Məhkəmə qərarları › İş №2(102)-3004/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3004/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3004/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (kateqoriya: Vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, mirasdan imtina ilə bağlı mübahisələr, miras payının müəyyən edilməsi, mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nur məmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3 saylı “ASAN xidmət” mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı vərəsəlik payından imtinaya dair ərizənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi, mənzildə miras payın müəyyən edilməsi, mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2955/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzil tam paylı mülkiyyət hüququ üzrə X6 adına ********** qeydiyyat nömrəsi ilə 09 mart 2012-ci il tarixdə qeydiyyata alınmışdır. 2. xx.xx.2020-ci il tarixli notarial qaydada tərtib edilmiş vəsiyyətnaməyə əsasən müəyyən olunur ki, X12 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. 3. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfində n xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdeh2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X4 qalmış miras əmlakı qəbul etməkdən imtina etmişdir. Həmçinin bildirmişdir ki, bununla bağlı gələcəkdə iddiası olmayacaqdır.

5. X3 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X4 qalmış miras əmlakı qəbul etməkdən imtina etmişdir.

6. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.201 9-cu il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. 7. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, X7 vərəsəsi olaraq Cavabdeh1 miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzildən tam hissədə pay almalıdır.

8. ƏMDX DƏDKR X15 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzil tam paylı mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

9. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən, Cavabdeh1, X14, X3, İddiaçı, X11, Cavabdeh2 Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzildə qeydiyyatdadır. Arayışa əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək 3 saylı Bakı “ASAN xidmət” Mərkə zində Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh2 atası X4 miras qalmış əmlakdan nə vəsiyyət üzrə, nə də qanun üzrə qəbul etmədiyi barədə reyestrdə 8İ-1338 nömrə ilə qeyd edilmiş ərizəsinin və 2V1123 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının və Azərbaycan Respublikası Yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilind ən vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası payın müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilin Cavabdeh2 düşən pay hissəsində İddiaçı istifadə hüquqlarının tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, himayəsində olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 onunla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 6 saylı evin 4 nömrəli mənzilinə köçürülməsi və mübahisəli mənzildə yaşamağa, həmin mənzildən istifadə etməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2006-cı ildə iddiaçı ilə rəsmi nikahla ailə quraraq iddiaçını atası X6 mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçürmüşdür. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Əli və xx.xx.2019-cu il təvəllüdlü Aysel adlı uşaqları vardır. 