Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3002/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX, Cavabdeh3, Cavabdeh1 İddia tələbi: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: birgə əmlaka sərəncam verilməsi, mülkiyyətçinin razılığı, etibarsız əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X2 “xxxx” ASC-nin ləğvedicisi XXXnun vəkili Vəkil2, Kassator Cavabdeh3 nümayəndəsi X3, vəkili Vəkil1 və iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 ilə İddiaçı 29.06.2004-cü il tarixdə nikaha daxil olmuşlar. XXXüzərində yerləşən, ümumi sahəsi 5140.3 kv.metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 15.01.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bank ilə “xxxx” ASC arasında 03.08.2010-cu il tarixdə kredit müqaviləsi bağlanaraq ASC-yə 03.08.2010-cu il tarixdən eti barən illik 3 faiz dərəcəsi ilə 12.000.000 manat məbləğində 2557 gün müddətinə uzunmüddətli kredit vermiş, kredit üzrə əsas borcun 03.08.2017-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuş, Mərkəzi Bankla ASC arasında bağlanmış 03.08.2010-cu il tarixli digər kredit müqaviləsinə görə isə, Mərkəzi Bank ASC-yə 03.08.2010-cu il tarixdən etibarən illik 3 faiz dərəcəsi ilə 13.000.000 manat məbləğində 3653 gün müddətinə uzunmüddətli kredit vermişdir. Mərkəzi Bankla “xxxx” ASC və ipoteka qoyan Cavabdeh1 arasında 17.04.2009-cu il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmış, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 2.500.000 manat məbləğində qiymətləndirilmişdir. Eyni tərəflər arasında 29.04.2010-cu il və 03.08.2010-cu il tarixlərdə sonrakı ipoteka müqavilələri bağlanmışdır. a) Biri nci instansiya məhkəməsində icraat 10 may 2016-cı il tarixdə İddiaçı “xxxx” ASC, Azərbaycarı Respublikası Mərkəzi Bankı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh1 15 yanvar 2009-cu il tarixli çıxarışa əsasən mülkiyyətçisi olduğu Bakı şəhəri Binəqədi rayonu, 1286-cı küçədə istifadə də olan 0,55505 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5140,3 kvm olan əmlak kompleksini Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü etmiş və bununla əlaqədar onunla 17 aprel 2009-cu il, 29 aprel 2010-cu il və 03 avqust 2010-cu il tarixlərdə sonrakı ipoteka mü qavilələri bağlanmışdır. Həmin əmlak kompleksi Cavabdeh1 ilə birgə nikahda olduğu dövrdə əldə edilməsinə və ümumi birgə mülkiyyətlərində olmasına baxmayaraq onun xəbəri və razılığı olmadan ipoteka ilə yüklü edilmiş və bu zaman Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 157-ci və 339.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4742/2016 saylı iş üzrə 17 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.İ.Paşayev) iddia təmin edilmiş, “xxxx” ASC, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 17 aprel 2009-cu il tarixli, 29 aprel 2010cu il tarixli və 03 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Həmin qətnamədən “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak kredit müqaviləsinin təminatı kimi əvvəllər ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin hazırda Cavabdeh1 ASC qarşısında heç bir öhdəliyi yoxdur. Bununla belə ASC ilə Mərkəzi Bank arasında müxtəlif vaxtlarda bağlanmış kredit müqavilələrinin təminatı kimi qeyd edilən əmlak kompleksi sonraki ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin rayon məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, yalnız iddiaçının maraqlarına üstünlük verilərək bütün dəlillər iddiaçının xeyrinə yönəldilməklə maddi və prosessual hüquq no rmalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini nəzərə almamışdır. Məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9635/2016 saylı iş üzrə 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, M.A.Bağırov, S.Ə.Məmmədov) “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mübahisəli əml ak iddiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyəti sayılır. Buna baxmayaraq, iş üzrə cavabdehlər arasında həmin əmlaka dair müqavilələr bağlanan zaman iddiaçının razılığı alınmamış, sonuncu notariat kontorunda əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə alındığından və onların ümumi irgə mülkiyyəti sayıldığından, eyni zamanda iddiaçı öz mülkiyyət hüququnun pozulduğunu, Mərkəzi Bankın 17.03.2016-cı il tarixli bildirişini aldıqdan sonra bildiyindən birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddətini tətbiq etməməkdə haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4583/2017 sa ylı iş üzrə 29 iyun 2017-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov, Ə.A.Mirzəliyev və A.K.Kalbalıyev) Cavabdeh3 kasasiya şikayəti təmin, “xxxx” ASC-nin ləğvedicisi XXXnun kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik ümumi birgə mülkiyyət olan əmlakın birgə mülkiyyətçinin razılığı olmadan ipoteka qoyulmasını istisna etsə də, apellyasiya instansiyası məhkəməsi ipoteka müqavilələrinin etibarsız hesab edilməsini əsaslı sayarkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları lazımınca yoxlamamış və onlara qanunun tələbin ə uyğun qiymət verməmişdir. İddiaçı və Cavabdeh1 indiyə kimi nikahda olduqlarından kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka müqavilələrinin bağlanmasından onun 17 mart 2016-cı il tarixə kimi məlumatsız olması barədə dəlili ətraflı yoxlanılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9726/2017 nömrəli iş üzrə 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova və İ.Ş.Vəliyev) “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən əqdlərin mübahisələndirilməsi kəsici müddətə tabedir. Bununla b elə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Hazırki işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əqdlər 2009-2010-cu illərdə bağlanmış olsalar da, Mərkəzi Bankın 08 aprel 2016-cı il tarixli bildirişi yaşadığı ünvana göndərilənədək iddiaçının onlardan məlumatı olmamış, o, əqdlərin etibarsız sayılmasına əsas verən halı məhz bu tarixdən sonra bilərək müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bu baxımdan, iddiaçının Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürdüyü qənaətinə gəlmək işin hallarına uyğun deyildir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2496/2018 saylı iş üzrə 13 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Şadiyev, Q.Ə.Allahverdiev və T.A.Qoldman) Cavabdeh3 kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017- ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin qərarında Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normalarının tətbiqində səhvə yol verilmişdir. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6840/2018 nömrəl i iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə “xxxx” ASC-nin ləğvedicisi XXXna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə göstərilmişdir ki, 17.04.2009-cu il, 29.04.2010-cu il və 03.08.2010-cu il tarixli “Sonrakı ipoteka müqavilələri” əsasında Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi zamanı iddiaçının razılığının alınmaması onun mülkiyyət hüquqlarını pozmuş, birinci instansiya məhkəməsi həmin halı nəzərə almaqla sözügedən müqavilələrin bağlandığı andan etibarsız olması barədə düzgün nəticəyə gəlmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh2-nin nümayəndəsinin iddiaya etirazının və apellyasiya şikayətinin əsaslarından bir i kimi irəli sürdüyü iddia müddətinin ötürülmüş olması arqumentinin əsassız hesab edilərək, ilkin olaraq, qeyd edilir ki, iddiaçının iddia tələbləri onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan Mülki Məcəllənin 384-cü maddəsinə əsasən bu tələblərə iddia müddəti şamil edilmir. Digər tərəfdən mülki işin materiallarından iddiaçının mübahisələndirdiyi ipoteka müqavilələrindən 2016-cı ilin aprel ayına qədər məlumatlı olduğu müəyyən olunmur və cavabdehlər bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. f) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-893/2019 saylı iş üzrə 04 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.A.Əsgərov, E.R.Vəliyevə və S.F.Hacıyev) “xxxx” ASC-nin ləğvedicisi XXXnun ka sasiya şikayəti təmin, Cavabdeh3 kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixİi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və iddia rədd edilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsi, Ailə Məcəlləsinin 32 və 33-cü maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsi ümumi birgə mülkiyyət olan əmlakın birgə mülkiyyətçinin razılığı olmadan ipoteka qoyulmasını istisna etsə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka müqavilələrinin etibarsız hesab edilməsini əsaslı sayarkən İddiaçı və Cavabdeh1 indiyə kimi nikahda olduqlarından 17 aprel 2009, 29 aprel 2010 və 3 avqust 2010-cu il tarixl ərdə ipoteka müqavilələrinin bağlanmasından onun 17 mart 2016-cı il tarixə kimi məlumatsız olması barədə dəlili nəinki inandırıcı saymır, həmçinin də bu hal iş materiallarında olan sənədlərdə təkzib edilir. Həmçinin, birgə əmlakın sonrakı ipoteka müqavilələri əsasında Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi zamanı iddiaçının razılığının alınmamasının onun mülkiyyət hüquqlarını pozması, həmin halın nəzərə alınmaqla sözügedən müqavilələrin bağlandığı andan etibarsız olması və iddiaçının iddia tələbinin onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan Mülki Məcəllənin 384-cü maddəsinə görə, bu tələblərə iddia müddəti şamil edilməməsi, mülki işin materiallarından iddiaçının mübahisələndirdiyi ipoteka müqavilələrindən 2016-cı ilin aprel ayına qədər məlumatlı olduğunun müəyyən e dilməməsi və cavabdehlərin bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmələrinə dair apellyasiya məhkəməsinin nəticələri qanuni və əsaslı hesab edilmir. g) Konstitusiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 oktyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdehlər “xxxx” ASC, Cavabdeh3 və Cavabdeh1 qarşı 17 aprel 2009-cu il, 29 aprel 2010-cu il və 3 avqust 2010-cu il tarixli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin və 60-cı maddəsinin İ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 417.2-ci maddələrinə uy ğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, kassasiya instansiyası məhkəməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinə əməl etməyərək qərarı fərziyyələr əsasında çıxarmışdır. İddiaçı iddiasını əsassız hesab edərək kassasiya instansiyası məhkəməsi ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair münasibətləri tənzimləyən müvafiq qanunvericiliyin normalarına istinad etsə də, onların tələblərinə zidd olan nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlər ini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Lakin hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə son nəticədə həmin hüquq normalarının tələblərini pozmuşdur. ğ) Ali Məhkəmənin Plenumundakı icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-1(k)/2020 saylı iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu i tarixli, 2(102)-893/2019 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 se ntyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8497/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev, Z.A.Şirinov və V.N.Sadıqov) “xxxx” ASC-nin ləğvedicisi XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma v ə məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə iş üzrə cavabdehlər arasında həmin əmlaka dair sözügedən müqavilələr bağlandığı zaman iddiaçının razılığı alınmamış və o, notariat kontorunda əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Mübahisəli əmlakın 17.04.2009-cu, 29.04.2010-cu və 03.08.2010-cu il tarixli “Sonrakı ipoteka müqavilələri” əsasında Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi zamanı iddiaçının razılığının alınmaması onun mülkiyyət hüquqlarını pozmuş, birinci instansiya məhkəməsi də həmin halı nəzə rə almaqla sözügedən müqavilələrin bağlandığı andan etibarsız olması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2-nin iddiaya etirazının və apellyasiya şikayətinin əsaslarından biri kimi irəli sürdüyü iddia müddətinin ötürülmüş olması arqumentinə münasibətdə hesab edilmişdir ki, birincisi, iddiaçının iddia tələbləri onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan Mülki Məcəllənin 384-cü maddəsinə görə, bu tələblərə iddia müddəti şamil edilmir. Digər tərəfdən, mülki işin materiallarından iddiaçının, mübahisələndirdiyi ipoteka müqavilələrindən 2016-cı ilin aprel ayına qədər məlumatlı olduğu müəyyən olunmur və cavabdehlər bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu baxımdan, A. Mahmudovanın məhkəmə müdafiəsindən istifadə hüququnun yarandığı tarixin əvvəli məhz ipoteka müqavilələri barədə məlumat aldığı tarix (2016-cı ilin aprel-may ayı) olaraq qəbul edilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə edilən əqdlərin mübahisələndirilməsi kəsici müddətə tabedir. Bununla belə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlğını mübahisə etmək hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, iddiaçının mübah isələndirdiyi əqdlər 2009-2010-cu illərdə bağlanmış olsalar da Mərkəzi Bankın 08 aprel 2016-cı il tarixli bildirişi yaşadığı ünvana göndərilənədək iddiaçının onlardan məlumatı olmamış, o, əqdlərin etibarsız sayılmasına əsas verən halı məhz bu tarixdən sonra bilərək müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bu mənada apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının müvafiq müddəti, yəni Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürdüyü qənaətinə gəlmək də işin hallarına uyğun deyildir. Kassasiya şikayətlərinin dəlilləri, onlara etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXX kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkilləri və nümayəndəsi kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətlərini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərin kassasiya şikayətləri əsasında tam yoxlanılı r. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə görə isə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndiri lə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfi n notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq edilmiş razılığı ilə ipotekaya qoyula bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3002/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3002/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver