 manat ödənilmiş dövlət rüsumunun - cəmi 48.254 manatın cavabdeh "xxxx" MTK-dan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 1/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı səhhətində problemlər olduğundan və Covid-19 pandemiyasından qorunmaq üçün, müvəqqəti anadan olduğu Sabirabad rayonuna getmişdir. Qayıdan zaman cavabdeh "xxxx" MTK tərəfindən mülkiyyətində olan evinin söküldüyünü görmüşdür. İddiaçı cavabdehin səlahiyyətli şəxsləri ilə görüşüb, mülkiyyətində olan evinin bərpa edilməsini tələb etmiş, lakin cavabdeh təşkilatın səlahiyyətli şəxsləri onun qanuni tələbini yerinə yetirmə kdən imtina etmişlər. ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 39.68 kv.metrdir. Həmin mənzilin 1/5 hissəsi isə 8 kv.metr sahəni əhatə edir. Mənzilin qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi iddiaçının adının qeyd olunmasına və mənzilin 1/5 hissəsindəki payının qeyd olunmasına baxmayaraq, cavabdeh heç bir xəbərdarlıq etmədən və onunla razılaşmadan özbaşına olaraq uçurub dağıtmış, nəticədə ona külli miqdarda ziyan vurmuşdur. Sökülmüş mənzilinin yerləşdiyi ərazi Bakı şəhərinin ən bahalı ərazisində yerləşir. Belə ki, həmin ərazidə yerləşən yaşayış sahəsinin hər kv.m-nin dəyəri 4000-5000 manat civarındadır. Eyni zamanda söküləcək sahəyə ödənilməli 20% əlavə də nəzərə alınsa, iddiaçıya cəmi 48.000 manat məbləğdə ziyan vurulmuşdur.
9. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək b ildirmişdir ki, iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyil. Belə ki, ünvan 3 saylı evin 12 saylı mənzilin sökülüb bərpa edilməsinə dair 21 sentyabr 2021-ci il tarixli 56 saylı “Əvəzləşdirmə müqaviləsi”nə əsasən, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən mülkiyyətçiyə məxsus hüquqi sənəd əsasında sahəsi 27.5 kv.m faktiki sahəsi 39.68 kv.m olan mənzilin əvəzinə güzəştli şərtlərlə yeni inşa ediləcək binanın B blokunun, 5-ci mərtəbəsində 42 kv.m-də n ibarət təmirsiz və B blokunun 6-cı mərtəbəsində 42 kv.m-dən ibarət təmirli mənzilləri mülkiyyətçiyə verməyi, həmçinin mənzil təhvil verilənə qədər hər ay mülkiyyətçiyə 400 manat kirayə haqqı verməyi "xxxx" MTK öhdəsinə götürmüşdür. Göründüyü kimi mülkiyyətçinin evinin əvəzinə cavabdeh tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir. Həmçinin iddiaçının mülkiyyətçi olmasından cavabdehin xəbəri olmamışdır və digər mülkiyyətçi olan Pərvanə Kərimova tərəfindən cavabdehə məlumat verilməmişdir. Əvəzləşdirmə müqaviləsi barədə mülkiyyətçi X5 həyat yoldaşı olan iddiaçıya məlumat verməli idi. X7 iddiaçıya məlumat verməyərək hüquqdan sui-istifadə etmişdir. Yəni cavabdehin iddiaçının hüquqlarının pozulması ilə bağlı hər hansı təqsiri mövcud deyil. Bu mənada hazırkı iddiaya cavab verməli olan şə xs iddiaçının keçmiş həyat yoldaşı X4r. Onlarda olan məlumata görə iddiaçı 17 ildir ki, sökülən mənzildə yaşamamışdır. İddiaçı tələb etdiyi məbləği arvadı Pərvanə Abdullayevadan tələb etməlidir. İddiaçının məqsədi cavabdehdən əlavə ev almaqdır, cavabdeh onlara artıqlaması ilə 2 mənzil vermişdir.
10. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim N.Tağıyeva) ilə iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə mübahisəli mənzil (Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, 15 saylı evin 12 saylı mənzili) İddiaçı ilə X2 birgə nikah dövründə əldə edilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra mübahisəli mənzilin bölgüsü 1/5 hissədə müəyyən edilməklə 4 hissəsi X5 ilə ananın himayəsində olan azyaşlı uşaqları n, qalan 1 hissəsi isə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı 17 ildir ki, həmin mənzildə yaşamır. "xxxx" MTK ilə X5 arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli, 56 №-li “Əvəzləşdirmə müqaviləsi”nə əsasən, X5 mübahisəli mənzilin "xxxx" MTK tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində isə "xxxx" MTK yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın B blokunun 5-ci mərtəbəsində yerləşən 42 kv.m-dən ibarət təmirsiz və B blokunun 6-a mərtəbəsində yerləşən 42 kv.m-dən ibarət təmirli mənzilləri güzəştli şərtlərlə X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, mülkiyyətçinin evinin əvəzinə "xxxx" MTK tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir. "xxxx" MTK-nın digər mülkiyyətçi, yəni hazırkı iş üzrə İddiaçı da X5 ilə yanaşı mülkiyyətçi olmasından xəbəri olmamışdır. Bu barədə də X5 tərəfindən "xxxx" MTK-ya heç bir məlumat verilməyərək, hüquqdan suiistifadə etmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyil. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmır sa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Hazırkı işdə isə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, hazırkı iş üzrə iddiaçının ona məxsus paylı mülkiyyətdən məhrum olmasına səbəb əvəzləşdirmə müqaviləsi olmuşdur ki, həmin müqavilə ilə bağlı da iddiaçı öz iddia tələbində heç bir məqama toxunmamışdır. İddiaçı öz iddia ərizəsində nə həmin müqaviləni mübahisələndirmiş, nə də ki müqavilə əsasında digər paylı mülkiyyətçi X3 verilən 2 mənzil üzərində öz mülkiyyət hüququnun tanınmasına iddia etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin əvəzləşdirmə müqaviləsi qüvvədə ikən, cavabdeh "xxxx" MTKnın hərəkəti (hərəkətsizliyi) hüquqazidd hesab oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilin qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi iddiaçının adının qeyd olunmasına və mənzilin 1/5 hissəsinə payı olduğu qeyd olunmasına baxmayaraq, cavabdeh heç bir xəbərdarlıq etmədən və onunla razılaşmadan özbaşına olaraq mənzili uçurub dağıtmış, nəticədə ona külli miqdarda ziyan vurulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli, MB 16/0144 saylı rəyində göstərilmişdir ki, ünvan 3 ünvandakı 12 saylı mənzilin, həmçinin yeni tikililərin yerləşdiyi ərazidə 1 kv.m. təmirli sahənin real bazar dəyəri 2400 manat, 1 kv.m. təmirsiz sahənin dəyəri 2100 manat təşkil edir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-557/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəşi) Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan iddiaçıya məxsus 8 kv.m mənzilin sökülməsi ilə bağlı cəmi ( 2400x8=19200) 19200 (on doqquz min iki yüz) manat, vəkil xərci kimi 110 manat, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi cəmi 351 (üç yüz əlli bir) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Kollegiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin etməyən rayon məhkəməsi Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etmiş, beləliklə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, sökülən mənzilin 1/5 hissəsinin iddiaçının mülkiyyətində olması, həmin mənzilin cavabdeh tərəfindən sökülməsi və sökülmənin qanunsuz olması hazırkı işin mübahisəsiz halıdır. İddiaçı 1/5 hissədə öz mülkiyy ətində olmuş, 8 kv.m sahəsi olan mənzilin sökülməsinə görə ona dəymiş ziyanı tələb edir. Belə olan halda, onun hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2-ci maddələri təşkil edir. Mülki qanunvericiliyin sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