12 iyul 2006-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 6, 4 nömrəli mənzildə qeydiyyatda olmaqla əri Cavabdeh2 və onun valideynləri ilə birlikdə təsərrüfat aparmaqla 2022-ci ilin axırlarına qədər fasiləsiz yaşamışlar. Mənzil xx.xx.2012-ci il tarixdə özəlləşdirmə əsasında dövlət reyestrində mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. Buna ailə üzvü kimi iddiaçının da razılığı tələb olunurdu. Qaynatası X1 yaşadıqları mənzili xx.xx.2020-ci ildə əri Cavabdeh2 vəsiyyət etmişdir. X13 vəfat etdikdən sonra həmin mənzildən Cavabdeh2 və onunla əlbir olan anası Cavabdeh1 tərəfindən 2022-ci i ldə azyaşlı uşaqları ilə birlikdə çıxmağa məcbur edilmişdir. Ona məxsus olan cehiz əşyaları mübahisəli mənzildədir. Oğlu Əli mübahisəli mənzilin ərazisində Yasamal rayonu, 53 saylı Tam Orta Məktəbin 8-ci sinfində oxuyur. İddiaçı və uşaqları uzun illərdir ki, Yasamal rayonunda mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə 19 saylı şəhər Poliklinikasında qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ilə aralarında olan nikah pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra övladları 22 yanvar 2010-cu il təvəllüdlü X14 və 4 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər iddiaçının yanında qalması qət edilmişdir. Hazırda 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış xx.xx.2 023-cü il tarixli vəkil sorğusuna 2052 nömrəli, 7 dekabr 2023-cü il tarixli cavab məktubu və məktuba əlavə olunmuş notariat işinin 31 vərəqədən ibarət materialları ilə tanış olarkən məlum olmuşdur ki, Cavabdeh2 2006 ildən etibarən 17 il müddətində yaşadığı mənzildən istifadə hüququna xitam vermək niyyəti ilə atası tərəfindən ona vəsiyyət edilmiş, miras qalmış yaşadığı mənzildən onun mülkiyyətinə çatası paydan anasının xeyrinə imtina etmişdir. Anası Cavabdeh1 da yaşadığı mənzilə tam mülkiyyət hüququ əldə etdikdən sonra mənzildən qeydiyyatdan çıxarılmağı barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qanunvericiliyin müvafiq normalarına görə mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhz buna görə də Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyət hüququnu pərdələmək üçün vərəsəlik hüququ üzrə atasından miras qalmış mübahisəli mənzildən əldə edəcəyi paydan anası Cavabdeh1 xeyrinə imtina edib sonuncunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin mənzilə tam mülkiyyət hüququ əldə etməklə iddiaçının qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsini arzu etmiş və bu xüsusda razılığa gəlmişlər. Bunun nəticəsidir ki, mübahisəli mənzili iddiaçının razılığı tələb edilmədən satıb özlərinə üçüncü şəxsin iddiasından kənar ev almaq istəyirlər. Bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunmuşdur. Anası Cavabdeh1 Yuniz qızı ilə əlbir olan Cavabdeh2 iddiaçını uşa qları ilə birlikdə sözü gedən mənzilə buraxmır, deyir indi mənzilin yeni mülkiyyətçisi anasıdır, o, belə istəyir. Beləliklə iki uşağı ilə birlikdə yaşadığı yeganə yaşayış sahəsindən məhrum edilmişlər. Cavabdehlər tərəfindən sui-istifadə etmə halları nəticəsində uşaqları ilə yaşadığı yeganə yaşayış sahəsi olan mübahisəli mənzildən məhrum edilmişlər. Cavabdehlərdən Cavabdeh2 uşaqların hüquq və mənafelərinin müdafiəsindən qəsdən yayınır. Belə olmasaydı uşaqlarını doğularaq boya-başa çatdıqları mənzildə və ya başqa mənzildə iddiaçı ilə birlikdə yaşamalarını təmin edərdi. Buna görə də iddiaçı özünün, həmçinin yetkinlik yaşına çatmayan azyaşlı uşaqlarının da hüquqlarının müdafiəsinə qalxmışdır.

13. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayından etibarən ərarvad münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə nikah pozulmuş və birgə nikahdan olan uşaqlar ananın himayəsində qalmışdır. Uşaqların ananın yanında qalması və nikah pozularkən uşaqların məhz mübahisə predmeti olan həmin evdə olmaları da nəzərə alınmalıdır. İddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayına qədər həmin evdə yaşamışdır. Hətta həmin ilin avqust ayında nikahın pozulması barədə qətnam ə qəbul edildikdən sonra belə orada yaşamışdır. Vəsiyyətnamədən xəbəri olmamışdır. Qayınanası ilə problemlər həmişə, qayınatası sağ olan vaxt da olmuşdur. Hazırda anasıgildə yaşayır. Nikah dövründə isə başqa əmlak əldə etməmişlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mübahisəsinədək övladları mübahisəli evdə yaşamağa davam etmiş, mübahisə yarandıqda isə uşaqları öz yanına aparmışdır.

16. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, etiraz ərizəsində qeyd olunanları müdafiə edir. İddiaçının vərəsəlik haqqında şəhadətnaməsinin etibarsızlığı barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mərhumun digər övladı olan Svetlana xanım da mirasdan imtina etmişdir. Mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd 1996-cı ildən mövcud olmasına baxmayaraq iddiaçı həmin mənzilə 2006-cı ildə qeydiyyata alınmışdır. İddiaçı 4 ildir ki, həmin mənzildə yaşamır. Hərdən əşyasını götürmək üçün gəlmişdir. Birgə nikahdan olan oğlan həftənin 5 günü Anarın yanında qalmış, məktəbə oradan getmişdir. Lakin inzibati məhkəməyə müraciət edildikdən sonra ana uşağı götürmüşdür. 2019-cu ildən iddiaçı orada yaşamır. İddianın rədd edilməsini xahiş etmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mərhum qayınatasına məxsus olmuş və sonradan vərəsəlik qaydasında qayınanası və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 mülkiyyətinə keçmiş əmlaka mülkiyyət hüququnun qeydə alınmasını mübahisələndirmişdir. Mübahisə predmeti olan mənzilin vəsiyyətnamə üzrə Cavabdeh2 vəsiyyət edilmiş əmlakın vəsiyyətnamə və qanun üzrə vərəsəlik üzrə məcburi pay hüququ nəzərə alınmadan mərhum X7 övladları olan digər vərəsələri deyil, yalnız arvadı Cavabdeh1 keçməsinə əsas məhz mərhumun digər vərəsələri olan övladlarının - Şərifova Svetlana və Cavabdeh2 miras əmlakdan imtina etməsi barədə ərizələri olmuşdur. Buna görə də hazırda iddiaçı ilk növbədə Cavabdeh2 tərəfindən miras əmlakın qəbul edilməsindən imtina edilməsi barədə ərizəsini mübahisələndirərək etibarsız hesab edilməsini tələb etmişdir.

19. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli ərizə Cavabdeh2 tərəfindən şəxsən notarial qaydada tərtib edildiyindən iddiaç ının həmin ərizəni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur.

20. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əsasında xx.xx.2022-ci il tarixli ərizə dayandığından və həmin ərizənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyindən, eyni zamanda şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar olmadığından iddia xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 6, 4 saylı mənzilinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi və həmin mənz ilə dair vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası payın müəyyən edilməsi hissədə də təmin edilə bilməz.

21. Məhkəmə iddia tələbinə Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilin Cavabdeh2 düşən pay hissəsində İddiaçı istifadə hüquqlarının tanınması və birgə nikahdan olan övladlar ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində münasibət bildirərək qeyd etmişdir ki, mənzil hazırda Cavabdeh1 mülkiyyyətində olmaqla adına qeydiyyata alınmışdır. İddiaçı hazırda Cavabdeh1 ailə üzvü olmadığından və onun həmin mənzilə istifadə hüququnun tanınması və onun evə köçürülməsi üçün heç bir əsas yoxdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, 324.1, 337.1, 346.1, 346.2, 362.2, 1127, 1133, 1145, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1162, 1166, 1193, 1202.1, 1202.2, 1225, və 1292.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi obyektiv və hərtərəfli araşdırma aparmayaraq müdafiə hüququnun kobud surətdə pozulmasına yol vermişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2955/2024 nömrəli mülki iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ilə ( hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzildən istifadə hüququ yaranmayıb. İddiaçı 2006-cı ildə, yəni mənzil qayınatasının mülkiyyətində olarkən mənzilə köçüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, istifadə hüququnun yaranması üçün iddiaçı ilə qayınatasının arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalı idi, lakin bağlanmayıb. İddiaçının qayınatasının ölümündən sonra iddiaçının əri mənzilin mülkiyyətçisi olmaq imkanına malik olub, lakin o, mirası qəbul etməkdən imtina edib və imtina notariat qaydasında rəsmiləşdirili b. Vərəsənin mirası qəbul etməkdə imtina hüququ var. Bu hüquq Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilib. Mirasdan imtinanın etibarsız sayılması üçün əsas yoxdur. Buna müvafiq olaraq, iddiaçının keçmiş qayınanasının adına verilmiş vərəsəlik şəhadətnaməsinin də etibarsız sayılması üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia etmişdir ki, qayınatası ölən zaman əri ilə onun nikahı hələ pozulmamış, əri faktiki olaraq mirası qəbul etmiş, lakin sonradan iddiaçının (öz arvadının) mənzilə istifadə hüququ əldə etmək imkanının qarşısını almaq məqsədilə mirasdan imtina barədə ərizə vermişdir. Məhkəmə iddiaçının ərinin mirasdan həqiqətən belə məqsədlə imtina edib-etmədiyini araşdırmır, çünki mirasdan belə məqsədlə imtina qanuna zidd deyil, heç kəs iradəsi ziddinə mirası qəbul etməyə məcbur edilə bilməz. Hər bir vərəsinin mirasdan imtina etmək hüququ var, yalnız fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtinasına məhkəmənin icazəsi ilə yol verilir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iki uşağının mənzildən istifadə hüququna dair məsələ hazırkı qətnamə ilə həll edilmir. Çünki uşaqların anası ilə birlikdə mənzilə köçürülməsi barədə iddia verilib, ananın isə mənzilə köçürülməsi mümkün deyil. Nikahın pozulması barədə qətnamədə uşaqların ananın yanında qalması qət edilib. Əgər ana mənzilə köçürülmədən uşaqların mənzilə köçürülməsi barədə iddia verilərsə, uşaqların mənzildən istifadə hüququna dair məsələ həll edilə bilər.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 1256 və 1268.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, “3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh2 atası X4 miras qalmış əmlakdan nə vəsiyyət üzrə, nə də qanun üzrə qəbul etmədiyi barədə reyestrdə 8İ-1338 nömrə ilə qeyd edilmiş ərizəsinin və 2V-1123 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının v ə Azərbaycan Respublikası Yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilindən vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası payın müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 6 saylı evin 4 saylı mənzilin Cavabdeh2 düşən pay hissəsində İddiaçı istifadə hüquqlarının tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; himayəsində olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 onunla birlikdə həmin mənzilinə köçürülməsi və mübahisəli mənzildə yaşamağa, həmin mənzildən istifadə etməyə cavabdeh lər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması“ barədə iddia tələblərimin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində hesab etmişdir ki, iddiaçının iki uşağının mənzildən istifadə hüququna dair məsələ hazırkı qətnamə ilə həll edilmir. Çünki uşaqların anası ilə birlikdə mənzilə köçürülməsi barədə iddia verilib, ananın isə mənzilə köçürülməsi mümkün deyil. Nikahın pozulması barədə qətnamədə uşaqların ananın yanında qalması qət edilib. Əgər ana mənzilə köçürülmədən uşaqların mənzilə köçürülməsi barədə iddia verilərsə, uşaqların mənzildən istifadə hü ququna dair məsələ həll edilə bilər. Bu hissədə apellyasiya məhkəməsinin gətirdiyi dəlillər bir-biri ilə ziddiyətlidir. Belə ki, əgər ananın mənzilə köçürülməsi mümkün deyilsə nikahın pozulması barədə qətnamədə uşaqların ananın yanında qalması qət edildiyi halda ana mənzilə köçürülmədən uşaqların mənzilə köçürülməsi barədə iddia verilməsi uşaqların köçürüldüyü mübahisəli mənzildə analarının yanında qalmalarının mümkünlüyünə aydınlıq gətirilməmişdir. Digər tərəfdən, iddiaçınınananın mənzilə köçürülməsini mümkün etməyən Cavabdeh2 tərəfindən hüquqdan suiistifadə etməklə atasından vəsiyət edilmiş mənzildən və ya miras qalmış əmlakdakı payından imtina etməklə uydurma əqd baglamasına düzgün qiymət verilməməklə səhv nəticəyə gəlinmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh2 əmlak payından i mtina etməsinin məqsədini aydınlaşdırılmamış, hüquqdan sui-istifadə hallarına dair irəli sürülmüş dəlilləri araşdırmamış və tələbin əsası kimi irəli sürülmüş həmin dəlillərə qiymət verməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq olunmamışdır. Bütün bunlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

32. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 6.1.7, 6.1.8, 6.1.9, 14.1, 14.2, 14.2.6-14.2.8, 27, 228.1, 228.2, 228.5, 340.1 və 1256-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Azərbaycan Respublikas ı Ailə Məcəlləsinin 49.2, 51.1, 51.2 və 51.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

37. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

38. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçini n arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

39. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apel lyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəmə si apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliy in yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2955/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar