Məhkəmə qərarları › İş №2(102)-3013/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3013/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3013/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlük əsasları, forma və məzmun tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4104/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi İddiaçı (bundan sonra – ərizəçi) maraqlı şəxs Cavabdeh (bundan sonra – maraqlı şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli barışıq sazişinin Cavabdeh tərəfindən könüllü icra edilmədiyinə görə məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-793/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ərizə təmin edilərək, tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli barışıq sazişi “Bakı 5 saylı Mediasiya Təşkila tı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndində göstərilən X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat alimentin İddiaçı ödənilməsi; Barışıq sazişinin 5-ci bəndinin yəni birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcəyi; Barışıq sazişinin 6-cı bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil bu müqa vilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək; Barışıq sazişinin 7-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq; Barışıq sazişinin 8-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək; Barışıq saz işinin 9-cu bəndində göstərilən Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq” hissəsində təsdiq edilməsi qət edilmişdir.

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4104/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Talışınski (məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti (iş səh.53) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməmiş, (qrafaların göstərilən konkret tələblərinə müvafiq) tamlığına, məğzinə və ardıcıllığına riayət edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.1, 361.1.2, 361.1.2, 361.1.3, 361.1.4, 361.1.5, 361.1.6, 361.1.7,361.2, 363.1.1-1, 366.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandı rılmışdır ki, qətnamədən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə tam uyğundur və təbiidir ki, məhkəmə kollegiyası da konkret hansı pozuntunun olmasını öz qərardadında qeyd etməmiş, yalnız ümumi sözlərlə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsində qeyd olunur ki, “363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət ed ilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.” Lakin baxılan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hansı halları aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilməsini öz qərardadında qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 361.1 Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar.

11. Maddə 363.1.1-1 və 363.2. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

12. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

13. Maddə

364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri: 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrin ə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 14. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 15. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

16. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndiri lən qərardadında qeyd edilmişdir ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini MPM-in 361-ci maddələrində və «Əlavə-2»-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilməmiş və əsaslandırmamışdır.

21. Halbuki maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə qəbul edilərək digər qətnamənin mövcudluğu nəzərə alınmamış, … qətnamə MPM-nin 386-cı maddəsinin nəzərdə tutduğu maddi hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmiş, yəni birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində ciddi səhvlər buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanuni səhv təfsir etmişdir, iş tam araşdırılmamışdır.

22. Nəzərə alınmalıd ır ki, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğun əsaslandırılmış olması, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün MPM-də və ya apellyasiya şikayətinin formasına dair MPM-in 2 saylı Əlavəsində nəzərdə tutulmuş bütün əsaslara istinad edilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayəti vermiş şəxsin MPM-in 385.1-ci maddəsində və ya MPM-in 2 saylı Əlavəsində sadalanan bir və ya bir neçə hala istinad etməsi də apellyasiya şikayətinin əsaslandırılmış olması və mümkün hesab edilməsi üçün kifayət edir.

23. Digər tərəfdən apellyasiya şikayətini qeyri-mümkün hesab edən məhkəmə ümumi sözlər ifadə etməkdən çəkinməli, mümkünsüzlüyün əsaslarını düzgün müəyyən etməli, istinad etdiyi normaların tətbiqində daha ciddi olmalıdır.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4104/2023 nömrəli mülki iş üzrə 02 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar