Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3018/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh1 və Ağstafa rayon bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar söz: alğı-satqı müqaviləsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Ağstafa Rayon Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-494/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətn aməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 fevral 2004-cü il tarixli 172 saylı Ağstafa Bələdiyyəsinin sərəncamına əsasən, Ağstafa şəhər sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 72 kv.m torpaq sahəsi ayrılmışdır. 2. 19 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Ağstafa Bələdiyyəsi ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və Ağstafa şəhəri Azadlıq küçəsində 72 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün Cavabdeh1 satılmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li çıxarışa əsasən, Ağstafa şəhəri Heydər Əliyev küçəsi ev 53 mənzil 1-də yerləşən mənzil 1/3 hissədə İddiaçı1, 1/6 hissədə Cavabdeh1 və 1/2 hissədə X8 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Ağstafa rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Ağstafa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 172 saylı qərarının və xx.xx.2007-ci il tarixli 49 nömrə ilə uçot qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ağst afa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş Ağstafa Bələdiyyəsi ilə Cavabdeh1 arasında 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Ağstafa Bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatı etibarsız hesab edilmişdir.
6. Cavabdeh1 16 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Ağstafa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsinin ləğv edilərək işə yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. Ağstafa Rayon Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli 2(015)-1083/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(015)-488/2021 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını onunla əsaslandırmışlar ki, onlar ünvan 1 ünvanında yaşayırlar. Sözü gedən ev və həyətyanı torpaq sahəsi onlara mərhum ataları X4 miras qalmışdır. 2014-cü ildə rayon icra başçısına sosial durumlarını anladaraq həyətlərində mağaza tikməyə razılıq almışlar və kredit hesabına tikdirməyə başlamışlar. Bunun xx.xx.2015-ci ildə notarial surətdə təsdiqlənmiş akt sübutudur. Onlar günə muzd işləyərək həmin krediti qaytarmışlar. 2016-cı ildə mağazanı rəsmiləşdirmək istəyərkən həmin ərazinin daşınmaz əmlakda yüklü olduğu məlum olmuşdur. Aparılan araşdırma nəticəsində həmin sənədin Bakı şəhərində yaşayan qardaşları Elşənin adı na olduğunu öyrənmişlər. Onların Elşənə olan etibarlarından sui-istifadə etdiyini bildikdən sonra dərhal etibarnamənin ləğv etdirmişlər. Onlar həmin evdə qeydiyyatda olmaqla yaşadıqlarından kimsə bunu edə bilməzdi. Onlar məsələnin araşdırılması ilə əlaqədar Ağstafa rayon polis şöbəsinə şikayət etmişlər. Müstəntiq Elşənin ifadəsini alarkən sözü gedən torpaq sahəsinin bibiləri oğlu Kəmaləddinin aldığını bildirmişdir. Halbuki, Kəmaləddin onların atalarının varisi ola bilməzdi. Kəmaləddin tərəfindən Ağstafa Bələdiyyəsinə sorğu verilmiş və “bələdiyyənin 14 fevral 2004-cü il tarixli 172 nömrəli sərəncamı” barədə hər hansı bir sənədin olmadığı bildirilmişdir. Cavabdeh Elşən Ağstafa rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli qətnaməsini əlində əsas tutaraq həmin evin bütün həyətyanı torpaq sahəs i olan 141.6 kv.m torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. Nəhayət cavabdeh Elşənin heç cür əsaslandıra bilmədiyi, lakin onun lehinə olan xx.xx.2006-cı ilin qətnaməsi tərəflərindən verilmiş apelyasiya şikayəti əsasında Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə araşdırmalarında da Elşən və ya Kəmaləddin hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu isə onların heç bir dayanaqlı, əsaslı sənəd və sübutunun olmaması və özlərini hakim qarşısında müdafiə edə bilməməsi deməkdir. Çünki sorğudan da bəlli olduğu kimi arxiv sənədləri mövcud olmamışdır. 20 fevral 2014-cü il tarixli, 277 nömrəli arayışa əsasən ünvan 2 ünvanında yaşayan Cavabdeh1 AN 005468 kadastr nömrəli, kodu **********0060 olan sahibkarlıq məqsədi üçün 141.6 kv.m və ya 0.0141 6 ha torpaq sahəsinin satılmasına dair Ağstafa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 172 saylı qərarı ilə xx.xx.2007-ci il 49 nömrəsi ilə qeydiyyata alınmışdır. Arayışın verilməsinə əsas 19 fevral 2014-cü il tarixli F-262 nömrəli ərizə göstərilmişdir. Cavabdehin əsaslandırdığı bütün sənədlərin rəsmən ləğv edilməsinə rəğmən hələ də cavabdeh Elşənlə bələdiyyə arasında sözügedən həmin alqı-satqı müqaviləsi mövcud olmuşdur. Cavabdehin həmin torpaq sahəsinə heç bir ehtiyacı olmamışdır və hər fürsətdə həmin torpağı kiməsə satacaq deyə onlara meydan oxumuşdur. Halbuki həmin torpaq sahəsi onların yaşayış yerləri olub və onların yeganə qazanc mənbələri olmuşdur. Dəfələrlə mübahisəni sülh yolu ilə həll edilməsini tələb etsələr də heç bir nəticə əldə edə bilməmişlər. Məhkəmə qaydasında olmadan aral arında olan mübahisənin həlli mümkün deyildir. Ona görə də xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Ağstafa Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 172 saylı qərarının və xx.xx.2007-ci il tarixli 49 nömrə ilə uçot qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1083/2023 nömrəli iş üzrə 21 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməsi, Ağstafa Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Ağstafa Bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamının və xx.xx.2007-ci il tarixli 49 nöm rəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında reallıqda mövcud olmuş əqd münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə uyğun gəlməmişdir.
12. Məhkəmə əqd bağlanarkən tərəflərin əslində başqa əqd bağlamaq barədə razılığa gəldiklərini və rəsmiləşdirilmiş əqdin tərəfin iradə ifadəsi olmadığını rəhbər tutaraq əqdin etibarsız hesab olunması barədə tələbi əsaslı hesab etmişdir.
13. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə əsaslanaraq qeyd etmişdir ki, özünün əmlakına sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasverici prinsiplərindəndir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1, 324.1, 324.4, 324.5, 337.1, 337. 2,337.4, 347.1, 347.2, 567-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadıqların müdafiəsi haqqında» Konvensiyaya dair 20.03.52-ci ildə Parisdə imzalanmış 1 saylı Protokolun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər əvvəllər ailə üzvü o laraq ünvan 3 ünvanında yaşamışlar. Həmin ev ilkin qeydiyyat olaraq tərəflərin atası X8 adına qeydə alınmışdır. X8 dörd övladı olmuşdur. Onlar Cavabdeh1, İddiaçı1, X5 və İddiaçı2dır. X8 arvadı dünyasını dəyişdiyi üçün ikinci ailə həyatı quraraq, X6 ilə nikaha daxil olmuş və bu nikahdan X9 doğulmuşdur. X12 21 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. X12 vəfat etdikdən sonra sözügedən ev, Cavabdeh1, İddiaçı1, X5 və İddiaçı2, onun arvadı X6 və X9 arasında vərəsəlik qaydasında payları müəyyən edilərək bölünmüşdür. Yalnız İddiaçı2 öz payından qardaşı İddiaçı1 xeyrinə imtina etmişdir. Cavabdeh1 ailə həyatı qurduqdan sonra ünvan 4 ünvanında yaşamışdır. X5 və İddiaçı2 da ailə həyatı qurduqdan sonra başqa ünvanda yaşamışlar. X12 hələ sağ olanda Ağstafa rayonu Heydər Əliyev prospekti ev 53 ünvanın da yerləşən həyatyanı sahəyə bitişik boş torpaq sahəsi və bir neçə qeyri-yaşayış sahələri mövcud olmuşdur. Sözügedən qeyri-yaşayış obyektlərinin və onun altında olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcud olmamışdır. 25 avqust 2000-ci il tarixdə İddiaçı1 həmin həyatyanı sahədə olan qeyri-yaşayış sahələrini öz adına sənədləşdirmiş və bundan üç gün sonra yəni, 28 avqust 2000-ci il tarixdə həmin obyektləri X1. Məhz tərəflər arasında narazılıqlar və məhkəmə mübahisələri də bundan sonra başlamışdır. Musayev X10 Rayon Məhkəməsində İddiaçı1 və X2 qarşı iddia irəli sürmüşdür. Cavabdeh1 Kəmaləddinin həmin obyektlər üçün İddiaçı1 vermiş olduğu pul vəsaitini və çəkdiyi bütün xərcləri ona qaytarmış, tərəflər arasında barışıq razılaşması imzalanmış, X3 qarşılıqlı iddianı geri götürmüş və o nun iddia tələbi üzrə icraata xitam verilmişdir. Həmçinin, İddiaçı1 də iddia tələbini etiraf etmişdir. Bununla da həmin mübahisə barədə eyni tərəflər arasında eyni mübahisəyə baxılması yekunlaşmışdır. Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi təmin edilmişdir. 2018-ci il tarixdə X5 və İddiaçı2 Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Amma onlar Gəncə Apellyasiya Məhkəməsində şikayətlərini geri götürmüşlər. Bununla bağlı qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən həmin şəxslərin yenidən Ağstafa Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları itirilmiş hesab olunmuşdur. Buna baxmayaraq, İddiaçı2 və İddiaçı1 həmin qətnamə dən yenidən apellyasiya şikayəti vermişlər. Ağstafa Rayon Məhkəməsi belə pozuntularla İddiaçı2 apellyasiya şikayətini mümkün hesab etmiş və sənədləri Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(104)-3221/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmişdir. Hazırda Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən 2023-cü ilin oktyabr ayında vermiş olduğu kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin icraatındadır. Onu da əlavə etmişdir ki, Ağstafa rayon bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli, 172 nömrəli sərəncamı və qərarı ilə Ağstafa rayonu Heydər Əliyev prospekti ev 53 ünvanında Cavabdeh1 istifadəsinə (mübahisəli qeyri-yaşayış sahələrinin altında olan) 141.6 kv.m torpaq sahəsi ayrılmışd ır. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Torpaq sahəsi X17 kitabında 19 sentyabr 2007-ci il tarixli, 49 nömrəli uçot qeydiyyatı ilə rəsmiləşərək oranın plan-ölçüsü tərtib edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin ayrılması və gələcəkdə istifadəsi barədə Ağstafa rayon icra hakimiyyətinin sərəncamı olmuş və digər aidiyyəti qurumlar və şöbələrlə razılaşdırılmışdır. Yəni, torpaq sahəsi 2004-cü ildə tam qanuna uyğun şəkildə Cavabdeh1 istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh1 isə hər il həmin torpaq sahəsi üçün torpaq vergisi ödəmişdir. Məhkəmə müqavilələri və uçot qeydiyyatını etibarsız hesab etsə də, lakin etibarsızlığın nədə ifadə olunması əsaslandırılmamışdır. Öncəliklə onu qeyd etmişdir ki, 2021-ci ildə Ağstafa Rayon Məhkəməsində işə qiyabi icraat qaydası nda baxılarkən Cavabdeh1 bir dəfə də olsa məlumat verilməmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin təsviri hissəsi yalnız iddiaçının heç bir fakta söykənməyən ifadələri üzərində qurulmuşdur. 13 oktyabr 2023-cü il tarixə, saat 15.00 a təyin edilmiş iclasda hər iki tərəfin iştirak etdiyi, cavabdehin nümayəndəsi və vəkili olaraq iddiaya qarşı öz etirazını bildirmiş və tələbin əsassız olması barədə müəyyən arqumentlər irəli sürmüşlər. Lakin, məhkəmə qətnaməsində bunlar göstərilməmişdir. Bundan başqa, qətnamənin əsaslandırma hissəsi demək olar ki, mövcud deyildir. Qətnamədə alğı-satqı müqaviləsinin və uçot qeydiyyatının etibarsızlığının nə ilə izah olunması barədə bir cümlədə olsa yazılmamışdır. Cavabdeh1lə bələdiyyə arasında 2004-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsi qanuna uyğun formada tərtib edilmiş və təsdiq edilmişdir. Bundan başqa, Ağstafa Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(015)1025/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı2 iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi miras əmlaka daxil olmamışdır. Həmçinin həmin qətnamədə o da yazılmışdır ki, mübahisəli ərazi miras əmlaka daxil olmadığı üçün onun 2000-ci ildə İddiaçı1 öz adına sənədləşdirmiş və X2 ******* (bir milyon) manata satmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı ərizə verərək işə baxılmasının dayandırılmasını xahiş etmişlər. Çünki, eyni tərəflər arasında eyni mübahisə barədə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Həmin şik ayət üzrə qəbul olunacaq qərarın nəticəsi bu işə birbaşa təsir edəcəkdir. Amma işə baxan məhkəmə bunu nəzərə almadan qətanamə qəbul etmişdir. Son olaraq onu da qeyd edir ki, İddiaçı2 2000ci ildə Ağstafa rayonu Heydər Əliyev prospekti ev 53 ünvanında olan evin ona düşən miras hissəsindən İddiaçı1 xeyrinə imtina etmişdir. Bütün ərizə və şikayətlərində yalnız miras əmlakda onun da payı olduğunu iddia etmişdir. Həmçinin bacısı Mətanət və qardaşı Elçinin ona vermiş olduğu etibarnamələrdən sui-istifadə edərək öz xeyrinə qərəzli şəkildə istifadə etməkdədir. Bunu işdə olan sənədlərdən müşahidə etmək mümkündür. Hazırda isə bütün miras əmlaka sahiblik edir. Digər ailə üzvlərini isə evdə yaşamaq və istifadə etməsinə imkan vermir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (həmçinin di gər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 5 ünvanda yerləşən 0.01774 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə dair vergi ödəmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-494/2024 nömrəli mülki iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/202 3 nömrəli qətnaməsinin yoxlanılan, yəni “Ağstafa Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə təmin olunmaması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-494/2024 nömrəli qərardadı ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi “Ağstafa Bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uç ot qeydiyyatının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin “Ağstafa Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalı və qətnamənin əsaslığı məhz həmin hissədə yoxlanılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların etibarsızlığını tələb etdiyi 19 fevral 2004-cü il tarixdə Ağstafa bələdiyyəsi ilə Cavabdeh1 arasındakı alqı-satqı müqaviləsi Ağstafa bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı əsasında bağlanmışdır. Alqı-satqı müqaviləsinin bağlanmasının kökündə dayanan inz ibati akt sayılan bələdiyyənin sərəncamı hazırkı məqamda hüquqi qüvvədədir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncam qüvvədə olduğundan hazırkı məqamda bu hissədə iddianın təmin olunması yolverilən olmamışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə işin hallarına düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 217.4, 218.1, 372, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 17aprel 2024-cü il tarixli, 2(104)-494/2024 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinə uyğun olaraq həll edilməli olduğu barədə yalnış qərara gəlməkl ə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 567, 347.1 və 347.2-ci maddələrinin müddəaları əsasında həll olunmalı idi. Gəncə Apelyasiya Məhkəməsini mübahisənin inzibati icraat qaydasında baxılmasını əsas gətirərək əsassız qətnamə qəbul etmişdir. Onlar tərəfindən inzibati iqtisadi məhkəməyə müraciət olunsa da, iddia mümkünsüz hesab olunmuş və işə ümumi məhkəmələrdə baxılması izah olunmuşdur. Əvvəlki məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi və üzərində olan köşk mağaza İddiaçı1 adına 2000-ci ildə yəni Cavabdeh1 Bələdiyyə ilə 2004-cü ildə alqı-satqı bağlanmamışdan əvvəl rəsmiləşdirilmişdir. Bu qeyd olunanlar əsasında Ağstsafa Ray on Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi tam ədalətli və əsaslı qəbul edilmişdir. Məhkəmə kollegiyası maddi hüquq normalarını düzgün tətbiq etməməklə ilə həmin qətnaməni çıxarmışdır. Məhkəmə kollegiyası işə baxarkən çəkişmə prinsipini pozmuş, onlara qarşı qərəzli mövqe sərgilənmişdir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinə, Avropa Məhkəməsi X13rşı iş üzrə xx.xx.1994-cü il tarixli qərarına, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997- ci il tarixli 2 saylı qərarına, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1,9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 60 (hissə 1). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
29. Maddə 127 (hissə 2). Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
30. Maddə 127 (hissə 7) Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsı zdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kas sasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-494/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.