Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3040/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, əqdin etibarsızlığı, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, sahiblik hüququnun tanınması, maneələrin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə, cavabdeh FAM-88 MMC ünvan 1, 5-ci blok 5-ci mərtəbədə izolə olunmuş 3 otaqdan ibarət, sahəsi 120.69 kv.m olan 294 nömrəli mənzili (bundan sonra - mübahisəli mənzil) İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə, mübahisəli mənzilin 1 kv.m-nin dəyəri 650 manat olmaqla, ümumi dəyəri isə 78.448 manat müəyyən edilmiş və mənzilin dəyərinin tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı verilmişdir. 2. "xxxx" MMC-nin direktoru X4 və X10 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavi ləyə əsasən, müqavilənin məzmunu ünvan 1 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binaların hörgü işlərinin görülməsi və başa çatdırılmasından ibarətdir. Cəmi görülən işlərin məbləği 306446 man+30380 man = 336826 manat.
3. Müqavilə qiymətlərinin razılaşdırılmasının 1 nömrəli Protokoluna əsasən, barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzai Bəhram ilə razılaşdırılmışdır. 4. 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün 500, 300 və 300 manat olmaqla, cəmi 1100 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir.
5. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 042 nömrəli arayışına əsasən, İddiaçı adına olan mübahisəli mənzillə bağlı "xxxx" MMC 14 may 2022-ci il tarixdə X5 ilə müqavilə b ağlamışdır. 6. "xxxx" MMC-nin direktoru X9 tərəfindən X5 arasında bağlanan xx.xx.2022-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC mübahisəli mənzili bir pay kimi X2 təhvil verməyi, X5 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 7. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Mübahiəsli mənzilin pay dəyəri olan 90517 manat X5 tərəfindən tam ödənilmişdir.
8. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2022-ci il tarixli 294 nömrəli qəbzə əsasən, X5 1100 manat tam sayğac ödənişi etmişdir.
9. Tikintiyə görə icazə vəsiqəsinə əsasən, həmin vəsiqə mübahisəli mənzilin sahibi X2 verilmişdir. 10. "xxxx" MMC-nin direktoru X9 və Maraqlı şəxs arasında bağlanan xx.xx.2023-cü il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 5-ci blok 5-ci mərtəbə, izolə edilmiş 294 nömrəli mənzil 3 otaqdan ibarət mənzili bir pay kimi Maraqlı şəxs təhvil verməyi, Maraqlı şəxs isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 11. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok 5-ci mərtəbəsində ümumi sahəsi 120,69 kvadrat metr sahəsi olan 3 otaqlı 294 saylı mənzilin dəyəri payçı Maraqlı şəxs tərəfi ndən 90517 manat tam ödənilmişdir.
12. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2023-cü il tarixli 294 nömrəli qəbzə əsasən, Maraqlı şəxs 1100 manat tam sayğac ödənişi etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən sonuncu tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneənin qadağan edilməsi və mübahisəli mənzilin qeyd-şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya cavabdeh tərəfindən vurulan 30700 manat miqdarında maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İdd ia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzili dəyərini tam ödəməklə alsa da, cavabdeh bu günə kimi mənzili ona təhvil verməmişdir. Eyni zamanda, cavabdehin əməlləri nəticəsində ona ötən 5 il 30.700 manat maddi və mənəvi zərər dəymişdir.
15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, ilk podrat müqaviləsi xx.xx.2017-ci ildə Rezai Bəhram adlı şəxslə bağlanmışdır. Müqaviləyə əsasən Bəhram tikinti üçün kərpic gətirməli, əvəzində onun qeyd etdiyi şəxslərlə mənzilə dair müqavilə bağlanacaqdı. Bundan sonra, iddiaçı ilə müqavilə bağlanmışdır ki, iddiaçı binaya kərpic və armatur gətirsin, əvəzində iddiaçıya mənzil verilsin. Kərpic və armatur gətirilmiş, armatur yaxşı olmadığından qaytarılaraq əvəzində tikinti materialları gətirilməsi təklif olunmuşdur. Odur ki, müqavilə bağlanan zaman deyil, müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya maliyyə arayışı verilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı məbləğdə ödəniş olmamışdır, müqavilə görünüş üçün bağlanmışdır, iddia tələbi əsassızdır, təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsində şahid X11 göstərmişdir ki, o, tikinti işləri ilə məşğul olur. Barter müqaviləsi əsasında işləyir. Belə ki, işlədiyi işlərin müqabilində mənzillər əldə edir və onları digər şəxslərə satır. Cavabdeh ilə də 2017-ci ildə müqavilə bağlamaqla briqadası ilə birlikdə hörgü-suvaq işləri görmüşdür. Gördüyü işlərin müqabilində 12 mənzil veriləcəyi razılaşdırılmışdır. Beş mərtəbə ti kdikdən sonra digər tikintidə işləyən Şamil ilə tanış olmuş, Şamil ona bildirmişdir ki, tikinti üçün kərpic gətirə bilər, onunla razılaşmışlar. Şamil kərpic gətirdikcə, o da mənzillərdən ona vermiş, sonra Şamil ona demişdir ki, armatur da gətirə bilər. Təxmini 12.000 manat dəyərində kərpic gətirilmiş, sonra kərpic gətirilməmişdir. Mübahisəli mənzilə dair müqavilə armatur gətirilsin deyə yazılmışdır.
17. Birinci instansiya məhkəməsində şahid X6 göstərmişdir ki, o, MMC-də hüquqşünas vəzifəsində işləyir. İlk müqavilə Bərham adlı şəxs ilə bağlanmışdır. Bəhram adlı şəxs onlarla əməkdaşlıq etmişdir. Bir müddət sonra o, Şamil adlı şəxsi gətirmişdir ki, zavoddan ona kərpic və beton verilmədiyindən Şamil kərpic və beton işini həll edəcəkdir. Onlar da razılaşmışdır. Fəxrəddin müəllim ilə bir otaqda oturduğundan, müqavilələri tərtib etdiyindən bütün olanlardan məlumatı vardır. Bəhram Famili gətirdikdə ona material əvəzi verilən mənzillərdən Şamilə material əvəzi verilməsini razılaşmışlar. Famil bir müddət sonra iddiaçını gətirərək onun köməyi ilə kərpic və armatur əldə edəcəklərinin əvəzində iddiaçıya mənzil veriləcəyini bildirmiş, bu barədə razılaşmışlar. Həmin vaxt müqavilə bağlansa da, maliyyə arayışı verilməmişdir. Lakin iddiaçı maliyyə arayışı verilməsə materialları gətirməyəcəyini demişdir. Bu səbəbdən də müqavilə bağlandıqdan bir müddət sonra maliyyə arayışı verilmişdir. 5000 manat dəyərində armatur istifadəyə yararsız olduğundan iddiaçıya geri qaytarılmışdır. Ümumilikdə 80.000 manat material gətirilməli idisə, 10000 manat dəyərində material gətirilmişdir.
18. Abşeron Rayon Məh kəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneənin qadağan edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 50 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənilməsi təqdim edilən müqavilə və maliyyə arayışı, həmçinin xx.xx.2020-ci il tarixdə qaz, su və elektrik sayğacları üçün 1100 manat məbləğində pulun MMC-yə ödənilməsi barədə qəbz, habelə iddiaçının özünün izahatı ilə tam təsdiq olunur.
20. Məhkəmə müqavilənin formal müqa vilə olması barədə cavabdehin dəlilləri ilə bağlı bildirmişdir ki, bunlar iş materialları ilə təkzib edilir. Belə ki, MMC-nin direktoru X4 və X10 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli protokolundakı barter olunan mənzillər arasında 294 nömrəli mənzilin (120.69 kv/m x 600) Rəzai Bəhram ilə razılaşdırılmasının iddiaçıya hər hansı aidiyyatının olmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Şahidlərin ifadələrinin mötəbərliliyi də iş materialları ilə təkzib olunur.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 178.8, 399.1, 442.1, 445.1, 752.1 və 752.2-ci maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə Şamil və İddiaçı ilə cavabdeh arasında olan digər razılaşmanın təminatı qismində tərtib edilmişdir. Aralarında olan razılaşmaya əsasən binanın inşası üçün iddiaçı və Şamil armatur verməl i idilər. Bunun müqabilində iddiaçının və digər 2 şəxsin adına mənzillərə dair müqavilə tərtib edilərək verilmişdir. Nə Şamil, nə də iddiaçı tərəfindən MMC-yə mənzillərin dəyəri ödənilməmişdir. Ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10000 manat hissəsinə kərpic və armatur verilmişdir. Sonradan isə iddiaçı və Şamil binanın inşası ilə əlaqədar armatur və kərpic gətirməkdən yayınmışlar. Tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyaraq həqiqəti əks etdirmir və tərəflər arasına olan başqa əqdin pərdələnməsi niyyəti ilə bağlanmışdır. Məhkəmə prosessual hüquq normasını da pozaraq iş üçün əhəmiyyətli olan faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmə iclasında dindirilmiş şahidlərin deyil, iddiaçının adına formal olaraq tərtib edilmiş mü qavilə və maliyyə arayışını sübut qismində qiymətləndirilmişdir.
25. Mübahisəli mənzilə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçı mübahisəli mənzilin qapısını açmağa cəhd etsə də, həmin mənzilin kilidinin dəyişdirildiyi məlum olmuş, binanın komendantı zənglərə cavab verməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzil barədə məlumat verilməsi üçün MMC-yə sorğu vermişdir. MMC sorğuya cavabında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixdə X5 ilə müqavilə bağlanmasını bildirmiş və mənzilin sonuncuya aid olması barədə müvafiq sənədlər təqdim etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
28. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə n üçüncü şəxs X5 göstərmişdir ki, mübahisəli mənzili 2022-ci ilin may ayında Sənan adlı şəxsdən alıb. Mənzil Ömər adlı şəxsin adına olmuşdur. Rafiq müəllim mənzili onun adına keçirmişdir. Bir müddət ödəniş etmiş, mənzili təmir etdirmişdir. 90000 manat civarında pul ödəmişdir. 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmışdır. Ondan əlavə olaraq 1500 manat almış və arvadından da imtina alaraq mənzili başqa adamın adına keçirmişlər.
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-693/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Lalə Rəhimli - sədrlik edən və məruzəçi,Lətifə Məmmədova və Ayaz Mahmudov)
30. Apellyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, mübahisəli mənzilə dair MMC və X5 arasında müqavilə bağlandığı zaman iddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuş, hətta iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmişdir. Başqa sözlə, MMC-nin X5 ilə əqd bağlamaq səlahiyyəti, ümumiyyətlə olmamış, İmaməddin Musayevdən daha əvvəl müqavilə bağlayan iddiaçının müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, cavabdeh və X5 arasında bağlandığı irəli sürülən xx.xx.2022-ci il tarixli müqavilə etibarsızdır və hər hansı hüquqi nəticə doğurmamışdır.
32. Hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəli yinin tam şəkildə icra edilməsinə baxmayaraq, MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli mənzil iddiaçıya təhvil verilmədiyindən, onun sahiblik hüququnu həyata keçirməsinə maneə yaradıldığından iddiaçının bu barədə tələb irəli sürmək hüququ yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin iddianı təmin etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2, 157.8, 165.1, 337.1, 337.4, 385.1, 386.1, 389.1, 399.1, 421.1, 442.1, 452.1, 752.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Müstəqil tələb irəli sürməyən üçü ncü şəxs Musayev İmadəddin Müstəcəb oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi mənzil cavabdeh tərəfindən İmadəddin Musayevə təhvil verilmişdir. O isə sonra həmin mənzili cavabdeh MMC-nin razılığı ilə Maraqlı şəxs dəyərini almaqla təhvil vermişdir. Bundan sonra Maraqlı şəxs həmin mənzildə yaşamağa başlamışdır. Hazırda da ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İmaməddin Musayev birinci instansiya məhkəməsində mülki işə cəlb edilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsində mənzilin faktiki olaraq kimə təhvil verilməsi, mənzildə kimin yaşaması, mənzilin ümumi vəziyyət i araşdırılmamışdır. İmaməddin Musayev apellyasiya instansiyası məhkəməsində mülki işə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İmaməddin Musayev məhkəmə iclasında mübahisəli mənzili Maraqlı şəxs adlı şəxsə təqdim etdiyini, mənzildə hazırda Maraqlı şəxs yaşadığını bildirsə də, həmin hallar məhkəmə qətnaməsində qeyd edilməmişdir. İşin bu cür iş üzrə əhəmiyyət kəsb edən hallarına məhkəmə tərəfindən qiymət verilməmişdir. Mənzilin iddiaçının sahibliyində olmasını sübut edən heç bir sənəd iş materiallarında yoxdur. Mənzil heç vaxt iddiaçının sahibliyində olmamışdır. Mənzilin İmaməddin Musayevə təhvil verilməsi barədə isə iş materiallarında sənəd olmuşdur. Məhkəmə öz qətnməsinin 10-cu bəndində həmin sənədə istinad etmişdir. Mənzil İmaməddin Musayevin sahibliyində, istifad əsində olmuş daha sonra isə dəyəri ödənilməklə Maraqlı şəxs təhvil verilmişdir. Mülki Məcəllənin 452.1- ci maddəsinin tələbi baxımından iddiaçının həmin mənzili tələb etmək hüququnu istisna edilir.
37. Qətnamə ilə maraqlarına toxunulan şəxs qismində Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Maraqlı şəxs kassasiya şikayəti digər kassatorun şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya baxışında mənzilin ona təhvil verilməsi, mənzildə onun yaşaması bildirilsə də, apellyasiya instansiyası məhkəməsi onu işə cəlb etməmişdir. O, qətnamədən İ.Musayev vasitəsilə xəbər tutmuşdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4677/2023 nömrəli xx.xx.2 023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər:Aqil Abbasov - məruzəçi, Zaur Əliyev və Vidadi Məmmədov).
40. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Musayev tərəfindən alınmış, o, mübahisəli mənzili təmir etdirəndən 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmasını, əlavə 1500 manat pul ödəməsini və arvadından da imtina alınaraq mənzilin başqa şəxsin adına keçirilməsini desə də apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin bu izahatına heç bir əhəmiyyət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, mübahisəli mə nzilin kimə və nə vaxt satılmasına aydınlıq gətirməmiş, həmin şəxsin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələblərinə əsasən işə cəlb edilib-edilməməsini tərəflərin iştirakı ilə müzakirə etməmişdir. Halbuki mübahisəli mənzilə dair Maraqlı şəxsla bağlanmış 7.01.2023-cü il tarixli müqavilə vardır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneənin qadağan edilməsi vəzifəsinin cava bdehin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxılan zaman mübahisəli mənzilə dair X5 ilə cavabdeh arasında müqavilə olsa da İ.Musayev birinci instansiya məhkəməsində müəyyən edilərək işdə iştirak etməyə cəlb olunmamış, nəticədə onun hüquq və vəzifələrinə toxunan məsələ həll edilmişdir. Bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
43. Hazırkı mübahisə üzrə tərəflər arasındakı müqavilənin etibarlı olub-olmadığına qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında müqavilə bağlandığ ını etiraf etmişdir. Lakin cavabdeh onu da bildirmişdirki, həmin müqavilə digər razılaşmanın təminatı qismində yazılmış, iddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri ödənilməmiş, ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10.000 manat hissəsinə kərpic və armatur verilmiş, müqavilə formal xarakter daşıyaraq həqiqəti əks etdirməmiş və tərəflər arasında olan başqa əqdin pərdələnməsi niyyəti ilə bağlanmışdır.
44. Göründüyü kimi cavabdeh tərəfindən həmin müqavilənin digər razılaşmanın təminatı qismində yazıldığı, iddiaçı tərəfindən MMC-yə mənzilin dəyərinin ödənilmədiyi, ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10.000 manat hissəsinə kərpic və armatur verildiyi göstərilsə də, özünün qeyd etdiyi kimi, deməli əslində bağlanılmış əqd lazımınca icra edilməmişdir. Lakin iddiaçıya həmin gün mübahisəli mənzillə bağlı bağlanmış mübahisələndirilən müqavilədə onun dəyərinin hissəvi deyil tam ödənildiyi barədə müvafiq qeydiyyat aparılmış, hətta maliyyə arayışı da verilmişdir.
45. Maliyyə arayışı isə mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərən ciddi hesabat sənədidir. Halbuki cavabdehin istinad etdiyi kimi əgər icra hissələrlə qəbul edilməli idisə onun ödənişlə bağlı müvafiq qeydiyyatı hissələrlə göstərməyə imkanı var idi.
46. Digər tərəfdən işdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmiş, ödənişi Cavabdeh MMC-nin direktoru olan X9 qəbul etmişdir.
47. Göründüyü kimi cavabdeh istinad etdiyi dəlillərlə bağlı halları mötəbər sübutlarla əsaslandıra bilməmiş, göstərdiyi halları sübuta yetirə bilməmişdir.
48. Hazırkı mübahisə üzrə isə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.
50. İşdən həmçinin görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iş üzrə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul olunmuş, nə birinci instansiya məhkəməsi ndəki icraat zamanı, nə də ki birinci apellyasiya icraatı zamanı iş araşdırılan zaman cavabdehin nümayəndəsi tərəfindən mənzilin X1 ilə bağlı hər hansı məlumat verilməmişdir, hətta mənzilə dair mübahisənin bitmədiyi müddətdə cavabdeh xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə dair Maraqlı şəxs ilə növbəti müqavilə bağlamışdır.
51. Yalnız birinci apellyasiya icraatı zamanı məhkəmənin sorğusu əsasında Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 042 nömrəli məlumat xarakterli arayışı (İ cild iş v. 188) ilə bildirilmişdir ki, İddiaçı adına olan 16 mərtəbəli binanın 5-ci blok, 5-ci mərtəbə, 120,69 kvadrat metr sahəsi olan 294 saylı mənzilə dair Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə X5 ilə müqavilə bağlamışdır.
52. Lakin işdən görünür ki, arayış tərtib olunan xx.xx.2023-cü il tarixdə artıq Cavab deh MMC ilə mübahisəli mənzilə dair Maraqlı şəxs arasındakı müqavilə mövcud olmalı idi. Belə ki, həmin müqavilədə onun bağlanma tarixi xx.xx.2023-cü il göstərilmişdir. Buna baxmayaraq məhkəmənin sorğusuna verilmiş cavabda həmin müqavilədən bəhs edilmir, Maraqlı şəxs adı ümumiyyətlə göstərilmir.
53. Birinci apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçı mübahisəli mənzilin qapısını açmağa cəhd etsə də, həmin mənzilin kilidinin dəyişdirildiyi məlum olmuş, binanın komendantı zənglərə cavab verməmişdir.
54. Birinci apellyasiya icraatı zamanı məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 göstərmişdir ki (İ cild iş v. 211), mübahisəli mənzili 2022-ci ilin may ay ında Sənan adlı şəxsdən alıb. Mənzil Ömər adlı şəxsin adına olmuşdur. Rafiq müəllim mənzili onun adına keçirmişdir. Bir müddət ödəniş etmiş, mənzili təmir etdirmişdir. 90000 manat civarında pul ödəmişdir. 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmışdır.
55. İşdən həmçinin görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(105)-44/2023 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən mübahisəli mənzilə təmir məqsədi ilə buraxılmış şəxsin və digər şəxslərin həmin mənzilə girişinə qadağa qoyulmuşdur.
