Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4677/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi, sahiblik hüququnun tanınması, maneələrin qadağan edilməsi maraqlarına toxunan şəxsin işə cəlb edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, sahiblik hüququnun tanınması, maneələrin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 693/2023 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və qətnamə ilə maraqlarına toxunulan şəxs kim cəlb edilmiş Maraqlı şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mənzil Tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2, 5-ci blok 5-ci mərtəbədə izolə olunmuş 3 (üç) otaqdan ibarət 294 №-li mənzili (bundan sonra “mübahisəli mənzil”) bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
2. Müb ahisəli mənzilin sahəsi 120.69 kv.m, 1 kv.m-nin dəyəri 650 (altı yüz əlli) manat, mənzilin ümumi dəyəri isə 78.448 manatdır.
3. Maliyyə arayışına əsasən, ünvan 3ünvanında inşa ediliən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok 5-ci mərtəbəsində yerləşən mübahisəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78448 (yetmiş səkkiz min dörd yüz qırx səkkiz) manat olaraq tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur. 4. "xxxx" MMC-nin direktoru X8 ilə X19 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən, müqavilənin məzmunu ünvan 2 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binaların hörgü işlərinin görülməsi və başa çatdırılmasından ibarətdir. Cəmi görülən işlərin məbləği 306446 man+30380 man = 336826 manat.
5. Müqavilə qiymətlərinin razılaşdırılmasının 1 nö mrəli Protokoluna əsasən, barter olunan mənzillər arasında 294 nömrəli mənzil (120.69 kv/m x 600) Rəzail Bəhram ilə razılaşdırılmışdır. 6. 26 may 2020-ci il tarixli sayğac ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən həmin tarixdə qaz, su və elektrik sayğacları üçün 500, 300 və 300 manat olmaqla, cəmi 1100 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir.
7. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 042 nömrəli arayışına əsasən, İddiaçı adına olan mübahisəli mənzillə bağlı "xxxx" MMC 14 may 2022-ci il tarixdə X7 ilə müqavilə bağlamışdır. 8. "xxxx" MMC-nin direktoru X17 tərəfindən X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı 5-ci blok 5- ci mərtəbə yerləşən mübahisəli mənzili bir pay kimi X3 təhvil verməyi, X7 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 9. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Abşeron rayonu,ünvan 3 1 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC şirkətinə məxsusdur. Mübahiəsli mənzilin pay dəyəri olan 90517 manat X7 tərəfindən tam ödənilmişdir.
10. Cavabdeh MMC-nin sayğac ödənişi barədə xx.xx.2022-ci il tarixli 294 nömrəli qəbzə əsasən, X7 1100 manat tam sayğac ödənişi etmişdir.
11. Tikintiyə görə icazə vəsiqəsinə əsasən, həmin vəsiqə mübahisəli mənzilin sahibi X3 verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və mübahisəli mənzilin qeyd şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya cavabdeh tərəfindən vurulan 30700 manat miqdarında maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 28 dekabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mübahisəli mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat pul vəsaiti iddiaçı tərəfindən ödənilmə k şərtilə mənzil payçı kimi iddiaçıya verilir.
14. İddiaçı razılaşdıqları qaydada 28 dekabr 2017-ci il tarixdə mənzilin hər kvadrat metrinə 650 (altı yüz əlli) manat, müqavilədə qeyd olunduğu kimi 120,69X650 AZN = 78449 (yetmiş səkkiz min dörd yüz qırx doqquz) manat pul vəsaitini hesablayaraq MMCnin direktoru X5 ödəmişdir. Mənzilin ümumi dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra MMC-nin direktoru X10 və iddiaçı hazırlanmış müqaviləni imzalamışlar. İddiaçı əlavə olaraq xxxa demişdir ki, rəhbərlik etdiyi tikintidə dələduzluq halları mövcuddur, əgər bir problem olacaqsa, onu övladlarının yanında utandırmasın, ona verdiyi pullar qızının evini satdığı pullardır. MMC-nin direktoru xxx iddiaçıya mənzilə dair heç bir problemin olmadığını və gələcəkdə də olmayacağını, pulun hamısını birdəfəlik ö dəməsini, 2018-ci ilin iyun ayında gəlib evini təmir etdirməsini demiş və iddiaçı ona aid olan komplekt müqavilə sənədlərini (005 saylı müqaviləni, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını, vergi arayışını, ona verilən mənzilin layihəsindən çıxarışı) də götürmüş və halallaşaraq ayrılmışlar.
15. Bir müddət keçmiş, iddiaçının yaşadığı ünvana MMC-nin direktoru xxxun adından imza edilməmiş pretenziya məktubu gəlmişdir. İddiaçı həmin pretenziyanı götürüb MMC-yə gəlmiş, nə baş verdiyini soruşmuşdur. xxx pretenziyanın iddiaçıya işçilər tərəfindən səhv olaraq göndərildiyini, onun heç xəbəri olmadığını bildirmişdir. İddiaçı həmin vaxt xxxdan 2018-ci ilin iyun ayına ev hazır olmalı idi, bəs nə oldu soruşduqda, xxx maliyyə cəhətdən çətinlik çəkmələrini, imkan varsa, onlara pul, yaxu d material köməkliyi etməsini demiş, iddiaçı isə imkanının olmadığını, uşaqlarının mənzili gözlədiyini bildirmiş və binanın nə vaxta təhvil veriləcəyini soruşmuşdur. xxx binanın 2-3 aya hazır olacağını bildirmişdir. İddiaçı sonradan dəfələrlə MMC-nin ofisinə gələrək binanın nə vaxta təhvil veriləcəyini soruşmuşdur. 25 may 2020-ci il tarixdə MMC-nin deyildiyinə görə yeni təyin olunmuş direktoru xxx iddiaçıya zəng edərək mənzilinə qaz, su, elektrik sayğacları üçün ödəniş etməli olduğunu bildirmişdir. İddiaçı 26 may 2020-ci il tarixdə MMC-yə gələrək sayğaclar üçün tələb olunan 1100 (bir min yüz) manat ödəniş etmişdir.
16. İddiaçı 17 iyul 2021-ci il tarixdə binanın tikintisinin başa çatdığını, mənzillərin təmirinə icazə verildiyini eşitmiş, həmin tarixdə tikintisi başa çatan binaya gələrək ona aid 294 saylı mənzilə xxxla birlikdə baxış keçirmiş, mənzilin açarlarının 4-nü xxx ona təqdim etmiş və açarın birini özündə saxlamış, təmirə başlanma vaxtını özü ona bildirəcəyini demişdir.
17. İddiaçı üzrlü səbəblərdən bir müddət mənzilə baş çəkə bilməmişdir. Bir müddətdən sonra mənzilini təmir məqsədilə getmiş, mənzilin giriş qapısının kilidi dəyişdirildiyini görmüşdür. Səbəbini soruşduqda bildirmişlər ki, hüquqşünasları ilə söhbət etsin. MMC-nin rəhbərliyini tapa bilməmişdir. Bir neçə gündən sonra Nümayəndə2 iddiaçıya bildirmişdir ki, Fəxrəddin Hüseynov xəstədir, pis xəstəliyə tutulub, bir az gözləmək lazım gələcəkdir. İddiaçı isə xəstəliyin mənzilə nə aidiyyəti olduğunu, pulunu ödəyib mənzil aldığını, 5 ildir ki, pulunu alıb onu gözlətdiklərini bildirmişdir.
18. İddiaçı mənzilin tikin tisi məqsədilə 78449 manat, sayğacların quraşdırılması üçün 1100 manat olmaqla, ümumilikdə MMC-yə 79549 manat pul vəsaiti ödəmişdir ki, mənzil alsın. MMC-nin direktoru tam səlahiyyətli şəxs kimi iddiaçı ilə imzaladığı müqavilənin şərtlərini pozur, onu vaxtaşırı incidir, hüquq və qanuni mənafelərini pozaraq dəyərini tam ödədiyi mənzilinə buraxmır. Dəfələrlə ünvan 3 küçəsində tikilən 1 saylı binaya gedir, rəhbər işçilər gizlənir, iddiaçını adi işçilər qarşılayırlar.
19. İddiaçı mənzilin tam dəyərini ödəyərək qarşılıqlı razılaşdırılmış şərtlərə görə mənzilə dair sahiblik, istifadə və mülkiyyət hüquqlarını əldə etmişdir. Lakin cavabdeh MMC-nin rəhbərliyi zorakılıq hərəkətləri edərək iddiaçıya aid mənzilin kilidini dəyişdirərək hüquqlarını və qanuni mənafelərini pozur və pozmaqda davam edir. Mənzil tikintisini şərtləşdikləri tarixdən 4 il müddətinə gecikdirən MMC binanı tikib qurtardıqdan sonra da bir il müddətində iddiaçının sözlərinə əhəmiyyət verməmiş, iddiaçını ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməyinə məcbur etmişdir.
20. İddiaçıya 4 il ərzində dəymiş zərər-aylıq 400 manat x 48 ay = 19200 manatdır. Bundan əlavə, hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər, şikayətlərin yazılmasına, işindən azad olub, məmurların qəbuluna gedib-gəlməyə, iddia ərizəsinin hazırlanıb təqdim edilməsinə çəkilən xərclər, məhkəmə rüsumunu və digər izafi xərcləri 1500 (min beş yüz) manat qəbul edilsə, iddiaçıya dəyən ümumi maddi zərər 19200+1500=20700 manatdır.
21. Həmçinin 5 il müddətində MMC iddiaçını uşaq kimi 5 gündən bir mənzil tikilən əraziyə gedib-gəlməyə, müxtəlif neqativ söhbət lərlə işindən ayırmağa məcbur etmiş, nəticədə iddiaçı əsəbləşmiş, müxtəlif həkimlərə müraciət etmişdir. Dərman vasitələrindən istifadə etməklə sağlamlığına vurduğu zərərin miqdarı böyük olsa da, iddiaçı həmin zərəri 10000 (on min) manat miqdarında dəyərləndirir. Bununla da iddiaçı maddi və mənəvi zərərin əvəzi olaraq cavabdehdən 30700 manat miqdarında pulun tutularaq ona ödənilməsini tələb edir.
22. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 152.1, 152.2, 159.1, 161, 163, 164.1, 164.2, 165.1, 445.1 və 445.3-cü maddələrinə istinad etmişdir.
23. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiya etiraz edərək göstərmişdir ki, ilk podrat müqaviləsi xx.xx.2017-ci ildə Rezai Bəhram adlı şəxslə bağlanmışdır. Müqaviləyə əsasən Bəhram tikinti üçün kərpic gətirəcəkdi, əvəzində o nun qeyd etdiyi şəxslərlə mənzilə dair müqavilə bağlanacaqdı. Bundan sonra, iddiaçı ilə müqavilə bağlanmışdır ki, iddiaçı binaya kərpic və armatur gətirəcəkdir, əvəzində iddiaçıya mənzil veriləcəkdir. Kərpic və armatur gətirilmiş, armatur yaxşı olmadığından qaytarılaraq əvəzində tikinti materialları gətirilməsi təklif olunmuşdur. Odur ki, müqavilə bağlanan zaman deyil, müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya maliyyə arayışı verilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən mənzilin alınması üçün hər hansı məbləğdə ödəniş olmamışdır, müqavilə görünüş üçün bağlanmışdır, iddia tələbi əsassızdır, təmin edilməməlidir.
24. Birinci instansiya məhkəməsində şahid X20 göstərmişdir ki, o, tikinti işləri ilə məşğul olur. Barter müqaviləsi əsasında işləyir. Belə ki, işlədiyi işlərin müqab ilində mənzillər əldə edir və onları digər şəxslərə satır. MMC ilə də 2017-ci ildə müqavilə bağlamaqla briqadası ilə birlikdə hörgü-suvaq işləri görmüşdür. Gördüyü işlərin müqabilində 12 mənzil veriləcəyi razılaşdırılmışdır. Beş mərtəbə tikdikdən sonra digər tikintidə işləyən Şamil ilə tanış olmuş, Şamil ona bildirmişdir ki, tikinti üçün kərpic gətirə bilər, onunla razılaşmışlar. Şamil kərpic gətirdikcə, o da mənzillərdən ona vermişdir. Sonra Şamil ona demişdir ki, armatur da gətirə bilər. Təxmini on iki min manat dəyərində kərpic gətirilmiş, sonra kərpic gətirilməmişdir. Mübahisəli mənzil armatur gətirilsin deyə yazılmışdır.
25. Birinci instansiya məhkəməsində şahid X11 göstərmişdir ki, o, MMC-də hüquqşünas vəzifəsində işləyir. İlk müqavilə Bərham adlı şəxs ilə bağlanmışdır. Bəhram adlı ş əxs onlarla əməkdaşlıq etmişdir. Bir müddət sonra o, Şamil adlı şəxsi gətirmişdir ki, zavoddan ona kərpic və beton verilmədiyindən Şamil kərpic və beton işini həll edəcəkdir. Onlar da razılşmışdır. Fəxrəddin müəllim ilə bir otaqda oturduğundan, müqavilələri tərtib etdiyindən bütün olanlardan məlumatı vardır. Bəhram Famili gətirdikdə ona material əvəzi verilən mənzillərdən Şamilə material əvəzi verilməsini razılaşmışlar. Famil bir müddət sonra iddiaçını gətirərək onun köməyi ilə kərpic və armatur əldə edəcəklərinin əvəzində iddiaçıya mənzil veriləcəyini bildirmiş, bu barədə razılaşmışlar. Həmin vaxt müqavilə bağlansa da, maliyyə arayışı verilməmişdir. Lakin iddiaçı maliyyə arayışı verilməsə materialları gətirməyəcəyini demişdir. Bu səbəbdən də müqavilə bağlandıqdan bir müddət sonra maliyyə arayışı verilmişdir. 5000 manat dəyərində armatur istifadəyə yararsız olduğundan iddiaçıya geri qaytarılmışdır. Ümumilikdə 80000 manat material gətirilməli idisə, 10000 manat dəyərində material gətirilmişdir.
26. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4147/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, MMC ilə iddiaçı arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən dövlət rüsumuna görə 50 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) 2
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam olaraq cavabdehə ödənilməsi iddiaçı tərəfindən təqdim edilən müqavilə və maliyyə arayışı, iddiaçı tərəfindən 26 may 2020-ci il tarixli tarixdə qaz, su və elektrik sayğacları üçün 1100 manat məbləğində pulun MMC-yə ödənilməsi barədə qəbz, habelə iddiaçının özünün izahatı ilə tam təsdiq olunur.
28. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında müqavilənin formal müqavilə olması barədə cavabdehin dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, MMC-nin direktoru X8 ilə X19 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən, müqavilə qiymətlərinin razılaşdırılması 1 nömrəli Protokolundakı barter olunan mənzillər arasında 294 nömrəli mənzilin (120.69 kv/m x 600) Rəzail Bəhram ilə razılaşdırılmasının iddiaçıya hər hansı aidiyyatının olmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. Şahidlərin ifadələrinin mötəbərliliyi iş materialları ilə təkzib olunur.
29. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqları, öhdəlik və podrat münasibətlərini nizama salan maddi hüquq normalarına istinadən hesab etmişdir ki, iddia tələbi MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və mübahisəli mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində əsaslıdır və təmin edilməlidir.
30. Birinci instansiya məhkəməsi iddia t ələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, habelə tərəflərin izahatından göründüyü kimi mübahisəli mənzilini yerləşdiyi bina artıq tikilib qurtardığından öhdəliyin icrası gecikdirilmiş sayıla bilməz. Buna görə də iddia tələbi 19.200 manat maddi ziyan hissəsində əsassızdır və təmin edilməməlidir.
31. İddia tələbinin 10 000 manat mənəvi zərər hissəsinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, bu hissədə iddianı əsaslandıran sübutlar habelə, iddiaçının səhhətinin vəziyyəti və bunun cavabdehin təqsirli hərəkətləri ilə əlaqədə olmadığını təsdiq edən sübutlar olmadığından iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir.
32. İddia tələbinin iddia ərizəsinin haz ırlanıb məhkəməyə verilməsi üçün çəkilən 1500 manat hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin iddianı əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 178.8, 399.1, 442.1, 445.1, 752.1 və 752.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
34. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini və iradə ifadələrini müəyyən etməmişdir. MMC ilə iddiaçı arasında Mənzil Tikintis i haqqında xx.xx.2017-ci il tarixdə 005 saylı müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilə Şamil və İddiaçı ilə MMC arasında olan digər razılaşmanın təminatı qismində yazılmışdır. MMC ilə aralarında olan razılaşmaya əsasən binanın inşası üçün iddiaçı və Şamil armatur verməli idilər. Bunun müqabilində iddiaçının və digər 2 şəxsin adına mənzillərə dair müqavilə tərtib edilərək verilmişdir. Nə Şamil, nə də iddiaçı tərəfindən MMC-yə mənzillərin dəyəri ödənilməmişdir. Ümumilikdə iddiaçının adına tərtib edilmiş müqavilə üzrə mənzilin dəyərinin 10000 manat hissəsinə kərpic və armatur verilmişdir. Sonradan isə iddiaçı və Şamil binanın inşası ilə əlaqədar armatur və kərpic gətirməkdən yayınmışlar. Məhkəmə tətbiq edilməli olan maddi normaları, yəni Mülki Məcəllənin 404, 425.2, 442 və 445.2.1-ci maddəsini tətbiq edərək iddia tələbini rədd etməli olduğu halda, həmin Məcəllənin 157, 178.8, 752-ci maddələrini tətbiq etmişdir. Sözügedən müqavilələr üzrə iddiaçı müqavilə şərtlərinə əməl edərək MMC ilə aralarında olan razılaşma şərtlərinə əməl etməyərək mənzili dəyəri həcmində armatur verməmişdir. Tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyaraq həqiqəti əks etdirmir və tərəflər arasına olan başqa əqdi pərdələnməsi niyyəti ilə bağlanmışdır. Məhkəmə prosessual hüquq normasını da pozaraq iş üçün əhəmiyyətli olan faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmə iclasında dindirilmiş şahidlərin deyil, iddiaçının adına formal olaraq tərtib edilmiş müqavilə və maliyyə arayışını sübut qismində qiymətləndirilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi müba hisəli mənzilə baxış keçirmək üçün yerli müayinə keçirmiş, müayinə zamanı mübahisəli mənzilin mənzilin klidinin dəyişdirildiyi məlum olmuş, binanın komendantı zənglərə cavab verməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzil barədə məlumat verilməsi üçün MMC-yə sorğu vermişdir.
38. MMC sorğuya cavabında mübahisəli mənzilə dair 14 may 2022-ci il tarixdə X7 ilə müqavilə bağlanmasını bildirmiş və mənzilin sonuncuya aid olması barədə müvafiq sənədlər təqdim etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
40. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 göstərmişdir ki, mübahisəli mənzili 2022-ci ilin may ayında Sənan adlı şəx sdən alıb. Mənzil Ömər adlı şəxsin adına olmuşdur. Rafiq müəllim mənzili onun adına keçirmişdir. Bir müddət ödəniş etmiş, mənzili təmir elətdirmişdir. 90000 manat civarında pul ödəmişdir. 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmışdır. Ondan əlavə olaraq 1500 manat almış və arvadından da imtina alaraq mənzili başqa adamın adına keçirmişlər.
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-693/2023 nömrəli iş üzrə, 25 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Ayaz Mahmudov)
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə iddia tələbinə qiymət verilməli, MMC ilə iddiaçı arasındakı müqavilə bağlanarkən mülki qanunve riciliyin tələblərinin pozulub-pozulmadığın araşdırılmalıdır. Çünki iddiaçının iddia tələblərinin qanuni əsasını məhz həmin müqavilə təşkil edir və belə olan halda məhkəmə belə bir tələbin olub-olmamasından asılı olmayaraq müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hər hansı şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (ca vabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəsi gedən mənzilə dair MMC ilə X7 arasında müqavilə bağlandığı zaman iddiaçı ilə daha əvvəl bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə qüvvədə olmuş, hətta iddiaçı tərəfindən 26 may 2020-ci il tarixdə qaz, su və elektrik sayğaclarına görə 1100 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmişdir. Başqa sözlə, MMC-nin X7 ilə əqd bağlamaq səlahiyyəti, ümumiyyətlə olmamış, İmaməddin Musayevdən daha əvvəl müqavilə bağlayan iddiaçının müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə istinadən göstərmişdir ki, iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı hüquqi mövqeyə uyğun olmamışdır. İddiaçı ilə mənzilə dair müqavilənin 2017-ci il tarixdə bağlamış olmasına baxmayaraq, mənzilin giriş qapısının açarlarının iddiaçının xəbəri olmadan dəyişdirilməsi (məhkəmə kollegiyasının yerində müayinə zamanı müəyyən edilmişdir) həmin əmlakın iddiaçının sahibliyindən çıxmasına və maneələri n olmasına dəlalət edir.
45. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, MMC ilə X7 arasında bağlandığı irəli sürülən xx.xx.2022-ci il tarixli müqavilə etibarsızdır və hər hansı hüquqi nəticə doğurmamışdır. Belə ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli mənzil iddiaçıya təhvil verilmədiyindən, onun sahiblik hüququnu həyata keçirməsinə maneə yaradıldığından iddiaçının bu barədə tələb irəli sü rmək hüququ yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin iddianı təmin etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.2, 157.8, 165.1, 337.1, 337.4, 385.1, 386.1, 389.1, 399.1, 421.1, 442.1, 452.1, 752.2ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi mənzil MMC tərəfindən İmadəddin Musayevə təhvil verilmişdir. O isə sonra həmin mənzili cavabdeh MMC-nin raz ılığı ilə Maraqlı şəxs dəyərini almaqla təhvil vermişdir. Bundan sonra Maraqlı şəxs həmin mənzildə yaşamağa başlamışdır. Hazırda da ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İmaməddin Musayev birinci instansiya məhkəməsində mülki işə cəlb edilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsində mənzilin faktiki olaraq kimə təhvil verilməsi, mənzildə kimin yaşaması, mənzilin ümumi vəziyyəti araşdırılmamışdır. İmaməddin Musayev apellyasiya instansiyası məhkəməsində mülki işə müstəqil tələbi irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İmaməddin Musayev məhkəmə iclasında mübahisəli mənzili Maraqlı şəxs adlı şəxsə təqdim etdiyini, mənzildə hazırda Maraqlı şəxs yaşadığını bildirsə də, həmin hallar məhkəmə qətnaməsində qeyd edilməmişdir. İşin bu cür iş üzrə əhəmiyyət kəsb edən hallarına məhkəmə tərəfindən qiymət verilməmişdir. Mənzilin iddiaçının sahibliyində olmasını sübut edən heç bir sənəd iş materiallarında yoxdur. Mənzil heç vaxt iddiaçının sahibliyində olmamışdır. Mənzilin İmaməddin Musayevə təhvil verilməsi barədə isə iş materiallarında sənəd olmuşdur. Məhkəmə öz qətnməsinin 10-cu bəndində həmin sənədə istinad etmişdir. Mənzil İmaməddin Musayevin sahibliyində, istifadəsində olmuş daha sonra isə dəyəri ödənilməklə Maraqlı şəxs təhvil verilmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbi baxımından iddiaçının həmin mənzili tələb etmək hüququnu istisna edilir.
50. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
51. Maraqlı şəxs kassasiya şikayəti digər kassator İmadəddin Musayevin şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya baxışında mənzilin ona təhvil verilməsi, mənzildə onun yaşaması bildirilsə də, apellyasiya instansiyası məhkəməsi onu işə cəlb etməmişdir. O, qətnamədən İ.Musayev vasitəsilə xəbər tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.
53. Etiraz iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, kassasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyəti düzgün göstərilməmişdir. Belə ki, kassasiya şikayəti ilə məhkəməyə müraciət edən şəxslər Maraqlı şəxs, onun vəkili və nümayəndəsi Nümayəndə2 və eyni zamanda cavabdeh MMC ilə müqavilə bağlaması nı bildirən X1 Rayon Məhkəməsinin 2(012)-4147/2022 saylı qətnaməsi çıxarılandan 6 ay sonra və cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxıldığı 4 ay müddətinin sonuncu günü cavabdeh MMC-nin vəkili və nümayəndəsinin şifahi vəsatəti ilə Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmədə dindirilmiş, söylədikləri yalan, əsassız və saxta olduğundan məhkəmə prosesində onun şikayət etməsinin əsassız və qanunsuz olduğu ona əsaslandırılmışdır. Kassasiya şikayəti verən şəxslərin marağı cavabdehdən saxta və yaramaz hərəkətlərinə görə maliyyə vəsaiti əldə etmək üçündür. Bu şəxsləri kassasiya şikayəti verməyə, yanlış hərəkət etməyə məcbur edən cavabdeh MMC-nin rəhbərliyidir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs 1-ci instan siya məhkəməsində qətnamə çıxarılanadək məhkəməyə müraciət etməli idi və yaxud həmin şəxslə qeyd edilən iddiaçıya məxsus mənzilə dair qanunsuz və əsassız müqavilə bağlayan cavabdeh MMC bu barədə məhkəməyə vəsatət verməli idi. Mülki iş birinci instansiya məhkəməsində araşdırılarkən cavabdeh digər şəxslərlə bağladığı müqavilələr barədə məhkəməyə sübutlar təqdim etmiş, təqdim edilən sübutlar məhkəmədə araşdırılmış və sübutların doğru olmadığı aydınlaşmışdır. Əgər bu şəxslə də müqavilə bağlanmış olsaydı, həmin sübut məhkəməyə təqdim olunardı. Görünür ki, əvvəlki tarixə yazılmış yeni bağlanmış müqavilə məhkəmə prosesi gedən vaxt mövcud olmamışdır, məhz həmin əsasa görə kassasiya şikayəti rədd edilməlidir. xx.xx.2023-cü il tarixdə apellyasiya məhkəməsində cavabdehin apellyasiya şikayətinə baxıla rkən iddiaçı məhkəməyə müraciət ünvanlayaraq, ona məxsus mənzilin girişinə qadağa qoyulmasını xahiş etmişdir. Apellyasiya instansiya məkhəməsi iddiaçının müraciətini təmin edərək, cavabdeh tərəfindən təmir məqsədi ilə buraxılmış şəxslərin və digər şəxslərin həmin mənzilə girişinə qadağa qoyulması ilə bağlı qərardad çıxarmışdır. Cavabdeh tərəfindən məhkəmə elektron sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatında olmuş MTT barədə işin sənədlər bölməsinə heç bir aidiyyəti olmayan Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun adına arayış göndərmişdir. Həmin arayışda bildirilmişdir ki, iddiaçının adına olan mübahisəli mənzillə bağlı cavabdehlə 01 iyun 2019cu il tarixdə X16 ilə müqavilə bağlanmışdır. Bu sübutun məhkəməyə heç bir aidiyyəti yoxdur. Həmçinin əgər müqavilə Se ymur Rəcəbovla bağlanmışdırsa, hansı məqsədlə iddiaçının adına bağlanmış müqavilənin Seymur Rəcəbovla bağlanmasından məlumat verilir. Qeyd olunanlar həmin arayıın saxta olduğu nəticəsində gəlməyə əsas verir. İki gün keçdikdən sonra cavabdeh tərəfindən məhkəmə elektron sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatında olmuş MTT barədə işin sənədlər bölməsinə heç aidiyyəti olmayan Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun adına arayış göndərilmişdir ki, göndərilən hər iki arayış eyni 042 nömrədə göstərilmişdir. Həmin arayışla bildirilmişdir ki, iddiaçının adına olan adıçəkilən mənzil ilə bağlı cavabdehlə 14 may 2022ci il tarixdə X7 müqavilə bağlamışdır. Həmçinin, iddiaçının şikayəti ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə B aş İdarəsində araşdırılma aparılarkən cavabdeh MMC-nin rəhbərliyindən alınan izahat və ifadələrə əsasən MMC-nin rəhbərliyi başqa şəxs və şəxslərlə heç bir müqavilə bağlanmadığını bildirmişdir. Müraciəti əsasında birinci instansiya məhkəməsində mülki iş araşdırılarkən cavabdeh MMC-nin rəhbərliyi, nümayəndə və vəkilləri mübahisəli mənzilə dair X18 adlı şəxslə müqavilə bağlandığını bildirmiş. Əgər maraqlı, yaxud üçüncü şəxslər Maraqlı şəxs və X7 ilə müqavilələri olsaydı, cavabdeh MMC-nin rəhbərliyi, nümayəndələri və vəkilləri bu haqda məhkəməyə heç bir sübut təqdim etməmişlər. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətində maraqlı, yaxud üçüncü şəxslər barəsində heç bir məlumat verilməmişdir. Buradan görünür ki, onlar müqavilə və digər sənədlərdə sonradan əvvəlki tarixə yazmaqla məhk əmələri aldatmışlar. Qeyd olunanlardan əlavə, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi ilə mübahisəli ünvana məhkəmə kollegiyasının iştirakı ilə yerli baxışın keçirilməsi ilə bağlı məlumat verilmişdir. Yerli baxışda 2 saat ərzində iştirak edən məhkəmənin çağırışına cavabdeh və üçüncü şəxslər, yaxud maraqlı şəxs adlandırılan şəxslər gəlməmişlər. Məhkəmə tərkibi sakinlərlə sorğu aparmış və onlar da həmin şəxsləri tanımadığını bildirmiş, heç qapının açılıb-bağlanmasını görənin olmadığı da ayın olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad ə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüqu q sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifa dəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edili. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.
2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.5. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə v ə ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. 5
6. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
58. İşdən görünür ki, Maraqlı şəxs (vəkil Nümayəndə2) ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun maraqlarına toxunmasını bildirmiş və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3731/2023 nömrəli, 18 sentyabr 2023-ci il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iş üz rə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin olunaraq, ərizəyə əlavə edilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3731/2023 nömrəli, 18 sentyabr 2023-ci il tarixli qərardadından görünür ki, Maraqlı şəxs ərizəsinə əlavə edilmiş 07 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən MMC Abşeron rayonu, ünvan 3 1 ünvanında 5-ci blok, 5-ci mərtəbə, 294 nömrəli, 3 otaqlı mənzili Maraqlı şəxs təhvil verməyi, sonuncu isə müqavilə ilə müəyyən olunmuş məbləği ödəməyi öhdəsinə götürmüşlər. Bu baxımdan, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə bağlı MMC ilə ərizəçi Maraqlı şəxs arasında başqa müqavilə bağlandığından, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(105)-693/2023 nömrəli qətnaməsi Maraqlı şəxs hüquqlarına toxunur.
61. Hazırda hər iki kassasiya şikayətinin dəlilləri də ondan ibarətdir ki, apellyasiya baxışında mübahisəli mənzilin Maraqlı şəxs satılması və sonuncuya təhvil verilməsi bildirilsə də, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs işə cəlb etməmişdir.
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Musayev mübahisəli mənzili təmir etdirəndən 3 ay sonra pula ehtiyacı olduğu üçün mənzili satmasını, əlavə 1500 manat pul ödəməsini və arvadından da imtina alınaraq mənzilin başqa şəxsin adına keçirilməsini desə də (İ cild, i.v.211), apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin bu izahatına heç bir əhəmiyyət verməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, mübahisəli mənzilin kimə və nə vaxt satılmasına aydınlıq gətirməmiş, həmin şəxsin Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinin tələblərinə əsasən işə cəlb edilib-edilməməsini tərəflərin iştirakı ilə müzakirə etməmişdir.
63. Nəticədə apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs işdə iştirak etməyə cəlb etmədən sonuncunun hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır.
64. Halbuki yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzilə dair Maraqlı şəxsla bağlanmış 07 yanvar 2023-cü il tarixli müqavilə vardır.
65. Məhkəmə kollegiyası qeyd ed ir ki, bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.6-cı maddə.) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv ediməlidir.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, marağına toxunan şəxsi işə cəlb etməli, işin hallarını marağına toxunan şəxsin iştirakı ilə bir daha araşdırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
67. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-299/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.