Məhkəmə qərarları › İş №2(102)-3012/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3012/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3012/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Salyan Rayon Mərkəzi Xəstəxanası” X16rşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2613/2024 nömrəli 20 m ay 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X13 02 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23n Təcili və X8 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “şizofre niya paranoid forma” diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan X6 qan qusması ilə bağlı həmin xəstəxananın tibb işçiləri tərəfindən Salyan Rayon Təcili və X8 Stansiyasına verilmiş çağırış əsasında göstərilən psixatriya xəstəxanasına gedib Anar Əsgərovu ilkin müayinə edərək onun nəbzini yoxlayıb təzyiqinin aşağı olduğunu müəyyən etdikdən sonra psixiatriya xəstəxanasının böyük tibb qardaşı X9, kiçik tibb işçiləri X7, X1 xəstə Anar Əsgərovun qan qusması barədə məlumat vermələrinə əhəmiyyət verməyib, sonuncunun ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəl i əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndləri ilə müəyyən olunmuş müalicəprofilaktika və sanitar-profilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X8 göstərməklə həkimə qədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalı olduğu halda həmin təlimatın tələblərini pozub, öz işinə laqeyd münasibət göstərməklə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək Anar Əsgərovda hər hansı qanaxma müşahidə etmədiyi üçün ona “burun qanaxması” diaqnozu qoyaraq qanaxmanın qarşının alınması üçün 2 ml “ditsinon” iynəsi vurmaqla kifayətlənib, patoloji vəziyyətilə əlaqədar Anar Əsgərovun profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinlifibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ -yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum böyük qardaşının sağlamlıq imkanlarının məhdud olması həm ailələrinin, xüsusilə də qardaş olaraq onun iztirab yeri olmuşdur. O, demək olar ki, qardaşının vəfatına qədər həyatını qardaşının qorunmasına, sağlamlığını yenidən qazanmasına həsr etmişdir. Keçən bu uzun illərdə qardaşının yaşayış tərzinin çətinliklərdən uzaq olması üçün əlindən gələn hər şeyi etməyə çalışmışdır. Qardaşının sağlamlığında olan problemlər, atacağı hər addımda onu iki dəfə düşündürüb, qarşısına çıxan imkanlarda hər zaman ilk öncə qardaşını düşünüb ondan uzaq qalmasının qardaşına yaradacağı çətinliklərini nəzərə almalı olmuşdur. Qardaşı Anar hərbi xidmətdə Vətən borcunu yerinə yetirərkən xəstələnmişdir. Hərbi xidmətdə olduğu vaxt xəstəliyi ciddiyə alınmamış və vəziyyəti ağırlaşdıqdan sonra müayinə edilərək vərəm diaqnozu qoyulmuşdur. Vərəm diqanozunun nəticəsi olaraq Hərbi xidmətdən vaxtından əvvəl tərxis olunduqdan sonra həm qardaşı üçün, həm də özü və ailəsi üçün çətin günlər başlamışdır. Uzun illər vərəm xəstəliyindən əziyyət çəkməsi sonradan onun psixi pozğunluğuna gətirib çıxarmışdır. Uzun illər həm hərbi xidmət dövründə və