Məhkəmə qərarları › İş №2(102)-3039/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3039/2020

21.05.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3039/2020 21.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14136/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməs inin (hakim Abbas Rzayev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən ödənilmiş 3000 ABŞ dolları (5100 manat) və 57885 manat olmaqla, cəmi 62985 manat pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmiş, ilkin iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Namiq Cəfərov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) xx xxxxx 2019-cu il tarixli, 2(103)-3472/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Tatyana Qoldman) xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-3472/2019 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - ilkin iddia tələbinin təmin olunmayan hissəsində və qarşılıqlı iddia tələbi üzrə pulun tutulması hissəsində dəyişdirilmədən s axlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi, maliyyə arayışının etibarsız hesab edilməsi və vurulmuş ziyana görə 52785 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160,79 kvadrat metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinə uyğun 192948 manat təşkil edən pay dəyərinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli, 73 nömrəli m üqavilə bağlanıb. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış kərpic məhsulunun alqı-satqısına dair razılaşma, "xxxx" MMC-nin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli zəmanət məktubu və beh qismində ödənilmiş 5100 manat nəzərə alınaraq, ödənilmiş 57885 manat pula dair arayış verilib və həmin məbləğin tam ödənilməsi üçün xx.xx.2018-ci il son tarix müəyyən edilib. Qalıq məbləğin ödənilməsi istiqamətində cavabdeh tərəfindən addım atılmayıb. Bununla iddiaçıya ziyan vurulub. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış pay dəyərinin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən tərəfindən ödənilmiş 3000 ABŞ dolları (5100 manat) və 57885 manat olmaqla, cəmi 62985 manat pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə mübahisəli sahənin alınması məqsədilə ilkin olaraq 3000 ABŞ dolları behi iddiaçıya ödəyib, bu barədə ona arayış təqdim edilib. xx.xx.2018-ci il tarixdə tərəflər arasında yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilə bağlanıb və həmin müqaviləyə əsasən iddiaçıya 57885 manat ödəyib, bu barədə həmin tarixdə də ona arayış verilib. Müqaviləyə əsasən qalıq məbləğin hissə-hissə ödənilməsinə dair razılıq əldə olunub. Müqavilə bağlandıqdan sonra binanın tikintisi davam etmədiyindən ödənişləri dayandırıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. “xxxx” MTK-nın apelyasiya şikayətinin əsas dəlili Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına və onun məzmununa birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilməməsi, həmin qərarın sübut əhəmiyyətli olub-olmamasına hüquqi qiymət verilməməsi olmuş, apelyasiya instansiya məhkəməsi qeyd edilən dəlilə qiymət vermədən özü tərəfindən də h əmin qərarda göstərilən bəzi diqqətəlayiq məqamlara iddia tələblərinin əsaslığı baxımından hüquqi qiymət verməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyası hesab etmişdir ki, MTK tərəfindən məhkəməyə təqdim olunan qeyd edilən qərarın işin obyektiv həlli üçün kifayət qədər mötəbər sübut olubolunmamasına apelyasiya məhkəməsi hüquqi qiymət verməmiş, hazırki mübahisənin həllinə Azərbaycan Respublikası MM-nin 421.2, 423.2 və 21-ci maddəsinin tətbiqinin mümkünlüyünün hüquqi əsaslarını müəyyən etməmiş, Cavabdeh tərəfindən həqiqətən də MTK- ya 3000 ABŞ dolları və 57885 manat, ümumilikdə 62985 manat məbləğində vəsaitin ödənilib ödənilməməsi baxımından araşdırma aparmamışdır. İlkin iddiaçı “xxxx” MTK-nın ikinci dəlili ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə cavabdeh x x.xx.2018-ci il tarixdə yəni işə baxılması ilə əlaqədar xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərə təyin edilmiş və keçirilmiş məhkəmə baxış iclaslarından sonra məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qanunun tələbindən göründüyü kimi hər iki halda cavabd eh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulmuş qaydalara riayət olunmamışdır. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi qanunun tələblərini gözardı edərək xx.xx.2018-ci il tarixdə, məhkəmədə işə baxılmağa başlanandan 4-5 ay keçəndən sonra məhkəmənin dəftərxanasına daxil olmuş qarşılıqlı iddianın icraata qəbul etmişdir. Göründüyü kimi bu hala da apelyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və bu da öz növbəsində düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilsin, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, iddiaçı “xxxx” MTKdan tutulacaq məbləğ 57885 manata azaldılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx. 2018-ci il tarixli, 73 saylı yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqaviləyə əsasən, cavabdeh mübahisəli sahənin 192948 manat təşkil edən pay dəyərinin ilkin olaraq 57885 manat hissəsini ödəyir, qalıq 135063 manatın isə hissə-hissə ödənilməsinə razılıq verir. Müqavilə ilə, həmçinin tərəflər qalıq borc məbləğini təşkil edən 135063 manatın xx.xx.2018-ci il tarixdən etibarən hissə-hissə və bu müqaviləyə əlavə olaraq imzalanacaq qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər. İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, mübahisəli sahənin 192948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün cavabdeh ilkin olaraq 3000 ABŞ dolları behi, xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən isə, ilk in olaraq 57885 manat vəsaiti iddiaçıya ödəmişdir. Qalıq borcu 135063 manat təşkil edir. Baxılan iş üzrə hər iki tərəf aralarında bağlanmış müqavilənin ləğv olunmasını tələb etmiş, həmin hissədə tələblər təmin edilmiş və tərəflər qətnaməni bu hissədə mübahisələndirməmişlər. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması hissəni apelyasiya qaydasında yoxlamamışdır. İddiaçı, həmçinin cavabdehdən ona dəymiş zərərə görə 57885 manat pul tələb edir və tələbini onunla əsaslandırmışdır ki, müqavilə ilə ödənilməli olan həmin məbləğin ödənildiyi barədə cavabdehə arayış verilsə də, əslində həmin pul ödənilməyib və bununla iddiaçıya maddi ziyan dəyib. Bu tələbin qanuni əsasını Mülki Məcəllənin 443.1 və 1096-cı maddələri təşkil edir. Qeyd olunan madd ələrin dispozisiya şərtlərinə əsasən tərəflərdən biri öhdəliyin icrasını qanunsuz olaraq pozmalı, bunun nəticəsində digər tərəfə ziyan dəyməli, həmçinin zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalı, zərər vuran şəxs təqsirli olmalıdır. İddiaçı müqavilə üzrə ödənilməli olan 57885 manat pulun ödənilmədiyini bildirsə də, özü tərəfindən bununla bağlı cavabdehə maliyyə arayışı verildiyini etiraf etmişdir. İddiaçı hüquqi şəxsin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş arayış da iş materiallarına əlavə edilmişdir. Məhkəmə yalnız iddia ərizəsində qeyd olunanlara və iddiaçının nümayəndəsinin izahatına əsaslanaraq həmin halı (məbləğin ödənilmədiyini) müəyyən edə bilməz. Böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquq i nəticələrə səbəb olduğundan mötəbər sübutlara əsaslanmalıdır. İddiaçı bu tələbini təsdiq edən sübut qismində məhkəməyə üzərində “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə verildiyi qeyd olunan və “Zəmanət məktubu” adlanan sənədin kserosurətini təqdim etmişdir. Həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən MPM-in 89.3-cü maddəsinə əsasən həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilmiş olsa belə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbinin təmin olunmasına əsas vermir. Çünki “xxxx” MMC tərəfindən verilmiş birtərəfli iradə ifadəsi (zəmanət və ya bəyanat) özü-özlüyündə baxılan iş üzrə cavabdeh üçün hər hansı vəzifə və ya öh dəlik yarada bilməz. Cavabdeh istinad olunan sənədi imzalamamışdır və orada sadalanan faktları qəbul etmir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Binəqədi RPİ 5-ci PB-nin polis mayoru xxxxxx tərəfindən xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin araşdırma zamanı verilmiş izahatlar da mübahisələndirilən müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya pul ödənilmədiyini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Əvvəla nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən ibtidai araşdırma orqanlarının qərarlarında müəyyən edilmiş faktlar mülki işlərə baxılması zamanı preyudisial əhəmiyyət daşımır. İkincisi, həmin araşdırma zamanı Cavabdeh izahatı alınmamışdır. Araşdırma zamanı izahatları alınmış xxxxxxxxx isə izahatlarından görünür ki, həmin şəxslər birbaşa və ya dolayısı ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə pulun verilmədiyinin müəyyən olunmasında maraqlıdırlar. Həmçinin qeyd olunan şəxslərin polisdə verdiyi izahatlar mülki iş üzrə məhkəmə iclasında, məsuliyyət barədə xəbərdarlıq haqqında iltizamı imzalamaqla verilən şahid ifadəsini əvəz edə bilməz. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmuş, yuxarıda qeyd olunan şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatət verməmişdir. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətinə də belə bir vəsatət əlavə etməmiş, əvvəlki və yeni apelyasiya baxışı zamanı da şahidlərin dindirilməsi barədə prosessual qanunvericiliyin tələblərinə cavab verən vəsatət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqiəhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetm ə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkiş mə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçının özünün verdiyi maliyyə arayışı ilə cavabdehin müqavilədə nəzərdə tutulmuş 52785 manat məbləğində pulu iddiaçıya verdiyi təsdiq olunduğundan və iddiaçı məhkəməyə həmin halı təkzib edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən müqavilə üzrə həmin məbləğin iddiaçıya ödənildiyi müəyyən edilir.Bu baxı mdan iddiaçının cavabdehə qarşı ziyanın ödənilməsi tələbi əsassızdır və təmin oluna bilməz. Qarşılıqlı iddia tələbinin müqavilə üzrə ödənilmiş cəmi 62985 manat pulun qaytarılması hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində ödəmənin gecikməsi nəticəsində payçı üzvlükdən azad edildiyi halda iddiaçı həmin mənzili satışa çıxarmaq hüququnu özündə saxlamış və bu halda ödənilmiş pay haqqının yalnız həmin mənzil satılandan sonra cavabdehə qaytarması nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdeh Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən iddiaçıya ödədiyi məbləğin dərhal qaytarılmasını tələb etmək hüququna malik deyil. Lakin bu hal cavabdehin əsassız varlanma qaydalarına əsasən iddiaçıya ödədiyi məbləği ondan geri təl əb etmək hüququnu istisna etmir. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı tələb olunan məbləği cavabdehdən müqavilə əsasında alsa da, hal-hazırda hər iki tərəf müqavilənin ləğvini tələb edir və məhkəmə qətnaməsi i lə həmin tələblər təmin olunmuş, müqavilə ləğv olunmuşdur. Bununla da cavabdeh artıq ləğv olunmuş müqaviləyə (sonradan aradan qalxmış əsasa) istinad edərək iddiaçının onun hesabına əldə etdiyi əmlakı geri tələb etməkdə haqlıdır. Ona görə də qarşılıqlı iddia iddiaçıdan cavabdehin xeyrinə pul tutulması hissəsində əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə pulun qaytarılması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə qaytarılacaq pulun məbləğini düzgün müəyyən etməmiş, apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməyərək iş üzrə qaytarılacaq pulun məbləği hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçı MTK-ya mübahisəli mənzillə bağlı pay haqqının ödənilməsinə dair iki maliyyə arayışı mövcuddur: xx.xx.2019-cu iş tarixli maliyyə arayışına əsasən 192948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün cavabdeh tərəfindən ilkin olaraq 3000 ABŞ dolları ödənilməsi barədə; xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən ilkin olaraq 57885 manat vəsaitin ödənilməsi və 135063 manat qalıq borcunun olması barədə. Birinci instansiya məhkəməsi MTK-dan Cavabdeh veyrinə pulun tutulmasını qət edərkən hər iki maliyyə arayışı üzrə ödənilmiş pulu nəzərə alaraq 3000 ABŞ dolları (5100 manat) və 57885 manat olmaqla, ümumilikdə 62985 manat pulun tutulmasını qət etmiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, tutulacaq məbləğin müəyyən edilməsi zamanı sonuncu maliyyə arayışında göstərilən məbləğ nəzərə alınmalı oldu ğu halda məhkəmələr bu hala düzgün qiymət verməmişlər. Belə ki, cavabdeh tərəfindən pulun ödənilməsinə dair xx.xx.2018-ci il tarixli maliyyə arayışında sonuncu tərəfindən 57885 manat vəsaitin ödənilməsi qeyd edilmiş, eyni zamanda qalıq borcun 135063 manat olması göstərilmişdir. Mənzilin ümumi dəyərinin 192948 manat olması və son maliyyə arayışına əsasən qalıq borcun 135063 manat olması nəzərə alınarsa, nəticə etibarı ilə cavabdeh tərəfindən ümumilikdə 57885 manat pulun ödənilməsi müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, iddiaçı “xxxx” MTK-dan tutulacaq məbləğ 57885 manata azaldılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-14136/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək iddiaçı “xxxx” MTK-dan Cavabdeh xeyrinə tutulacaq məbləğ 57885 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar