Məhkəmə qərarları › İş №2(102)-3002/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3002/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3002/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14742/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmov, iş 2(001)-6547/2019) İddiaçı Cavabdeh qarşı uşaqların sağlamlıq vəziyyətinin və valideynlik hüquqlarının həyata keşirilməsi qaydalarının mü əyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müayinə və müalicə edilməsi məqsədilə tibb müəssisələrinə aparılarkən bu barədə İddiaçı məlumat verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissəsə, yəni iddia tələblərinin “uşaqların müalicə və müayinə məsələlərinin həyata keçirilməsində onun iştirakına maneçilik törətməmək öhdəli yinin Cavabdeh üzərinə qoyulması və uşaqların onun tərəfindən xəstəxanaya aparılaraq müayinə və müalicə edilməsinə şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbləri təmin edilərək, xx xxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X2 müalicə və müayinə edilməsi məsələlərinin həyata keçirilməsində İddiaçı iştirakına maneçilik törətməmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, uşaqların İddiaçı tərəfindən xəstəxanaya aparılaraq müayinə və müalicə edilməsinə şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Tərəflər rəsmi nikahda olmuş, birgə nikahdan xx xxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəl lüdlü X6 adlarında uşaqları olmuş, 2015-ci ildə nikahları pozulmuşdur. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların müayinə və müalicə edilməsi məqsədilə xəstəxanaya aparılarkən onun iştirakının təmin olunması üçün Cavabdeh tərəfindən ona məlumat verilməsi, uşaqların müalicə və müayinə edilməsi məsələlərinin həyata keçirilməsində onun iştirakına maneçilik törətməmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, uşaqların onun tərəfindən xəstəxanaya aparılaraq müayinə və müalicə edilməsinə şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kasasiya şikayəti verərək apel yasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, apelya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələblərini “uşaqların müalicə və müayinə edilməsi məsələlərinin həyata keçirilməsində onun iştirakına maneçilik törətməmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, uşaqlar onun tərəfindən xəstəxanaya aparılaraq müayinə və müalicə edilməsinə şərait yaradılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsində təmin etməyərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı uşaqları ilə ünsiyyətdə olmaq tələbinə dair iddiası ilə bağl ı məhkəmə qətnaməsi qəbul edilmiş və iddiaçıya uşaqları ilə ünsiyyətdə olmaq üçün hər həftə vaxt müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmamış və hesab etmişdir ki, idddiaçıya uşaqla ünsiyyətdə olması üçün həftədə bir gün vaxt verilsə də, həmin vaxt uşaqların müalicə və müayinə edilməsi üçün kifayət etməyə bilər və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edərək həmin hissədə iddia tələblərini təmin etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıd ırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin61-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. (61.1) Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. (61.2.) Kollegiya hesab edir ki, iddiaçının uşaqların müayinə və müalicəsində iştirak etmək hüququ iddiaçının istəyinə qismən uyğun olmaqla uşaqların və onun mənafelərini pozmur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticəni müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun sayır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kasasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar