Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3021/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabit pul məbləğində alimentin tutulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7677/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ilə İddiaçı 05 aprel 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 aprel 2015-ci il tarixdə 785 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə X, arvada N soyadı verilmişdir. Tərəflərin birgə nikahından 23 iyun 2015-ci il tarixdə Bakı şəhərində X10 adlı, 16 oktyabr 2018-ci il tarixdə Amerika Birləşmiş X2 adlı uşaqları anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X8 və X1 üçün cavabdehdən onun xeyrinə hər ay üçün 1500 ABŞ dolları və ya 2550 AZN tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmi şdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə rəsmi nikahda olmuşdur. Həmin nikahdan iki övladı vardır. Oğlu ABŞ vətəndaşıdır. Həyat yoldaşı Cavabdehlə birgə ABŞda iş quraraq ailələrinin gələcəyini təmin etmək üçün işləməyə getmişlər. Birgə zəhmətləri ilə həyat yoldaşının adına “XXXX” şirkətini açmışlar. Şirkətlərindən ailələrinə qalan illik xalis gəlir 80000 ABŞ dolları olsa da, dövlət göstəricisində, yəni həyat yoldaşının vergi ödəyicisi kimi göstərdiyi VÖEN kodunda 53022 ABŞ dolları kimi göstərilir. Həyat yoldaşına aid ABŞ-ın VÖEN nömrəsi “XXXX’TD number, EİW assigned N”-dir. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş XXXXX saytından çıxarışa əsasən, “XXXX” Ayo va ştatı X17 fəaliyyət göstərən özəl şirkətdir. Şirkət universal maqazindir. Bu şirkət 2017-ci ildə Ayovada təsis edilib. Şirkətin illik gəliri 53022 dollardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 17 yanvar 2020-ci il tarixli, 2(006)-1422/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 1275 manat olmaqla, cəmi 2550 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi, qətnamənin dərhal icra edilməsini qət etmişdir. Birinci instansiya Məhkəməsi Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2 maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ABŞ-da Ayova ştatında işləyir, onun adına “XX XX” adlı şirkət mövcuddur və həmin şirkət halhazırda fəaliyyətini davam etdirir. Şirkətin illik gəliri 53022 ABŞ dolları təşkil edir. Tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olması və uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eyni zamanda cavabdehin rəsmi qazancının və gəlirinin olmasını nəzərə alaraq məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsin i xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş notariat qaydada təsdiq edilmiş “XXXXXX” tərəfindən 26 avqust 2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, “XXXX”-nin lisenziyası 31 avqust 2020-ci il tarixdə ləğv olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş notariat qaydada təsdiq edilmiş “1000 və işçi qüvvəsinin inkişafı-işsizlikdən sıcorta” tərəfindən Cavabdeh ünvanlanmış 28 may 2020-ci il tarixli sənədin surətindən görünür ki, ona 05/10/20 tarixindən qüvvəyə minməklə həftəlik 203,0 ABŞ dolları işsizlik müavinəti alır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, İlham Kərimli, Şərafət Məmmədova) 11 noyabr 2020-ci il tarixli qətnaməsi i lə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 23 iyun 2015-ci il təvəllüdlü X10 və 16 oktyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 dekabr 2019-cu il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi sübutdan aydın olur ki, “XXXX”-nin lisenziyası 31 avqust 2020-ci il tarixdə ləğv olunmuşdur, həmçinin cavabdehə həftəlik 203,0 ABŞ dolları ol maqla, aylıq 812,0 ABŞ dolları işsizlik müavinəti verilir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehin gəlirləri ilə bağlı XXXXX saytının məlumatına istinad etməsi əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehin gəlirinin çox olması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, “XXXX”-nin lisenziyası ləğv olunmaqla, cavabdehə həftəlik 203,0 ABŞ dolları, aylıq 812,0 ABŞ dolları işsizlik müavinəti verilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmu ş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Alimentin məbləği müəyyən edərkən uşaqların mənafeyi, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması, respublikada 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləği, eyni zamanda tərəflərin maddi və sosial vəziyyəti nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin aylıq gəlirinin 812 ABŞ dolları olması nəzərə alınmaqla uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay hər uşağa görə 230 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə və tərəfləri maddi vəziyyətinə uyğundur. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, 11 dekabr 2019-cu ildən 31 avqust 2020-ci ilə qədər alimentin bir uşaga 1275 manat, iki uşaq üçün çəmi 2550 manat aliment hesablanması, 31 avqust 2020-ci il tarixinədək hər ay üçün hər 2 uşağa 460 manat məbləğində hesablaması barədə qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin sübutlarının əsassız olduğunu, alimenti 340 manata endirmək üçün qəsdən və bilərəkdən “AAAA” ilə arasında olan lisenziyanı ləğv etmişdir. Cavabdeh tərəfindən illik gəlirini təsdiq edən sənədlər təqdim edilməmişdir və yalnız gəlirinin aşağı olduğu ayların bank göstəriciləri təqdim edilmişdir. Bundan əlavə, cavabdeh ABŞ-da siyasi qaçqındir və ABŞ tərəfindən sığınacaq üçün hər ay 3650 ABŞ dollar məbləğində müavinət və ABŞ vətəndaşı olan oğluna verilən 500 dollar müavinəti də alır. Məhkəmə işin hallarını nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X11 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa təxirə salınmasını xahiş e tmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların s axlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh iddia tələbinin təmin edilən hissəsini mübahisələndirmir. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini rədd edilən hissədə mübahisələndirir və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahi sələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda iddiaçı cavabdehin “xxxx” Şirkətinin lisenziyasının alimentin məbləğinin azaldılması məqsədi ilə ləğv edilməsini və ABŞ tərəfindən sığınacaq üçün hər ay 3650 ABŞ dollar məbləğində müavinət və ABŞ vətəndaşı olan oğluna verilən 500 dollar müavinəti almasını sübut etməlidi r. Lakin o, işə birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsində baxılan zaman hər hansı bir sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı isə kassasiya şikayətində qeyd etdiyi hallarla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə aşağı instansiya məhkəmələrində baxılarkən sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəl ir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7677/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.