Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3024/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi tələbi, müraciət etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)445/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cav abdeh) arasında 2017-ci ildə şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə iddiaçı Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçıya bəraət verilmiş və bəraət hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(102)-105/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-1721/2019 nömrəli qətnaməsi ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Azərbaycan R espublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına mənəvi zərərin əvəzi olaraq 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat alınaraq iddiaçıya verilməsi; İddiaçı iddiasının qalan – Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına mənəvi zərərin əvəzi olaraq 14000 (on dörd min) manat, keçirdiyi sarsıntı və iztirabla bağlı səhhəti ilə əlaqədar fərdi işlə məşğul ola bilməməsi səbəbindən itirdiyi qazancın əvəzi olaraq 6000 (altı min) manat, özünün və həyat yoldaşının sağlamlığının bərpası üçün sərf etdikləri fiziki ziyanın əvəzi olaraq 5000 (beş min) manat tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1155/2020 nömrəli qətnaməsi ilə iddiaçının apel lyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-1721/2019 nömrəli qətnaməsi qismən vurulmuş mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 manat alınaraq, 3000 manatın maliyyə dəstəyi məqsədilə X2 hesabına, 3000 manatın şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsin ə dəstək məqsədilə “YAŞAT” Fondunun hesabına ödənilməsi, qalan 4000 manatın isə özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iki il gedən ibtidai istintaq və məhkəmə proseslərindən sonra təqsirsiz olması məlum olmuşdur. Cavabdehin polisə etdiyi həqiqətə uyğun olmayan müraciətə görə həmin müddət ərzində özü, eləcə də ailə üzvləri mənəvi iztirab və sarsıntılar keçirmişlər, habelə kənd camaatı arasında müxtəlif şayiələr gəzmiş və barəsində nüfuzuna xələl gətirən fikirlər formalaşmışdır. Özü və arvadı əsəbi gərginlik səbəbi ilə həkim müayinəsindən keçmişlər və müəyyən müalicələr almışlar. Bundan əlavə, məhkəmə prosesləri dövründə gediş haqqı və sair xərclərə görə maddi z iyan çəkmişdir, habelə keçirdiyi stres və həyəcanlara görə fərdi əməklə məşğul ola bilməmiş və xeyli miqdarda fayda əlindən çıxmışdır.
7. Ağdam rayon Məhkəməsinin (hakim Rafiq Məmmədov) 2(013)-868/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut edə bilməmiş və bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci, Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, eləcə də “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 7 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktları sübut olaraq qiymətləndirilməmişdir. Halbuki həmin məhkəmə aktları ilə cavabdehin ona mənəvi zərər vurması sübut olunur.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-445/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənovun sədrliyi və məruzəsi ilə, Şamil Rzaquliyev və Afiq Hüseynzadədən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (dövlət orqanına) müraciəti pozulmuş hesab etdiyi hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olmuşdur. Belə olan halda isə cavabdehin müraciəti iddiaçıya mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqa zidd əməl mülki hüquq pozuntusu (delikt) və ö hdəliyə zidd hərəkət şəklində təzahür edir. Əgər bu cür hüquqa zidd hərəkətlərə görə əməli törədən şəxs mülki hüquq məsuliyyəti daşıyırsa, onda bu məsuliyyətlərin yaranması da öz-özlüyündə hüquqi nəticənin yaranması deməkdir. Lakin hazırkı işdə, cavabdeh tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlər olmamışdır.
14. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməs inin xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı məzmunu apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun mənəvi ziyana məruz qalması qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1155/2020 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)-105/2019 nömrəli qərarı ilə sübuta yetirildiyi halda, məhkəmələr həmin mötəbər sübutları nəzərə almayaraq onlara hüquqi qiymət verməmişdir.
17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 82.3, 82.4 və 88-ci maddələrinə, eləcə də “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılması üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayətinin təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyi şiklik edilmədən saxlanılmasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası:
19. Maddə 26, İ və İİ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
20. Maddə 46, İ və İİ hissə. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
21. Maddə 47, İ və İİ hissə. Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
22. Maddə 57, İ hissə. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
24. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (§ 20,23-24).
36. Məlum olduğu kimi, şəxsiyyət haqqına müdaxilə, o cümlədən şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi mülki hüquq pozuntusu sayılır və belə iddiaların qanuni əsası kimi həm də delikt normaları çıxış edir.
37. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 25-26).
38. Göstərilən normaların mənası baxımından cavabdehin delikt normaları çərçivəsində iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı hallar mövcud olmalıdır: şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatları yayma əməli, həmin əməlin hüquqa zidd (qeyri-hüquqi) olması, iddiaçının şəxsiyyətinə dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir.
39. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifa yətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıya qarşı hüquqa zidd əməl törətməmişdir. Belə ki, onunla iddiaçı arasında baş vermiş münaqişə ilə bağlı dövlət orqanına ərizə verməsi qanunvericilikdə nəzərdə tutulan müraciət hüququnun həyata keçirilməsidir.
41. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər kəsin fikir və söz azadlığı, habelə qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (§ 19, 21-22).
42. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)445/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.