sonrasında onların qardaşının sağlamlığı üçün çəkdikləri əziyyətlər həkim ehtiyatsızlığı ucbatından puç olmuşdur. Belə ki, qardaşı X26 Rayonlararası Psixiatriya Xəstəxanasında “psixi pozğunluq” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir və diaqnoza uyğun olaraq konservativ müalicələrə başlanılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il aralığında qardaşının müalicəsi davam etmişdir. xx.xx.2022-ci il tarixdə stasionar müalicə müddətində diffuz peritonit nəticəsində qardaşının vəziyyəti ağırlaşmış, lakin bu patoloji vəziyyət müəyyən edilmədiyindən qardaşı vəfat etmişdir. Qardaşı psixi pozğunluqdan əziyyət çəkdiyi üçün ağrılarını biruzə vermək iqtidarında olmamışdır. xx.xx.2022-ci ildə saat 22 radələrində qardaşı qan qusmuş və vəziyyəti kəskin surətdə pisləşməyə başlamışdır. Bu səbəbdən X3 işçiləri X5 çağırış vermişdir. Həmin gün gecə növbəsində olan təqsirləndirilən şəxs - X13 çağırışı qəbul etmiş, həkim Vüsal Fərzəliyevin göstərişi ilə həmin xəstəxanaya ge tmiş və Anar Əsgərovun vəziyyəti ilə maraqlanmışdır. Xəstəxananın işçiləri xəstənin Mərkəzi Xəstəxanaya aparmasını istəsə də, Musayev Salman qan axmasının qarşısını alması üçün qardaşına hər ehtimala qanaxmasının qarşısını almaq üçün 2 ml «ditsinon» iynəsi vurmuşdur. O, qardaşını vəziyyətinin ağırlaşacağı təqdirdə xəstəxanaya aparacağını bildirmişdir və psixiatriya xəstəxanasının işçilərinin qardaşının vəziyyətilə bağlı xəbərdarlığına məhəl qoymamışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetir ilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs - X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. O, qardaşının ağır vəziyyətinə məhəl qoymayaraq ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 %-i məbləğində pul tutmaqla 2 il müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Salyan rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü ilə preyudisial qaydada ö z təsdiqini tapmaqdadır. Belə ki, Salyan rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X13 hadisəni törədərkən «Salyan Rayon Mərkəzi Xəstəxanası» X15 Təcili və X14 Stansiyasında feldşer işləmişdir. Göründüyü kimi, onun qardaşının vəfatına səbəb «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüququ şəxsinin TTTYS əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona qardaşının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Qardaşı onun üçün çox əziz və dəyərli idi. Qardaşının əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mü mkün olmayan bir əzab verir. İllər boyu qardaşının müalicəsindən ötrü dəfələrlə həkimlərə, xəstəxanalara üz tutmuşlar. Qardaşının diaqnozu ağır olmuş, amma yenə də ümidlərini azaltmamışlar. Hər dəfə əqli problemli qardaşının az da olsa, yaxşılaşacağını ümidlə gözləmişlər. Çox təəssüf, ümidlə gözlədikləri müalicənin axırı qəfil ölüm olmuşdur. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz qardaşının ölümü ürəklərinə dağ çəkmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stres, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz

4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mərhum X12 uzun müddət vərəm xəstəliyindən əziyyət çəkmiş və psixologiyası alt-üst olmuşdur. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə mərhum Anar Əsgərovun vəziyyəti kifayət qədər kritikləşmiş və o, qan qusmağa başlamışdır. Bunu İddiaçı da öz ərizəsində qeyd etmişdir. Belə ki, Anar Əsgərov hərbi xidmət zamanı xəstələnmiş və daha sonra vəziyyəti ağırlaşmışdır. Vəziyyəti ağırlaşdıqdan sonra müayinə olunmuş və ona “vərəm” diaqnozu qoyulmuşdur. Anar Əsgərovun uzun illər vərəm xəs təliyindən əziyyət çəkməsi onun psixologiyasının pozulmasına gətirib çıxarmışdır. Psixi pozuntu ilə əlaqədar X26 Rayonlararası Psixiatriya Xəstəxanasında “psixi pozuntu” diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Anar Əsgərovun vəziyyəti kəskinləşmiş, qan qusmağa başlamışdır. Bu səbəbdən xx.xx.2022-ci il saat 22:00 radələrində xəstəxanaya X3 işçiləri tərəfindən çağırış verilmişdir. Xəstəxanada həmin gün gecə növbəsində olan X13 çağırışı qəbul edərək həmin xəstəxanaya getmiş və İddiaçı qardaşı Anar Əsgərovu müayinə etmişdir. Müayinə bitdikdən sonra Salman Musayev yenidən müəssisəyə qayıtmışdır. Lakin daha sonra xəstənin vəziyyəti pisləşmiş və vəfat etmişdir. Baş vermiş hadisə Salyan Rayon Məhkəməsi tərəfindən araşdırılmışdır. Salyan Rayon Məhkəmə sinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı qərarına əsasən xəstəxananın işçisi X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 faizi miqdarında islah işləri cəzasına məhkum edilmişdir. Müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin xəstəxana tərəfindən qarşılanması mümkünsüzdür. Anar Əsgərovun vəfatı tamamilə X10 ehtiyatsızlığı və Anar Əsgərovun vəziyyətinin kritik olması ilə bağlıdır və Salman Musayev bu əməli ilə bağlı Salyan Rayon Məhkəməsi tərəfindən cəzalandırılmışdır. İddiaçı irəli sürdüyü iddiada cavabdeh kimi xəstəxananı göstərməsi isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün xəstəxanaya 40.000 manat məbləğində iddia ir əli sürmüşdür. Xəstəxananın maliyyələşdirilməsi dövlət tərəfindən aparılmaqdadır və həmin maddi vəsait vətəndaşlara xidmət etmək və daha keyfiyyətli tibbi xidmət göstərmək üçündür. 40.000 manat müəssisə tərəfindən ödəniləcəyi təqdirdə xəstəxananın maliyyə cəhətdən iflic olması qaçınılmazdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) e-2(006)296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmü ilə mü əyyən olunduğu kimi “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin feldşeri olmuş X10 təqsiri səbəbindən iddiaçının qardaşı vəfat etmişdir. Hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

7. İddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının x eyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41ci maddəsinə, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 119.2, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ apellyasiya şikayəti verərək, qətnamnin ləğv edilməsi, iddia tələbinin ərazi aidiyyəti pozulduğu və eyni zamanda əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamış və heç bir əsaslanması olmayan qətnamə qəbul etmişdir. Mənəvi ziyanın təmin olunması üçün əsasən mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı münasibəti və əlaqəliliyi müəyyən edilməmiş və qərarda göstərilənə uyğunluğu müəyyən edilməmişdir. Məhkəmə mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı vurulmuş mənəvi ziyanın hansı qeyri maddi nemətə aid olduğunu sübuta yetirilmədən qətnamə qəbul etmişdir. Bu qətnamə ilə mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı hansı hal üzrə mənəvi ziyanın ödənilməsi bir cümlə ilə olsa əsaslandırılmamışdır. Ödəniləcək zərərin kompensasiya edilməsi maddi ziyanları-gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, iddiaçıya vurulmuş qeyri-maddi zərəri müəyyə n etməmişdir. İddiaçı belə olan halda özünün hansı hüququnun, azadlığının, maraqlarının qorunması və təmin etməsini əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə əsassız olaraq hadisənin olub olması və hadisəyə aidiyyəti deyil birbaşa kompensasiya məbləği hissəsində eyni məzmunlu qətnamə çıxarmaqla kifayətlənmişdir. İddiaçının bu iddiadakı hüquqi statusu müəyyən edilməmişdir. İddiaçının iddia qaldırmaq hüququnun olub-olmaması müəyyən edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Göründüyü kimi, cavabdehin hüquqi ünvanı Salyan rayon ərazisi olduğu halda, iddia Bakı şəhərində qaldırılmaqla ərazi aidiyyəti pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh ola bilmədiyi halda, hüquqi ünvanın olduğu yerdə iddianın qaldırılması birbaşa ərazi aidiyyətinin pozulmasıdır. Salyan rayon M əhkəməsinin hökmü ilə müəyyən edilir ki, X13 hadisəni törədərkən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 Təcili və X14 Stansiyasında feldşer işləmişdir. Belə olan halda cavabdeh məlum olduğu halda bilərəkdən ərazi aidiyyatinin pozulması və iddiaçılar sırasına Səhiyyə Nazirliyinin daxil edilməsi düzgün deyildir. X4 cavabdeh olaraq Səhiyyə Nazirliyinin işçisi deyildir ki, Səhiyyə Nazirliyi cavabdehlik daşısın. Qardaşın qanun üzrə vərəsə hesab edilib-edilməməsini faktiki olaraq məhkəmə araşdırmamışdır. İddiaçı işə əlavə edilmiş hökmdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak etməsi heç də mülki qaydada iddia qaldırmağa əsas vermir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2613/2024 nömrəli 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Cəmilə Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmiş, vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 Təcili və X8 Stansiyasında feldşer işləmiş X13 iddiaçının qardaşının ölümündə təqsirli bilindiyindən, qardaşının ölümünə görə iddiaçı iztirab keçirdiyindən mənəvi ziyan cavab deh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23ndən tutulmalıdır. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X13 02 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23n Təcili və X8 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022-ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan X2 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasınd a bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. X13 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur, cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 ünvanı Salyan rayonu olmasına baxmayaraq əsassız olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh qismində işə cəlb edilərək, onun yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbini həm “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23nə, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı verərək hər iki cavabdehdən pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsinin geri qaytarılması üçün mülki prosessual qanunvericilkdə nəzərdə tutulmuş əsaslar olmadığından, iddia ərizəsi cavabdehlərdən birinin hüquqi ünvanı üzrə verildiyindən icraata götürülmüşdür. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, vərəsə hesab edilib-edilməməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibə tdə qeyd etmişdir ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları mənəvi təzminat tələb etmək hüququna malik ola bilər. İşin hallarından da görünür ki, X12 iddiaçının qardaşıdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, İddiaçı zərər çəkmiş şəxsin hüquqi varisi olaraq tanınmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin izahatında qeyd etdiyi hallara münasibətdə qeyd olunmalıdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı baş həkimdən şikayətçi olduğunu, onun barəsində tədbir görülməsini, təqsirləndirilən şəxs Salman Musayevi tanımadığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd et mişdir. Bu hal iddiaçının mənəvi zərərə görə təzminat tələbini aradan qaldırmır. Çünki göründüyü kimi İddiaçı qardaşının ölümündə məhz baş həkimin təqsirli olmasını güman edərək Salman Musayevi tanımadığı və şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin sonradan hökmlə müəyyən olunmuşdur ki, qardaşının ölümündə məhz Salman Musayev təqsirli bilinmişdir. İddiaçının 1 ildən sonra məhkəməyə müraciət etməsinin nəzərə alınmamasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qardaşı 2022-ci ildə vəfat etsə də qeyd edilən hökm xx.xx.2023-ci il tarixdə verilmişdir. İddiaçı iddia tələbi ilə xx.xx.2023-cü ildə müraciət etmişdir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən mənəvi ziyanın məbləği ilə razılaşmamış və qeyd etmişdir ki, “Mənəvi z ərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları n əzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X10 törətdiyi əməl ehtiyatsızlıqdan törədilmiş əməl kimi tövsif edilmişdir Bundan əlavə, hökmdən müəyyən olunur ki, iddiaçının qardaşı 2010-cu ildən şizofreniya paranoid forma diaqnozu ilə xəstəxanada müalicədə olmuşdur. İşin halları, zərərvuran şəxsin təqsiri, iddiaçının qardaşının uzun müddət xəstəlikdən müalicə alması nəzərə alınaraq cavabdehdən 15000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır.

14. Mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əl aqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri

15. Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X27 kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2613/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin tam ləğv edilməsini, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini və MPM-nin 149.2.3-cü və 149.3-cü maddələrinin tələblərinin pozulmasına istinad edilərək Səhiyyə Nazirliyinə münasibətdə tələbin MPM-nin 384.0.5-ci maddəsinə əsasən baxılmamış saxlanılmasına və 384.0.4-cü maddəsinə əsasən ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsinə dair şərhin verilməsini, prosessual pozuntunun olmadığı hesab edildiyi təqdirdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2613/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin “mənəvi zərərin məbləği” hissəsində d əyişdirilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Lakin apellyasiya instansiyası məhkəməsininin mənəvi zərərin təsirinin yaranması üçün əsasın, bilavasitə zərərvuran şəxsin hərəkətindən sonra deyil, məhkəmə hökmünün çıxmasından sonra yaranmasına dair mövqeyi anlaşılmazdır.

17. Kompensasiya məbləği müəyyən edilən zaman, mənəvi iztiraba səbəb olan əməlin qəsdən və ya ehtiyasızlıqda törədilən əməl olunması nəzərə alınmalıdır. Belə ki, zərərçəkən şəxsə şişirdilmiş məbləğin verilməsi əsassız varlanmaya səbəb olar. Lakin iş mate riallarında olan hökm ilə əməlin ehtiyyatsızlıqdan törədilən cinayət olması müəyyən edilsə də, məhkəmələr bunu nəzərə almayaraq, zərərçəkən şəxsin əsassız varlanmasına şərait yaratmışdır. Apellyasiya məhkəməsi zərərvuran şəxsin təqsirini nəzərə alsa da əməlin ehtiyyatsızlıqla törədilməsini nəzərə almamışdır. 18. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 nizamnaməsinin 1.4-cü maddəsində müəssisənin müstəqil balansa malik olduğu qeyd edilir. Bu da onu göstərir ki, müəssisə TƏBİB-in tabeliyində olmasına baxmayaraq, maddi risklərə görə müstəqil cavabdehlik daşıyır. Lakin məhkəmələrin, X27lərə dövlət orqanı olaraq yanaşması, “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə Səhiyyə Nazirliyi arasında mövcud olan əlaqənin hakimiyyət səlahiyyətlərinə əsaslanmamasının müəyyən edə bilməməsi X27(lər)in törəmə müəssisə olaraq qiymətləndirilməsinə şərait yaradır, bu da hüququ kolliziyanın yaranmasına səbəb olacaqdır.

19. Zərərçəkmiş fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkət və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması anlaşılır. Lakin iş materiallarında olan hökmdən görünür ki, iddiaçı qardaşının ölümündə təqsirli olan Salman Musayevə qarşı sonuncu barəsində açılmış cinayət işi üzrə verdiyi ifadəsində heç bir şikayət və tələbinin olmamasını, xəstəxananın baş həkiminin təqsirli olduğunu bildirmişdir ki, bununla da əsas niyyətinin əsassız varlanma olduğunu göstərmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 baş həkiminin Salyan RayonlararasıPsixiatriya Xəsəxanası ilə inzibati əlaqəsinin mövcud olmadığından iddiaçının həmin ş ikayəti də iddiaçının əsl niyyətini müəyyən edən haldır. Bu da öz növbəsində iddiaçının psixi vəziyyətinin mülayim olduğunu sübut edir.

20. Məhkəmə tərəfindən kompensasiya məbləği müəyyən edilən zaman cavabdehin maddi durumu nəzərə alınmalı idi. Lakin məhkəmələr tərəfindən, cavabdehin X17raq ictimai əhəmiyyətliliyi, müstəqil balansa malik olması və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən yalnız ictimai xidmət göstərilməsi üçün maliyyələşən, qanunvericilik və nizamnaməsində maddi məsuliyyətinə görə dövlətdən vəsaitin ayrılmaması, kompensasiya məbləğinin yüksək olacağı təqdirdə müəssisənin işçilərinin ixtisarının və əmək haqlarının azalmasının qaçınılmaz olması və bununla da yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinin mümkün olmayacağı, nəticədə başqa zərər vurmaların olmaq ehtimalı nəzərə alınmamışdır. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz.

21. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi və sair amillər nəzərə alınmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçının mərhum qardaşı isə Cəlilabad rayon qeydiyyatındadır. Uzun illərdir ki, ayrı ünvanda yaşamaqları ilə yanaşı iddiaçı mərhum qardaşının müalicə aldığı psixatriya xəstəxanasına da gəlməyərək mərhum qardaşı ilə görüşməmişdir. Mərhumun stasionarda olduğu müddətdə “Şöbə üzrə xəstələrlə yaxınlarının görüşü” jurnalında gö rüşü qeydə alınmamışdır.

22. İş materiallarında olan hökmdə qeyd edilən komissiyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 372/KEŞ nömrəli rəyindən görünür ki, iddiaçının qardaşının vəfat etməyindəki səbəblərdən biri mərhum Anar Əsgərovun nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Stationar müalicə müddətində X6 vəziyyəti getdikcə ağırlaşmış və xx.xx.2022-ci il tarixdə ölüm baş vermişdir. Bu da onu göstərir ki, “Xəstəxana”nın işçisinin təqsiri olmasaydı belə mərhum Anar Əsgərovun vəfat etmək ehtimalı yüksək idi. Eyni zamanda obyektiv əsas deməyə əsas verir ki, mərhumun ölümü ani bir hərəkət və ya hərkətsizlik nəticəsində deyil, davam edən ağır xəst əlik nəticəsində olmuşdur. Lakin, apellyasiya məhkəməsi obyektiv əsasları nəzərə almamışdır.

23. Aidiyyət qaydaları pozulmuşdur. Belə ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İddia ərizəsinin yönəldiyi cavabdehlər isə hüquqi ünvanı Salyan rayonunda olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 və hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu olan Səhiyyə Nazirliyidir. Lakin birinci instansiya məhkəməsinin qatnaməsinə nəzər salınsa görünər ki, məhkəmə Səhiyyə Nazirliyini qətnamənin yalnız “Giriş” və “Təsviri” hissəsində qeyd etmiş, “Əsaslandırıcı” və “Nəticə” hissələrində qeyd etməyərək faktiki olaraq Səhiyyə Nazirliyini iş üzrə cavabdeh kimi dəyərləndirməmiş, iddia tələbinin Səhiyyə Nazirliyinə münasibətdə hansı səbəbdən rədd olunduğunu qeyd etməmişdir. Baxmayaraq ki, iddia tələbinin yönəldiy i fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Səhiyyə Nazirliyində olan Nəzarət funksiyası onu hazırkı mübahisələr üzrə yalnız müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməsinə əsas ola bilər. Şəxsə qarşı yönələn bir tələbi məhkəmələrin qətnamənin əsaslandırma hissəsində rədd edə bilməməsi onu bir daha sübut edir ki, Səhiyyə Nazirliyi iş üzrə cavabdeh deyildir.

24. İddia ərizəsi icraata götürülməzdən qabaq Səhiyyə Nazirliyinin müştərək cavabdeh olmadığı müəyyən edilməli və bir-biri ilə əlaqədar olmayan bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirildiyinə görə geri qaytarılmalı, iddiaçıya Səhiyyə Nazirliyinə qarşı ayrıca iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməli idi. Belə ki, cavabdeh X 18 və Səhiyyə Nazirliyi ilə hazırkı iş üzrə birgə cavabdehlik daşıması X27 instituna ziddir.

25. Səhiyyə Nazirliyi iş üzrə cavabdeh olmadığından məhkəməyə təqdim edilən iddia ərizəsi eyni zamanda MPM-nin 149-cu maddəsinin tələbləri pozularaq tərtib edilmişdir.

26. İş materiallarında zərərçəkən şəxsin iqtisadi və əmlak vəziyyətinə dair heç bir sübut təqdim edilməmişdir. Bu halda, iddiaçının mənəvi zərər məbləği işləməyən və ya minimum əmək haqqına mütənasib təyin edilməli idi. Məhkəmələrin zərərçəkən şəxsin iqtisadi vəziyyəti ilə bağlı araşdırma aparmaması obyektiv həqiqəti pərdələmiş və iddiaçının əsassız varlanmasına şərait yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mü lki Məcəlləsi

28. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi ni ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

32. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

33. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vur ulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 34. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı: Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və ba banın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərər çəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

37. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

38. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qal dırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi baxılan işin halları baxımından iddiaçıya mənəvi zərərin vurulması ilə bağlı düzgün nəticəyə gəlsə də, zərərin məbləğinin müəyyən edilməsi hissəsində qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə dəyişdirilməlidir.

51. İşin mübahisəsiz haldır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmü ilə X13 Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23n Təcili və X8 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə Anar Əsgərovun profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmuşdur.

52. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdehin səhlənkarlığı nəticəsində iddiaçının qarda şının vəfat etməsi işin mübahisəsiz halıdır və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır.

53. Qeyd edilməlidir ki, iddiaçının qardaşı uzun müddət psixi xəstəlikdən əziyyət çəkmiş və o bu xəstəlikdə müalicələr almışdır. Mərhumla iddiaçı başqa-başqa ünvanlarda qeydiyyatda olmuşlar. Onların birgə yaşaması və birgə təsərrüfat iştirakçısı olmalarına dair işdə hər hansı sübut yoxdur.

54. Digər tərəfdən müəyyən olunur ki, aparılmış cinayət təqibi gedişində zərərçəkmiş şəxsin hüquqi varisi (baxılan iş üzrə iddiaçı) təqsirləndirilən şəxsə qarşı hər hansı tələbin olmamasına dair müraciətlə işə baxan məhkəməyə müraciət etmişdir. Eyni zamanda mərhumun müalicə aldığı tibb müəssisəsinin sorğuya verilmiş cav abından aydın olur ki, mərhumun stasionar müalicə aldığı müddət ərzində onunla görüşə gəlmiş yaxınları haqqında hər hansı qeyd aparılmamışdır.

55. Nəzərə alınmalıdır ki, kompensasiya məbləği müəyyən edilən zaman, mənəvi iztiraba səbəb olan əməlin qəsdən və ya ehtiyasızlıqda törədilən əməl olunması nəzərə alınmalıdır. Belə ki, zərərçəkən şəxsə şişirdilmiş məbləğin verilməsi əsassız varlanmaya səbəb olar.

56. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

57. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdaf iə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

58. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

59. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

60. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri -əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompens asiya edilir.

61. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.

62. Mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasınd a aparmalıdırlar.

63. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır.

64. Beləliklə, mənəvi zərərin vurulmasına dair iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

65. Bu baxımdan apellyasiya instansiya məhkəməsi mənəvi təzminatın miqdarını müəyyən edərkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar (mərhumla iddiaçının bir eyni ünvanda qeydiyyatda olmadıqları, onların birgə yaşamasını və birgə təsərrüfat aparmaslarını müəyyən edən sübutların olmadığı, şəfqət və mənəvi bağlılıqlarının möhkəmliyi, mərhumun ölümü nəticəsində iddiaçının şəfqət eşqinin azalması, mərhumun ölməsinin iddiaçının həyat şəraitinin dəyişməsinə səbəb olması, iddiaçının həyatında mühüm yer tutan şəxs olmasını və s) ətraflı araşdırılaraq müəyyən edilməli olmasını nəzərə almamışdır.

66. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mənəvi təzminatın müəyyən edilməsi zamanı tərəflərin hər hansı məbləği müvafiq bərabərləşdirmə məbləği kimi göstərmələrindən asılı olmayaraq onun məbləğinin müəyyən edilməsi “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edildiyi kimi məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Bu baxımdan bu qərarının 64-cü bəndində göstərilənlər baxımından apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş təzminat məbləği mütənasib olmamaqla ədalətli hesab edilə bilməz.

67. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarların təqsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, bu qərarın 64-65-ci bəndlərində müəyyən edilmiş hallar nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdir ilməli, iddiaçıya ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçıının xeyrinə 2.000 manat mənəvi zərər tutulmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(103)2613/2024 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul vəsaiti tutlaraq İddiaçı Şrrbala oğluna ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar