Məhkəmə qərarları › İş №2(102)-3017/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3017/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3017/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 MMC və dirlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənəvi zərərin əvəzinin ödənilməsi) 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)1440/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh1 MMC (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlərdən ona vurulmuş mənəvi zərərə görə 30.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qafarova) iddia qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 300 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, X “X3 X2 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia qaldıraraq, ona vurulmuş maddi zərərin dəyəri kimi ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuza və mənəvi zərərə görə 20.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və Bakı şəhəri, Xətai Rayon Məhkəmənin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib, X qətnamədən apellyasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılıb və Edvard Vallenbergin “X3 X2 Sözləşməsi Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iddiası rədd edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi xəbərnaməli məktubla İddiaçıin qeydiyyatda olduğu xxx saylı mənzilinə göndərilib. Apellyasiya instansiyası məhkəməsinə qaytarılmış xxxx nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnəməyə əsasən qətnamənin 04 may 2021-ci il tarixdə İddiaçı tərəfindən qəbul edildiyi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsindən X tərəfindən verilmiş kassasiya şikayəti qətnamədən kassasiya şikayəti verilməsi müddətinin ötürülməsinə görə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadı ilə geri qaytarılıb. Lakin, sonradan aparılmış araşdırma zamanı ünvan 1 evin 43 saylı ünvanına İddiaçıin adın a daxil olan poçt göndərişinin verilməsi haqqında xəbarnəmədə olan imzanın ünvançı tərəfindən imza edilmədiyi, həmin xəbərnaməni 52 saylı Poçt şöbəsinin sabiq poçtalyonunun ünvançının əvəzinə saxta imza etdiyi məlum olub. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, X Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilib və bundan sonra şikayətə baxılması mümkün olub. Göründüyü kimi cavabdehin təqsiri üzündən iddiaçıya mənəvi zərər dəyməsi mülki iş materialları ilə istisna edilmir. Ona görə də məh kəmə iddiaçıya dəymiş mənəvi zərəri 300 manat məbləğində qiymətləndirir. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21, 23-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məh kəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsinə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilərək, cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Ona görə də qətnaməyə mənəvi zərərin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Hər iki kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçir ilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Hər iki kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin X tərəfindən X hüquq firm asına ünvanlanmış 02 noyabr 2020-ci il tarixli məktubuna əsasən, ünvan 1 evin 43 saylı mənzilində yaşayan X adına daxil olmuş 29 aprel 2020-ci il tarixli poçt göndərişinin çatdırılmasına dair aparılan araşdırma zamanı F-8 çatdırma vərəqində və F-119 xəbərnaməsində ünvançı tərəfindən imza edilmədiyi məlum olub. Belə ki, sözügedən ünvana daxil olan poçt göndərişinin X tərəfindən 04 may 2020-ci il tarixdə qəbul edilməsinə dair F-8 çatdırma vərəqəsi və F-119 xəbərnaməsində 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu ünvançının əvəzinə saxta imza etməklə “X1”nın 70-ci bəndi kobud şəkildə pozulub. Halbuki, Bakı şəhəri, 116 saylı MKİS tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli arayışına əsasən, X xxx saylı mənzilində qeydiyyatda deyil və o, 01 yanvar 2018-ci ildə qeydiyyatdan çıxıb. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadı ləğv edilib və X Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılıb. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli Qərarı ilə Xn kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araş dırıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsi 52 saylı Poçt Şöbəsindən xxxx ştrix kodlu F-119 sifarişli-xəbərnaməli məktubla İddiaçıə göndərilsə də, ona rəsmi təqdim edilməyib. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən 52 saylı Poçt Şöbəsindən göndərilmiş xxxx ştrix kodlu F-119 sifarişli-xəbərnaməli məktub gecikdirilməklə ünvana çatdırıldığını qeyd etsə də, əvvəlki iş üzrə apellyasiya məhkəməsinin istinad etdiyi xxxx AZ kodlu sifarişli xəbərnamədə İddiaçıin deyil, poçtalyonun imza etməsinin müəyyən edilməsi faktı artıq işin mübahisəsiz halıdır. Bu halın mövcudlu ğu sifarişli-xəbərnaməli məktubun gecikdirilməklə ünvana çatdırılması kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, poçtla sifarişli xəbərnamənin məktub ünvanlayan şəxsə gecikdirilməklə deyil, ümumiyyətlə çatdırılmaması nəticəsində İddiaçıin kassasiya icraatı qaydasında məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması üçün şərait yaradıb. Çünki, mülki iş materialı ilə müəyyən olunur ki, poçt göndərişinin verilməsi haqqında xəbarnamədə olan imzanın cavabdehin əməkdaşı olmuş 52 saylı Poçt Şöbəsinin sabiq poçtalyonu tərəfindən saxtakarlıq edilməklə İddiaçıin əvəzinə imza edilməsi nəticəsində Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 18 mart 2020-ci il tarixli qətnamənin X təqdim olunmuş kimi qiymətləndirib və sonuncunun sonradan həmin qətnamədən verdiyi kassasiya şikayəti verilməsi müddətini ötürməsi əsası ilə onun kassasiya şikayəti geri qaytarmışdır ki, bununla da X məhkəmə müdafiəsi hüququndan qanunsuz məhrum edilmə təhlükəsi ilə üzüzə qalıb. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçıin qanuniliyi ilə razılaşmadığı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məhz cavabdehin əməkdaşının qanunsuz hərəkəti nəticəsində kassasiya şikayəti verə bilməyəcəyi düşüncəsi ilə bağlı onun keçirdiyi hisslər şübhəsiz ki, İddiaçıin mənəvi sarsıntı keçirməsinə, onun şüurunda mənfi psixi reaksiyalara səbəb olub, o bu hadisələrlə balı stress və həyəcan keçirib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2003-cü il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci m addəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlaması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən məhkəmə qaydasında müdafiəsini zəruri edir.... Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1 -ci maddələrinə dair” 27 dekabr 2002-ci il taixli qərarı). Apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdehin (onun sabiq əməkdaşının) bu hərəkətləri özü-özlüyündə İddiaçıin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin qarşısını almağa (məhdudlaşdırmağa) yönəlməkl əqanunsuz hərəkət olmaqla hüquq pozuntusudur və ümumilikdə götürüldükdə hüquq pozuntusunun, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi zərərin, sarsıntının mövcud olmasının təsdiqidir. Kassasiya instansiyası məhkəməsi tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, cavabdehin təqsiri üzündə iddiaçının mənəvi zərərə məruz qalması mülki iş materialları ilə istisna edilmədiyindən, ona dəymiş mənəvi zərərin məbləğini 1.000 manat müəyyən etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və aşağıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-c i il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müst əqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər insanın anadangəlmə v ə ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habeləəmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa ed ilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinəəsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, “mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi iləəlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli s ürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Mülki Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş ş əxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.” Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, poçt göndərişinin verilməsi haqqında xəbarnəmənin iddiaçı tərəfindən deyil X sabiq poçtalyonu tərəfindən imza edilməsi, bunun nəticəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qətnaməsinin iddiaçıya təqdim olunmaması və onun həmin qətnamədən kassasiya şikayəti verilməsi müddətini ötürməsi və bununla da onun məhkəmə müdafiəsi hüququndan qanunsuz məhrum edilməsi kimi hərəkətlər sonu ncuya mənəvi zərər vurulmasına gətirib çıxarıb. Cavabdehin bu qanunsuz hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə vardır. Buna görə də apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə pul əvəzi tutmaqla düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi həmçinin mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin tə hlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) vəəmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti iləəlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan vəədalətli olmalıdır.” Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığına görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh1 MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-1440/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar