Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3016/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3016/2022 (Açar sözlər: sahibliyin pozulması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması) Bakı şəhəri, 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı yaşayış sahəsindən cehiz əşyalarının çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)-759/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2014-cü il tarixdə İddiaçı1 (bundan sonra – birinci iddiaçı) ilə rəsmi nikaha daxil olaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını həmin evə aparmış və nikahları dövründə əri və qaynanası X2 (bundan sonra – ikinci iddiaçı) ilə birlikdə orada yaşamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)269/2021 nömrə li qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar ananın yanında saxlanılmışdır.
3. Bundan sonra, cavabdeh iddiaçılara qarşı mübahisəli evə köçürülmə barədə iddia qaldırmış, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-380/2021 nömrəli qətnaməsi ilə iddiası rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, cavabdehin ailə qurduqdan sonra köçdüyü və yaşadığı ev özbaşına tikili olduğundan iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ yaranmamış, belə olan halda isə, məhkəmə cavabdehin mübahisəli evə köçürülməsini mümkün hesab etməmişdir.
4. Cavabdehə məxsus bir sıra cehiz əşyaları hal-hazıradək mübahisəli evdə qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiy a məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus 1 ədəd şkaf, 1 ədəd taxt və 1 ədəd termodan ibarət yataq dəsti, 1 ədəd televizor altı, 1 ədəd qorka və 1 ədəd servantdan ibarət cehiz əşyalarının onun hesabına mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikahın pozulmasına və cavabdehin mübahisəli evə köçürülmə barədə iddiasının rədd olunmasına baxmayaraq, ona məxsus tələbdə qeyd olunan cehiz əşyaları həmin evdə qalmışdır ki, bu da iddiaçılara maneələr yaradır. Belə ki, evin ümumi sahəsi kiçik olduğundan onlar cavabdehə məxsus əşyaları evdən çıxartmadan başqa əşya ala bilmirlər. Eyni zamanda, cavabdeh artıq onların ailə üzvü olmadığından hesab edirlər ki, cehiz əşyaları da evdən çıxarılmalıdır. Bu barədə dəfələrlə cavabdehə və valideyinlərinə bildirsələr də, heç bir nəticəsi olmamışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3693/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əşyalar üzərində iddiaçının tam mülkiyyət hüququ olduğundan cehiz əşyalarını cavabdehin qanunsuz istifadəsindən geri tələb etməsi əsaslıdır. Belə ki, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlardan və cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən də görünüdüyü kimi, iddiaçını n mübahisələndirdiyi daşınar əşyaların siyahısı ərizədə öz təsdiqini tapmış və cavabdehin nümayəndəsi tərəfindən etiraf edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbyacan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 157.2, 157.8, 165.1, 165.2, 213.2, 213.5, 225.1, 225.3, 1096, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda başqa yaşayış yeri olmadığından cehiz əşyaları nın mübahisəli evdən çıxarılmasına razı deyil. Birinci instansiya məhkəməsi isə onun məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da işin halları barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, cavabdeh övladları ilə birlikdə mübahisəli evə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət etmiş (ailə münasibətlərindən irəli gələn məsələ olduğundan həmin iş hazırda mediasiya prosesindədir), lakin məhkəmə prosesində iştirakı təmin olunmadığından bu barədə məhkəməni məlumatlandırmaq imkanı olmamışdır. Hesab edir ki, evə köçürülməsi ilə bağlı məsələ həll edilmədən hazırkı işə baxılıb yekun qərar qəbul edilə bilməz. Eyni zamanda, məhkəmə Ailə Məcəlləsinin 32-37-ci və Mülki Məcəllənin 21, 157.2, 1096 və 1097.1-ci maddələrinə istinad etməklə maddi hüquq normalarının tətbiqində də səhvə yol vermişd ir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(10)-759/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, cavabdeh tikiliyə köçürülmə barədə iddia qaldırdığını, həmin iddiaya baxılmadan hazırkı işə baxılmasının mümkün olmadığını qeyd etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə, şikayətin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, cava bdeh iddiaçılara qarşı tikiliyə köçürülmə tələbinə dair iddia qaldırmış, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır.
14. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi barədə dəlilini də əsassız sayaraq qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən bütün şəxslərə, o cümlədən cavabdehə bildiriş göndərilmiş, həmçinin, cavabdehin istifadəsində olan (055) 719-89-16 saylı telefon nömrəsinə SMS bildiriş də göndərilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla formal mülahizə xarakteri daşıyır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kasssiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh mübahisəli tikiliyə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin özbaşına tikilinin Sabunçu rayonu ərazisində yerləşməsi əsası ilə ərizəsi geri qaytarmışdır. Həmin qərardaddan verdiyi şikayət təmin olunmamış, buna görə də hazırda övladları ilə birlikdə özbaşına tikiliyə köçürülmə barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Mə hkəməsinə müraciət etmiş və ərizəsində iddianın əsaslı olmasını faktlar, sübutlar və digər əsaslar ilə əsaslandırmışdır. Qeyd olunanlarla bağlı məhkəmə iclasının təxirə salınması barədə vəsaətətlə müraciət etsə də, məhkəmə tərəfindən vəsatəti nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
19. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucud an pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
20. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, hazırkı iddia tələbi sahibliyin müdafiəsi ilə bağlı olmaqla tələbin qanuni əsasını təşkil edən normanın tələblərinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olars a, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir (§19-20).
32. Normanın mənasından belə aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının əşyaya faktiki sahiblik etməsi, cavabdehin həmin sahibliyi qadağan edilmiş özbaşınalıq yolu ilə pozması və bu barədə iddianın qanunla qanunla müəyyən edilmiş müddətdə qaldırılması.
33. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də bir iqtisadi dəyər - yaşayış sahəsi kimi mövcud olmaqla, iddiaçıların sahibliyində olmuş, cavabdeh xx.xx.2014-cü il tarixdə onların razılığı ilə həmin evə gəlin köçmüş, lakin sonradan ailə münasibətləri pisləşərək, Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci iddiaçı ilə nikahları pozulmuşdur. İddiaçı sözügedən evə köçürülmə barədə iddia qaldırsa da, eyni Məhkəmənin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli evə dair hüququnun olmaması əsası ilə iddiası rədd olunmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçılar onların sahibliyində olan mübahisəli evdən cavabdehə məxsus cehiz əşyalarının çıxarılması barədə hazırkı iddia ilə müraciət etmişlər.
34. Göründüyü kimi, mübahisəli evin iddiaçıların sahibliyində olmaqla cavabdehin həmin evə heç bir hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə aktı müəyyən edilmiş və həmin hal tərəflər üçün preyidusial olduğuna görə apellyasiya məhkəməsi eyni xüsusatlar üzrə əlavə araşdırma aparmamaqda haq lı olmuşdur.
35. Çünki, MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normala r sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
37. Cavabdeh kassasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırdığı apellyasiya şikayətində mübahisəli evə köçürülmə tələbinə dair yeni iddia qaldırdığını və işin mediasiya mərhələsində olduğunu bildirsə də, bu dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, kassasiya icraatında təqdim etdiyi sənədlər isə qəbul edilməmişdir, ona görə ki, həmin sənədlər apellyasiya araşdırmasının predmeti olmadığından, kassasiya instansiyası məhkəməsi bu hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini yoxlamaq imkanında olmamışdır.
38. Beləliklə, hazırkı iş üzrə tələbin qanuni əsasını təşkil edən yuxarıda sadalanan dispozisiya şərtləri ödənildiyindən (mübahisəli ev iddiaçıların sahibliyində olmaqla cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan həmin sahibliyin pozulmuş və iddiaçılar tərəfindən sahibliyin müdafiəsinə dair qanunla müəyyən edilmiş müddətlərə riayət olunmuşdur) işə mahiyyəti üzrə baxmış məhkəmələr iddianın təmin olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər.
39. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Kassasiya şikayətinin digər dəlilləri isə a pellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-759/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Əl