Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3027/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın və yaranmış öhdəliklərin bölünməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı eyni tələbə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, prosessual müddətin hesablanması, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)770/2025 nömrəli qərardadından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(001)3676/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,7 kv.m olan 7509 №-li mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payının müəyyən edilməsi, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşa yış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,7 kv.m olan 7509 №-li mənzilin ilkin ödənişini etmək üçün birgə nikah dövründə bağlanmış 20 iyul 2022-ci il tarixli borc müqaviləsi üzrə yaranmış 90.000 manat məbləğində borcun İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi və 45.000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,7 kv.m olan 7509 №-li mənzil üçün 21 iyul 2023-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək İddiaçı tərəfindən aylıq ödənişlərə görə aparılmış cəmi 34.984,08 manat ödənişin İddiaçı və Cavabdeh arasında ½ hissədə bölünməsi və 17.492,04 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödən ilməsi, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış kompleksinin Kortyard 2 binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55,7 kv.m olan 7509 №-li mənzilin aylıq ödənişinə görə 21 avqust 2024-cü il tarixdən başlayaraq 21 iyul 2025-ci il tarixədək hər ay 1.345,54 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 №-li evin 116 №-li mənzilin (yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 30, M5, m2) alınmasına sərf olunmuş 30.000 manat üzərində tərəflərin ½ hissədə payının müəyyən edilməsi, 15.000 manat pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ilk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı və Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və hər iki kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qərardadları ilə şikayətlərin müəyyən edilmiş prosessual müddətin ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır.
4. Daha sonra, Cavabdeh 10 iyul 2025-ci il tarixdə, İddiaçı isə 11 iyul 2025-ci il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizələ r vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qərardadı ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və F.Qasımov) məhkəmə qətnaməsindən kassasiya şikayəti vermə müddətinin (buraxılmış prosessual müddətin) bərpasına dair İddiaçı və Cavabdeh tərəfindən verilmiş ərizələr təmin edilməmiş, bu səbəbdən kassasiya şikayətləri geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 133.1, 405.0.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, məhkəmənin 28 aprel 2025-ci il tarixli qətnaməsi iddiaçının, həmçinin onun nümayəndəsi (vəkili) Vəkil2 elektron kabinetinə 02 may 2025-ci il tarixdə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla n əzərdə tutulan prosessual müddətin axımı iddiaçının, onun nümayəndəsi və vəkilinin qətnaməni əldə etdiyi, yəni qətnamənin elektron kabinetə yerləşdirildiyi 02 may 2025-ci il tarixdən başlamış, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü 02 iyul 2025-ci il saat 24:00-dək olmuş, iddiaçı tərəfindən kassasiya şikayəti isə 2 ay 5 gün sonra – 07 iyul 2025-ci il tarixdə verilmişdir.
7. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, adı çəkilən qətnamə cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 da elektron kabinetinə 02 may 2025-ci il tarixdə yerləşdirilmişdir. Eyni qaydada, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı cavabdehin nümayəndəsinin (vəkilinin) qətnaməni əldə etdiyi, yəni qətnamənin elektron kabinetə ye rləşdirildiyi 02 may 2025-ci il tarixdən başlamış, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü 02 may 2025-ci il saat 24:00-dək olmuş, cavabdeh tərəfindən kassasiya şikayəti isə 2 ay 1 gün sonra – 03 iyul 2025-ci il tarixdə verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ərizəçilər kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı mübahisələndirməməklə faktiki olaraq müddətin ötürüldüyü ilə razılaşmışlar. Bu halda ərizəçilər müddətin ötürülməsinin üzrlü səbəbdən baş verdiyini sübut etməlidirlər. Lakin onlar, yəni həm iddiaçı, həm də cavabdeh (onların nümayəndələri) öz ərizələrində prosessual müddətin buraxılmasının üzrlü sayılmasına əsas verə biləcək konkret hallara deyil, sadəcə olaraq prosessual müddətlərin düzgün hesablanmamasın a və bu müddətlərin hesablanması ilə bağlı məhkəmə təcrübəsində mövcud olan boşluqlara istinad etmişlər. Halbuki, onlar prosessual müddətin buraxılması ilə əlaqədar kassasiya şikayətinin qaytarılması haqqında qərardadı kassasiya qaydasında mübahisələndirməmişlər.