18. Kollegiya qeyd etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü hallar məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyindən iddiaçının maddi ziyanın ödənilməsi tələbi müvafiq tələbin qanuni əsasının dispozitiv şərtlərinə uyğun gəlir. İddiaçı iddia ərizəsində mənzilin sökülməsinə görə ona dəymiş ziyanla bağlı həmin mənzilin hər kv.metrinin 5000 manatdan hesablanmalı olmasını bildirsə də, həmin qiymət qeyri-yaşayış sahələrinin qiymətidir, iddiaçıya məxsus sahə isə mənzil olmaqla yaşayış sahəsi olmuşdur. Bununla bağlı məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarş ısında ünvan 3 ünvandakı 12 saylı evin yerləşdiyi ərazidə 1 kv.m. sahənin söküntüyə qədər olan vəziyyətdəki, eləcə də yeni tikilidə olan (mərtəbə nəzərə alınmaqla) sahənin real bazar dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, MB 16/0144 saylı rəyinə əsasən, ünvan 3 ünvandakı 12 saylı mənzilin, həmçinin yeni tikililərin yerləşdiyi ərazidə 1 kv.m-nin təmirli sahənin real bazar dəyəri 2400 manat, 1 kv.m təmirsiz sahənin dəyəri 2100 manat təşkil edir. Məhkəmə kollegiyası Bakı şəhərində yüksək mərtəbəli binaların inşası sahəsində təşəkkül tapmış və oturuşmuş işgüzar adətlərə əsasən sökülən mənzilin əvəzində 20 faiz artıq sahənin verilməsi, həmçinin yeni tikiləcək mənzil istifadəyə verilənə kimi mənzili sökülən şəxslərə hər ay 200-500 manat kiray ə haqqının ödənilməsi hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya məxsus 8 kv.m mənzilin hər kvadrat metri üçün həmin ərazidə təmirli sahənin real bazar dəyəri olan 2400 manatdan hesablanmaqla, cəmi (2400x8=19200) 19200 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Vəkil xərci kimi 110 manat ödənilməsi hissədə də iddia əsaslıdır. Belə ki iddiaçı vəkillə təmsil olunur, buna dair müvafiq sənəd təqdim edilməsə də, vəkillə müqavilə bağlanılması və xidmət haqqı ödənilməsi mübahisəsizdir, tələb olunan məbləğ ağlabatandır, belə olan halda iddia tələbi vəkil xərci hissədə də təmin edilməlidir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1097. 3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci və digər normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən delikt öhdəliklərinə dair normalara istinad etmişdir. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən hər hansı mülki hüquq pozuntusu törədilməmişdir. Mübah isəli ev qanunla nəzərdə tutulmuş qaydada pilot layihə çərçivəsində sökülmüşdür. Bu barədə icra hakimiyyətinin sərəncamı və zəruri sənədlər iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda cavabdeh həmin mənzilin sökülməsi ilə bağlı əvəzləşdirmə müqaviləsi bağlamış, mənzilin əvəzi olaraq mülkiyyətçilərə 2 ədəd mənzil vermişdir. Hazırkı vəziyyətdə iddiaçının özünə də MTK tərəfindən mənzil verildiyindən iddiaçının tələbi həmin mənzillərdən birinə yönəldilməlidir. Eyni zamanda iddiaçının tələb etmə hüququ MTK-ya qarşı deyil, keçmiş arvadı Pərvanə Kərimovaya qarşı olmalı idi. Çünki MTK mülkiyyətçilər qarşısında öz öhdəliyini tam şəkildə icra etmişdir. İddiaçının keçmiş həyat yoldaşı Pərvanə Kərimova isə bu hallar barədə iddiaçıya məlumat verməyərək hüquqdan sui-istifadə etmişdir. Mülki Məcəllə nin 387-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa iddiaçının iddia tələbi əsassız olduğundan cavabdehə qarşı münasibətdə icraata xitam verilməli idi. Cavabdeh "xxxx" MTK mövcud iddiaya qarşı cavab verməli olan tərəf deyil. Mülkiyyətçinin evinin əvəzinə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən artıqlaması ilə 2 yeni mənzil verilmişdir. Həmçinin hazırkı iddiaçının Pərvanə Kərimovadan boşanmasından "xxxx" MTK-nın xəbəri olmamışdır və digər mülkiyyətçi olan Pərvanə Kərimova tərəfindən MTK-ya hər hansı məlumat verilməmişdir. Hazırkı əvəzləşdirmə müqaviləsi barədə mülkiyyətçi X1 həyat yoldaşı İddiaçı məlumat verməli idi. Lakin həmin məlumatı verməyərək Pərvanə Kərimova hüquqdan sui-istifadə etmişdir. Yəni "xxxx" MTK-nın iddiaçının hüquqlarının pozulması ilə bağlı hər hansı təqsiri mövcud deyil. Bu mənada hazırkı iddiaya cavab verməli olan şəxs iddiaçının keçmiş həyat yoldaşı digər şəxs X4r.
22. Kassasiya şikayəti əsaslandırılarkən Mülki Məcəllənin 387, 560, 388, 222.2, 222.3-cü, MPM-in 418-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzi nin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Ma ddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
31. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
32. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa s ərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
36. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş və bu qərarın 1-6-cı paraqraflarında əksini tapmış hallarından göründüyü kimi, ünvan 3 saylı evin 12 saylı mənzilin 4/5 hissəsi X2, 1/5 hissəsi İddiaçı x üsusi mülkiyyətində olmuşdur. "xxxx" MTK X5 ilə bağladığı xx.xx.2021-ci il tarixli, 56 nömrəli “Əvəzləşdirmə müqaviləsi” əsasında qeyd olunan mənzili sökmüş, bu zaman iddiaçının hər hansı razılığını almamışdır.
50. Halbuki, əmlakın paylı mülkiyyətdə olması, yəni əmlakda haqq sahiblərinin çoxluğu, payın nisbətindən asılı olmayaraq, paylı mülkiyyətçinin sərəncam vermək hüququnu aradan qaldırmır.
51. Mülki Məcəllənin 215.4 və 215.5-ci maddələrinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razıl aşmasınlar. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
52. P.Kərimovanın cavabdehlə mənzilə dair bağladığı müqavilə ilə mənzilin sökülməsinə sərəncam verməsi paylı mülkiyyətçi kimi iddiaçı ilə razılaşdırılmamışdır.
53. Cavabdehin “Pərvanə Kərimovanın boşanmasından "xxxx" Mənzil-Tikinti Kooperativinin xəbəri olmaması, Pərvanə Kərimova tərəfindən MTK-ya hər hansı məlumat verilməməsi, əvəzləşdirmə müqaviləsi barədə mülkiyyətçi X1 həyat yoldaşı İddiaçı məlumat verməli olduğu” barədə dəlilləri ziddiyyətli və əsassız dəlillərdir. Belə ki, cavabdeh Pərvanə Kərimova ilə əvəzləşdirmə müqaviləsi bağlayarkən mənzilə dair qeydiyyat vəsiqəsində paylı mülkiyyətçi kimi iddiaçının da qeyd olunduğunu görüb. Məhz buna görə ca vabdeh qeyd edir ki, iddiaçının P.Kərimova ilə boşanmasından xəbəri olmamışdır. İddiaçı ilə P.Kərimovanın boşanmaması belə, onun razılığı olmadan müqavilənin bağlanmasına əsas verən hal deyil. Eyni zamanda “Pərvanə Kərimovanın müqavilə bağlanması barədə iddiaçıya məlumat verməli olması” da cavabdehin malki məsuliyyətini aradan qaldırmır.
54. Nəzərə alınmalıdır ki, qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Vicdanlılıq prinsipi mülki dövriyyə iştirakçılarının yalnız öhdəlikərinin icrası ilə bağlı münasibətlərini deyil, bütövlükdə hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hərəkətlərinə da aid edilir. Bu baxımdan müqavilə bağlanarkən cavabdeh mənzil in paylı mülkiyyətçisi olan cavabdehin mənafelərinə müdaxiləyə yol verilməsindən çəkinməli, müqavilənin qanuniliyini təmin etmək üçün tədbir görməli idi.
55. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması açıq-aşkardır. Cavabdehin mənzili sökərkən iddiaçıya münasibətdə müqaviləyə əsaslandığı barədə dəlilinin hüquqi əsası yoxdur. Sökülən mənzilə faktik sahəsindən çox olan yeni mənzil verilməsi özlüyündə iddiaçı üçün kompensasiya demək deyildir. Həmin mənzil P.Kərimovaya verilmişdir.
56. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəs inin İ və İİ hissələri).
57. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarix li Qərarı).
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəti cə əsaslandırılmışdır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.