56. Hazırkı icraat zamanı üçüncü şəxs Maraqlı şəxs isə izahatından görünür ki, o, mənzili özünün təmir etdirdiyini və təmir gedən zaman həmin mənzildə yaşadığını bildirmişdir.
57. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx. 2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonunda X5 adına abonent kodu mövcud deyil.
58. Həmin məktuba əlavə edilmiş Maraqlı şəxs məxsus abonent haqqında məlumatdan görünür ki, o, abonent kimi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb.
59. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin məktubundan və müqavilədən görünür ki, Maraqlı şəxs mənzilinə abonent kodu xx.xx.2023-cü ildə açılmışdır.
60. İş materiallarına əlavə olunmuş Sumqayıt QİS-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 AGİS bazasında misdiramışdır.
61. Həmin məktuba əlavə edilmiş Maraqlı şəxs adına olan abonentin saldosundan görünür ki, 294 nömrəli mənzildə sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Göründüyü kimi mübahisəli mənzildə yaşamaq üçün zəruri olan komunnal xəttlər xx.xx.2023-cü il, x x.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə mübahisənin onun iştirakçılarına bəlli olduğu və davam etdiyi dövrdə çəkilmişdir.
62. Bunun əksini sübut etmək üçün üçüncü şəxslərin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş kommunal xidmətlərlə bağlı imzasız və möhürsüz qəbzləri isə məhkəmə sübut növü kimi qəbul etmir. Belə ki, MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair Cavabdeh MMC və X5 arasında xx.xx.2022-ci il tarixdə, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlandığı zaman İddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarix li müqavilə qüvvədə olmuşdur. Bu hal cavabdehə məlum olsa da, müqavilə üzrə ödənişi, sayğaclar üçün ödənişləri ayrı-ayrı vaxtlarda qəbul edərək mənzilin iddiaçıya təhvil verilməsi kimi öhdəliyin icra edildiyi görünüşünü yaratsa da, sonradan mülki qanunvericiliyin tələbinə zidd olaraq iddiaçı ilə daha əvvəl bağlanmış müqaviləni qanunla müəyyən edilmiş qaydada ləğv etmədən, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla sonrakı müqavilələri bağlamış və mənzili üçüncü şəxslərə təhvil vermişdir. Hətta iddiaçıya mənzilin təhvil verilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarıldığını bilsə belə, o, təkrarən xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ilə mübahisəli mənzilə dair müqavilə bağlayaraq mənzilin təmirinə şərait yaratmışdır.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC və X5 arasında xx.xx.2022-ci il, Cavabdeh MMC və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixlərdə bağlandığı irəli sürülən müqavilələr etibarsızdır. İddiaçılə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olduğundan və müqavilə üzrə öhdəlik onun tərəfindən tam şəkildə icra edildiyindən, Cavabdeh MMC isə müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyindən, iddiaçının-Cavabdeh MMC və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən ünvan 3 ünvandakı mənzilin İddiaçı təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbi əsasl ıdır və təmin edilməlidir.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
66. Mübahisələndirilən qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyindən və iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi barədə hissəsinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
67. Üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
68. Kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh ilə İ.Musayev və Maraqlı şəxs arasında bağlanmış müqavilələr mübahisələndirilmədiyi halda onlara qiymət verərək iddianı qanunsuz olaraq təmin etmişdir.
69. Kassasiya şikayətinin digər dəlilinə görə apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixdə cavabdeh ilə Behram Rzai arasında bağlanmış müqavilə ilə (iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən öncə) mübahisəli mənzilin sonuncuya təhvil verilməsi şərtini araşdırmamış, bu hala ümumiyyətlə qiymət verməmişdir.
70. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci, Mülki Prosessual Məcəlləsinin 372.4. 372.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, şikayətin əsassız olduğu üçün təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilə r. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
73. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
74. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
75. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
76. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
77. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
78. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
79. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
80. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı q ayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
81. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
82. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindi r.
83. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
84. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
85. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
86. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
87. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
88. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
89. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
94. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə m alik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
95. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.