9. Məhkəmə kollegiyası bu səbəbdən ərizələri əsassız saymış və hesab etmişdir ki, ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar əlavə edilmədiyindən və ərizəçilərin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizələr təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə müddətinin iddiaçıya münasibətdə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 130-ci, Mülki Məcəllənin 370.1, 370.2ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsi iddiaçıya 05 may 2025-ci il tarixində göndərilmişdir. Bu da o deməkdir ki, İddiaçı üçün hazırkı qətnamədən kassasiya şikayəti vermək üçün prosessual müddət 05 iyul 2025-ci il tarixində bitir. 05 iyul 2025-ci il həftənin şənbə gününə, yə ni qeyri-iş gününə təsadüf edildiyi üçün kassasiya şikayəti həmin gündən sonrakı ilk iş günü 07 iyul 2025-ci il tarixində sistemə yüklənmişdir. Məhkəmənin kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı mübahisələndirməməklə, faktiki olaraq müddətin ötürüldüyü ilə razılaşması fikri ilə bağlı isə iddiaçı tərəf bildirmişdir ki, qərardaddan şikayət verməməklə müddətin ötürülməsi ilə razılaşmaq anlamına gəlmir. İddiaçı məhkəmənin mövqeyinə hörmətlə yanaşıb prosessual müddətin ötürülməməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
12. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şi kayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 128.3, 129.1, 133.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi qanunsuz və əsassız olaraq kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddətin ötürülməsini üzrlü hesab etməyərək, müddətin bərpa olunmaması qənaətinə gəlməklə cavabdehin konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Belə ki, əslində cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş, prosessual hüquq normasına məhkəmə prak tikasında olan fərqli yanaşmaların nəticəsində belə vəziyyət yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin məhkəmə iclasında bütün halları bildirməsinə, eyni zamanda 02 iyul 2025-ci il tarixdə elektron məhkəmə sistemində problem olduğundan şikayəti yükləyə bilməməsinə, bu səbəbdən şikayət vermə üçün nəzərdə tutulmuş son gündə şikayət verməsinə, məhkəmə praktikasındakı iki fərqli yanaşma nəticəsində şikayətin qaytarıldığına əhəmiyyət verməmişdir. Barəsində şikayət verilən qətnamə elektron məhkəmə informasiya sisteminə 02 may 2025-ci il tarixdə yüklənmişdir. Mülki Prosessual Məcəllənin 128.3 və 129.1-ci maddələrinin məzmunundan yanaşdıqda, müddətin axımı 03 may 2025-ci il tarixdə başlayır və 2 aylıq şikayət vermə müddəti 03 iyul 2025-ci il tarixdə bitir. Lakin, apellyasiya instansiya məhkəməsi həmin müddəti 03 iyul 2025-ci il tarixinin başlanğıcına kimi götürmüşdür. Bu isə hazırda mövcud məhkəmə praktikasında olan iki fərqli yanaşmanın nəticəsidir.
14. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin s on günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunun da nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, S MS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə t utulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
17. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin ərizələrini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
19. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüq uqu keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
20. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
21. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli qətnaməsi 02 may 2025-ci il tarixdə həm iddi açının, həm də cavabdehin (nümayəndələri olan vəkillərinin) “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, onlara rəsmi qaydada təqdim olunmuşdur.
22. Həmçinin müəyyən olunur ki, həmin qətnamədən cavabdeh ilk kassasiya şikayətini 03 iyul 2025-ci il tarixdə, iddiaçı isə - 07 iyul 2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə vermiş, həmin kassasiya şikayətləri müddətin ötürülməsi ilə verildiyindən apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadları ilə geri qaytarılmışdır.
23. İddiaçı və cavabdeh təkrarən qətnamədən kassasiya şikayətlərini və müddətin bərpasına dair ərizələrini versələr də, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müva fiq sübutları təqdim etməmişdir.
24. Hər iki tərəfin hazırkı kassasiya şikayətinin dəlilləri onların qətnamədən ilk dəfə kassasiya şikayəti verərkən prosessual müddətin faktiki ötürülməməsi ilə bağlıdır.
25. Yəni, tərəflər müddətin bərpa olunmasını xahiş edərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamasını bildirir və bununla ziddiyyətli mövqe ilə çıxış edirlər. Halbuki, müddət buraxılmayıbsa, onun bərpasına zərurət yoxdur.
26. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərardadından şikayətlər verməmiş, bununla da, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması ilə bağlı apellyasiya instansiyası m əhkəməsinin mövqeyi ilə razılaşmışlar.
27. Belə olan halda, onlar hazırda müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsini sübut etməlidirlər ki, bununla bağlı nəinki sübut, hətta hər hansı dəlil irəli sürülməmişdir.
28. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hər bir halda tərəflərin kassasiya şikayətlərində istinad etdikləri dəlillərə hüquqi qiymət verilməsini zəruri bilir.
29. Belə ki, iddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tərəflərə göndərilməsinə dair müşahidə məktubu 05 may 2025-ci il tarixdə imzalandığından, müddətin axımı 06 may 2025-ci il tarixdən hesablanmalı, müvafiq olaraq 06 iyul 2025-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən, 07 iyul 2025-ci il tarixdə şikayət verilməklə, müddət bur axılmamış hesablanmalıdır.
30. Məhkəmə kollegiyası prosessual müddətin bu qaydada hesablanması ilə razılaşmır.
31. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3 və 135.6-cı maddələrinə görə, məhkəmə sənədi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, tərəfə rəsmi qaydada verilmiş hesab olunur. Bu zaman, çap variantda qətnamənin müşahidə məktubunun nə vaxt imzalanması və tərəfə hansı tarixdə göndərilməklə çatdırılması əhəmiyyət kəsb etmir.
32. Hazırkı halda isə, apellyasiya instansiyası məhkəməsi qətnaməsi 02 may 2025ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemindəki tərəfləri elektron kabinetlərində yerləşdirilməklə, həmin tarixdə onlara rəsmi qaydada verilmişdir.
33. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri isə prosessual müddətin ax ımının və müvafiq olaraq sonuncu gününün düzgün hesablanmaması ilə bağlıdır.
34. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Belə ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 24:00:00-da bitməsi başa düşülür. Qeyd olunmalıdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 24:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, hazırkı işə münasibətdə müddətin axımı 03 may 2025-ci il saat 00:00:01-dən başlayır və iki aylıq müddət 02 may 2025-ci il saat 24:00:00-da bitir.
35. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 36. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində da yanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
37. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
38. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassatorlar tərəfindən müddətin ötürülməsini üzrlü edən, onların iradələri və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizələri əsassız olmuşdur.
39. Odur ki, kassasiya şikayətlərinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Hazırkı kassasiya şikayətlərində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-770/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.